Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Oct 31, 2009

Oktyabrın Son Yazısı

Oktyabrın son günləri yağışlı və soyuq keçir. Üşüməyə başlayır və yavaş-yavaş 2010-cu ilin hesablarını yekunlaşdırmağa çalışırıq (2010 hesablarını başlamağa yox, yekunlaşdırmağa). Şirkətlərin çoxunda 2010 satışları, gəlirlər, hədəflənən satışları tutdurmaq üçün atılacaq addımlar və.s müzakirə olunur. Bəzilərində iş kağıza tökülür, adına biznes plan deyilir, bəzilərində hərə öz işini öz dəftərinin bir qırağına yazır, sonra da qələm ilə çərçivəyə alır ki, sonra yaddan çıxmasın. Bazarın hara getdiyini isə, heç kim bilmir ki, bilmir.

Satışı və gəliri dəftərlərinin küncünə yazan satış, marketinq, finans və satış ilə bağlı olan digər bölmələrdir. İnsan resursları və təsərrüfat isə dəftərinin küncünə heç nə yazmır. Çünki, ya bunu düşünmək qabiliyyətləri yoxdur, ya şirkətdə İR ancaq adam çıxarmaq, Sosial Müdafiə Fondu ilə saxta işləri yoluna qoymaq ya da geyim təlimatı yazmaqdan başqa işə yaramırlar. Əslində, o hədəflənən satışı reallaşdırmaq, xidməti dəstəkləmək və gəliri təmin etmək üçün nə qədər işçi hansı performansla çalışmalıdırsa onu dəftərinin küncünə yazdığı qeydlərə əsasən düşünməlidir, onun üçün hazırlaşmalıdır. İR departamentinin işini kiçik görürəm deyə düşünməyin, əstagfurullah, tam tərsi düşünürəm ki, İR çox vacib departamentdir və görməli olduğu iş çoxdur, görsə!

Çox yaxınımın işlədiyi şirkətdə şirkətin müdirləri üçün şüşə çaynikdə AHMAD çay dəmlənirdi, işçilər üçün isə dəmir çaydanda AZERÇAY. Müdirlərin çayına kəkotu da qatılırdı, işçilərin çayı qaynamış olurdu. Çay verən xala, qadınlara çay vermirdi, kişilərə çay verirdi. Bu şirkətin ya rəhbərliyinin bundan xəbəri yoxdur ya da İR “ağadan çox ağalıq” edir. Daha doğrusu, ağlı kəsmir ki, şirkətə sırf motivasiya və şirkət bağımlılığı azaltma cəhətindən nə qədər böyük zərbə vurur. Şirkətin sahibi, mən yüz faiz əminəm ki, bunu bilsə etiraz edər. Ancaq o, ağlına etibar etdiyinə çay işini tapşırıb. O ”ağıllı” da elə hesab edir ki, şirkətdə çayçı xala çayı ona görə kişilərə verməlidir ki, biz Azərbaycanlıyıq və ayıbdır, kişi durub özünə çay tökəsi deyil ki ! Başqa cür izah edə bilmədim mən açığı! Başqa izahı olan varsa, buyursun.

Nəysə, Oktyabrın son yazısını da həsr etdim işi işçilərin motivasiyalarını artırmaq olduğu halda, işçilərin motivasiyalarını qıran İR departamentlərinə.

Oct 21, 2009

Avtomobil Sənayesində "Yaxınlaşma"

Vüsal ilə söhbətlərimizdə mən bir çox dəfə (başqaları ilə də bu olmuşdu) artıq avtomobillər arasında texniki imkanlar və keyfiyyət baxımından əvvəllər olduğu kimi böyük fərqlər olmadığını demişdim. Əlbəttə ki, yarı zarafat yarı ciddi etiraz edilmişdi mənim dediklərimə. Ola bilsin ki, indi də bunu oxuduqca bu fikrə etiraz edirsiniz. Bu normaldır. Bugün Bill Vlasic-in bu yazısını oxuduqdan sonra, bu yazını yazmağa ehtiyac duydum, ən azından fikrimi bir daha ifadə etmək üçün.

İnformasiya bolluğu və mübadiləsinin genişliyi, texnologiyanın inkişafı, finans resurslarının açıqlığı, işçi qüvvəsinin sərbəst inteqrasiyası, istehlakçıların da a uyğun dəyişməsi və mədəniyyətlərarası inteqrasiyanın olması (bunların bəziləri digəri ilə səbəb-nəticə bağlantısı içərisindədir) məcbur edir ki, istehsalçılar bir nöqtəyə doğru hərəkət etsinlər və hardasa birləşsinlər. Əvvəllər avtomobil istehsalçılarını birləşdirən nöqtə 4 təkər, 1 şassi, 1 gövdə və 1 mühərrik idisə, indi bu daha genişdir və sırf maddi texniki avadanlıqları əhatə etmir.

Əvvəllər Bosch innovasiyasının Mercedes istifadə edirdi, digərləri ya finans gücü olmadığı üçün, ya başqa səbəblərdən bundan uzaq qalırdı, ancaq indi ESP həm Chery üçün, həm də Cadillac üçün eyni dərəcədə əl çatandır. Baxmayın ki, hansısa çox yüksək texnologiyalar lüks avtomobillərdə tətbiq olunur, axı lüks bazar özü nə qədər böyükdür ki? Üstəlik, Hyundai Genesis-i istehsal edərkən E-Class modellərində istifadə olunan texnologiyanı tətbiq etdi və qiymətini də E-Class modellərdən 50% aşağı qoydu. BYD isə, hazırda avtomobil sənayesində ən təkmil elektrik maşınlardan birini təqdim etdi.

