Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Oct 31, 2009

Oktyabrın Son Yazısı

Oktyabrın son günləri yağışlı və soyuq keçir. Üşüməyə başlayır və yavaş-yavaş 2010-cu ilin hesablarını yekunlaşdırmağa çalışırıq (2010 hesablarını başlamağa yox, yekunlaşdırmağa). Şirkətlərin çoxunda 2010 satışları, gəlirlər, hədəflənən satışları tutdurmaq üçün atılacaq addımlar və.s müzakirə olunur. Bəzilərində iş kağıza tökülür, adına biznes plan deyilir, bəzilərində hərə öz işini öz dəftərinin bir qırağına yazır, sonra da qələm ilə çərçivəyə alır ki, sonra yaddan çıxmasın. Bazarın hara getdiyini isə, heç kim bilmir ki, bilmir.

Satışı və gəliri dəftərlərinin küncünə yazan satış, marketinq, finans və satış ilə bağlı olan digər bölmələrdir. İnsan resursları və təsərrüfat isə dəftərinin küncünə heç nə yazmır. Çünki, ya bunu düşünmək qabiliyyətləri yoxdur, ya şirkətdə İR ancaq adam çıxarmaq, Sosial Müdafiə Fondu ilə saxta işləri yoluna qoymaq ya da geyim təlimatı yazmaqdan başqa işə yaramırlar. Əslində, o hədəflənən satışı reallaşdırmaq, xidməti dəstəkləmək və gəliri təmin etmək üçün nə qədər işçi hansı performansla çalışmalıdırsa onu dəftərinin küncünə yazdığı qeydlərə əsasən düşünməlidir, onun üçün hazırlaşmalıdır. İR departamentinin işini kiçik görürəm deyə düşünməyin, əstagfurullah, tam tərsi düşünürəm ki, İR çox vacib departamentdir və görməli olduğu iş çoxdur, görsə!

Çox yaxınımın işlədiyi şirkətdə şirkətin müdirləri üçün şüşə çaynikdə AHMAD çay dəmlənirdi, işçilər üçün isə dəmir çaydanda AZERÇAY. Müdirlərin çayına kəkotu da qatılırdı, işçilərin çayı qaynamış olurdu. Çay verən xala, qadınlara çay vermirdi, kişilərə çay verirdi. Bu şirkətin ya rəhbərliyinin bundan xəbəri yoxdur ya da İR “ağadan çox ağalıq” edir. Daha doğrusu, ağlı kəsmir ki, şirkətə sırf motivasiya və şirkət bağımlılığı azaltma cəhətindən nə qədər böyük zərbə vurur. Şirkətin sahibi, mən yüz faiz əminəm ki, bunu bilsə etiraz edər. Ancaq o, ağlına etibar etdiyinə çay işini tapşırıb. O ”ağıllı” da elə hesab edir ki, şirkətdə çayçı xala çayı ona görə kişilərə verməlidir ki, biz Azərbaycanlıyıq və ayıbdır, kişi durub özünə çay tökəsi deyil ki ! Başqa cür izah edə bilmədim mən açığı! Başqa izahı olan varsa, buyursun.

Nəysə, Oktyabrın son yazısını da həsr etdim işi işçilərin motivasiyalarını artırmaq olduğu halda, işçilərin motivasiyalarını qıran İR departamentlərinə.

3 comments:

DosT said...

Rustem, qardash meseleye niye bele pessimist movqeden yanashirsan senin yazdiginin her birinin men eminem ki o shirketde mentiqi bir izahi var. Meselen men bir necesini sayim:
- AZERCAYI ishcilere ona gore verirler ki milli ruhda motive olsunlar
- Xala kishilere cayi ozu ona gore suzub getirir ki biz kishilerin tenbelliyine beleddir bilir ki o suzmese cay kif atana qeder kimse durub ozune cay suzmeyecek, bu da ishcinin emek faydaliligini ashagi salacaq. Bu IR-in xusisi siyasetidi.
- He birde deyirsen niye defterin qiragina nese yazmirlar? Niye de yazsinlar axi yazilacaq bir shey qalib ki sag olsun SANTA KRIZIS, o ayagini 2009-a qoyandan shirketlerde ishci qalmayib, demeli cixarilasi ishci yoxdu, hele o bed ayagini ustumuzden goturmediyine gore demeli shirketlere ishciler de goturulmeyecek... e o zaman bu yaziq IR defterin qiragina ne yazsin...

Rüstəm Məmmədov said...

DosT bağışla çox gec cavab yazdım. Son günlər həddindən artıq məşğulam.

Şərhinizə də ki, nə cavab yazım ki, qəşəng üslubla davam etdirmisniz:)

DosT said...

Rustem, teki hemishe ish olsun, ele bashimiz da ishe qarishsin.
Sizin yaziniza layiq bir sherh yaza bilirikse cox shad olariq.