Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 22, 2009

2008 BOOM, 2009 gloom

“Yanvar ölü aydır” deyir az qala bütün biznesin içərisində olan insanlar. Ölü Yanvarda hamı oturub Fevralın diri olma ümidi ilə ölən biznesin hesablarını çakkıldadır. Deyir sən saydığını say, gör fələk nə sayır. Saysın fələk, görək Fevrala, Marta, Aprelə və ümumilikdə 2009-a nə sayır. 2008 doğurdan da möhtəşəm il idi. 2008 avtomobil bazarında da inanılmaz oldu. Xüsusən də yay ayları inanılmaz idi. Yayda Koreadan bir qonağımız gəlmişdi, bizim stokumuzu görüb şok oldu və mən təcili geri qayıdıb siz avtomobil göndərməliyəm dedi. Tələbi qarşılaya bilmirdik və beləcə bazarda nə qədər pay, nə qədər təkrar müştəri, nə qədər markadan uzaqlaşma. Çox pis idi.


Tək avtomobil sektoru deyil, bütün sahələrdə və eləcə də infrastrukturda böyük sıçrayışlar oldu. Qovşaqlar, yollar, yeni binalar, yeni bizneslər və.s. Neftin qiymətinin yüksək olması isə burada ən böyük səbəb faktorlarından biri idi. Sonra qəflətən riskli portfellərin səbəb olduğu finans kriz hamını qorxuya saldı. Hərçənd inşaat, əmlak və avtosektorlarda tez biruzə verdi özünü, ancaq krizin psixoloji tərəfi özünü hər tərəfdə göstərməyə başladı. İndilərdə isə bu artıq finans krizi olmqdan çıxdı və iqtisadi və hətta IMF başqanın dediyi kimi “sosial kriz” oldu. Getdikcə dərinləşən bu kriz isə, artıq işdən çıxarmalar, iflaslar və.s ilə yadda qalır. Krizlərdə həmişə axsayanlar ələnir, güclülər qalır. GM kimi divlər iflasın eşiyindən boylanır, Chyrsler və FIAT kimi iki “axsaq at” isə mənasız birləşmə həyata keçirirlər.


2009 hələki pis başlayıb, Yanvardır, ölü aydır. Fevralın axırında da Fevraldır, ölü təzə dirilir deyəcəyik yəqin, Martın dərdi var, Aprel aldadan aydır, may isə boş ay. Bax beləcə 2009 oldu “heç vaxt oyanmayan ölü Yanvar”.



2008 BOOM, 2009 gloom. 2010 yaxşı olar inşallah, Allah kərimdir.

Jan 15, 2009

“HƏCİ” Marketing və Dünyanın Zir-Zibili

Son vaxtlar ürəyimdən gələnlərlə əlaqəli nələrsə az yazıram. Daha çox çalışırdım kiminsə işinə yarama ehtimalı olan yazı fikirləşim. Amma, bu həmişə olmur. Həm də, blogum axı sırf ürəyimi boşaltmaqda mənə köməkçi olub həmişə. Bu krizdən sonra isə, işlər o qədər qarışıb ki, heç nə çixmır ortaya. Çünki, bütün gün gərgin oluram və rahat vaxt olanda da heç nə düşünmək istəmirəm, sadəcə dincəlmək istəyirəm. O, da alınmır. İnternetdə gəzinirsən və ya Televizoru açırsan, İsrailin qırğını adamın ürəyimə mıx kimi saplanır. Özünə söyürsən, başqalarına söyürsən, İsrailin məmə yiyənindən, pəpə yiyəninə söyürsən, İsraili dəstəkləyənlərə söyürsən. Sora yavaşıyıb, düşünürsən. Yenə də, beyin zibil gününə düşür.


Sonra, baxırsan Türkiyə kanallarına. ERGENEKON! Onsuz da heç vaxt, xəbər anlayışını mənimsəməyən türk kanalları indi də salıblar çənəyə Ergenekon saqqızını. Ergenekon ETİ saqqızıdır, ona görə bu qədər çiynəyirlər, Ülker saqqızı olsaydı bu qədər çiynənməzdi. Adamda abır olar, həya olar!


