Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Apr 29, 2008

Daxili müştəri, Xarici müştəri və "Üfürükdən Təyyarə"

Çoxdandır yazmıram. Nə vaxt var, nə məndə yazmaq qabiliyyəti, nə də yazası mövzu. Bəzi traininglərə bənzər, boş keçən saatlar kimi gəlir özümə yazdıqlarım. Ama, yazmasam da olmur. İstər istəməz həm özümüzün işlədiyimiz şirkətlər, həm yoldaşların-dostların, danışdıqları, həm gördüklərim adamı danışdırır.

İş adamlarının danışdıqları isə lap adamı dəli edir bəzən. Daha doğrusu danışdıqları yox, etdikləri. Marketing kitablarının çoxunda "Daxili müştəri", "Xarici müştəri" terminləri işlədilir. Hamınız bundan xəbərdarsınız. Həmişə də ifadə edilir ki, "Daxili müştəri məmnun olmasa, Xarici müştərilərin məmnunluğundan danışmaq çətindir". Deyilməsə də, mən deyirəm, siz bunu belə bilin. Hər şeyi elə başqası deyəsi deyil ki.

İş adamı özü öz malından razı deyil, özü öz bişirdiyi çörəkdən yemir, işçisi öz əli ilə hazırladığı meyvə suyunu içmir və sonra da durub müştəridən, satışdan, uğurdan, bir sözlə MARKETİNQ-dən dəm vurur. Keçmiş zamanlarda "Əgər Bir Şirkət.."adlı yazı yazmışdım. O yazıda da, əgər oxusanız görərsiniz ki, şirkət idarəetməsində əhəmiyyətli olan, ancaq çoxlarının "xırda şeylər" deyib üstündən keçdiyi bir-iki məsələyə toxunmuşdum. İndi yenə ona bənzər bir şəkildə məsələyə toxunmağın vaxtıdır.

Şirkət rəhbərlərinin hamısı (gərək biraz şişirdəm axı), eləbilirlər ki, işçilərin hamısı elə onların özləri qədər şirkətə can yandırır. Daha fikirləşmirlər ki, balam bu işçi axı bu şirkətdən mənim qədər qaznmır, axı bu işçi məndən narazıdır, axı bu işçini mən rahat təmin etmirəm, axı bu işçinin gözü qalır arxada. Fikirləşsələr şirkətləri 10 addım qabağa gedəcək, amma fikirləşmirlər. İnanın mən məətdəl qalıram bəzən. Bu qədər də olmaz axı. Traininglər olur. Şirkət rəhbəri guya ki, trainingdən dərs çıxarır. Çıxartdığı dərslər nə olur? İlk baxışda özünə sərf edən, ancaq əslində isə ona çox itkilərə başa gələn, özünə sərf edən şeylər. Məsələn, deylir ki, "işçinin hamısı şirkətin strategiyasını mənimsəməlidir və bunu özünə prinsip kimi qoymalıdır, bunu etmək üçün də işçilərə gözəl həftəsonu programaları hazırlaya bilərsiniz.....". Şirkət sahibi də gəlir, həftə sonu programının min dollar xərci olduğu üçün, orasını təxirə salır (heç bəlkə də dəftərinə orasını qeyd etmir ki, boş söhbətdi), kağıza da bir sürü kəlimə zir-zibili yazıb paylayır işçilərə ya da asdırır divarlara. "Üfürükdən Təyyarə".

Başda daxili və xarici müştərilərdən bəhs etmişdim. Bir balaca geri qayıdım təkrar. Daxili müştəri dediyimiz insanlar, şirkətin işçiləri, bu tipli şeylərdən məmnun olmur. O, gününü sayır, gün keçsin və ay tamam olsun, vəssalam. Onun vecinə də deyil ki, müştəri gəldi stəkanın kirli olduğunu görüb çıxıb getdi, cəhənnəmə getsin, gora getsin.

Hansı şirkət rəhbərini də dindirsən ağzından ilk çıxan söz "müştərilərimiz"di (Ay rəqabət hardasan, nolar bir biz tərəflərə də gəl, gəl bəlkə sən buraları biraz abıra salasan, yoxsa düzlən deyil). Yazı çox uzandı, bəlkə ikinci hissəsini də yazdım, maddələr halında.

