Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Feb 21, 2009

Krizdən çıxmağın üç yolu

Bugünlərdə Barselona şəhərində global mobil telefon istehsalçılarının görüşü keçirildi. Burada alınan əsas qərar bundan sonra bütün telefonlar üçün eyni adaptorların istifadəsi idi. Yəni ki, işdə heçkim əlində batareyası ölmüş Samsung ilə gəzib adaptor axtarmayacaq, çünki bugünə kimi “Yox, məndə NOKIAdır” deyənlər də olmayacaq. Nokianın da, Motorolanın da, Samsungun da və.s adaptoru eyni olacaq. Bunun səbəbini də bilirsiniz, bundan danışmayacam.

Ancaq, bir məsələ var; Elə həmişə ofisdə “Məndə NOKIAdır” deyənlər çox olacaq?

Əgər son dövrlərdə Korea iqtisadiyyatının gedişatına baxsaq, Samsungun 2007-ci ilə Motorolanı üstələyərək dünyanın ikinci mobil telefon istehsalçısı olmasını nəzərə alsaq, LG-nin 2008-ci ildə Motorolanı və Sony Ericssonu keçərək dünyanın 3-ü böyük mobil telefon istehsalçısı olmasını fikirləşsək, yəqin ki belə olmayacaq. Samsung 2008-ci ildə 2.8% böyümə ilə 16.2% global bazar payına sahib olub ki, bu indilik 1.8% böyümə ilə 38.6% global bazar payına sahib olan NOKIAdan 2 dəfə azdır. Çox maraqlı olan isə Motorolanın 5.1% bazar itikisi ilə yerini 1.5% böyüyən LG-yə verməsidir, daha doğrusu eyni payı,8.3%, bölüşməsidir. 2008-ci ildə ümumiyyətlə isə 1.21 milyard telefon satılıb.

1. NOKIA 38.6%

2. Samsung 16.2%

3. LG 8.3%

4. Motorola 8.3%

5. Sony-Ericsson 8%

6. RIM (Blackberry) 1.9%

7. Kyocera 1.4%

8. Apple 1.1%

9. HTC 1.1%

10. Sharp 1%

11. Digər 14.1%

Yuxarıda da göründüyü kimi Korea markaları bu sahədə çox ciddi inkişaf sərgiləyirlər. Ancaq, maraqlı olan odur ki, Samsung, LG, HYUNDAI və KIA kimi Korea markalarının son dövrlərdə ciddi inkişafı inkişaf etmiş ölkələrə aid böyük markalara ciddi təhlükədir. Yazı çox uzanmasın deyə, bunu ikinci yazıda davam edəcəm, ancaq sizin çox dəyərli fikirlərinizi indidən eşitmək xoş olardı.

Qlobal maliyyə krizindən az zədə ilə çıxmağın üç yolu var; 1) az yeyib, çox yatmaq 2) qonşularda yemək 3) az yeyib, yatmamaq

6 comments:

Tural said...

Rüstəm müəllim,məncə yazının adını dəyişdirsəydiniz daha yaxşı olardı.Krizis və mobil telefon....uyğun gəlmir.

Mobil telefon bazarını analiz etmək avtomobil bazarı qədər çox maraqlıdır.Motorolanın texnoloji proqressə fikir verməməyi,innovativ məhsulları çıxarmamağı onun üçün acınacaqlı oldu.Son dövrlər Bakıda Motorola alan görməmişəm.Onların distributeri NLT Telekom belə heç Motorolanı sata bilmir.Vitrində 1-2 dənəsini bəzək üçün qoyublar.Onlara hələ 8% də çoxdur(Azərbaycanda 1% tutsalar adımı dəyişərəm).
Blackberry-nin bu qədər alanların olması maraqlı idi.Kiasora və Sharp Azərbaycanda heyf ki,yoxdur.5-6 ilə Samsungun market sharesinin Nokianı keçəcəyini proqnoz verirəm.Mən ölü,siz diri...
Adapter haqda maraqlı idi.Məncə gələcəkdə telefon adpterinə ehtiyac olmayacaq.Yalnız USB kabel ilə olacaq.Sadəcə bütün telefonların USB yuvasının və ştekerinin standart olması lazımdır.Mən Toshiba üçün USB şnurumu itirmişdim.Artıq təzəsini alacaqdım.Amma təsadüfən Nokianın kabelinin ona uyğun gəlməsinin məni nə qədər sevindirdiyini bilməzsiniz.