Yaponlar Almanlarla aralarındakı fərqi minimuma endirdilər, Koreyalılar Yaponlarla aralarında olan fərqi minimuma endirdilər, indi sırada Çinlilərlə Koreyalıların və digər bütün istehsalçıların arasındakı fərqin bağlanması qalıb. Əmin olun ki, ən gec 2020-ci ildə bunu əminliklə deyə biləcəyik və biz Chery-nin modelini səbətimizə daxil edəcəyik.

“Positioning” hər şey deyil, “perception”lar da hər şey deyil, bunlar dəyişə bilirlər və əsas olan bütünlükdə yaradılan dəyərdir. Hazırda hamımızın etməli olduğumuz ən əsas iş dəyər yaratmaqdır.

Oct 18, 2009

Türk Reklamlarında Krolaşma; Reallığın dərk edilməsi” ?

Türk TV kanallarına baxırsınızsa, son dövrlərdə reklamların profillərindəki dəyişməni görürsünüz. Dəyişməyən yegandə şey, 3 mobil operator tərəfindən reklam bombalamasıdır, digərləri dəyişir. Əsas dəyişim də, reklamlarda daha çox türkiyədə “kıro” deyilən və ya normal dildə desək cəmiyyətin daha çox alt təbəqəsinə, daha çox savadsız təbəqəsinə, daha çox kənd təbəqəsinə xitab edən reklamların artmasındadır. Əvvəllər mən şəxsən çox da belə reklamlarla qarşılaşdığımı xatırlamıram. Bir ay filan əvvəl, bəzi bloglarda (o blogların sahiblərindən çox üzr istəyirəm, həmin dialoqları və yazıları tapa bilmədim) bunda AKP-nin rolu müzakirəyə açılmışdı. Bundan əlavə yenə bəzi “köşe yazarları”nın da fikrinə görə bunda AKP iqtidarının rolu var.

Mən fikirləşirəm ki, bunda AKP-nin rolundan daha çox (hətta AKP iqtidarının rolu 0-a bərabərdir), türk Pazarlamacılarının, İletişimcilerinin və Reklamcılarının reallığı dərk etməsi əsas səbəbdir. Bugünə qədər düşünülürdü ki, cəmiyyət bundan ibarət deyil və ya “mənim NESCAFE-min hədəf kütləsi bunlar deyil”, indi görürlər ki, Nescafe-nın alıcısı hesab edilə biləcək böyük bir kütlə var ki, onlar elə bundan ibarətdir. Eləcə də, onun kimi digər markalar. Qısacası, mənim fikrimcə bu tipli reklamların artmasında əsas səbəb, reallığın dərk edilməsi və nəhayət arzu ediləndən çıxılaraq, reallıqla hərəkət edilməsidir.

Mən arzu edərdim ki, mənim müştərilərimin hamısı çox savadlı olsun, hamısı VW-nin yaşıl arxa fon üzərində VW yazılışının nə demək istədiyini baxan kimi dərk edən olsun və.s Ama, elə deyilsə mən necədirsə elə hərəkət etməliyəm. Arzular deyil, reallıqlarla hərəkət etməlidir marketing işində olanlar. Başda mən olmaq şərtilə!

Oct 9, 2009

Polis Şiddet Uygulamalı

Bu yazıyı türkçe yazmaya çalışacağım. Niye derseniz? Çünki tamamen Türkiye`de olan olaylarla ilgili ve mantıkla yazdığım değil, hisslerimle yazdığım yazıdır.

IMF karşıtı eylemlerin çirkinliğine TV`den baktım. Gerçekten çirkin. Ertesi gün bir baktım Emre Kongar Polisi eleştiriyor. Onun ertesi gün de eylemciler “Polis şiddet uyguladı” deyip şikayet ediyor. “Demokrasinin hiç olmadığı, düzenin hiç olmadığı ve kimin ne isterse onu yaptığı bir toplumda yaşayacaksın, sokakta karşına çıkan bu kafadakı her insana şiddet uygulayacaksın”-bunu düşündüm onları dinlerken.

Sen kalk esnafın dükkanını taşla dağıt, polisin arabasını durdur ve camlarını kır, kafasına taş at, sonra da de ki, “polis şiddet uyguladı”. Sen adamsın, insansın da, polis sırf üzerindekı üniformasından dolayı insan değil mi? Sui-istimalinden korkmasam, “keşke öldürme yetkisi verseler polise” derim. Bu ne mantık?! Daha doğrusu mantıksızlık ve hatta ahmaklık! Göstericiler tamam, zaten niyetlerinin iyi olmadığı, bu doğrultuda yönlendirildikleri belli, bunları savunan “aydın” insanlara ne demeli?

Ya benim çok da demokratik bir ülkede yaşamamamdan ileri gelmekte, ya da ruhumda diktatörlük var (dedelerimiz Satlin döneminde yaşamış , o mantıkla büyümüşler ya..), ama asla bu şekilde nankörlüğe ve bu şekilde vahşiliğe “jopsuz reaksiyon”dan yana değilim. İlla ki, polis suyla, jopla ve hatta gaz bombası ile şiddet uygulamalıdır bu şekilde vahşilere ve insanlıklarını kaybetmişlere karşı. Bunları savunanlara ise başka bir yöntemler ceza uygulanmalı, yasalaştırılmalıdır belki (abarttım baya).