Daxili müştəri, xarici müştəri və "Üfürükdən təyyarə"-nin mənası elə eyni şeydir, bizim yek Bakımızda....(Bu "yek" sözünə də reperlərimizin və başqalarının sayəsində az qala nifrət edirəm, ona görə işlətdim, yoxsa sevdiyimidən deyil).

Apr 12, 2008

Xorvatiya səfərimdən balaca yazı

Neçə gündür Xorvatiyadayam. İşlə əlaqəli səfərdir. Bir gün əlavə vaxtimiz olduğu üçün gəzməyə də xeyli vaxt tapdıq. Hətta doydum gəzməkdən. Çünki Dubrovnik balaca bir yerdir. Cəmi 42 min əhalisi var. Kurort şəhərdir və son illərdə Avropalı turistlərin ən çox gəldikləri yerlərdən biridir. Bir tərəfində Adriatik, bir tərəfi dağlıq olan çox gözəl bir yerdir.


Şəhər tarixən bilinən Dubrovnik deyilən yerdir. Yəni ki, heç vaxt iperiyalar tərəfindən işğal edilməyən Dubrovnik elə indiki Dubrovnikdir. Maraqlıdır. Balaca bir yerdir, həmişə xərac verməklə müstəqil qalıb. Ticarətin, xüsusən də Osmanlı ilə Avropa arasında ticarətin qapısı olub. OLD CITY deyilən yer bizim İçəri şəhər kimidir. Ancaq, aralarındakı bənzərlik bircə ikisinin də adının OLD olmasıdır. Bizim içəri şəhərdə OLD-luqdan əsər əlamət qalmayıb. Ancaq burda necədir? UNESCO mühafizəsi altındadır. Buradan hər şey yəqin aydındır. Burda da içəridə restoranlar, otel, geyim mağazaları var. Ancaq, heç biri zərrə qədər də tarixi memarlıq xətlərindən kənara çıxmayıb. Modern dizayn yoxdur. Yəni burada tarixiliyi hiss edirsən.
Şəhər tər-təmizdir. İnsanları da səmimidir. Dəniz kənarı olduğuna görə dəniz yeməkləri çoxdur. Dadlı yeməkləri yoxdur. Xoşuma gəlmədi. Gecə səhərə qədər boş-boş gəzsən yenə də sənə dəyib toxunan olmaz. Şəhərdə ancaq sakit həyat istəyənlər üçün xoş həyat ola bilər, çünki bu qədər sakit, səssiz, adamın ürəyini yatızdıran (olmək yoxx eee) başqa yer çox az olar. Təsəvvür edin şəhərdə cəmi iki dənən balaca diskoteka var. Bizim bap balaca Behbudovda 50 dənəsi var.
Qiymətləri də çox bahalı deyil. Ölkənin makroiqtisadi göstəricilərinin inkişaf tempi əladır. İnflyasiya 1.2, 2.5, 3.2% olaraq inkişaf edib son illərdə, bugün Zagrebdə işçilər miting edirdilər ki, bəs inflayssiya 5.6% olub, maaşlarımız artsın. "Can" dedim Azərbaycan. O günə qalmışıq ki, “danışmaq” da yadımızdan çıxıb. Bu yerdə bir ahhhh çəkdim. Doğurdan. Hər keçən gün nə qədər mütiləşdiyimiz, bədbəxtləşdiyimiz gəldi ağlıma...Nəysə!
Yazının gedişatını tamam dəyişirdim az qala, indi də istəyirəm dəyişim. Amma, qalsın, biraz siyasətə girməkdənsə girməyim heç, çirklənməsin blogum.

Turizmə böyük investisiyalar var. Bizim qaldığımız otel Qazaxstan-Türkiyə birgə investisiyası ilə tikilib. Əsas şikayətləri Rus turistlərə hələ cəlb edə bilməməkdi. Çünki Avropalılar ağıllı pul xərcləyir, çox pul xərcləmirlər. Az yeyir, az içirlər. Ruslər isə gətirdikləri bütün pulları xərcləməsələr getmirlər, gətirdikləri pul isə ən az Avroplalıların gətrdiyinin iki qatı olur.