Rüstəm Məmmədov said...

Tural çox sağolun, fikirlərinizi bildirdiyiniz üçün.

Yazının başlığının əslində mövzu ilə bağlılığı vardı Tural, amma bugünkü dərsdə göstərildiyi kimi, çox uzun bir dairə çəkmək lazımdır əlaqə qurmaq üçün.

Motorolanı Azərbaycanda artıq mən də istifadə etmirəmsə, deməli doğurdan da Motorola burda yaxşı yerdə deyil. Mən uzun illər Motorola istifadə etmişəm və razı da qalmışam. Ancaq, innovativ məhsulların qıtlığına görə başqa markaya dəyişməli oldum.

Samsung-un NOKIA-nı keçib keçməməsini demək çətindir. Çox uzun vaxt laımdır ki, nəsə dəqiqləşsin. Aradakı fərq az qala 3 dəfdən çoxdur. Böyük rəqəmdir. Ancaq, samsung-u mən heç bəyənməsəm də, markanın haqqını vermək lazımdır. Son illər TV, Multimedia Sistemlər, telefon və.s sənayelərində çox sürətlə inkişaf edirlər və innovasiyaya xeyli büdcə ayrılır.

Tural said...

Özüm Nokia-nın fanatı olsam da,məncə gələcəkdə Samsungun pozisiyası çox yüksəkdə olacaq.Nəinki mobil telefon,hətta digər sahələrdə də.
Economy of scale-in nətiəsidir bu.Həm noutbuk,həm mp3 pleyer,həm fotoapparat istehsal edən Samsungun üstünlüyü bundadır ki,o digər sahələrdə əldə etdiyi təcrübə və R&D nailiyyətlərini mobil telefonda tətbiq edə bilir.Siz bir http://www.mforum.ru/phones/samsungwitu.htm səhifəsində Samsungun yeni mobil telefonu(və ya PDA) baxın.Mühəndis beyninin şedevri sayıla biləcək bir məhsul.Eyni qiymətə olan Apple İphone və İTU arasında seçim zamanı fikirləşmək belə lazım gəlmir.Əvvəllər sadəcə qadın telefonu buraxmaqla tanınan Samsung ilk 5 meqapiksellik telefonu,dizayn həlli yüksək olan portativ kompüterlər buraxmaqla özünün gücünü göstərdi.Nokia hələ ki market leaderdir.Amma non-diversification,digər məhsullar buraxmaması ona mane olur.Hansı kompaniyanın gələcəkdə daha irəlidə olacağını zaman göstərər.

Yeri gəlmişkən,LG telefonlarının rəsmi distribyuotu AZTOL firmasının bizdə Volvo avtomobilləri satan Aztol ilə əlaqəsi var?Yəqin ki,siz bilərsiniz bunu.

Rüstəm Məmmədov said...

Tural, əla əsaslandırmısan. Bir dənə sual gəldi ağlıma, NOKIA-nın ancaq telefon istehsal etməsi və Samsung-un başqa profillərdə də güclü şəkildə olması, bunların mobil telefon rəqabətində birinə əksəklik, digərinə üstünlük gətirir mi? Məsələ ondan ibarətdir ki, NOKIA-nın ixtisaslaşması sırf bunun üzərinədir və dünyada telefon deyənda ağla gələn ilk markadır bəlkə də. Nokia, bundan sonra da çox böyük innovativ məhsullarla bazarda çevrilişlər etməyə qadir bir markadır. Samsungun şaxələnməsi isə, bəlkə də insanların algılamalarında çox da müsbət qarşılanmaya bilər və Samsung üçün Nokiadan üstün olma, biraz çətin ola bilər.

