Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Feb 8, 2009

(KIA və HONDA) vs HYUNDAI

(KIA və HONDA) vs HYUNDAI

Başlığa baxmayın, əsalində ortada problem yoxdur, sadəcə olaraq özümə maraqlı gəldi və istədim sizinlə də paylaşım.


Son günlərdə bizim ofisdə ən çox outdoor reklamlar müzakirə olunduğu üçün, oralara fikrim daha çox yönəlmişdi. Buna görə də, gəldi-gəldi, az qala 3 həftə sonra blogumda yazı bu mövzuda peyda oldu.


KIA gətirib HYUNDAI-ın mərkəz dileri OTOPLAZA-nın və Mətbuat prospektindəki dileri A-N Autostar-ın düz qabağına billboard qoyub. Əslində strateji olaraq bu ağıllı fikirdir.

Hətta bəzi marketinq guruları bunu məsləhət görürlər. KIA-nın Mətbuatdakı billboardu pis deyil əslində. Tək çatışmazlıq billboard-un diqqət çəkən olmamasıdır. Dizayn əksikliyi. Yerləşdirmə isə pis deyil. İşıqforun düz qabağındadır və orada dayanan maşınlar onu görürlər. Bizim Dilerin yeri də çox yaxşı olmadığına görə billboard işə yarayar yəqin ki. Ancaq, Otoplaza-nın qabağındakı billboard inanılmaz mənasızdır. Çünki, onsuz da Dərnəgülün bir düzgün görüntüsü yoxdur. Bu pis görünümlü yerə pis billboard da heç yaraşmır. KIA-nın reklamı düz bizim qabağımızdadır. O boyda OTOPLAZA-nın görüntüsü qarşısında o reklamın nəsə işə yarayacağına inanmıram açığı. Bu mənim şəxsi qənaətimdir. Siz nə fikirləşərsiniz bilmirəm.


HONDA isə “0%” billboardlarının dizaynını niyə o cür fikirləşib başa düşmədim. Səhv etmirəmsə HONDA “qeyri-orijinal” PUBLICIS ilə işləyir. Honda-nın Marketing Manager-i Anar isə çox təcrübəlidir. Şəklini çəkə bilmədim, amma əgər kiminsə diqqətini çəkibsə (əgər çəkməyibsə, deməli mən yüz faiz haqlıyam, indi fikirləşin görün xatırlaya bilirsiniz mi?) orada sol yuxarı küncdə balaca HONDA yazılıb, orijinal logo formasında. Ortada çox boyük “0%”. Mənə maraqlıdır ki, avtomobillə hərəkət edən nə qədər adam bunlara fikir verə bilir? Mənim işimin adı bu olduğuna görə gözüm axtarır və olanı tapır, bəs yaxşı digər insanlar? Ola bilər ki, bu HONDA-nın standartıdır. Çünki, əvvəllər də belə idi onların billboardları, ancaq nəzərə almaq lazımdır ki, orada div boyda maşın şəkli var idi, Accord, CRV və.s (“və.s “ yazmaq yerinə CİVİC yazasam yaxşı olardı bəlkə də, çünki onsuz da cəmisi 3 modelləri var). HONDA-nln marka bilinirliyinin hələ istənilən səviyyədə olmadığını da nəzər alsaq, onda mən yüz faiz haqlı hesab edilə bilərəm.


Bizimkilər nə gündədir görəsən, bir yaxşı tənqid edən olsaydı əla olardı.

14 comments:

Anonymous said...

rüstem salam çoxdan idi yazmırdın tekrar yazmagına sevindim men öz fikrimi demek isteyirem
men bakıya o billboardların yaraşmadığı fikrindeyem ve onları yerleşdirendede çox pis yerlere goyurlar bezen yol hereket gaydaları olan levhaların üstünü bele örtür.
bu arada gadası ad günün münasibeti ilede tebrik edirem sene uzun ömür möhkem can sağlığı ve arzularının heyata keçmesini dileyirem
özünden mugayat ol

Rüstəm Məmmədov said...

