Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Nov 3, 2007

Marketingin Mənasını Düz Başa Düşün

Jeffrey J. Fox, bugünə qədər "İlin Ən Yaxşı Marketologu" adı da daxil olmaqla bir çox ada laiq görülmüşdür. Hazırda, ən qabaqcıl Marketing Consulting şirkətlərindən birinin, FOX&CO-nun, sahibidir.

Marketingin uzun tərifi, mənfəətli marka və kimlik yaratma, cəzbetmə, yaxşı ("zərərsiz") müştərilərin əldə edilməsiəldə saxlanılmasıdır. Qısa tərifi isə, yaxşı müştərilərin qazanclı bir şəkildə əldə edilməsiəldə saxlanılmasıdır.

Marka və kimlik yaratma, cəzbetmə və əldə etmə, satışdan əvvəlki funksiyalardır. Əldə saxlama isə bütün satış sonrası funksiyaları ehtiva edir. Məsələn, bazar araşdırması bir marka və kimlik yaratma fəaliyyətidir. Reklam, paketləmə, təmiz mağaza isə cəzbetmə fəaliyyətidir. Fərdi satış, paylama, qiymətləndirmə, məhsul keyfiyyəti və gülər üzlü satıcılar qazanma fəaliyyətidir. Məhsulun təhvili, çeklərinin hazırlanması, qarantiya çərçivəsində təmirlər, müştəri xidmətləri və təşəkkür məktubları satış sonrası fəaliyyətlərdir, əldə saxlama fəaliyyətidir.

Hər hansı bir təşkilatdakı dəstəkləyici, yeganə həyat verici amil, müştərilərin qazanılması və əlda saxlanılmasıdır. Bir şirkətdəki bütün işləri birbaşa və ya dolayi yoldan müştərinin əldə edilməsi və əldə saxlanılması ilə əlaqədar olmalıdır. Bütün əməkdaşlar necə müştəri qazanmağın və onları necə əldə saxlamağın yollarını fikirləşməlidir. Bu, qapıda müştəriləri ilk qarşılayan təhlükəsizlik əməkdaşından, malları təmizləyib, avtomobilə yükləyən və onu yola salan işçiyə qədər hamıya aiddir. Hər bir işçinin vəzifə təlimatı, məsuliyyət və səlahiyyətləri marketingin tərifinin bir hissəsidir.

Marketing şirkət fəaliyyətinin əsas mərkəzidir. Marketing, satışdan, reklamdan, logistikadan, qiymətləndirməıdən, paketləmədən, təşviqedici fəaliyyətlərdən, sərgilərdən, aksiyalardan daha "böyükdür". Marketing müştəri ehtiyaclarını təmin edəcək məhsullar fikirləşməkdən, keyfiyyət kontrolundan, əldə ediləcək hesablardan, stoklardan və yığılacaq puldan məsuldur.

Məhz buna görə də, firmanın bütün şöbə və bölmələri və funksiyaları, müştəri-marketing işləri ilə əlaqədar şəxslər tərəfindən güclü bir şəkildə idarə olunmalıdır. Müştərilərlə qarşılaşmayan bir zavod müdiri, heç vaxt müştərilərini tanımaz. Bir müştəri ilə danışmayan, onunla təmas qurmayan R&D işcisi gözü bağlıdır, kordur. Alacaqları müştərini əldə tutmaq üçün bir fürsət olaraq görməyib onu bir mübarizə olaraq qəbul edən kredit işcisi, marketing düşmənidir. Vaxtının 40-60%-ni oxumağa, danışmağa, yazmağa və müştəri ziyarətlərinə ayırmayan başqan gəmini gecə vaxtı işıq və xəritəsiz idarə edən kapitan kimidir.

Hərbir iş müştərini birbaşa və ya dolayı yollarla əldə tutmaq üçün düşünülməlidir; bugün və sabah. Hamı öz işinin müştəriləri əldə etmək və əldə saxlamaq üçün necə faydalı olacağını bilməlidir. Hərkəs ancaq bir işlə məşğul olmalıdır, müştəri qazanmaq və onu əldə tutmaq!
Bunu bacarmayan işçilər isə işdə saxlanılmamalıdır. Bütün işçilər işlərinin niyə əhəməyyətli olduğu, müştərilərə baxan tərəfinin nə olduğu və necə fəaliyyət göstərmələri mövzusunda çopx yaxşı məlumatlandırılmalıdır.

Marketingə tərif yazmaq asandır, əsas olan onu tətbiq etməkdir.

2 comments:

Aygün İslamzadə said...

Marketinq heqiqeten de,chox boyuk sahei ehate edir. Men bu yaxinlarda ele mubahiseler edirdim bu haqda, men merkezleshdirilmish marketinq sistemi terefdariyam. Sadece butun shirket bunun ne demek oldugunu anlamali, front deskden tutmush keyfiyyete qeder oz sozunu demek selahiyyeti olmalidir marketinq shobesinin. Neise.. Arzular, arzular...:)

Rüstəm Məmmədov said...

Aygun bu barede chox yazar eyni fikirdedir. Menim hocam, Ismail KAYA, da hemishe bunu xususi vurgulayirdi, hele de yazilarinda vurgulayir. Mushteri Bilimi terminin de banisidir deye bilerem. Burada esas mentiq, butun fealiyyetin bir terefinde mushterinin olmasidir, maden butun fealiyyetin bir terefinde mushteri var, ishi demek olar ki bir basha mushteriler olan Marketingnin de senin dediyin kimi bir ishlekliyi olmalidir.