Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Apr 12, 2008

Xorvatiya səfərimdən balaca yazı

Neçə gündür Xorvatiyadayam. İşlə əlaqəli səfərdir. Bir gün əlavə vaxtimiz olduğu üçün gəzməyə də xeyli vaxt tapdıq. Hətta doydum gəzməkdən. Çünki Dubrovnik balaca bir yerdir. Cəmi 42 min əhalisi var. Kurort şəhərdir və son illərdə Avropalı turistlərin ən çox gəldikləri yerlərdən biridir. Bir tərəfində Adriatik, bir tərəfi dağlıq olan çox gözəl bir yerdir.


Şəhər tarixən bilinən Dubrovnik deyilən yerdir. Yəni ki, heç vaxt iperiyalar tərəfindən işğal edilməyən Dubrovnik elə indiki Dubrovnikdir. Maraqlıdır. Balaca bir yerdir, həmişə xərac verməklə müstəqil qalıb. Ticarətin, xüsusən də Osmanlı ilə Avropa arasında ticarətin qapısı olub. OLD CITY deyilən yer bizim İçəri şəhər kimidir. Ancaq, aralarındakı bənzərlik bircə ikisinin də adının OLD olmasıdır. Bizim içəri şəhərdə OLD-luqdan əsər əlamət qalmayıb. Ancaq burda necədir? UNESCO mühafizəsi altındadır. Buradan hər şey yəqin aydındır. Burda da içəridə restoranlar, otel, geyim mağazaları var. Ancaq, heç biri zərrə qədər də tarixi memarlıq xətlərindən kənara çıxmayıb. Modern dizayn yoxdur. Yəni burada tarixiliyi hiss edirsən.
Şəhər tər-təmizdir. İnsanları da səmimidir. Dəniz kənarı olduğuna görə dəniz yeməkləri çoxdur. Dadlı yeməkləri yoxdur. Xoşuma gəlmədi. Gecə səhərə qədər boş-boş gəzsən yenə də sənə dəyib toxunan olmaz. Şəhərdə ancaq sakit həyat istəyənlər üçün xoş həyat ola bilər, çünki bu qədər sakit, səssiz, adamın ürəyini yatızdıran (olmək yoxx eee) başqa yer çox az olar. Təsəvvür edin şəhərdə cəmi iki dənən balaca diskoteka var. Bizim bap balaca Behbudovda 50 dənəsi var.
Qiymətləri də çox bahalı deyil. Ölkənin makroiqtisadi göstəricilərinin inkişaf tempi əladır. İnflyasiya 1.2, 2.5, 3.2% olaraq inkişaf edib son illərdə, bugün Zagrebdə işçilər miting edirdilər ki, bəs inflayssiya 5.6% olub, maaşlarımız artsın. "Can" dedim Azərbaycan. O günə qalmışıq ki, “danışmaq” da yadımızdan çıxıb. Bu yerdə bir ahhhh çəkdim. Doğurdan. Hər keçən gün nə qədər mütiləşdiyimiz, bədbəxtləşdiyimiz gəldi ağlıma...Nəysə!
Yazının gedişatını tamam dəyişirdim az qala, indi də istəyirəm dəyişim. Amma, qalsın, biraz siyasətə girməkdənsə girməyim heç, çirklənməsin blogum.

Turizmə böyük investisiyalar var. Bizim qaldığımız otel Qazaxstan-Türkiyə birgə investisiyası ilə tikilib. Əsas şikayətləri Rus turistlərə hələ cəlb edə bilməməkdi. Çünki Avropalılar ağıllı pul xərcləyir, çox pul xərcləmirlər. Az yeyir, az içirlər. Ruslər isə gətirdikləri bütün pulları xərcləməsələr getmirlər, gətirdikləri pul isə ən az Avroplalıların gətrdiyinin iki qatı olur.


Bəzi şəkilləri yerləşdirdim, ancaq yaxşı seçə bilmədim. Təyyarəmin vaxtına az qalıb və indi taksi gələcək. Çıxmalıyam. Sağ salamat gəlsən inşallah Bakıdan yazmağa davam edəcəm.

Sağolun...

11 comments:

Anonymous said...
This comment has been removed by a blog administrator.
Vüsal Qəmbərov said...

Sene dedim axı yazının hamısını orda yaz:)

Dubrovnikde dura dura Bakının derdinden ehh çekirsen. İndi Bakıdan yazanda nece olacaq? :))

Şekiller gözeldi.
Dubrovnike istedim :)

Rüstəm Məmmədov said...
This comment has been removed by the author.
Rüstəm Məmmədov said...