Çoxdandır əslində heç bir iş görmürəm, ancaq başımı qaşımağa da vaxt olmur. Ancaq, açığı yazmamağımın əsas səbəbi kitab oxumamağımdır. Əvvəllər həmişə əlimdə hansısa kitab olurdu, ən azından səhərlər yeməkdən əvvəl və ya axşam oxuyurdum, indi kitabım yoxdur oxumağa.

Bir dəfə taksidə gedirdim. Külək əsdi, toz-torpaq doldu içəri. Taksi "Bu şəhərə nə yağış yaraşır, nə qar, nə külək" dedi. İndi onun və sənin sözün olmasın, bu şəhərə billboard yaraşmır, neynəyək:)

Təbrikə görə də çox sağol Elçin. Allah razı olsun.

rsh said...

Salam Rüstəm.

Mən artıq bir həftədir ki, firmamızın mağazalarından birin qarşısındakı billboardları almaq üçün əziyyət çəkirəm. Sırf almaq istəmək səbəi isə məhz Hyundai-n önündəki Kia reklamı tipli bir şeylə qarşılaşmaq istəməmək səbəbidir.

Məncə bu sizin günahdır gərək əvvəlcədən alardız həmin yerləri.

Bundan başqa onunlada razıyam ki, Dərnəgüldə reklam yerlşdirməyin mənası yoxdur. Bugün fikir verdim həmin yol başlayan birinci reklam DNS News-dur.

Hondanında reklamı yadıma düşmədi. ;)

Rüstəm Məmmədov said...

Rafiq axı mənasız yerlərdir. Yenə də alaydıq?

Anonymous said...

Öz gözündə tiri görməyən başqasının gözündə çöp axtarır...

Deyirəm dünyanın işinə bax. Hyundai Azərbaycanın əməkdaşları 3-cü mikrorayon dairəsində KİA-nın salonunun qarşısında reklam yerləşdirdilər. Reklam etiketini məhz bu billbordla Hyundai pozdu. Bir müddət bu hala göz yuman KİA, rəqiblərin özlərini sanki heç nə olmamış kimi aparmasına adekvat addım atmağı qərara aldı. Mətbuat prospektindəki bilbord məhz bu məqsədlə qoyuldu. Amma Hyundai-ın baş salonunun qarşısındakı billbord Kia-ya məxsus deyil. O billbordun yerləşdirilməsi və xərcləri Parabank tərəfindən olunubdur. Əgər bir az diqqətlə baxsaydınız, bunu özünüz görmüş olardınız.
El arasında yaxşı deyiblər, pazı pazla çıxardarlar.

Odur ki, reklam etikasından danışanda, əvvəl özünüzə diqqət yetirin, özünüzün eybiniz olmasa, kimlərisə qınayın.

Rüstəm Məmmədov said...

Kialı xoş gördük bloqda sizi.

Əvvəla hörmətli "Kialı" mən əvvəllər qeyd etmişəm, indi də elə ən axırıncı yazıda göstərmişəm və yenə ayrıca sizin üçün qeyd edirəm ki, mən bu bloqda sizin sözünüz olmasın, "hyundai əməkdaşı"kimi yazmıram. Mən pis-yaxşı marketoloqam və fikirlərimi yazıram burda. Hətta köhnə yazılarımdan birində Hyundai radio rolikini kəskin tənqid etmişdim. İstəsəniz axtarıb tabar və sizə göstərərəm.

Keçim indi sizin iddialarınıza:

1-3-cu Mkr dairəsindəki 3x12 billboardu biz ora qoyanda heç yan tərəfdə KIA-nın olduğundan xəbərdar deyildik və zərrə qədər də sizinlə əlaqəsi yoxdur bunun. Siz ordan çıxsanız da o billboard orda qalacaq. Oradan ancaq o vaxt çıxılacaq ki, professional olaraq ona ehtiyac duyulmasın.

