Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Dec 3, 2008

Vəziyyət Gərgindi

Bazardakı vəziyyətdən danışmıram, ilk olaraq öz vəziyyətimdən danışıram. Mən bir həftədir vaxt tapıb xəbər saytlarına da baxa bilmirəm. Təsəvvür edirsiniz bu nə deməkdir. Özün marketinglə məşğul olasan və xəbərləri oxuma imkanın olmaya. Bugün hiss etdim ki, mən heç bloguma girməmişəm və sırf buna görə nəsə çatışmazlıq da var. Blog rahatlama yeridir axı həm də. Əslində bu gərginliyin səbəblərindən biri də elə bazarın gərgin olmasıdır. Hamı harasa tələsir və indi müştəri uğrunda əsl mübarizə gedir. Az qala tək-tək rəqib müştərisi sayırıq. Ancaq, bu rəqabəti də, rəqibləri də qoyuram bir kənara və ağlıma gələn bəzi məsələləri açmaq istəyirəm. Daha doğrusu yenə də ürəyim biraz dolub və üyərimi boşaltmalıyam. Birinci dərd elə dil məsələsidir. Bugünə kimi ən az 5-6 dəfə Azərbaycan vətəndaşı olub, millətcə də Türk olan şəxlərdən qeyri-rəsmi məktubu ingilis dilində almışam. Uzun cümlə oldu? Qısası: Balam sən Azərbaycanlısan, mən də Azərbaycanlıyam. Sən mənə elektronik məktub yazırsansa, bunu niyə axı ingilis dilində yazırsan? Mən şəxsən utanaram yazmağa!!! Bir dəfə yazmışam, onda da sırf hirsimdən! Çatmır mənə, çatmır ki, bunu adam niyə edər? Bilən varsa yazsın mənə.


İkincisi isə sırf informasiya mübadilələri ilə əlaqəlidir. Şirkətlər, rəqibləri ilə paylaşmaqda heç bir problem olayan məlumatları paylaşmalıdır. Bunu mən demirəm, yeke-yeke marketing adamları deyir. Mən də təsdiqləyirəm. Bir də ki, adam gərək maksimum əlindən gələni etsin ki, rəqiblərlə yaxşı münasibət içində olsun. Buna çalışırıq, ancaq bəzən eləsi olur ki, inanın tutub boğmağı gəlir adamın. “Rəqib” sözü “düşmən”in sinonimi deyil. Ən azından biznesdə. Elələri var ki, heç başa da düşmür ki, hansı məlumatı rəqibə vermək olar ya yox, rəqibin heç bir dəfə də olsun qapısından girib çayını içməyib, hələ bir durub danışır da.


Bundan sonra blog inşallah heç susmayacaq....

1 comment:

Əfsun Qurbanov said...

bizim millet risovkaligi, formazonlugu, ve artistliyi sevdiyi ucun bele edir. telefonda biriyle danisiram, oz dilimizde. serbest danisir, parta-part :))) birden baslayir "uruscax" danismaga. nolub ay bala? sen Fuad, Seide deyilsen? oz dilinde danis daaa. bilmese yanmaram. sebeb budur: RISOVKALIQ.

o ki qaldi melumatlarin mubadilesi meselesine... sadece bir sebeb gorurem burda. onlar marketoloq deyil, parketoloqdu. :))))