Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 6, 2009

Mikrodalğa Texnologiya

Bugün səhər nişanlımla balaca söhbət etdik, mikrodalğa sobaların zərərləri və ziyanları haqqında. Ancaq, əvvəla mənə maraqlı idi bunun işləmə prinsipini öyrənim. Onu da az-çox öyrəndim. Burda yazmaq istəmirəm, kim istəyirsə öyrənər özü. Ancaq, onu deyə bilərəm ki, əti isitmək üçün filan zərərli deyil, istifadə edə bilərsiniz.


Ancaq, mənim üçün maraqlı olan bu cihazın ölkələrə görə yayılması (statistik məlumatları axtarmağa çox da imkanım olmadı, ümumi vəziyyəti araşdırdım) və bunun insanlar tərəfindən qəbulu idi. Türkiyədə olduğum vaxtlarda öyərndim ki, bu ölkədə hələ də çox az sayıda ailə bunu istifadə edir. Özü də, tək Diyarbakır, Koceli, Trabzon və.s kimi şəhərlərdə deyil, İstanbul və İzmir kimi şəhərlərdə də bu belədir. Türklər fikirləşir ki, bu qəribə şey sağlamlığa zərərlidir, normal olmayan haldır. Necə ola bilər ki, şüşə plastik yanmasın, içindəki bişsin? Ancaq, mən nə qədər araşdırdırdım, bunun çox zərərli olmasına aid ciddi bir yazı görə bilmədim. Bütün hamısı ehtimallara dayanır az qala. Düzdür, südün tərkibində kimyəvi dəyişmə isbat olunub. Bu başqa məsələ, ancaq bundan başqa heçbir araşdırma ciddi nəticə vermir. Bir məqalədə isə, iddia edilir ki, vücud vərdiş ediləndən başqa şeyləri (mən bunları öz dilimizdə yazıram, elmi dildə yox) qəbul etməkdə çətinlik çəkir, mikrodalğa ilə bişirilən yeməklərdəki ionlar bədənə yad olduğuna görə bu zərərlidir. Ancaq, bu o qədər də ciddi arqument deyil. Burdan belə nəticəyə gəlmək olar ki, Amerikanlar üçün bunun zərəri yoxdur. Çünki, onların 95%-i bunu işlədirlər və artıq alışıblar.


Bizim ölkəmizdə bu necədir? Məncə başlanğıc üçün pis deyil, ancaq maraqlı olan bu məhsulun demək olar heç bir marka üçün strateji əhəmiyyət kəsb etməməsidir. Nə Samsung, nə TEFAL, nə BOSCH, nə Panasonic Azərbaycan bunun üçün xüsusi bir marketinq fəaliyyəti göstərmir. Ən azından media vasitəsi ilə bunun nə olduğu, nə işə yaradığı izah edilə bilər. Düzdür, yayılır, ancaq boşluq çoxdur, üstündə dava aparmağa dəyər. Mən evə birini almışdım, uzun müddət də istifadə etdilər, ancaq yenicə öyrəndim ki, zərərlidir deyib istifadəni minimuma endiriblər, mikrodalğa soba buzlanmış ətin buzunu əridən olub.

Kim nə deyir desin, subay olub tək yaşayan kişilər üçün çox yaxşı cihazdır, ailələrin işinə isə qarışa bilmərəm.

8 comments:

Aygün İslamzadə said...

Arashdirdigin uchun teshekkur, Rustem. Men de bu dilemma qarshisinda qalmishdim, istifade etmek ve etmemek. Indi dushunurem, istifade etmek olar.. hetta ailede bele ;)

Anonymous said...

Rustam orasini duz dedin. Subaylar uchun zor sheydir.3 ay men mikrodalgadan istifade etmishem. Bakiya gelende artik. onsuyz kechine bilmirdim ama shukurler olsun ki yavash yavash adaptasiya oluram.

Rüstəm Məmmədov said...

Mən də istifadı etmişəm bir mü2ddət. Hazırda da ehtiyacım olmadığına görə istifadə etmirəm, ancaq istifadə etdiyim müddətdə rahatçılıqdan başqa bir şey deyildi bu. Xüsusən də səhər yeməklərində və axşam təcili yeməklərdə çox işə yarayırdı.

Hörmətlə,

Rüstəm Məmmədov said...

Aygün, hələ biraz da araşdırmaq lazımdır bəlkə də. Ancaq, düz deyirsən istifadə etmək olar (daha doğrusu lazımdır), özü də ailədə.

Anonymous said...

Salam Rüstəm bəy!
Mən oxuduğum bir neçə məqalələrdə isə bu cahazın olduqca zərərli olduğu iddia olunurdu. Təəssüf ki lnklərini verə bilməyəcəyəm... Mən belə başa düşdüm ki cihazın işlətdiyi yüksək tezlikli dalğalar qidanı molekulyar səviyyədə dəyişir və bu dəyişikliklər gələcəkdə gözlənilməyən nəticələrə gətirib çıxara bilər. Bundan əlavə onun əsas zərəri məhz elə bu dalğalardadır (yüksək tezlikli dalğalarda), onlar yalnız qurğunun daxilinə yox eləcə də xaricinə, yəni bizim mətbəxlərimizə də yayılır və bizə də təəsir edir. Bu cür təsirin nəticəsi (Allah uzaq eləsin) xərçəng xəstəliyi ola bilər.

Rüstəm Məmmədov said...

Salam Ramin,

Zərərlərini izah edən məqalələrlə mən də rastlaşdım. Ancaq, demək olar heç biri iddiasını isbat edən nəticələr göstərə bilmirdi. Elektron və magnitlərdən əməmlə gələn dalğalar 2,5-3 GHz frekanslarla verilir. O da molekullarda saniyədə 2-3 milyard defe titrəmə əmələ gətiri, beləcə toyuq isnir və bişir:))

O ki qaldı kənardakılara təsir, mikrodalğa sobaların elə ən əsas xüsusiyyəti odur ki, o dalğalar çölə çıxa bilməsin və içəridə maneaələrə dəuyərək hərək etsin. Yəni ki, əgər kənara magnetik dalğalar çıxsaydı, o soba işləməzdi. Ancaq, bu hamısı mənim təzə oxuduğum şeylərdi, fizikadan həmişə 2 almışam.

Hörmətlə,

Anonymous said...

Rustem, mikrodalgali soba menim en sevdiyim meishet eshyasidi, cox rahatdi, men bir muddet istifade etmishem ve hele de sagam ;))) ama burda evde yoxdu, cunki onu qoymaga yerimiz yoxdu. Azerbaycanda istifadesile bagli statistikam yoxdu, ama cox adam onu adi soba ile sehv salir. Sorushanda ki hansi markali MDS istifade edirsiz, deyirler Kumtel (onlarin bizde adi sobalari var). yeni qisasi, awareness cox ashagidi, hele sozun ozunu tam basha dushmurler.

Rüstəm Məmmədov said...

Aha, elə yazının əsas məqsədi də bunun bilinirliyinin az olması və niyə bunu artırmaq üçün şirkətlərin fəaliyyət göstərməməsidir. Yəqin ki, karlı qələm deyil. Ancaq, bu fikir də tutatrlı deyil.