Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Nov 25, 2007

Lüt Qaz

Bir şirkət fəaliyyətinin ən əsas hədəfi pul qazanmaqdır. Yəni, heç kim gəlir əldə etməyəcəyi işə pul qoymaz. Bu işin maddi tərəfi olduğuna görə, mənə etiraz edənlər də mütləq olacaq. Hər kəs, bütün fəaliyyətindən maddi və ya mənəvi bir qazanc güdür. Birisi 100 min dollar sərmayə qoyub 1 milyon qazanmaq istəyir, digəri də o pulun üstünə hər il əlavələr edərək mənəvi qazanc əldə edir. O inanır ki, bu əbədi xoşbəxtliyi üçün vacibdir. Çox sevindirici haldır ki, Tagiyevlər, Musayevlər nəslindən sonra demək olar ki, yox olan bu ənənə təkrar başlamaq üzrədir. Başlayıb daha doğrusu. İnkişaf edir. Mən kiçik biznesi ilə böyük işlər görən insanlar tanıyıram. Sevinirəm buna.

Mövzum əslində bu deyil, mövzum odur ki, nə işlə məşğul olursan ol, işini əhatə edən insanlara qarşı düzgün davran. Mənim işlədiyim şirkət sahibinin həmişə dediyi bir söz var "Biznesdə ən vacib məsələ dürüstlük ve etibar qazanmaqdır, digərləri özü gəlir". Bunu fərdlərə aid etmək olduğu kimi, şirkətlərə də aid etmək olur. Yəni, həm müştərilərin, həm də şirkət fəaliyyətinin bu və ya digər sahəsində əməkdaşlıq etdiyin şirkətlərin etibarını qazanmaq çox əhəmiyyətlidir. Kriz dövrlərində bunun qədər vacib olan ikinci bir amil yoxdur bəlkə də. Asiya vəTürkiyə iqtisadi krizində bunların nümunələri çox görülüb. Etibarını qazandığınız şirkətlər finans cəhətdən sizə kömək edə biləcəyi kimi, öz əməkdaşlarınız, daxili müştəriləriniz, də sizin əlinizdən tutub qaldıra bilər. Yəni, burada şirkət daxili münasibətlər həyatı əhəmiyyət kəsb edir. Ayda 100 min manat gəlir əldə edən bir şirkət üçün ayda 5 min manat verib işçilərə diqqəti artırmaq heçbir əlavə maliyət deyil. Mən hələ xırda nümunə verdim. İşçilərə günorta yeməyini pulsuz verməyin maliyəti əlavə xərc deyil. Bu qazanc gətirir. Daxili məmnuniyət, xarici məmnuniyətə səbəb olur. Qarnın tox olmagı deyil məsələ, nə də "ac da olsa tox da olsa o işi görəcək" fikri deyil, məsələnin kökü. Məsələ, qayğı və bu qayğının qarşılığında iş üçün can yandırmaq, işi "özününkiləşdirmək" məsələsidir. Bu inanılmaz dərəcədə əhəmiyyətlidir. "Yiyə gözü, həkim gözü" deyə bir söz var bizim dilimizdə. Münasibətlərin özü, özəyi bax elə budur.
Bunlar xırda məslələr olsa da əhəmiyyətlidir. Malınızı paketləyən adamın o işi səliqəylə görməsi işdən çıxarılma qorxusundan daha çox, sahiblənmə ilə mümkündür.
İşçilərin etibarını qazanmaq qədər, müştərinin etibarını qazanmaq da əhəmiyyətlidir. Sizin səhvlərini bağışlaması üçün bu vacibdir. Şirkət və müştəri münasibətləri də eyni iki insan münasibəti kimi ola bilər. Mən lovemarks haqqında danışmıram. Şirkətlər haqında danışıram. Şirkətlərin müştərilər nəzdində etibar qazanması hətta yeni markanın bazara təqdimi vaxtı çox böyük əhətmiyyət kəsb edə bilər. Xüsusən də Azərbaycan kimi kiçik ölkələrdə. Bizim ölkəmizdə yalan olmasın hamı bir-birinin avtomobilini tanıyır. Burada istehsalçı şirkətin, markanın sahibinin kim olması çox böyük əhəmiyyətə malikdir.

Müştəri, ona qaz kimi baxanı da, inək kimi sağanı da, ağa kimi sayanı da tanıyır!

Başqaları bizim qazımızla qaz bişirir, biz de qalmışıq lüt qaz kimi, bişməyə hazır!!!

6 comments:

Anonymous said...

Sevgili Rüstem,

Son derece önemli bir konuyu işlemişsin. Görüşlerinin ve örneklerinin tamamına katılarak seni tebrik ediyorum.

Şirket çalışanlarının memnuniyeti, işi sahiplenmeleri ve en az stresle (yaşama ilişkin kaygılarla) çalışması iki açıdan önemlidir:

(1) Dediğin gibi müşterilerin memnuniyeti için çaba sarf ederler. Bu konuda özel gayret göstermeseler bile, içinde bulundukları psikolojik rahatlık yaptıkları işe, bu işte müşterilerin aldıkları hizmetten memnuniyetine yansır.

(2) Memenun çalışan iş değiştirmez. Herhangi bir şirketin çalışanlarını memnun etmek için yapacakları yatırımlar, o kişinin yerine gelecek bir acemiyi eğitmekten, eğitilene kadar ortaya çıkacak sorunların giderilmesinden, memnuniyetsizlik sebebiyle kaybedilen müşterilerden kaynaklanacak tüm maliyetlerin toplamından daha azdır.

