Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Mar 10, 2009

Korea Şirkətləri

Bu yazı keçən səfər ki balaca yazının dəstəkləyicisidir və mənim getdikcə artan heyranlığımın balaca ifadəsidir.

Korea şirkətləri haqqında yazanda əlbəttə əslində SAMSUNG-dan başlamaq yaxşı olardı, ancaq mən işin içində olduğuma görə HYUNDAIKIA-dan başlayacam. Maşınların keyfiyyəti demək olar ki, çox yaxın olduğu üçün (işçilik və mühəndisliklərdən ortaya çıxan xırda fərqlər ola bilər (məsələ i30-un əyləc məsafəsi Ceed-in əyləc məsafəsindən 2m daha qısadır) sözlərim hər iki markaya aiddir. İşə başlamazdan əvvəl “HYUNDAI maşın deyil” deyənlərdən biri də, mən idim. Getdikcə fikrim dəyişdi. Demirəm ki, Hyundai və ya KIA hazırda dünyanın ən yaxşı maşınlarını istehsal edirlər, ancaq qəbul edirəm ki, Businessweek haqlı olaraq HYUNDAI haqqında “son 10 ilin ən sürətlə inkişaf edən markası” deməsi çox yerindədir. Hazırda Hyundai-Kia Motor Company dünyanın beşinci böyük istehsalçısıdır. Hədəf üçüncülüyə yüksəlməkdir. Kəmiyyət artıq bəs etmir, keyfiyyət siyasətinə isə on il əvvəl başlanılıb və özünüz də, təsəvvür edərsiniz ki, avtomobil sənayesində bunun nəticəsini tam görmək üçün illər lazımdır. İllər də ki, özünü göstərir-GENESIS.

SAMSUNG hazırla flat-panel TV set satışlarında dünyanın 1-cisidir, cib telefonu satışlarında dünyanın 2-cisi. LG telefon satışlarında dünyanın 3-cüsüdür. LG-nin hədəfi ümüumiyyətlə SAMSUNG-dan daha böyük satışlara nail olmaqdır. İnkişaf etməkdə olan bazarlarda məişət əşyalarından tutun, elektronik cihazlara qədər hər yrdə çox uğurludur hər iki firma. Dizaynları, heçkimin təklif edə bilmədiyi qiymətə yüksək texnologiya, innovasiya və ucuz Korea won-u bu sahədə əsas səbəbkarlardandır. Telefon bazarında əsas rəqib NOKIA, TV sənayesində SONY son illərdə xeyli tənqid olunan markalardır. Ümumiyyətlə Yapon markaları haqqında, qaloşdan ultra texnologiya məhsullara qədər hər şey təklif edən markalar kimi düşünmək olar. Bunun müzakirəsi də, ayrı mövzudur, ancaq əsas tənqid bu qədər genişlənmə ilə diqqəti itirmək, control və innovasiyada çətinliklərdən ibarətdir, ən əsas problem isə Yaponların konservativlikləri imiş. Mənə də maraqlı gəldi açığı.

Araşdırma vaxtı oxuduğum bir məqalədə “Yaponların 70-ci illərdə Amerikalılar üçün etdiklərini, indi Korealılar Yaponlar üçün edirlər” yazılmışdı. 70-ci illərdə Yaponların etməyə başladıqlarının nəticəsi 2009-cu ildə GM kimi divin 3-dizini yerə qoymasına səbəb oldu, bir dizi də qatlanar mı, qatlanmaz mı, qalıb prezident Obama-nın umuduna. Toyota Amerika-n;n CMO-su isə, "ən çəkindiyiniz marka hansılardır?" sualına "HYUNDAI" deyə caavb vermişdi. Məni ən çox maraqlandıran isə, SONY-dir, çox böyük hörmətim olan marka, son dövrlərdə ancaq mənfi xarakterli məqalələrdə qarşıma çıxır.

Mar 2, 2009

Savadsızlıq

Bir həftə əvvəl İqtisad Universitetində dərs zamanı mövzumuzun içərisinə əhalinin təhsil səviyyəsinin marketinq fəaliyyətləri və ümumiyyətlə biznes fəaliyyətlərinə təsirindən danımışdıq. Elə bir gün sonra bu yazının yerində olan və qalma-qala səbəb olan yazını yazdım.

Müştərilər savadlı olmalıdırlar, müştərilər öz haqqlarını bilməlidirlər ki, aldanmasınlar. “Müsəlman aldatmaz, ancaq müsəlman heç aldanmaz da” deyilən bir söz var (məşhur alimlərdən birinə aiddir səhv etmirəmsə).

Bu dünyada hamı müştəridir. Kimsə kiminsə müştərisidir. Kim-kimə gəldi yalan danışmasın, aldatmasın.

Marketinq Şöbəsi

Bir şirkətin əgər Marketinq meneceri varsa və hətta marketinq şöbəsi varsa, o şirkət ilə əlaqəli ictimaiyətdə yaranan fikrin formalaşmasında birbaşa iştirak etməlidir və ya ortaya çıxan problemləri həll etməlidir. Hər-hansı bir mənfi hal barəsində isə şirkətin sahibindən daha əvvəl xəbərdar olmalıdır və o problemi maksimum səviyyədə özü həll etməyə çalışmalıdır.

Marketing Dəftəri

Dəfələrlə yazmağıma baxmayaraq yenə də təkrar etməyə ehtiyac duyuram ki, bu blog mənim şəxsi bloqumdur və burada yazılan yazılar mənim ancaq və ancaq şəxsi fikirlərimi əks etdirir. Mən HYUNDAI adından yazmıram. Mən eyni zamanda İqtisad Universitetində dərs deyirəm, ancaq heç oranın da adından yazmıram. Mən qanunlar çərçivəsində mümkün olan fikirlərimi yazıram ki, bunlar da siyasi deyil və sırf mənim sahəm ilə əlaqıəlidir.