Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Mar 10, 2009

Korea Şirkətləri

Bu yazı keçən səfər ki balaca yazının dəstəkləyicisidir və mənim getdikcə artan heyranlığımın balaca ifadəsidir.

Korea şirkətləri haqqında yazanda əlbəttə əslində SAMSUNG-dan başlamaq yaxşı olardı, ancaq mən işin içində olduğuma görə HYUNDAIKIA-dan başlayacam. Maşınların keyfiyyəti demək olar ki, çox yaxın olduğu üçün (işçilik və mühəndisliklərdən ortaya çıxan xırda fərqlər ola bilər (məsələ i30-un əyləc məsafəsi Ceed-in əyləc məsafəsindən 2m daha qısadır) sözlərim hər iki markaya aiddir. İşə başlamazdan əvvəl “HYUNDAI maşın deyil” deyənlərdən biri də, mən idim. Getdikcə fikrim dəyişdi. Demirəm ki, Hyundai və ya KIA hazırda dünyanın ən yaxşı maşınlarını istehsal edirlər, ancaq qəbul edirəm ki, Businessweek haqlı olaraq HYUNDAI haqqında “son 10 ilin ən sürətlə inkişaf edən markası” deməsi çox yerindədir. Hazırda Hyundai-Kia Motor Company dünyanın beşinci böyük istehsalçısıdır. Hədəf üçüncülüyə yüksəlməkdir. Kəmiyyət artıq bəs etmir, keyfiyyət siyasətinə isə on il əvvəl başlanılıb və özünüz də, təsəvvür edərsiniz ki, avtomobil sənayesində bunun nəticəsini tam görmək üçün illər lazımdır. İllər də ki, özünü göstərir-GENESIS.

SAMSUNG hazırla flat-panel TV set satışlarında dünyanın 1-cisidir, cib telefonu satışlarında dünyanın 2-cisi. LG telefon satışlarında dünyanın 3-cüsüdür. LG-nin hədəfi ümüumiyyətlə SAMSUNG-dan daha böyük satışlara nail olmaqdır. İnkişaf etməkdə olan bazarlarda məişət əşyalarından tutun, elektronik cihazlara qədər hər yrdə çox uğurludur hər iki firma. Dizaynları, heçkimin təklif edə bilmədiyi qiymətə yüksək texnologiya, innovasiya və ucuz Korea won-u bu sahədə əsas səbəbkarlardandır. Telefon bazarında əsas rəqib NOKIA, TV sənayesində SONY son illərdə xeyli tənqid olunan markalardır. Ümumiyyətlə Yapon markaları haqqında, qaloşdan ultra texnologiya məhsullara qədər hər şey təklif edən markalar kimi düşünmək olar. Bunun müzakirəsi də, ayrı mövzudur, ancaq əsas tənqid bu qədər genişlənmə ilə diqqəti itirmək, control və innovasiyada çətinliklərdən ibarətdir, ən əsas problem isə Yaponların konservativlikləri imiş. Mənə də maraqlı gəldi açığı.

Araşdırma vaxtı oxuduğum bir məqalədə “Yaponların 70-ci illərdə Amerikalılar üçün etdiklərini, indi Korealılar Yaponlar üçün edirlər” yazılmışdı. 70-ci illərdə Yaponların etməyə başladıqlarının nəticəsi 2009-cu ildə GM kimi divin 3-dizini yerə qoymasına səbəb oldu, bir dizi də qatlanar mı, qatlanmaz mı, qalıb prezident Obama-nın umuduna. Toyota Amerika-n;n CMO-su isə, "ən çəkindiyiniz marka hansılardır?" sualına "HYUNDAI" deyə caavb vermişdi. Məni ən çox maraqlandıran isə, SONY-dir, çox böyük hörmətim olan marka, son dövrlərdə ancaq mənfi xarakterli məqalələrdə qarşıma çıxır.

14 comments:

Aygün İslamzadə said...

Sag ol yaziya gore.
Duzdur, Koreya tugyan edir, yaponlara bu ne qeder tesir etse de, ilk novbede Amerikanlilarin bashinda partlayir.
Sebeb mene gore tek yapon konservativliyi deyil, hem de yaponlarin artiq boyumushuk, ashagi seqmenti Koreyalilara qapdira bilerik fikri idi ki, yanlish oldu deyesen. Ashagida yerini mohkemledenden sonra sarmashiq kimi yuxariya can atmaq isteyini oz numunelerinde gormekleri kifayet etmedi.
Bir sual... GM-in niye dord dizi var?:))

Rüstəm Məmmədov said...

