Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!
Showing posts with label Xarici Yazarlardan. Show all posts
Showing posts with label Xarici Yazarlardan. Show all posts

Feb 18, 2009

Yaxşısı Pisi?

Bu Yazı Prof.Dr. İsmail KAYA tərəfindən yazılmış və Pazarola bloqunda yerləşdirilmişdir. Yazının ifadə etdiyi məna, vermək istədiyi mesaj və bizim bazarda da bənzər hadisələrin olması etibarı ilə əhəmiyyətini nəzərə alaraq, İsmail hocamın icazəsi ilə tərcüməsini öz bloqumda yerləşdirdim.

Reklamın yaxşısı pisi olmaz, desələr də inanmayın. Məqsədinə görə işə yarayanlara yaxşı, uzun müddətdə gətirdiyindən çox aparanlara pis reklam deyilir.

Marketinqlə məşğulam deyənlərə də, marketinqin yaxşısı pisi olmaz deyənlərə də inanmayın. Marketinqin də, marketoloqun da yaxşısı pisi vardır. Pislərdən bəzisi, marketinqdən bixəbər; gördüyü işi marketinq sayır. Bəziləri marketinq adı altında öz fırıldaqlarını çevirir, başqa işlər görür. Bəziləri də bacarıqsızlıqları və bilgisizliklərindən səhv və xətalı edirlər bunu.

Pis marketinq və pis marketoloqların ucbatından marketinqin adı pisə çıxdı. Marketinqin özünü bir daha tərif etmək, onun özünü yenidən marketinq etmək şərt oldu.

Ailə büdcələrində qaz və enerji pullarından daha çox olan aylıq hesabları ilə, bütün telefon şirkətləri həddindən çox marketinq kampaniyaları ilə hər an qarşımıza çıxırlar. Bezdirən reklamları, təəccübləndirən tarifləri, açıq-örtülü sponsorluqları və mediada sahib olduqları güc ilə istehlakçıların qarşısında başlarını itirmiş vəziyyətdə, ağıllarına gələn hər yolu yoxlayaraq, dəli kimi qışqıra-qışqıra müştərilərə “gəl-gəl” deyirlər. Bircə sussalar, ara sakitləşəcək. Bir-birimizi daha yaxşı eşidəcək, daha yaxşı başa düşəcəyik.

Mediadakı bütün gurultulara baxmayaraq, keçən üç ayda cəmi-cümlətanı 50 milyondan artıq abunədən 1,3 milyonu nömrəsini dəyişmək üçün müraciət etmişdir. Bu nəticə, bu boyda zıppıltı-guppultuya, bu boyda “gəl-gəl kampaniya” xərclərinə dəydi mi, dəymədi mi? “Hesablasalar…” deyərdim ancaq, Ahmet Sağırlı-nın da dediyi kimi, onsuz da bunun hesabını tariflərlə bizdən çıxardacaqları üçün, heç zənn etmirəm..

Onda bu boyda gurultu niyə?

İndi oturub fikirləşmək vaxtıdır.

Marketinq qişqirib-bağırmaqdır? Aldatmaqdır? İstehlakçını istismar etməkdir? Necə və nə olur olsun, istehlaka təşviq və istehlakdır?

Yoxsa, bu işin məktəbi hesab edilən ABŞ markalarının və firmalarının da işarət etdiyi kimi, iqtisadi inkişafın və dünya hakimiyyətinin mühərrikidir?

Yaxşıdır, yoxsa Pisdir?

Jan 8, 2009

Texnologiya Sənayesi

Bu məqalə ECONOMIST-dən tərcümədir.

Texnologiya sənayesinin coğrafiyasını görmək üçün bir dənə iPhonun içinə baxın. Məhsul Amerikan məhsulu olsa da, onu əmələ gətirən heç nə Amerikan deyil. Hamısı Asiyaya məxsusdur; ekran Yapon, yaddaş kartı Cənubi Korea istehsalıdır və Çində istehsal olunur. Apple-ın işi isə dizayn və software və başqalarının innovasiyalarını bir yerdə cəmləməkdir.

Necə ki iPhone, eləcə də bütün texnologiya sənayesi belədir. Dünyanın ən böyük və bu sahədə ən “ağıllı” şirkətləri Amerikan və Avropa şirkətləridir, ancaq onların araşdırma, innovasiya və istehsal sahələrində dominantlığı artıq Asiya şirkətləri tərəfindən üstələnir. OECD-nin yeni raportu bu rəqəmləri ortaya qoyur.

Hər il dünyada hesablama, telekomunikasiya və elektronika sahələrində araşdırma-inkişaf üçün 1 trilyon dollar xərclənir ki, Amerika bunun 1/3-ni xərcləyir. Ancaq, 2001-2006-cı illər arasında bu cəmi 1-2% (arasında), Çində isə 23% artmışdır. Çin hazırda bu sahədə Yaponiyanı üstələmək üzrədir ki, 10 il əvvəl Çində bu az qala 0-a bərabər idi. Çində araşdırma-inkişaf üçün ÜDM-un 1%-i qədər pul xərclənir ki, bu AB ortalamasına bərabərdir.

OECD raportu göstərir ki, hazırda Taiwanın high-tech araşdırmaçıları (şirkətlər) Böyük Britaniyadakından çoxdur. Dünyanın ən böyük 250 texnologiya şirkətlərinin statistikası isə göstərir ki, Taiwan şirkətləri araşdırma üçün Kanada və İngilis şirkətlərindən daha çox pul xərcləyir. Görülən işlərdə də biraz fərqliliklər var; Taiwan şirkətləri ucuz semiconductorlar, qərb şirkətləri isə bahalı chips hissələri istehsal edir.