Bizim kanalllarda da şükür Allaha il boyu xəbərlərin 2/3-si heç dəyişmir, dəyişən hissə isə dünyada baş verən dəyişikliklərdir, Azərbaycanda nəsə elə ciddi marağa səbəb olan dəyişiklik yoxdur onsuz da. Dəyişən bircə modadır bizdə. İndi də hacca getmək mod olub. Hələ hacca kim çox getdi yarışı da başlayıb. Kimi dindirirsən od püskürür ki, mən həciyəm. Əstağfurullah! Mənim doğurdan da o mübarək yerlərə gedən və ən əsası da Allahın (c.c) əmrini yerinə yetirən insanlara ilişmə həddim yoxdur. Amma, bunu Allah rızası üçün edənlərlə işim yoxdur. Yoxsa aeroportdan ərəb paltarında çıxıb hoppana-hoppana əl sallayan “həci”lərlə nə desən etmək olar. Ya da, kafedə oturan qıza kor-kobud cavab verib, sonra da mən həciəym deyən “dayday”larla niyə “dialoq” qurmayım ki? Həci odur ki, adını soruşanda “Həci Məmməd” deməsin, “Məmməd” desin. Ya da, toyda indi də sözü verək “8 dəfə həccə gedib gələn, baş hıəci Həsənquluya” deyəndə, “Həsənquluyam mən, həciyə ehtiyac yoxdur” desin. Yoxsa “həci” sözünü barmaq edib soxmasın gözümüzə. Çək barmağını, riyakar!


İşdə də ondan betər. Bir dənə 2008-ci satış rəqəmlərini tapıb yığışdırmaq olmur bu ölkədə. Dünən də, bazarda əməlli başlı hörmətim olan bir şirkətin yeni marketoloqu, adını da elə dünən öyrəndiyim biri, mənə zəng edib ki, 2003-dən bəri bazarda nə qədər maşın satılıb, hər markadan nələr satılıb onları mənə ver. Ay qardaş, mən RÜSTƏM MƏMMƏDOV ADINA STATİSTİKA KOMİTƏSİ deyiləm axı. Necə yəni bunu başa düşmür axı millət!


Sonra da deyirlər ki, keçmişdə adamlar çox yaşayırdı, çox uşağı olurdu, çox bilmirəm nə edirdi. Keçmişdəkinın stresi bugün olsaydı, keçmişdəki də heç sən deyən “adam”olası deyildi.

Jan 8, 2009

Texnologiya Sənayesi

Bu məqalə ECONOMIST-dən tərcümədir.

Texnologiya sənayesinin coğrafiyasını görmək üçün bir dənə iPhonun içinə baxın. Məhsul Amerikan məhsulu olsa da, onu əmələ gətirən heç nə Amerikan deyil. Hamısı Asiyaya məxsusdur; ekran Yapon, yaddaş kartı Cənubi Korea istehsalıdır və Çində istehsal olunur. Apple-ın işi isə dizayn və software və başqalarının innovasiyalarını bir yerdə cəmləməkdir.

Necə ki iPhone, eləcə də bütün texnologiya sənayesi belədir. Dünyanın ən böyük və bu sahədə ən “ağıllı” şirkətləri Amerikan və Avropa şirkətləridir, ancaq onların araşdırma, innovasiya və istehsal sahələrində dominantlığı artıq Asiya şirkətləri tərəfindən üstələnir. OECD-nin yeni raportu bu rəqəmləri ortaya qoyur.

Hər il dünyada hesablama, telekomunikasiya və elektronika sahələrində araşdırma-inkişaf üçün 1 trilyon dollar xərclənir ki, Amerika bunun 1/3-ni xərcləyir. Ancaq, 2001-2006-cı illər arasında bu cəmi 1-2% (arasında), Çində isə 23% artmışdır. Çin hazırda bu sahədə Yaponiyanı üstələmək üzrədir ki, 10 il əvvəl Çində bu az qala 0-a bərabər idi. Çində araşdırma-inkişaf üçün ÜDM-un 1%-i qədər pul xərclənir ki, bu AB ortalamasına bərabərdir.

OECD raportu göstərir ki, hazırda Taiwanın high-tech araşdırmaçıları (şirkətlər) Böyük Britaniyadakından çoxdur. Dünyanın ən böyük 250 texnologiya şirkətlərinin statistikası isə göstərir ki, Taiwan şirkətləri araşdırma üçün Kanada və İngilis şirkətlərindən daha çox pul xərcləyir. Görülən işlərdə də biraz fərqliliklər var; Taiwan şirkətləri ucuz semiconductorlar, qərb şirkətləri isə bahalı chips hissələri istehsal edir.

Ən çox təəccübləndirən isə Cənubi Koreadır. 2007-ci ildə SAMSUNG bu sahədə İBM-dən daha çox pul xərcləyib. Şirkət Amerika Patent Ofisində patentlərin sayına görə 2-ci pilləyə yüksəlib (1-ci yerdə İBM-dir) ki, 10 il əvvəl heç ilk onda day ox idi. SAMSUNG satışının 6,5%-ni araşdırma-inkişaf üçün ayırır, Avropa və Yapon şirkətlərində isə bu ortalama 5%, Amerikanlarda isə 8%-dir. Cənubi Koreanın hazırda high tech araşdırma şirkətləri Almaniya və Britaniyanınkılardan çoxdur.

