Kərim Məmmədov köhnə yazıma şərh qoymuşdu və bu şərhlərin axırı ona gətirdi ki, mən ona marketinq ilə məşğul olanlarla satış işində olanların işlərinin fərqlərini göstərməyə söz verdim. Əlbəttə, mən bütünlüklə əhatə edə bilmərəm və burada job descriptions, responsibilities, and liabilities yaza bilmərəm. Ancaq, balaca da olsa g
Gəlin çalışaq nəzər salaq fərqlərə. Mən yazıram, yarım-yamalaq, siz tamamlayın olsun tam-tamalaq. Şərhləriniz əsasında yazını update edəcəyik sonra.
Marketinq Menecerin qarşısında durən ən əsas öhdəliklər;
- Müştəri məlumatlarının toplanması sisteminin qurulmasında iştirak etmək (mövcud müştərilər)
- Müştəri ehtiyaclarını öyrənmək üçün bazar və müştəri analizlərini etmək və ya etdirmək.
- Satışın analizlərini etmək və rəqiblərlə müqayisəli analizləri raportlamaq
- Satış sahəsinin müştərinin xoşuna gələcək və ya cəlb edəcək formaya salınması və ya sistemləşdirilməsi üçün satış ilə birlikdə çalışmaq
- Marketinq Strategiyasını bütün əlindəki birinci və ikinci dərəcəli datalar əsasında hazırlamaq
- Biznesin İnkişafı üçün layihələr hazırlamaq və təkliflər vermək
- Yeni məhsul inkişafı üçün istehsal və satış ilə birlikdə fəaliyyət göstərmək
- Reklam, ictimaiyyətlə əlaqələr və digər kommunikasiya vasitələrindən yararlanaraq sistemi idarə etmək
- Müştərilərin şikayət və istəkləri əsasında təklif və tədbirlər hazırlamaq
- Şirkət və şirkətin bütün məhsullarının təqdimatı üçün bütün vasitələri istifadə etmək
- Daim satdırıb şirkətə pul qazandırmaq
Satış Menecerinin qarşısında duran əsas öhdəliklər;
- Marketinqın qurduğu müştəri məlumatlarının toplanması sisteminin düzgün işləməsi üçün satış heyətini və sistemləri idarə etmək
- Satış sahəsinin təmizliyi, diqqət çəkiciliyi və lazımı qaydada olmasını təmin etmək
- Satılan məhsulların marketinqçilər ilə birlikdə hazırlanan sistem əsasında işləməsi üçün kontrolunu və hərəkətini idarə etmək
- Marketinqin minbir əziyyətlə satış sahəsinə gətirdiyi müştəriləri düzgün qarşılamaq və onlara nəsə satmaq, əliboş göndərməmək
- Satışçıların düzgün davranış və tərtib qaydalarına ciddi nəzarət etmək
- Satış gücünü idarə etmək
- Satış müddətində daim ünsiyyətdə olduğu müştəriləri daha yaxşı tanımaq, öyrəndiklərini marketinq ilə bölüşmək və onların əldə saxlanılması üçün fikirlər irəli sürmək
- Çox satıb şirkətə pul qazandırmaq
Bu mənim indi yığıb-yığışdıra bildiklərim. Mən hal-hazırda marketinq işindəyəm və böyük məmnuniyyətlə satışa keçmək istəyərəm. Bunu da qeyd edim.
5 comments:
Mən də satış işi görürəm amma marketinqə istəyirəm:))))
Çox gözəl sistemləşdirmisən qadasın alım. Hətta daha da uzatmaq olardı.
Satışçı ilə marketinqçi arasındakı fərq və prosesə təsirlər arasındakı fərq sektora görə dəyişə bilir.
Məsələn bizdə hazırda marketinqçi çox cüzi təsirə malikdi. İş, satış personalının boynundadı. O boyda departamentin müdürünə "Sales manager" deyilməyi də boşuna deyil hərhalda...
He isin bir terefini eledik. Indi gerek gedek satis menecerini tapag ona da eyni seyi yazmagi teklif edek. Sonra ise Marketing yoxsa Satis adli megaleni hazirlamag olar, cunku esasinda bir tedgigat isi durur.Bu isin zarafat terefi...
Eslinde yaziniza gore size tesekkur edirem. Hegigeten eziyyet cekib yazmisiniz. Iki sahede de islediyime gore bir sey yaxshi yadimda galib, satis adami bezdirir :))) Marketing ise daha cox mesuliyyetlidir.
Bir basa satisda musteri garsisinda terlemeyin, gizarmagin, naraziligina gore yere girmeyin sonra ise onun sene zeng edib dene dene mehsul istemeyi adami lap tenge getirirdi. Amma satis da oz novunde fergli sahelere bolunur. Yeni sizin dediyiniz Vusalin geyd etdiyi kimi avtomobil sahesinde spesifikasina uygundur. Retailde yeni FMCG-de bu bir az daha ferglidir. Orada toptanci ve perakendeci anlayisi ile sistem deyisir. Amma kobud sekilde ayirsag, satisin cavabdehliyi satmagdir. Marketingin borcu satilabilen mehsulu ortaya cixartmagdir. Hec biri asan is deyil. Amma gel ki, ekseren bunlari yola verirler...
Bu arada zarafatimdan istifade edib mak.az-da megale verseniz sevinerdim :))))
Kərim onu da edərik, amma ən əsası sən satışda olan bir mütəxəssisə eyni bu tipli bir şey yazdıra bilsəniz lap əla olar.
Mən satışı yazarkən ancaq satışcını nəzərə alıb yazmışam, satıcıları yox. Bizim müəllim deyirdi ki, "satışçı" birbaşa müştəri ilə übzə-üz durub və ya hansısa şəkildə birbaşa kontaktda olub satandır. Satıcı isə, dealerlərdir, mağazalardır və.s Mən, satışı burada ancaq son müştəriyə satışın edilməsi və ya exchangein baş verdiyi prosesi nəzərdə tutmuşam.
Bu arada onu da qeyd edim ki, məqalədə mənim özümün xoşuma gələn marketinqin axırında yazdığım cümlə ilə, satışın axırında yazdığım cümlələr oldu:) (Öz yazısını şərhlərdə tərfiləyən kimisə görmüşdünüz bugünə kimi?)
MAK`a məqalə vermək şərəfdir Kərim. İnşallah ora laiq nəsə yaza bilsəm MAK`dan xahiş edərəm bunu.
Hörmətlə,
:)))
Evvelceden gulurem ki, yazdigimdan sonra chetin gulem.
En boyuk ferq yoxdur yazilanlar arasinda.. Satishdakilar bonus alir, biz marketinq milleti yox..:((
:)))))))))))))))))))))
Bizim də bonus alan günlərimiz olacaaaaqqqq:)))
İnşallah (Smayliksiz)...
Post a Comment