Tural said...

Heç yadımdan çıxmaz.Bir dəfə (söhbət 2004-dən gedir) dostum dedi ki,Siemens telefonu hara,Nokia hara?O vaxtlar Siemens telefonu öz funksiionallığı/qiyməti ilə Nokianı geridə qoyurdu.Paltaryuyan buraxan,soyuducu buraxan telefon istehsal edə bilməz.Nokia yek markadır.
2008-in axırı,hardas 3-4 ay bundan əvvəl onun Samsung İ710(səhv etmirəmsə) aldığını gördüm.Yenə ondan soruşdum ki,axı Samsung da paltaryuyan buraxır,bəs niyə onun telefonu əvəzinə yalnız mobil telefon buraxan Nokia məhsulunu almırsan?Susdu....

Məncə,dar bir sahədə ixtisasalaşma üstünlük də ola bilər,disadvantage də.Bunu elə mobil telefonlar sahəsində Siemens və Samsungun misalı göstərir.Mən sizinlə ikiəlli razılaşaram ki,Nokianın birprofilli olması onun üstünlüyüdür.Amma nəzərə almaq lazımdır ki,Samsung Siemens deyil.Cənubi Koreya və ümumiyyətlə Asiya şirkətləri Qərb ölkələrindən fərqli olaraq çoxsahəli bazarda yaxşı fəaliyyət göstərir.General Electric(hər şey buraxır) Nokia ilə rəqabətdə olmaz,amma Samsung olar.Mənim dünyada ən çoxprofilli tanıdığım şirkət Samsung-dur.(başqası varsa,deyin).Bu firma prosessor,yaddaş qurğusu,TFT ekran və s. buraxır.Samsung televizor buraxır,displey buraxır,ekran matrisaları buraxır.Məlum məsələdir ki,onun telefonlarının ekranı daha yaxşı olacaq və ya ona daha ucuz başa gələcək ki,bu da böyük advantagedir.XX əsrdə ixtisaslaşma daha yaxşı idi.Amma indiki dövrdə müxtəlif məhsulları inteqrasiya etmək daha yaxşıdır.İnanmırsınız?Sübut gətirim.
SonyEricsson kamerofonları niyə uğur qazandı?Çünki Sony şirkəti Cyber-Shot texnologiyasına malik idi,digital fotoapparat istehsalında təcrübəsi var idi.İndi əgər Sony-nin burada təcrübəsi olmasaydı,o telefonlar yaxşı olardımı?
Darsahəli olmağın üstünlüyü istisna haldır (yalnız Nokia bu sahədə unikaldır),əksərən çoxprofilli olmaq daha yaxşıdır.İMHO.

AZTOL-un nə firma olduğunu gərək araşdırım.

Rüstəm Məmmədov said...

Amma, Sony Ericsson marka olaraq uğursuz il keçirdi 2008-də? Modellərli, partladı cyber-shot ilə, ancaq söndü.

Samsungun, bugünə kimi stehsal etdiyi pocket PC-ləri uğursuz oldu, ratinglərdə ən aşağı yerləri aldılar, yegənə üstünlükləri dizayn idi. Mən demirəm ki, samsun bunu bacarmaz. Bacarar əlbəttə, sadəcə demək istədiyim odur ki, Nokia ilə sırf telefon sahəsində rəqabət üçün bir xeyli vaxt lazımdır. Hzırda Samsung müxtəlif sahələrdə genişlənmədə xeyli uğurludur.
Digər məsələ isə, profitlərdir. İstəyirsiniz girin netdə bir araşdırın. Korea markalarını profitləri ilə, başqalarının profitlərini analiz edin. Korea üonu kore şirkətləri üçün 2008-də çox böyük imkanlar verdi. Əsasən də bazar payında. Daha münasib qiymət ilə, aşağı profitlə satışlar reallaşdırdılar və bazar payı dörd böyük Korea şirkətinin (Samsung, Hyundai, Lg, Kia)2008-ci ildə xeyli artdı.