Indi de Ataturk aeroprotdan yaziram:)

Dogurdan o qeder shey yazmaq isteyirdim ki, her defe nese bizimkinden yaxshi sheyler gorende paxuilligim tutur, hirslenirem hetta. "Bu qeder de olmaz" deyirem oz-ozume.

Orada neyi deyim bir de..Demeli sheherde demek olar ki butun yollar daglarin arasiyla gedir ve ela yollari var. Ancaq, dongeler chox olduguna gore maximum suret men 80 gordum. Bezi yerler var, orda 50 yazilib amma suruculerin de hech biri onu kechmir. Biz olsaq anasini agladariq asfaltin.

Diger terefden ogurluq deye bir shey yoxdu. Bir Qazaxla tanish olduq orda.
Bir defe mashinin achari cibinden dushub xeberi de olmayib. Seher elini atib cibine.. achar yox yerinde.Deyir " Fikirleshdim ki uzhe mashin getdi, aglim getdi qazaxstana, geldim parka gordum kimse goturub yerden qoyub kapotun ustune achari". Bax bele...Canim ay Baki!! Tek Baki yox ee, canim ay Turk memleketleri...

Hormetle,

Vusal F. Ceferov said...

Salam Rustem.Allah yolunu aciq elesin. Hem shekiller gozeldir, hemdeki Dubrovniki ele tesvir etmisenki, ele bil artiq ora gedib gelmishem. Goresen bu sheher xeraclar vermeseydi hansi seviyyede inkishaf etmish olardi?! Eminemki bundan en azi 2-3 defe yaxshi. Nedense hemishe bu tipde sheherde yashamaq arzusunda olmusham.Ancaq real olacaqina inanmiram. Cunki milletden ayri yashamaqi bacarmaram. Teessufki bizde hele bele sheher yoxdur. Gelin umud verek ozumuz-ozumuze. Deyesen QEBELE bu cur inkishaf tempini tutub.....)Yaxin 1-15 ilde Inshallah bu arzuma cataram.

Hormetle

Vusal F. Ceferov said...
This comment has been removed by a blog administrator.
Rüstəm Məmmədov said...

Vusal artiq Bakidayam. Chox sagol sherhine gore..

Zaqatalada olmamisham, amma eshitdiklerime gore Zaqatala yashanilasi en gozel sheherdelerden biridir bu cehetden. Sakit, temiz, gozel, insanlari mehriban...Bir qalib inkishafi, o da olacaq inshallah..

Hormetle,

Afulya76 said...

Bax, buna gore ozume soz vermishem ki, hech vaxt ayagimi Azerbaycanin kandarindan kenara qoymayacam. :( Adam depressiyadan chixa bilmir.

Vüsal Qəmbərov said...

Ay qadan alım biz də Azəraycandan kənardayıq dana... Azərbaycana qayıdacağımız günü ipnən çəkirik az qala...

Geri qalan yanlarımız oqqədəər... Amma təsəlli olacaq məqamlar da var axı. Onlara baxaq.

Amma dərd də dərddi a mejdu proçim:)

Anonymous said...

Hello. This post is likeable, and your blog is very interesting, congratulations :-). I will add in my blogroll =). If possible gives a last there on my blog, it is about the Home Theater, I hope you enjoy. The address is http://home-theater-brasil.blogspot.com. A hug.

Anonymous said...

Rüstem kişi salamlar
necesiz?
Dubrovnike getmeyine sevindim.
mende bir neçe il bundan gabg getmişdim.futbol maçı vardı bizde adımızı komandaya yazdırıb getmişdik 4 gün galmışdıg.Dediyin kimi çox sakit şeherdi.
qadası burda düzgünlüyü de yazmısan.Men ümid edirem ki bizdede olacaq.Bir hadisede men danışım isteyirem.
bir defe benzin istasyonunda aldığım benzinin pulunu vermeyi unutdum işçide pulu almagı unutdu menden.Bir gün sonra xatırladım ki bes men pul vermemişem orda çalışana yolumun üstü olmasada getdim ora.Getdiyim vaxta o yoxdu orda diger çalışanlar vardı ve olayı anlattım.Onun özüne pulu vermek istediyimi söyledim.Mene dediler ki o da sonradan xatırladı pulu almadıgını ve ordakılara deyib ki bes o oğlan pulu getirib catdıracaq.Sonra o işçi geldi ve men borcumu ödedim.Bu hadiseni niye danışdım.Onun menim haqqımdakı hüsnü zannını boşa çıxartmadığım meni etkilemişdi...
yoxsa mence gayet normal hamımızın elemesi gereken hereketdi...
ne ise uzadı hamıya salamlar
Rüstem bu arada Anar Ukraynaya getdi yegin xeberin var ...
helelik