Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Dec 30, 2008

Şadlıq Saraylarından Maşın Bazarına

Radyo dalğalarında HYUNDAI ilə əlaqəli dörd fərqli reklam yayımlanırdı. Biz də onu müzakirə edirdik. Bizimkilərdən biri bir vaxtlar hər tərəfdə şadlıq saraylarının reklamları olduğunu, indi isə hər tərəfdə maşın reklamı olduğunu dedi. Orda ağlıma gəldi ki, düz deyir. Bugün də çıxmışdım şəhərə, iş ilə əlaqəli. Baxdım doğurdan da dəhşətdir. Radyo dalğalarında HYUNDAI, Toyota, Honda, Nissan, Subaru və.s reklamları gedir. Bundan əlavə, şəhərdəki billboardların az qala yarısı maşın şəkilləri və ya maşınlara aid olan hansısa kampaniyanın dizaynlarıdır. Burdan da keçdi, körpülər! Subaru körpüyə bir reklam asdıqdan sonra, biz başladıq “körpü hərəkatına”. Sonra, Nissan və Toyota başladı. İndi hansı körpünün altından keçirsən qabağına HYUNDAI çıxır, hansının üstündən düşürsən Toyota çıxır, yanından keçirsən Nissan baxır.

Bir də o var ki, ortada ürək açan reklam işi hazırda yoxdur. DNS-in işindən başqa. 3x4 billboardlar isə şəhərin olmayan görüntüsünü də lap pis günə salır.

Kriz elə günə salıb ki maşın bazarını, hamı çıxıb çöllərə, dırmaşıb divarlara, sallaşıb körpülərə.

10 comments:

Aygün İslamzadə said...

Esas mesele odur ki, bir xeyri olsun o reklamlarin. Yeni real olaraq varmi??
Meselen, biz burda "faizsiz kredit, indi cemi 50% ilkin odenishle" bannerinizi muzakire edirdik. Mence, maraqli teklifdir. Amma neticesi necedir ve ya nece olacagini bilmek isterdim.

rsh said...

Hə Rüstəm. Hər yan avtoreklamla dolubdur. Ancaq ən çox səs gətirən TVdən yayımlanan Hyundai reklamı ilə radiodan səslənən Santa Fe reklamıdır fikrimcə.

Rüstəm Məmmədov said...

Başqa markalarla da söhbətlərimdən və öz satışlarımızı da analizlərdən başa düşürəm ki, kampaniyalar hazırda çox da effekli deyil. Faizsiz kredit kampaniyası isə az da olsa effekti olan yeganə kampaniyadır deyə bilərəm.

Başqalarının qulağından uzaq:)))

Biz yanvardan etibarən radio spot sayısını azaldacağıq və əvvəlki kimi, sadələşdirilmiş yolla gedəcəyik:)

Vüsal Qəmbərov said...

Bu da PRdı?
Hyundai böyük hərflərlə digərləri balaca hərflərlə. ÖZü də Hyundain eyni sırada görülmək üçün dəridən-qabıqdan çıxdığı yapon maşınlarının adı çəkilib yazıda, sədəcə.. :))

HONDA, TOYOTA, SUBARU, nissan və Hyundai;)

Axırıncı cümlə qəşəng alınıb. Özü də mənzərəni necə lazımdı əks elətdirir

Anonymous said...

Hunday ))mIRI qardashin dediyi kimi pul olsaydi alardiq ))))
REklamdida edirler. Bash qoshma

Rüstəm Məmmədov said...

:)) Sabahınız xeyir,

HYUNDAI-ı böyük hərflə yazmağım alışqanlıqdır. Yaponlarla eyni sırada çəkməyim isə çox normaldır, Mercedes və Audi ilə yan-yana çəkə bilməyəcəyimə görə geridə qalır adlarını çəkdiklərim.

Hörmətlə,

Rüstəm Məmmədov said...

MiRi bəyənməyinə çox sevindim. O reklamı hazırlayana qədər əməllicə əziyyətə düşdük, hərçənd bəyənməyənlər də çoxdur, ancaq bizim və çox müştərilərin də xoşuna gəlib. Hamının bəyənməyinə isə ehtiyac da yoxdur axı.

Futbol ilə əlaqəli olmağı isə öz istəyimizdir, bilirsiniz ki futbolla HYUNDAI yan-yanadır:)) PR!!!!

Sənə də gəl maşın düzəldək bir dənə. İndi yaxşı vaxtıdır özü də. Əsl maşın almaq vaxtıdır:)

Hörmətlə,

Rüstəm Məmmədov said...

İlkin bloga xoş gəlmisiniz. Səhv etmirəmsə birinci səfərdir. İlkin reklamı edirik ki, sataq da. Mənə reklam çox təsir edir, bəlkə də bilənlər var. Özüm bu işin içindəyəm və reklamlar mənə təsir edir. Axırıncı yadımda qələn bir çeyi deyim məsələn; İstanbulda olanda SWATCH reklamları var idi hər4 tərəfdə. Reklamlarda "quldur" və ya necə ifadə edim bilmirəm, ama yarı komik, yarı ciddi, yarı nəbilim nə reklamları var idi. O reklamlardan sonra qəti qərar verdim ki, mən heç vaxt bu markanı taxmayacam, halbuki çox simpatiyam olan marka idi.

Hörmətlə,

Anonymous said...

SAgole Rustem halaldi sene
kureyi yere vurmursan
gor sen mercedese kecsen ne olar ;)
go on
Maximus

Rüstəm Məmmədov said...

Bir dəfə uşaqlarla oturmuşduq. HYUNDAI Toyota ilə belədir, Nissandan daha yaxşıdır, bilmirəm daha nələr mübahisəsi gedirdi. Daha doğrusu mən danışırdım bunlar qulaq asırdı, bir ara Lexusa başladım ilişməyə. Yazıqlar dözmədilər "Ağ eləmə Totoyatadan yuxarı qalxma" dedilər:))

İndi mən Mercedesə keçsəm, yəqin Maserattidən aşağı düşmərəm:))

Hörmətlə,