Ən çox təəccübləndirən isə Cənubi Koreadır. 2007-ci ildə SAMSUNG bu sahədə İBM-dən daha çox pul xərcləyib. Şirkət Amerika Patent Ofisində patentlərin sayına görə 2-ci pilləyə yüksəlib (1-ci yerdə İBM-dir) ki, 10 il əvvəl heç ilk onda day ox idi. SAMSUNG satışının 6,5%-ni araşdırma-inkişaf üçün ayırır, Avropa və Yapon şirkətlərində isə bu ortalama 5%, Amerikanlarda isə 8%-dir. Cənubi Koreanın hazırda high tech araşdırma şirkətləri Almaniya və Britaniyanınkılardan çoxdur.

Ən əsas dəyişiklik computer xidmətləri və istehsal sahəsindədir. Burada Amerika və Şərqi Asiya ölkələri yer dəyişdirib. Ötən 10 ildə Amerikan şirkətlərinin computer xidmətləri araşdırmalar çün ayırdıqları büdcə 3 dəfə artıb. Yapon və Cənubi Korea şirkətləri isə daha çox cazibədar hardware bazarında bunu edirdilər. Kompüter və ofis avadanlıqları istehsalında isə demək olar ki, Yaponiya və Amerika şirkətləri yer dəyişdilər. 1996-2005 illərdə Amerikanın bu sahədəki araşdırma-inkişaf üçün büdcəsi 30% həcmində azaldı, Yaponların büdcələri isə 2 dəfə artaraq 13 milyard dollar oldu ki, bu da Amerikanın əvvəllər ayırdığı qədər idi (Hindistan isə daha çox xidmətlərdə ixtisaslaşıb, çünki bürokratiya byte-ların hərəkətini atomlardan daha az məhdudlaşdırır).

Hətta internetin topologiyası da dəyişib. 1999-cu ildə Asiyanın Internet hərəkətinin 90%-I Amerikadan keçirdi, 2008-ci ildə bu 54%-ə düşdü (mənbə:TeleGeography). Bu isə bir vaxtlar Amerikanın dominantlığında olan texnologiya sahəsinin indi doğurdan da necə global olduğunu göstərir.

Nov 3, 2007

Marketingin Mənasını Düz Başa Düşün

Jeffrey J. Fox, bugünə qədər "İlin Ən Yaxşı Marketologu" adı da daxil olmaqla bir çox ada laiq görülmüşdür. Hazırda, ən qabaqcıl Marketing Consulting şirkətlərindən birinin, FOX&CO-nun, sahibidir.

Marketingin uzun tərifi, mənfəətli marka və kimlik yaratma, cəzbetmə, yaxşı ("zərərsiz") müştərilərin əldə edilməsi və əldə saxlanılmasıdır. Qısa tərifi isə, yaxşı müştərilərin qazanclı bir şəkildə əldə edilməsi və əldə saxlanılmasıdır.

Marka və kimlik yaratma, cəzbetmə və əldə etmə, satışdan əvvəlki funksiyalardır. Əldə saxlama isə bütün satış sonrası funksiyaları ehtiva edir. Məsələn, bazar araşdırması bir marka və kimlik yaratma fəaliyyətidir. Reklam, paketləmə, təmiz mağaza isə cəzbetmə fəaliyyətidir. Fərdi satış, paylama, qiymətləndirmə, məhsul keyfiyyəti və gülər üzlü satıcılar qazanma fəaliyyətidir. Məhsulun təhvili, çeklərinin hazırlanması, qarantiya çərçivəsində təmirlər, müştəri xidmətləri və təşəkkür məktubları satış sonrası fəaliyyətlərdir, əldə saxlama fəaliyyətidir.

Hər hansı bir təşkilatdakı dəstəkləyici, yeganə həyat verici amil, müştərilərin qazanılması və əlda saxlanılmasıdır. Bir şirkətdəki bütün işləri birbaşa və ya dolayi yoldan müştərinin əldə edilməsi və əldə saxlanılması ilə əlaqədar olmalıdır. Bütün əməkdaşlar necə müştəri qazanmağın və onları necə əldə saxlamağın yollarını fikirləşməlidir. Bu, qapıda müştəriləri ilk qarşılayan təhlükəsizlik əməkdaşından, malları təmizləyib, avtomobilə yükləyən və onu yola salan işçiyə qədər hamıya aiddir. Hər bir işçinin vəzifə təlimatı, məsuliyyət və səlahiyyətləri marketingin tərifinin bir hissəsidir.

Marketing şirkət fəaliyyətinin əsas mərkəzidir. Marketing, satışdan, reklamdan, logistikadan, qiymətləndirməıdən, paketləmədən, təşviqedici fəaliyyətlərdən, sərgilərdən, aksiyalardan daha "böyükdür". Marketing müştəri ehtiyaclarını təmin edəcək məhsullar fikirləşməkdən, keyfiyyət kontrolundan, əldə ediləcək hesablardan, stoklardan və yığılacaq puldan məsuldur.

Məhz buna görə də, firmanın bütün şöbə və bölmələri və funksiyaları, müştəri-marketing işləri ilə əlaqədar şəxslər tərəfindən güclü bir şəkildə idarə olunmalıdır. Müştərilərlə qarşılaşmayan bir zavod müdiri, heç vaxt müştərilərini tanımaz. Bir müştəri ilə danışmayan, onunla təmas qurmayan R&D işcisi gözü bağlıdır, kordur. Alacaqları müştərini əldə tutmaq üçün bir fürsət olaraq görməyib onu bir mübarizə olaraq qəbul edən kredit işcisi, marketing düşmənidir. Vaxtının 40-60%-ni oxumağa, danışmağa, yazmağa və müştəri ziyarətlərinə ayırmayan başqan gəmini gecə vaxtı işıq və xəritəsiz idarə edən kapitan kimidir.

