Bu Yazı Prof.Dr. İsmail KAYA tərəfindən yazılmış və Pazarola bloqunda yerləşdirilmişdir. Yazının ifadə etdiyi məna, vermək istədiyi mesaj və bizim bazarda da bənzər hadisələrin olması etibarı ilə əhəmiyyətini nəzərə alaraq, İsmail hocamın icazəsi ilə tərcüməsini öz bloqumda yerləşdirdim.
Reklamın yaxşısı pisi olmaz, desələr də inanmayın. Məqsədinə görə işə yarayanlara yaxşı, uzun müddətdə gətirdiyindən çox aparanlara pis reklam deyilir.
Marketinqlə məşğulam deyənlərə də, marketinqin yaxşısı pisi olmaz deyənlərə də inanmayın. Marketinqin də, marketoloqun da yaxşısı pisi vardır. Pislərdən bəzisi, marketinqdən bixəbər; gördüyü işi marketinq sayır. Bəziləri marketinq adı altında öz fırıldaqlarını çevirir, başqa işlər görür. Bəziləri də bacarıqsızlıqları və bilgisizliklərindən səhv və xətalı edirlər bunu.
Pis marketinq və pis marketoloqların ucbatından marketinqin adı pisə çıxdı. Marketinqin özünü bir daha tərif etmək, onun özünü yenidən marketinq etmək şərt oldu.
Ailə büdcələrində qaz və enerji pullarından daha çox olan aylıq hesabları ilə, bütün telefon şirkətləri həddindən çox marketinq kampaniyaları ilə hər an qarşımıza çıxırlar. Bezdirən reklamları, təəccübləndirən tarifləri, açıq-örtülü sponsorluqları və mediada sahib olduqları güc ilə istehlakçıların qarşısında başlarını itirmiş vəziyyətdə, ağıllarına gələn hər yolu yoxlayaraq, dəli kimi qışqıra-qışqıra müştərilərə “gəl-gəl” deyirlər. Bircə sussalar, ara sakitləşəcək. Bir-birimizi daha yaxşı eşidəcək, daha yaxşı başa düşəcəyik.
Mediadakı bütün gurultulara baxmayaraq, keçən üç ayda cəmi-cümlətanı 50 milyondan artıq abunədən 1,3 milyonu nömrəsini dəyişmək üçün müraciət etmişdir. Bu nəticə, bu boyda zıppıltı-guppultuya, bu boyda “gəl-gəl kampaniya” xərclərinə dəydi mi, dəymədi mi? “Hesablasalar…” deyərdim ancaq, Ahmet Sağırlı-nın da dediyi kimi, onsuz da bunun hesabını tariflərlə bizdən çıxardacaqları üçün, heç zənn etmirəm..
Onda bu boyda gurultu niyə?
İndi oturub fikirləşmək vaxtıdır.
Marketinq qişqirib-bağırmaqdır? Aldatmaqdır? İstehlakçını istismar etməkdir? Necə və nə olur olsun, istehlaka təşviq və istehlakdır?
Yoxsa, bu işin məktəbi hesab edilən ABŞ markalarının və firmalarının da işarət etdiyi kimi, iqtisadi inkişafın və dünya hakimiyyətinin mühərrikidir?
Yaxşıdır, yoxsa Pisdir?
No comments:
Post a Comment