Bəzi şəkilləri yerləşdirdim, ancaq yaxşı seçə bilmədim. Təyyarəmin vaxtına az qalıb və indi taksi gələcək. Çıxmalıyam. Sağ salamat gəlsən inşallah Bakıdan yazmağa davam edəcəm.

Sağolun...

Apr 5, 2008

Second Hand Marketing (Manager)

Bu Second Hand işi aləmi alib başına gedir. First hand-lərin satışına da çox ciddi təsiri var bir çox sektorda. Bakıda “MEMİ” var idi sehv etmirəmsə, başqa bir dənə də var idi ama adı yadımdan çıxıb. Nə qədər fikirləşdim tapa bilmədim. Nəysə..Məqsədim odur deyim ki, başqasının geyindiyi paltarı alıb geyinmək də real olan hadisədir. Bu sırf maddi səbəblərə bağlı deyil. Çünki, həmin qiymətə Çin malı da olsa təzə nəsə almaq olar. Hətta Türk malı da tapmaq olur. Biraz yeni forma, biraz bazarda olmayana qaçma, biraz da keyfiyyət məsələləri var işin içində. Avtomobil bazarı lap dəhşətdi bu cəhətdən. Müştəri avtomobil almamışdan əvvəl neçəyə satacağını fikirləşir və hətta oturub hesablayır. Düz də edir.

Hər şeydə bir Seconda Hand var. Bu Marketing deyilən əllamədə niyə olmasın ki? Onda da var. Dünya nümunələri ilə doludur. Hətta o səviyyəyə çatıb ki, bəziləri təzə heç nə tapa bilmir. Reklamlara baxırsan hamısı bir birinin eynisi, fikir kimdənsə çıxıb (təzə fikir) o həmin fikri real hadisəyə çevirib, arxasından da biri çıxıb onun etdiyini kopyalayıb. Olmadı işlənmiş fikir? Oldu!

Biri köynəyin yaxasında iplərin üçbucaq şəkilli birləşməsini fikirləşib, istehsal edib pul qazanıb. Başqası da eynisini edir və pul qazanır, az qazansa da, qazanır. Bu da oldu işlənmiş, çünki işlənib əvvəlcə.

Amma, hər şeyin işlənmişini istifadə etmək də olmur ki. Nə də hər şeyin işlənmişi avtomobillər kimi təzəsindan daha çox pul qazandırmır (Avtomobil dilerlərində dünyada ortalama təzə avtomobildə mənfəət 2-3%, işlənmiılərdə isə 12-13% olaraq hesablanır). Mənim çox yaxın türk dostum var (Əslində zır kürtdür). Bir dəfə soruşdum “Salfetkan var?”, dedi “Həə, az kullanılmış biri var”....

Marketologların da Second Hand-i var görəsən? Var! Bir marketolog bir şirkətdə çürüyür, özü də çürüyür, fikirləri də çürüyür. Sonra bir gün, “bu adamın təcrübəsi çoxdur” deyib çağırırlar başqa işə. Fikri işlənməmiş olan marketoloq da təcrübəsi yoxdur deyə qalır kənarda. İnsan nə maşın deyil, nə də salfetka. Bu adam, gəldiyi şirkətin bütün yaxşı cəhətlərini yığmış olsa da, orada pis nələrisə də yığıb. Gəlir başlayır o şirkətdə nələr edibsə hamısını burada da etməyə, işlənmiş fikirlər, işlənmiş addımlar. Bu qədər yazmağımın mənası bu təcrübə deyilən şeyin niyə bu qədər hər vəzifə üçün şişirdilməsidir. Eləbil Qarabağda döyüşə başlayacaqlar, baş komandanlıq da müharibələr görmüş əskər olmalıdır.

Second Hand marketing manager yaxşıdır yoxsa brand new? Baxır nə qədər işlənməyinə.....