Dəyyməzz:)

Düzdür Aygün, o sənin dediyin də mütləq səbəblərdən biridir. Mənim ağlıma gəlməmişdi yazmaq, ancaq hər iki sektorda bu hiss olunur.

GM-in dörd ayağı ona görə var ki, o inəkdir:)) (GM-in dörd ölkəyə aid marka sahibliyi var-Amerika, Almanya, İsveç və Korea.)

Tural said...

Rüstəm müəllim,bəyəm Hyundai-Kia ilə birgə kompaniyadır?Heç bilmirdim.
Bir də ki,marketinq və brend cəhətdən yox,sırf texniki cəhətdən Kia ilə Hyundai arasında nə qədər fərq var(əgər varsa).Mənə sizin fikir maraqlıdır.
Mən artıq Koreyaya artıq Yaponiyanın 3 yaş kiçik qardaşı kimi baxıram.Sadə camaat hələ də elə bilir ki,Samsung yapon brendidir.Məncə,koreyalıların uğurunu göstərir.
Müəllim,bir də GM-in 3 qatlanmış dizi deməklə nəyi nəzərdə tuturdunuz?3 brendi?Təmsil dilində danışdığınız üçün başa düşmədim)))
Başqa Koreya brendləri haqqında da gələcəkdə yazsanız,yaxşı olar.

Rüstəm Məmmədov said...

1996-cı il Asiya böhranı zamanı Hyundai Motor Company Kia Motors-un səhv etmirəmsə səhmlərinin 36%-ni alıb. 1999-cu ilə kimi, bu proses uzanıb və hazırda səhmlərin əsas hissəsinə nəzarət HMC-nin əlindədir. Hyundai-Kia Motor Company adı altında birləşiblər.

İstehsal xərclərini azaltmaq (mən detallarını yazmıram) məqsədilə çox bənzər platformlar istifadə olunur. Demək olar ki, texniki cəhətdən də eynidir. Sadəcə olaraq cüzi fərqlərdən ortaya çıxan balaca fərqliliklər olur.

Məsələn Hyundai i30 ilə Kia Ceed tamamilə eyni platformda yığılıb, eyni mühərriklərdir, eyni transmissiya qutusudur, suspension sistemdir və.s Sadəcə olaraq işçilikdən və başqa xırda texniki fərqlərdən yaranan fərqliliklər var. Misal üçün, əyləc məsafəsini qeyd etmişdim.

GM-in 4 ayağı 4 ölkəni nəzərdə tutdum. GM-markaları çoxdur. Ancaq, əsas Amerika (Buick, Chevrolet, Pontiac, Cadillac, Saturn), Almanya (Opel), İsçveçrə (SAAB), Korea (Chevrolet) markalarına sahibdir. Opel dövlətə satılabilər, hazırda federal hökümətlə müzakirələr gedir, GM amerikadakı markalarını ya öldrürü, ya da Obamanın dəstəyi üçün yalvarır, SAAB-ı satır, ama alan yoxdur, qalıb bir Krea-dakı köhnə Daeüoo yeni Chevrolet.

Belə...

Çox sağol bloqda aktiv iştiraka görə Tural.

TOD said...

Rüstəm m. sizin Koreya kompaniyaları haqqında yazmagınız çox yaxşı oldu, çünki mən Koreya brendlərinin fanatıyam :))
Belə getsə Yapon kompaniyaları təxminən 10-ildən sonra ancaq Koreya kompaniyalarının "arxa stop"larını görəcəklər.
GM-in dördüncü dizi barədə onu deyə bilərəm ki hələ Daewoo-un "canını tapşırmaq" fikri yoxdu. Hələ yeni Chevrolet Cruze= Lacetti Premier və Opel İnsignia satışa çıxdıqdan sonra GM-in dördüncü dizi o biri dizlərini də dirçəldəcək (bu mənim fikirimdir)
Hörmətlə, TOD

Rüstəm Məmmədov said...

TOD Korea-nın hansı markasının fanatısız?;)

Motor Trend Cruze-u test edib bu yaxınlarda. Meqalenin başında "GM_i volt yox, Cruze xilas edəcək" yazılmışdı. Alman mediası Alman markalarını şişirtdiyi kimi, Amerikan mediası da əlbəttə Amerikanları maksimum şişirtməyə çalışır. Amma, yenə də qəbul etmək lazımdır ki, dünyada ən çox rəqabətin olduğu bu sinifdə Cruze doğurdan da hələlik görünən odurki, ən yaxşılardan olacaq.