Ən əsas dəyişiklik computer xidmətləri və istehsal sahəsindədir. Burada Amerika və Şərqi Asiya ölkələri yer dəyişdirib. Ötən 10 ildə Amerikan şirkətlərinin computer xidmətləri araşdırmalar çün ayırdıqları büdcə 3 dəfə artıb. Yapon və Cənubi Korea şirkətləri isə daha çox cazibədar hardware bazarında bunu edirdilər. Kompüter və ofis avadanlıqları istehsalında isə demək olar ki, Yaponiya və Amerika şirkətləri yer dəyişdilər. 1996-2005 illərdə Amerikanın bu sahədəki araşdırma-inkişaf üçün büdcəsi 30% həcmində azaldı, Yaponların büdcələri isə 2 dəfə artaraq 13 milyard dollar oldu ki, bu da Amerikanın əvvəllər ayırdığı qədər idi (Hindistan isə daha çox xidmətlərdə ixtisaslaşıb, çünki bürokratiya byte-ların hərəkətini atomlardan daha az məhdudlaşdırır).

Hətta internetin topologiyası da dəyişib. 1999-cu ildə Asiyanın Internet hərəkətinin 90%-I Amerikadan keçirdi, 2008-ci ildə bu 54%-ə düşdü (mənbə:TeleGeography). Bu isə bir vaxtlar Amerikanın dominantlığında olan texnologiya sahəsinin indi doğurdan da necə global olduğunu göstərir.

Jan 6, 2009

Mikrodalğa Texnologiya

Bugün səhər nişanlımla balaca söhbət etdik, mikrodalğa sobaların zərərləri və ziyanları haqqında. Ancaq, əvvəla mənə maraqlı idi bunun işləmə prinsipini öyrənim. Onu da az-çox öyrəndim. Burda yazmaq istəmirəm, kim istəyirsə öyrənər özü. Ancaq, onu deyə bilərəm ki, əti isitmək üçün filan zərərli deyil, istifadə edə bilərsiniz.


Ancaq, mənim üçün maraqlı olan bu cihazın ölkələrə görə yayılması (statistik məlumatları axtarmağa çox da imkanım olmadı, ümumi vəziyyəti araşdırdım) və bunun insanlar tərəfindən qəbulu idi. Türkiyədə olduğum vaxtlarda öyərndim ki, bu ölkədə hələ də çox az sayıda ailə bunu istifadə edir. Özü də, tək Diyarbakır, Koceli, Trabzon və.s kimi şəhərlərdə deyil, İstanbul və İzmir kimi şəhərlərdə də bu belədir. Türklər fikirləşir ki, bu qəribə şey sağlamlığa zərərlidir, normal olmayan haldır. Necə ola bilər ki, şüşə plastik yanmasın, içindəki bişsin? Ancaq, mən nə qədər araşdırdırdım, bunun çox zərərli olmasına aid ciddi bir yazı görə bilmədim. Bütün hamısı ehtimallara dayanır az qala. Düzdür, südün tərkibində kimyəvi dəyişmə isbat olunub. Bu başqa məsələ, ancaq bundan başqa heçbir araşdırma ciddi nəticə vermir. Bir məqalədə isə, iddia edilir ki, vücud vərdiş ediləndən başqa şeyləri (mən bunları öz dilimizdə yazıram, elmi dildə yox) qəbul etməkdə çətinlik çəkir, mikrodalğa ilə bişirilən yeməklərdəki ionlar bədənə yad olduğuna görə bu zərərlidir. Ancaq, bu o qədər də ciddi arqument deyil. Burdan belə nəticəyə gəlmək olar ki, Amerikanlar üçün bunun zərəri yoxdur. Çünki, onların 95%-i bunu işlədirlər və artıq alışıblar.


Bizim ölkəmizdə bu necədir? Məncə başlanğıc üçün pis deyil, ancaq maraqlı olan bu məhsulun demək olar heç bir marka üçün strateji əhəmiyyət kəsb etməməsidir. Nə Samsung, nə TEFAL, nə BOSCH, nə Panasonic Azərbaycan bunun üçün xüsusi bir marketinq fəaliyyəti göstərmir. Ən azından media vasitəsi ilə bunun nə olduğu, nə işə yaradığı izah edilə bilər. Düzdür, yayılır, ancaq boşluq çoxdur, üstündə dava aparmağa dəyər. Mən evə birini almışdım, uzun müddət də istifadə etdilər, ancaq yenicə öyrəndim ki, zərərlidir deyib istifadəni minimuma endiriblər, mikrodalğa soba buzlanmış ətin buzunu əridən olub.

Kim nə deyir desin, subay olub tək yaşayan kişilər üçün çox yaxşı cihazdır, ailələrin işinə isə qarışa bilmərəm.