Çalışanları memnun etmek lazım. Ama bunun için harcanan paranın da karşılığının performans olarak alınması lazım. Burada ciddi bir personel yönetiminden bahsetmek gerekiyor.

Üzeyir Garih'ten dinlemiştim. Doğru bir personel yönetiminin iki temel unsuru vardır diyordu. (1) Doğru kişi doğru işe verilmeli; yetenek, istek ve tecrübeler bağlamında. (2) Her çalışan tatmin edilmeli; fazladan maaş, fazladan tatil, fazladan sosyal haklar vs. (kişinin talepleri doğrultusunda).

Ancak veren, verdiğinin karşılığını sormazsa; alan, almaktan bıkmadan ister. Mesela bir şirket tüm maaşlara durduk yere %100 zam yapsa ne olur? 1000 $ ile geçinmeye çalışan ve parayı yetiştiremeyen bir kişi 2000 $ ile geçinmeye başlar, 4-5 ay sonra o da yetmez. Kazanılan fazladan para yalnızca tüketim alışkanlıklarına ve hayat tarzına etki eder. Geçim sıkıntısından arınma mumnuniyeti ise yeni duruma adapte olana kadar ki geçici bir çözümdür. Sonra aynı sorunlar devam eder.

Demek ki personeli mutlu tutmak sürekli geliştirilen argümanlarla sağlanabilir. Ancak parayı sabit maaş artışı bağlamında kullanmamak yerinde olacaktır.

Öğle yemeği, servis, erzak desteği, bir haftalık tatil için yatak ödeneği gibi ödüllerle başarılı çalışanlar daha başarılı olmaya teşvik edilir.

Başarının ödüllendirilmesi, başarısızlığın cezalandırılmasını zorunlu kılar. Ancak sadece ceza ve korku politikasıyla çalışanların daha iyi olmalarını sağlamak mümkün değildir. Bu yaklaşım olsa olsa çalışanları daha kötü olmamaya teşvik eder.

Saygılar...

Rüstəm Məmmədov said...

Bülent yorumunu yayınlamak geçti aklımdan ama, yorum olunca yazıyı daha da tamamlamış olur düşüncüsiyle vaz geçtim.

Teşekkür ederim.

Benim tanıdığım şirketler var, maaşlar patronun zevkine göre artar. Düşün artık gerisini. Performans değerlendirme yokö motıvasyon amaçlı bir sistem yok, çalışanşn tek derdi patronun gözüne girebilme...

Bana ilginç gelen şey şu; tamam okumakla her şey olmuyor, okumadan etmeden "büyük patron" olanlar da çok, ama nasıl olur insan bir kendisine yönelik yazılan kitaplara bakmaz, okumaz....

Orxan Cuvarlı said...

Rüstem çox gözel ve önemli yazın üçün teşekkür edirem sene. Çox beyendim yazını.

Çox-çox efsuslar olsun ki, bir çox şirket sahibi işçilerin heveslendirilmesi, işi sevmeleri üçün heç bir addım atmaq istemir ve bu heç ağıllarından da keçmir.

Çalışdığım sektordakı şirketlerden birinin çox imkanlı bir sahibi var. Eger işçi yaxınlaşıb, emek haqqısının artırılması isteyirse, işden çıxarır. İndiyedek s tek öz şirketinin yox, sektorun en bacarıqlı kadrlarını itirib. Anlamaq olmur. Halbuki, bir az diqqet gösterse, kadrlarına qayğı ile yanaşsa, şirketi reklam sektorunda N1 olasıdı.

Rüstəm Məmmədov said...

Orxan əvvəla sevgi blogun haqqında: birinci dəfə idi girirdim, gçrürdüm. Bugün kefim yaxşı deyil, amma blogundakı şerlər biraz da olsa kefimi açdı. Sağol.

Mövzumuz haqqında da deyiləsi nə varsa sağol şərhdə sən demisən. Sizin o şirkət sahibini də mən təsəvvür edə bilmirəm. Oxuyanda da şok oldum...O yəqin bir iki il sonra küçələrdə millətə yalvaracaq ki, kimsə onun üçün işləsin. Yəni, elə bir şeydir ki, adam haqqında deməyə söz də tapmır.

Şərhinə görə sağol Orxan...

Aygün İslamzadə said...

Yazin chox gozeldir ve bu deqiqe Azerbaycan ishchilerinin veziyyetini yaxshi ifade etmisen. Arada dushunurem ki, men daha neye yaziram. Bir link atim oz bloqumda sene, arxasinca da yazim ki, ne deyibse hamisi ile raziyam.:) Necedir?
Sohbet geldikde ise ki, o adam kuchede yalvaracaq ve ona ishchi tapilmayacaq. Bundan gozunuzu chekin. Olmayacaq bele bir shey, bu cemiyyetde insanlar ele yaziq gundedirler ki, kimese qarshi gelmek ve yaxud da pis reftar edilen yerde ishlememek kimi lyukslari yoxdur. bele...

Rüstəm Məmmədov said...

Inshallah ele bir lukslari olan vaxt da olacaq Aygun...

Menim yazilarim haqqinda yazdigin xosh soze gore sagol. Amma, bax, gorursen ki, sen ozun menimle razilashmadigin ne ise tapmisan. Demeli, sen ozun ayrica yazmalisan...