Hərbir iş müştərini birbaşa və ya dolayı yollarla əldə tutmaq üçün düşünülməlidir; bugün və sabah. Hamı öz işinin müştəriləri əldə etmək və əldə saxlamaq üçün necə faydalı olacağını bilməlidir. Hərkəs ancaq bir işlə məşğul olmalıdır, müştəri qazanmaq və onu əldə tutmaq!
Bunu bacarmayan işçilər isə işdə saxlanılmamalıdır. Bütün işçilər işlərinin niyə əhəməyyətli olduğu, müştərilərə baxan tərəfinin nə olduğu və necə fəaliyyət göstərmələri mövzusunda çopx yaxşı məlumatlandırılmalıdır.

Marketingə tərif yazmaq asandır, əsas olan onu tətbiq etməkdir.

Nov 1, 2007

7-dən 150-yə!

The Tipping Point başlıqlı yazımın davamı olarq yazmıram. Ancaq, yenə eyni kitabdan yazının qısaldılmış tərcüməni yayınlayıram. Axşam oxudum, özümün xoşuma gəldi, fikirləşdim ki, çoxumuz üçün maraqlı olar.

MALCOLM GLADWELL

Psixologiyada “channel capacity” (Düzgün tərcüməni tapa bilmədiyimə görə kanal qabiliyyəti olaraq tərcümə etdim. Düzgün tərcüməni bilirsinizsə dəyişdirməyə hazıram) deyilən bir termin var. Bu, beynimizin informasiya saxlama qabiliyyyəti ilə əlaqədar olan anlayışdır. Təsəvvür edin ki mən sizə üç musiqi tonu çalıram; aşağı, orta və yuxarı. Siz bunların üçünü də yadda saxlaya bilərsiniz. Bu cür testin məqsədi beynimizin nə qədər fərqli tonları ayırma qabiliyyətində olduğunu ölçməkdir. Əlbətdə bəzi insanlar var ki, min fərqli ton çalsanız yenə də onları fərqləndirə bilirlər. Ancaq, biz əksəriyyətdən bəhs edirik. Əksəriyyət isə əsasən altı fərqli tonu ayırd edə bilir. Məsələn, mən beş yüksək ton səsləndirsəm, siz onun beşini də xatırlaya bilərsiniz. Beş alçaq ton çalsam bu tonları da xatırlayarsınız. Ayrı ayrılıqda əlbətdə ki. Ancaq, bunları qarışdırsam xatırlayıb ayırd edə biləcəyiniz ton sayısı beşdir. Çünki, siz on fərqli tonu xatırlaya bilməyəcəksiniz. Ayırd edə bilməyəcəksiniz.

Başqa misal; əgər sizə 20 stəkan çay versəm və hər biri də fərqli dərəcli şəkərli olsa siz iyirmi fərqli stəkanı ayırd edə bilməyəcəksiniz. Ən çox altı və ya yeddi stəkanı sırası ilə düzgün ayır edəcəksiniz, sonrası isə qarışacaq.”Belə görsənir ki, bizim əsəb sitemimizdə öyrənməmizlə əlaqəli bir məhdudiyyət mövcuddur, elə bir məhdudiyyət ki, bütün kanal qabiliyyətimizi əhatəsinə alır.” bunu Psixolog George Miller özünün “The Magical Number Seven” adlı kitabında yazır. Məhz buna görəddir ki, bütün telefon nomrələri yeddi rəqəmlidir. Yaddaş mütəxəssisi Jonathan Cohen “ Səkkiz və ya daha yuxarı sayılı rəqəımlər də ola bilər, ancaq insanın bunları yadda saxlama qabiliyyəti azalır və bu isə daha çox səhvlərlə naticələnər” deyir.

Biz əlbətdə ki çox sayıda məlumatı yaddaçımızda saxlayırıq. Bu intellektual qabiliyyətdir. Xam informasiyaları alırıq və onları yerləşdiririk. Ancaq, fikirləşdikdə yenə də kanal qabiliyyəti önə çıxır. Məsələn, mən sizə ən yaxın bildiyiniz insanları sayın desəm mənə 12 insan adı çəkərsiniz. Yenə təkrar edirəm, bu əksəriyyətə aiddir, mütləq deyil. Təbii ki, bu vaxt məsələsidir, uzun müddətdə daha çox insan saya bilərsiniz. Ancaq, qısa müddətdə ağla gələb bu 12 nəfər, psixologiyada “simpatiya qrupu” adlanır. Bu ilk 12 nəfər sizin ən çox sevdiyiniz, düşündüyünüz, əlaqədə olduğunuz insandır. Biraz daha siyahını uzatsanız, 30 nəfərin adını yazsanız, görəcəksiniz ki, 30-cu sıraya qalxdıqca adlarını yazdığınız insanlar daha az qayğısını çəkdiyiniz, əlaqədə olduğunuz insanlardır.

Biz hamını eynı dərəcədə sevə bilmərik, hamının eyni dərəcədə qayğısına da qala bilmərik. Hamı bizə eyni dərəcədə yaxın da ola bilməz. Qabiliyyətimiz 12-15 insanı bəlkə də eyni dərəcədə sevmək, qayğısına qalmağa imkan verir.

Ən maraqlı faktor isə social channel limit (Sosial Kanal Məhdudiyyəti) anlayışıdır. Bu sahədə ən ciddi araşdırma Robin Dunbara aiddir. Dunbar beynimizdə neocortex adlı bölgədən bəhs edir və məhz bu bölgədə qarışıq hisslər və düşüncələr idarə olunur və ya cəmlənir. Dunbar, beyinin ölçüsünün bizi əhatə edən mühit və grup “ölçüsü” ilə düz mütənasib olduğunu qeyd edir. Məsələn meymunlar üzərində aparılan araşdırmada aydın olub ki, dəhə böyük gruplardakı meymunların beyinlərindəki neocortex daha böyükdür.

