Savadsızlıq
Bir həftə əvvəl İqtisad Universitetində dərs zamanı mövzumuzun içərisinə əhalinin təhsil səviyyəsinin marketinq fəaliyyətləri və ümumiyyətlə biznes fəaliyyətlərinə təsirindən danımışdıq. Elə bir gün sonra bu yazının yerində olan və qalma-qala səbəb olan yazını yazdım.
Müştərilər savadlı olmalıdırlar, müştərilər öz haqqlarını bilməlidirlər ki, aldanmasınlar. “Müsəlman aldatmaz, ancaq müsəlman heç aldanmaz da” deyilən bir söz var (məşhur alimlərdən birinə aiddir səhv etmirəmsə).
Bu dünyada hamı müştəridir. Kimsə kiminsə müştərisidir. Kim-kimə gəldi yalan danışmasın, aldatmasın.
Marketinq Şöbəsi
Bir şirkətin əgər Marketinq meneceri varsa və hətta marketinq şöbəsi varsa, o şirkət ilə əlaqəli ictimaiyətdə yaranan fikrin formalaşmasında birbaşa iştirak etməlidir və ya ortaya çıxan problemləri həll etməlidir. Hər-hansı bir mənfi hal barəsində isə şirkətin sahibindən daha əvvəl xəbərdar olmalıdır və o problemi maksimum səviyyədə özü həll etməyə çalışmalıdır.
Marketing Dəftəri
Dəfələrlə yazmağıma baxmayaraq yenə də təkrar etməyə ehtiyac duyuram ki, bu blog mənim şəxsi bloqumdur və burada yazılan yazılar mənim ancaq və ancaq şəxsi fikirlərimi əks etdirir. Mən HYUNDAI adından yazmıram. Mən eyni zamanda İqtisad Universitetində dərs deyirəm, ancaq heç oranın da adından yazmıram. Mən qanunlar çərçivəsində mümkün olan fikirlərimi yazıram ki, bunlar da siyasi deyil və sırf mənim sahəm ilə əlaqıəlidir.
1 comment:
Moskva birdən qurulmuyub ki. Bir gün "Gülüm"dən yazıb ertəsi silərsən, bir gün "Kia"dan yazıb 3 gün sonra silərsən, bir gün insanların belə yazıya dözümü bir həftə çatar və nəhayət bir gün də tənqidi kişi kimi qəbul etməyi öyrənər...ik...
Azərbaycan bazarının hələ belə şeylərə hazır olmadığını qəbul etmək çətindir bilirəm...
Post a Comment