İnsignia isə, hələlik ancaq təriflər alır. Bir dənə pis tərəfi odur ki, modelin bazara çıxma dövrü avtomobil tarixinin ən kəskin böhranı ilə üst-üstə düşdü. İstənilən reaksiyanı görə bilmədi, satış rəqəmləri planlalanın yəqin ki, çox-çox altında qalıb.

Mənim şəxsi fikrim isə odur ki, nə Insıgnıa nə də Cruze, öz başlarına GM-i "save" etməz, hökümət dəstəyi olmasa, GM iflas olmasa da, çox kiçilər.

Korea markalarının Yapon markalarını geridə qoyması isə nə yuxu deyil, nə fantaziya, ola bilər.

Hörmətlə,

TOD said...

Əlbəttə ki "Chevrolet Koreya"-nın fanatıyam və Chevrolet Cruze-nin Azərbaycana gəlməsini səbirsizliklə gözləyirəm :) Ümid edirəm ki 26-29 martda keçiriləcək sərgiyə Cruze gətiriləcək. Hər halda GM Bakı-dan mənə elə deyiblər, görək düz çıxır ya yox.
Satışını isə aprel ayına söz veriblər
Hörmətlə

Rüstəm Məmmədov said...

TOD, bu məlumatı sənə nə vaxt deyiblər? Mənim bildiyim qədərilə ora Cruze gəlməyəcək. Onsuz da, ora avtomobil sərgisi yox, avto ehtiyat hissələri sərgisi kimi bir sərgi oldu bu il. İştirak edən avtomobil şirkətləri də, ora üçün hazırlıq görmür.

TOD said...

İnternetdə oxumuşdum ki, Opel İnsignia sərgiyə gətiriləcək. GM Bakı isə bir ədəd Cruze-nin mart ayının axırına gətiriləcəyini demişdi, mən də fikirləşdim ki sərgiyə gətirərlər yəqin :(((
Nichevo, onsuzda sərgidə maşına hər tərəfli baxmaq olmur ən yaxşısı salona getməkdir))

Anonymous said...

Ela yazidi, Korea markalarinin Yapon markalarini geride qoyacaqlarina men bir az skeptik yanashsam da indiki veziyyet bunun gelecekde real olacagini gosterir, ama men hele de Korea fanati olmamisham:). Yaponlarin problemi Korealilari evvelce qiymetlenidre bilmemeleri ve yuxaridan ashagi baxaraq onlari ozlerine reqib saymamalaridir. Amma son zamanlarda Sony ozune esas reqib kimi Samsungu gorur, ve butun arashdirmalarinda buna focus edirler. Sony niye pis movqeden cixish edir? :)

Rüstəm Məmmədov said...

Ruxsara, düz deyirsən. Biraz daha ciddi yanaşmaq lazımdır rəqiblərə. Ancaq, SONY kimi markalar, reactive yox, proactive olmalıdırlar ki, liderliyi qoruyub saxlaya bilsinlər. Çox maraqlıdır ki, əvvəllər ancaq Samsung Sony-nin arxasından nələrsə edirdi. İndi, artıq Samsungun innovasiyalarının sayı Sony-nin sayına çatıb və bəzi məhsul qruplarında artıq keçib.

İndi də arxadan sürətlə gələn Çin markaları var. Bugünlərdə iki günlük Ukrayna səfərim var idi. Ukraynada öyərənəndə ki, maşın bazarında Cherry luiderliyə oynayır, şok oldum. Xatırladım ki, Rusiya bazarında da Geely liderlik üçün yarışır. Bunlar nəyəsə siqnaldır. Çinlilər məsələn, məhz Hyundai- məcbur edir ki, o daha yuxarı Toyota səvioyyədinə qalxsın. Toyota səviyyəsində isə rəqabət inanılmaz gərgindir.

Hörmətlə,

Rüstəm Məmmədov said...

Anonymous yazdıqların hərəsi bir linkə gedir:)

Anonymous said...

G
L
歡迎蒞臨信合美集團全球資訊網 松山信合美眼科‧三民信合美整形外科/皮膚科/醫學美容‧板橋信合美... 松山信合美眼科‧三民信合美整形外科/皮膚科/醫學美容‧板橋信合美眼科 Copyright c2008 Hsin Ho Mei Group. All rights reserved. ...
信合美

仁友信合美


g








1

l

Anonymous said...

U
N
a片

av片

av女優

洪爺

a片下載

日本a片

色情a片

洪爺


l

dfhgdfhdhtfshjfdhfgjj fgfgj fgh h fghgggh hdshdfh






9

g