Böyük sosial qruplardakı insanların neocortexlərı daha qarmaşıq problemləri həll edə bilmək üçün daha da böyüyür. əgər sizin beş nəfərlik bir grupunuz varsa, siz cəmi 10 fərqli əlaqədən (relationship) xəbərdarsınız; sizin digər dörd nəfərlə və o dörd nəfərin bir biri ilə olan əlaqəsi.

Ətrafımızdakı insanların qayğısına qalmaq, onlar üçün yaxşı nələrsə etmək, diqqət yetirmək məcburiyyətindəyik. Qrup böyüdükcə bu çox çətinləşir. 20 nəfərlik qrup 190 (19+171) ikitərəfli əlaqə mövcuddur. Dunbar araşdırması nəticəsində Homo sapiens üçün maksimum qrup üzvü sayısının 150 olduğunu irəli sürüb. Bu 150 nəfər elə bir qrupdur ki, siz onların hər dərtləri ilə maraqlana bilirsiniz, qayğılarına qalırsıznız, yaxşı tanıyırsını, aranızdakı hissləri və əlaqəni kontrol edı bilirsiniz. Onların, bir qonaqlığına təsadüfən güdib çıxsanız, onlara qatılmaqdan utanmayacağınız, çəkinməyəcəyiniz bir qrupdan bəhs edirik. Dunbar, tarixi araşdırmaları nəticəsində bütün ordularda bir nəfərin əmrinə birbaşa kontrolu tapşırılan əskər sayısınınmaksimum 200 olduğunu qeyd edir (7 rəqəmini yenə yadda saxlayın, bizim Azərbaycan ordusunda da bu qayda mövcuddur).

“150 və daha kiçik qruplarda insan-insana əlaqələr kontrol altındadır, insanın insana sədaqəti mövcuddur, əmrlər və münasibətlər fərdi kontrol altındadır, qrup böyüdükcə fərdi tənzimləmə yox olur”, Dunbar.

Hutterites adlı dini icma da bu prinsiplə fəaliyyət göstərir, üzv sayısı 150 çatan qrup ikiyə bölünür.

“Kiçik qruplarda insanlar bir birinə daha yaxın olur. Onlar biri-birini daha qucaqlayır ki, bu da təsirli olmaq, uğur qazanmaq üçün vacib faktordur. Qrup böyüdükcə, insanlar da bir birindən uzaqlaşır, qopur. “, psixolog Gross.

Şirkətlərdə də eyni prinsipin əsas alındığını siz məndən yaxşı bilirsiniz. Mən yazını çox uzun yazdım, amma inanın ki, xeyli maraqlı məqamı da kəsmişəm.

Bir kişinin gərək ən çox 6 uşağı olsun ki, həyat yoldaşının da qayğısını çəkə bilsin! Yoxsa aləm qarışar bir birinə!

Oct 8, 2007

Globallaşmaya məzəli yanaşma!

Selim Tuncer blogunda başqa bir blogdan aldığı yazını yayınlayıb. Çox xoşuma gəldi. Tərcümə də etməyə ehtiyac duymuram. Oxumağınız məsləhətlidir. Globallaşma üzrə dünyada ən çox diplom işi yazılan İqtisad Univeristetində globallaşmaya bu qədər qısa, gözəl və mənalı cavab yazan birisinin olduğuna inanmıram.

Jun 2, 2007

Marketinq - Satış

Bu yazının müellifi Bülent Akgül Marketinq blogçuları arasında en dolğun yazıların müelliflerindendir. Özü eyni zamanda iş adamıdır. Marketinq tehsilini Almaniyada alıb. Menim bütün yazılarını oxuduğum bir neçe blogçudan biridir. Bu yazısı marketınq-satış münasibetlerine aydınlıq getirmesi baxımından çox deyerlidir. Bülent Akgülün bu silsileden olan yazılarını yavaş yavaş yayınlamağa çalışacağam. Ancaq, siz tez hamısını oxumaq isteyirsinizse bura baxın.

Her şeyden evvel, zehni hazırlıq üçün marketinqin satış olmadığını bilsek de, ne ise satmaqla çox yaxın elaqesi olduğunu da qebul etmeliyik. Marketinqin funksiyalarını aydınlaşdırmaq üçün, marketinq ve satış arasındakı ferqi deqiqleşdirmeliyik;
Satış, bir mal veya xidmeti, müeyyen bir miqdar qarşılığında teleb eden birisine vermek fealiyetidir. En uğurlu satış, uğurlu bir marketinqin onun üçün yaratmış olduğu sürsetleri en yaxşı istifade edendir.

Marketinq, mehsulu sebete qoyma (qoydurma), elave etme fealiyetidir. Sebetin formasına, böyüklüyüne ve içerisine, sebeti insanlara ne vaxt, harda ve nece vereceyine, o sebetin adının ve kimliyinin formalaşdırılmasına qerar veren marketinqdir. Diger bir ifade ile marketinq, satmağa çalışdığı mala, o malla birbaşa elaqesi olan (malın dizaynı, xüsusiyyetleri ve qiymeti)az sayıdakı deyişkenleri ve o malla elaqesi olmayan (algı, deyer teklifi, imic, şexsiyyet ve.s) çox sayıdakı deyişkeni elave etmek vebu sebetin toplamını, mehsulun xam halına nezeren daha çox, daha tez-tez, hemişe ve yüksek qiymete satılması mümkün hala getirerek elave deyer yaratmaqdır.

İnanıram ki, marketinq ve satış arasındakı ferq mueyyenleşib, ayrıldıqları ve birleşdikleri nöqteler aydınlaşıb bizim üçün.


KOBİLER MARKETİNQİN NE OLDUĞUN BİLİRLER Mİ ?
(KOBİ-Kiçik ve Orta Boylu İşletmeler olaraq açılır ki, bu da Azerbaycan dilinde Kiçik ve Orta Hecimli Müessiseler demekdir)


Meni bele bir başlıq yazmağa mecbur eden, özüme göre müeyyenleşdirdiyim bu siniflendirmedir: ölkemizde marketinq anlayışını dört grupa bölürem; 1- Marketinqin ne olduğunu bilenler - 5%, 2- Marketinqı reklam kimi tanıyanlar- 20%, 3- Marketinqi satış hesab edenler- 70%, 4- “Menim malım ela maldı, marketinqe ehtiyacım yoxdu” deyenler – 5%. Bu dördüncü qrupdakılar ne qeder gülcü bir marketinq cümlesi işletdiklerini bilmirler.

Bu qrupları ayırmaqda birinci dayanaq nöqtem, indiyedek işlediyim KOBİ-lerdir. İşlediyim ve mal alış verişi elediyim birçox şirketi yaxından tanıma fürsetim oldu. Bu şirketlerin hamısında Marketinq Müdürü olduğunu, ancaq heç birisinin bir satış qrupunun idare olunmasından başqa bir iş görmediklerinin şahidi oldum. Marketinqin 4P-sinin bu insanların vezifelerinin yanından da keçmediyini gördüm.

Eslinde çox daha asan yolu da var. www.kariyer.net adresine girin ve marketinq şöbesi üçün iş axtarın. Qarşınıza çıxacaq neticeler beledir: 1- Plasiyer -50% (Sade desek,Şirket müşterilerine mal paylayan), 2- Satış İdareçisi – 20% 3- Marketinq Müdürü – 30% (Altı aylıq müşahidelerimin neticesidir bu). Bu reqemler eslinde bize çox şey ifade edir. Marketinq elanlarının yarısı satışdır ki, satış üçün elan vermeye ayrıca yer var. Marketinq Müdürü üçün gösterilen funksiyalar , eslinde Satış Müdürünün funksiyalarıdır. Yeni, altı aydır menim gördüyüm cemi 1% heqiqi marketinq elanı var.


MÜVEFFEQ BİR MARKETİNQ ÜÇÜN

Sergio Zymana göre marketinqde mwveffeqiyet qazanmaq üç esasa dayanır; Uyğunluq, Ferqlileşme, Tutarlılıq. İcazenizle men buna dördüncünü elave etmek isteyirem, içselleşme (İçselleşmenin, Azerbaycan dilinde herfi qarşılığını tapa bilmedim. Ne olduğunu metni oxuduğunuz zaman özünüz texmin edeceksiniz) Yuxarıda, marketinqe terifi sebete oxşadaraq yazmışdım. Uğurlu marketinqin bu dört esasını veya esas dayağını sebete nece qoyacağıq? Aşağıda bunları qısaca açıqlayıram.

Uyğunluq: Bu anlayışı esasen iki hisseye ayırmaq olar; içden çöle-çölden içe uyğunluq. İçden çöle uyğunluq, şirketinizin müşterilere teklif etdiyi mehsulun öz içerisindeki tutarlılığın ifadesidir. Mehsulun xüsusiyyetlerinin, dizaynının, ölçülerinin, qiymetinin, deyer teklifinin ve.s öz aralarında bir bütünlük içerisinde olmalarıdır. Misal üçün: market ve dükanlarda satmaq üçün keks hazırlayırsınız, istehsal edirsiniz. Keksiniz xüsusiyyetlerine göre, fındıqlı, üzümlü, şokoladlı, diabetik ve.s ola biler, amma toyuqlu olmaz. Forması etibarı ile, küre şekilli ola bilmez (daşınması ve maliyeti çox olar). 1kg-lıq keks bişirib sata bilmezsiniz, qiymeti bazarda texminen 20 qepikdirse, siz 1 manata sata bilmezsiniz (sata bilersiniz, amma bu sonrakı meseledir). Deyer teklifi, lezzet, sağlamlıq ola biler, amma kalori anbarı ola bilmez.

Çölden içe uyğunluq ise, istehlakçının, ona teklif edilen sebetin onun üçün yuxarıda ifade etdiyimiz kriteriyalara göre ne qeder münasib olduğunu ifade edir. Çölden içe uyğunluq üçün, markanın yerleşdirilmesi de, vacib bir meseledir. Çölden içe uyğunluq, subjektiv qiymetlendirme olsa da, ümumiyyetle benzer yayılır deye bilerik.


Ferqlileşme: Ticari uğur, reqabet üstünlüyüne esaslanır. Ye’ni, müşteri üçün öz reqiblerine nezeren hansı meselelerde daha yaxşısan sualına deqiq cavab vere bilmek vacibdir. Sonrakı iş, yaxşı cehetlerini qorumaq ve inkişaf etdirmekdir. Yaddan çıxarmayın ki, reqabet üstünlüyünün ne olduğuna ve niye- ne qeder ehemiyyetli olduğuna müşteri qerar verir. Bu qerarını da satın alanda gösterir. Çox cehetden ferqlileşmek mümkündür. Meselen, ETİ Browni , Ülker qozlu İkram ile mehsul esasında, BİM ucuz qiymeti ile qitmet esasında, Arçelik texnologiyası ile ferqlileşdi. (Bu marka ve mehsullar hamınıza tanış olduğuna göre izahat yazmıram. Sadece BİM haqqında melumatınızın olmamasını düşünerek onu qeyd edim ki, BİM “Toptan Fiyatına Perakende Satış” sloganı ile en ucuz marketler zinciridir). Ferqlileşme reqibe göredir. Ferqlileşmek üçün evvelce reqibinizin ne olduğunu ve öz sebetini neyle doldurduğunuzu bilmeli (bu A qrupu olsun), sonra müşterilerin hansı ferqlilikleri mükafatlandıracağını bilmeli (bu B grupu olsun) ve sonra da B-de olan, A-da ola bilmeyenlerden şirketinize münasib olanları seçmelisiniz. Meselen; Komputer satış mağazanızın olduğunu düşünün. Keskin reqabet altında ezilirsiniz. Reqabet üstünlüyünüzü ifade etmelisiniz. Mallarınız reqabet üstünlüyü ola biler? Yox. Çünkü, hamısı eyni yerden gelir. Qiymet, ola biler? Sezonu etibarı ile belke de, ancaq qiymetle reqabet etmek çox çetin ve tehlükelidir, üstelik lazımsız seviyede ucuzluq insanları malın keyfiyeti haqqında pis düşünmeye vadar edir. Demeli, reqabet üstünlüyü xidmet ile ola biler. Meselen, komputer alana altı ay müddetinde, pulsuz Windows quraşdıra bilersiniz. Biraz xerciniz olacaq, amma komputeri teze öyrenenlere satmaq size asan olacaq. Bunu sizin reqibleriniz de tekrar edecek. Hetta bezileri, eyni xidmeti bir il pulsuz verecek. Ferqlileşmenizi, inkişaf etdireceksiniz. Meselen, internetden onsuz da pulsuz endire bilinen programları bir DVD içerisinde müşterilerinize vere bilersiniz. Bele olsa DVD-Rom satışlarınız da artacaq. Maliyet olaraq sizin üçün bir şey ifade etmir belke de, amma fikirleşin ki, bir insan o programı internetden axtarmaq, ne işe yaradığını deqiqleşdirmek, endirmek ve.s üçün ne qeder maliyet, vaxt serf edir. Qeşeng xidmetdir. Sonra reqibleriniz bunu da yamsılar ve heyat bele axar geder.

Tutarlılıq: Uyğunluq ve ferqlileşme mövzularında ortaya qoyduğumuz deyerlerin cemi nedirse, bunu inkişaf etdirmek, böyütmek ve sizi ferqlilendiren deyerleri qorumanız tutarlılıqdır. Qısacası tutarlılıq, sizi müşterinin gözünde deyerli eden ne varsa hamısını qoruyub saxlamanız ve daha da yaxşılaşdırmanızıdır.

İçselleştirme: Kağız üstünde çox yaxşı marketinq planınız var, müşteriler üçün ela sebetiniz var, reqiblerinizden ferqlileşmisiniz ve tutarlısınız. Yaxşı, kağızda yazılanları heqiqetde göstermeye hazırsınız? Zehniyet, maddiyat, organizasiya bütünlüyü etibarı ile, hazırsınız? İşçileriniz yazdıqlarınızı reallaşdırmağa, müşterilere verdiyiniz sözleri tutmaq üçün lazımı fealiyyeti göstermeye hazırdır? Eger, şübheniz varsa heç başlamayın. Esas olan bu planı içselleşdirebilmekdir, yeni, sizin potansiyalınız ve gücünüz çatacaq bir işin qulpundan yapışmaqdır. Müşteri, ona verdiyiniz sözleri yerine yetirmeyinizi isteyir ve teleb edir, sözünüzü tutmasanız qaçar. “Men buna bir teher satım, sonrasına baxrıq “ deyirsinizse….
Men bugüne qeder üç komputer almışam. İlk ikisini eyni yerden almışam. Üstelik, eyni yerden menim meslehetimle en az 20 nefer komputer alıb. Sonra 3-cü komputeri başqa yerden aldım. Ora da indiye qeder beş nefer yollamışam. Men müşteriyem ve demokratiya menim üçün işleyir, hardan istesem ordan alaram. Qazandığınız müşterini itirmemek üçün verdiyiniz sözleri tutun, bir müşteri esla ve esla bir satış demek deyil, eger mezar yeri satmırsınızsa.



QARŞILIQLI ELAQE - Komunikasiya

Eslinede başlığa laiq yazı yazmaq mümkün deyil. Müxteser yazsam, indiye qeder yazdığımın iki qatı qeder yazı çıxar bu başlıq haqqında. Buna göre de, derinliye girmeyerek, bir neçe ana fikir üzerinde durmaq isteyirem. İndiye qeder yazılanlar üçün mükemmel bir planınız var. Bu planı heyata keçirmeye da hazırsınız. Qarşılıqlı elaqe yoxdursa, heç biri yoxdur. Bütün fealiyyetleriniz, investisiya qoymalarınız ve.s komunikasiya, qarşılıqlı elaqe yoxdursa heç nedir. Şişirtmirem. Ancaq, bu iddinı tesdiqlemek üçün qarşılıqlı elaqe veya kommunikasiyanın sadece reklam olmadığını qeyd etmek lazımdır.

Yaxşı, qarşılıqlı elaqe nedir? Qarşılıqlı elaqe, şirketinizden bir vasite ile müşterilerinize geden mesajlar ve bu mesajların müşterilerin zehinlerinde qebulunun geri bildirimle size dönmesidir. Bu cümleden ne mena çıxır; 1- Qarşılıqle elaqe qarşılıqlı mesaj axışıdır 2- Mesaj bir vasite ile gönderilir 3- bütün mesajlarınız müşterilerde sisinle elaqeli müsbet veya menfi fikir formalaşdırır. 1-ci madde aydındır, elave izaha ehtiyac toxdur. 2-ci maddenin izahatına ehtiyaca var; mesaj nece gönderilir? İnanın ki, sonsuz vasite sayıla biler. Komputer mağazasından nümunemize davam edek. Küçeyle geden bir müşteriyem ve komputer almaq isteyirem. İşaretinizi gördüm ve firmanızla elaqeli bir ilkin fikir formalaşdı mende-ucuz, bahalı, yaxşı, pis, mütexessis..İçeri girdim ve mağazanızın seliqe sehmanını gördüm, içeride çalınan musiqini veya bir biri ile mübahise eden şirket işçilerini gördüm (burada ilk ağla gelen satış temsilçisinin memnun olmayan bir müşteri ile mubahise etdiyidir) ve iyi hiss etdim (lap evvel formalaşan ilkin fikir ya deyişdi, ya da daha da güclendi). Satış temsilçilerinizle danışdım (men çox da başı çıxan müşteri olmadığıma göre canını boğazına yığdım, amma onun da vezifesi bu olduğuna göre mene tam cavab verirdi. Sonra mağazadan çıxdım ve eve getdim. İnternet sehifenize girmek istedim. Ya sehifeniz yoxdur ya da işe yaramayan seviyesiz bir sehifedir. “2007-ciildeyik, millet komputer satır, ama adam kimi bir sehifeleri de yoxdu” dedim ve sisnle elaqeli fikirlerim tamam deyişdi, 10 bal idise düşdü oldu 1. zeng eleyib bir şey soruşmaq istedim, telefona cavab veren adam –aaaallooooo dedi. O qalan bir balı da sildim.

Uzatdığımı bilirem, ama demek istediyim budur; işaretinizi gördüyüm andan malı almağa qerar verene qeder, aldıqdan sonra xidmetlerinizden faydalanan qeder, xoşuma gelse tekrar sizden mal alana qeder (almaq istesem tebii ki), sizin meni nece qarşılamanız ve menim ehtiyaclarımı qarşılamanıza qeder olan her şey qarşılıqlı elaqedir.

Marketing kommonikasiyasının işi, mesaj gönderme vasitelerini seçmek, mesajların vacibiyyetini müeyyenleşdirmek, mesajları dizayn etmek (ye’ni, siz eger isteyirsinizse ki, müşteri sizi bahalı mağaza olaraq tanısın, onda size işaret eden bütün vasitelerin onu çağrışdırması vacibdir), lazım olan vaxtda, lazım olan yerde, lazım olan formada mesajların gönderilmesini hazırlamaqdır.

Nece olacaq bu iş, onun haqqında yaza bilmerem. Çünkü, bir hadise incelenmeden menim üçün bunu yazmaq çox çetindir. Sadece bunu bilin ki, qarşılıqlı elaqe de uyğunluq, ferqlileşme ve tutarlılıq esaslarına dayanır. Burada xüsusen de uyğunluq ve tutarlılıq esas anlayışlardır. Qısacası uyğunluq, elaqe kanallarının seçiminin, mesajların hazırlanmasının, vaxtının müeyyenleşdirilmesinin ve.s teklif etdiyiniz sebete veya hedef kütleye uyğun olmasıdır. Tutarlılıq ise, ferqli kanallarla ve ferqli vaxtlarda verdiyiniz mesajların bir biri ile qarışmaması, zidd olmamasıdır.

Hörmetle

Feb 28, 2007

"Çox" Mesaj Eslinde "Heç" Mesajdır

A.Selim Tuncer'in blogu Türkiye'de Pazarlama Blogları arasında en çox oxunan ve özünemexsusluğu ile seçilen blogdur. A.Selim Tuncer beyin yazılarını öz qeleminden oxumaq uçun baxın!




Bir menbe terefinden verilmek istenilen fikrin kodlanaraq mesaja (çatdırılmaq istenilen fikrin çox qısa bir söz, şekil, hereket, ve.s ile çatdırılması) çevrilmesi ve bu mesajın münasib kanallar vasitesi ile alıcıya (istehlakçı) çatdırılması, alıcının da kodları açaraq fikri anlaması, başa düşmesi, kommunikasiya prosesini emele getirir. Verilmek istenilen veya gönderilen mesajı qeyri-iradi qebul eden alıcının mesajı anlaması qısa bir an içerisinde baş veren çox qarışıq zehni fealiyyetin neticesidir. Buna göre de, bir hadisede birden çox mesajın verilmesi kommunikasiya prosesinde uğursuzluqla neticelenir.






Eslinde bu marketing mütexessislerinin üzerinde durduqları bir meseledir. Ancaq, teessüf ki, bir çox reklam veren şexslerin “ O qeder pul verirem, heç olmasa üç dört cümle çox deyim” psixologiyası ile hereket etmesi, insanların verilmek istenilen fikri tam gavraya bilmemesi ile neticelenir. Çox şey deyilerek, eslinde heç bir şeyin deyilmediyi bilinmeli ve xerclenen pulların bele veziyyetlerde boşa getdiyi derk edilmelidir.
Bu psixologiya veya yanaşma terzi, reklamçıların her iki terefe de mesaj göndere bilen vasiteler axtarmasına yol açır. Hem alıcıya ne ise deyeceksen, hem de müşterilerini razı salacaqsan. Çetin meseledir!

Reklam veren (reklam yayınladan şexs), axşam televizorun qarşısında elinde bir fincan çay, her addımını ezber bildiyi reklam rolikini hamının özü kimi diqqetle izlediyi zenn edir. Çayını içib qurtaranda da özünün qoyduğu kodları açıb, mesajı fikri derk etdiyi üçün sevinir. Halbuki, eyni axşam hemin reklamı biri gezet oxuyarken gözucu görüb, biri uşağının bezini deyişdirerken başdansovdu baxıb, biri eyneyini temizlediyi vaxt süzüb, bezileri de qızğın söhbet esnasında sadece qulaqlarının ucu ile eşidib.
Bunları bir kenara qoyun, hetta alıcı bu reklama diqqetle baxsa veya qulaq assa da reklam verenin defelerce qulaq asmış olduğu mesaj-lar-ı ilk defe eşitdiyini yaddan çıxartmayın.

Çox mesaj eslinde heç mesajdır. Mesaja ve qebulu pozan etraf mühitdeki “gurultu”ya bir de öz ellerimizle elave etdiyimiz öz “gurultu”larımız, ye’ni çoxlu mesajlarımız ses qatmaqdadır ki, qebul bu parazitlerle lap çetinleşdirir. Teessüf ki, öz ellerimizle!!!

Nümuneni reklamlar haqqında verdiyime baxmayın, demek olar ki bütün kommunikasiya vasitelerine bu deyilenleri aid etmek olar.

Jan 15, 2007

Biri Var İmiş Biri Yox İmiş...

Prof.Dr.İsmail KAYA
Aşağıdakı yazının müellifi İstanbul Universitetinde Marketing kafedrasının aparıcı professorlarından biridir. Müşterilerin "Patron" olduğunu müdafie eden ve "Müşteri Bilimi" anlayışını ortaya atan insandır. Menim müellimimdir ve Marketingi sevmeyime sebeb olan insandır. İsmail KAYAnın yazılarını Türkce oxumaq üçün PazarOlaya baxın!


Bu başlığı oxuyan hamı arxasınca bir hekayenin geleceyini başa düşer. Düz bildiniz. Bu hefte nağıl (!) danışacağıq.

Biri var imiş biri yox imiş, atasından qalan, ustasından öyrendiyi peşesi ile güler üzlü bir dayı var imiş. Bu dayının balaca dükanı vaxt ötdükce böyümeye başlayıb. Evvel uşaqlar, dalınca da qohum övlad sayesinde hem işi böyüdüb, hem de işçilerinin sayısını. Yavaş-yavaş dayının firması camaat arasında meşhurlaşıb. Hele yekelib başlara baş qoşmasa da, firmadakılar çalışdıqca daha çox istehsal edibler, istehsal etdikce daha çox satıblar. Satdıqca böyüyübler, böyüdükce satıblar.

Dah çox satmaq üçün satışcılar götürübler işe, gruplar düzeldibler. Bir vaxt gelib marketing düşüb milletin diline. Amma, bu dayının hele bu marketing deyilen şeyden xeberi yox imiş. Marketing fikirlerini qohum övlatdan, ordan-burdan eşidirmiş. Dayının ağlına batan fikirleri de heyata keçirirmişler.

Günler günlerin arxasınca. Bir gün dayı baxıb ki, satışcıların işleri yaxşı getmir. Satış gruplarına kömek elemesi üçün marketing mütexessisleri götürüb işe dayı. Bunlar bazarı, bazardaki fürsetleri, satış/dağıtım kanallarını incelemek, potansiyal müşterilerin neyi xoşladığını, nelerin onlara tesir etdiyini öyrenmek üçün elleşib-vuruşurmuş. Araşdırma, reklam, teşviq, logistika ve benzer xidmetler üçün başqa firmalarla razılaşıb bu mütexessisler. Marketing mütexessisleri müşteri yığmaq, celb elemek ve mal satmaq üçün lazımlı işleri görürmüşler, strategiyalar ve sistemler hazırlayırmışlar. Ferqli xidmetler, reklam, teşviq, web seyfesi, sponsorluq, sergiler, yardım kampaniyaları ve.s ile birlikde firma qened açıb. Amma, hele de Marketinge satışın kömekçisi kimi baxırmışlar ve Satışla marketing şöbeleri arasında heçbir problem yox imiş.

Ne vaxt ki, firma böyüyüb bütün ölkede meşhurlaşıb, hetta başqa ölkelerde de sesi küyü çıxmağa başlayıb, o vaxt dayı ve diger idareçiler Marketingin 4P-den (Product, Price, Place, Promotion) ibaret olmadığını başa düşübler. Bölümlendirme (Segmentation), hedef bazar (Target market), yerleşdirme (Positioning) ve.s kimi mövzular müzakire olunmağa başlayıb. Bu ixtisaslardan başı çıxan insanlar işe götürülüb. Bunların da fealiyyeti ile, Marketing firma içerisinde serbest oyunçu olmağa başlayıb. Satışcılar buna dözmeyib ve firma içinde Satışla Marketing arasında inciklik, reqabet, dava-qırğın başlayıb ki, gel göresen.
Umumi büdeceden kime ne qeder pay ayrılacaq, şirkete Marketingçi mi, yoxsa Satışcı mı götürülecek, Marketingçiler mi Satışcılara tabe olacaq, yoxsa Satışcılar mı Marketingçilere ve.s mövzular firmanı qatıb bir birine. İki gurp arasındaki bacarıq, anlayış ve stil ferqleri heç cür hell oluna bilmeyib.

Aylar ötüb iller keçib, Marketingçiler özlerini firmada herşeyden üsütün ve en ehemiyyetli hesab elemeye başlayıblar. Starategiya planlaması, istehsal, finans ve.s şöbeleri ile daha sıx elaqeler qurmağa başlayıblar, hetta başqa qurumlarla da elaqeleri möhkemlendiribler. Bir terefden de marka menecerleri ve Marka sevdası çıxıb ortaya. Gettikce, marketingçilerin mövqeyi firmada satışcılara ve fianasçılara nezeren çox yükselib.

Yavaş-yavaş marketingçiler firmada herşeye qarışmağa başlayıblar. Firmanı evvelce Marketingin selahiyyetine, ardından da müşterinin idaresine keçirmeyi qarşılarına meqsed qoyublar ve “bunu da en yaxşı biz ede bilerik” deyibler.

Marketingçiler açıqca ortaya çıxıb deyibler ki, “Firma müşteriler üçündür; en böyük şef müşteridir ve müşterilerle elaqele qurmaq, onlarla işlemek bizim işimizdi; firmanın bütün idaresi bizim elimizdedir; biz de daxil olmaqla hamımız bundan sonra müşterilerin xidmetçileriyik.”
Bax ele burda nağıl bitib!
Bunlara nağıl kimi baxan menecerlerin/firmaların/ölkelerin gelecek nesillere danışacaq fexr edesi xatireleri olmayacaq deyib dayı!