2- Mətbuatda billboard yerlə
şdirməyinizin qeyri-etik olduğunu qeyd etməmişəm mən yazıda. Tənqid də etməmişəm. Bu yaxşı addımdır və alqışlanası haldır. Yazıda da buna bənzər ifadələr var

3- Dərnəgüldəki billboardu sizin yerləşdirib yerləşdirməməyinizi müəyyən etmək çox asan deyil açığı. İstəyirsiniz özünüz baxın. Amma, səhvim varsa bağışlayın. Parabank yerləşdiribsə, o da uğursuz addımdır. Niyəsini isə qeyd etmişəm yazıda.

Təkrar xoş gördük.

Hörmətlə,

Anonymous said...

Elə bir başa getdiniz meydana və dərhal billbordunuzu yapışdırdınız ora? Heç sağa sola baxmadınız? Yoxsa baxmaq istəmədiniz?

Mənim burada sizinlə polemika açmaq fikrim yoxdur, marketoloqsunuz, lap yaxşı. Allah elminizi daha artıq eləsin. Sadəcə unutmayın ki, bu dünyada hər şeyin öz adı var. Cənab Allah Adəmə (ə.s.) əşyaların adlarını öyrədərək mələklərdən fərqləndirib.

Rüstəm Məmmədov said...

Başa düşmürəm siz niyə bunun içərisində qəribə niyyət axtarırsınız? Orada reklam yerləşdirmək üçün KIA-nın varlığından çox daha böyük səbəblər var idi. Ora böyük yerdir, əhəmiyyətlidir, dərnəgül yolundadır, iki tərəfdən geniş görüntüsü var. İstəsəydik KIA yanında billboard, onda Qələbə meydanında böyük yer götürərdik. Siz bunu heç fikirləşmirsiniz?

Siz, hər halda marketoloq deyilsiniz ixtisasca və ümumiyyətlə teroiyadan xəbəriniz yoxdur. Marketinq teoriyasında bu heç də qeyri-etik hal kimi hesab olunmur vəhətta bir çox marketinq qurusu bunu məslıəhət görür.

Sizin yerləşdiyiniz billboardlar da qeyri etik deyil və bizim şirkətdən heç kim buna tərs reaksiya vermir. Çünki, hamı maksimum professional olmağa çalışır.

Siz əgər iradınızı mənə yönəldirsinizsə, onda xahiş edirəm dönün başa yazını təkrar oxuyun, əgər mən orda bunu tənqid etmişəmsə, onda davam edin.

Anonymous said...

Əgər siz mənim marketinqdən xəbərsiz olduğumu düşünürsünüzsə, yanılırsınız. Mənim ixtisasım iqtisadçıdır, sadəcə magistraturanı maliyyə və bank işi üzrə oxumuşam. Mən billbordla marketinq taktikasından danışmıram sizə. Bir anlıq qoyun bu marketinqi kənara. Marketoloji baxımdan daha çox işlər görmək olar ki, billbord məsələsi onun yanında 100 min sözlük mətndə 1 ədəd hərif səhvi qədər aciz görsənər.
Mən sizə reklam etikasından danışıram, hansını ki məhz siz qabardıb çıxarmısınız ortalığa. Hər şeyə eyni prizmadan baxmaq olmaz. Vəziyyət bunu tələb eləsə belə. Hər şeyin öz adı var. Bu haqda öncə yazmışam sizə.
Marketinq sahəsinin professionalı adi biznes etiketinin qarşısında çox axmaq görüntüyə düşə bilər.
Sizin düşüncələrinizdən belə anlamaq olar ki siz sadəcə hal hazırki duruma etiraz etmək istəyən sadəlövh gəncsiniz. Mən bunu sizi təhqir etmək və ya hər hansısa başqa məqsədlə yazmıram. Bunula onu demək istəyirəm ki siz biznes aləmindən xəbəri olmayan insansınız. Biznesin qaydaları sizin düşündüyünüzdən daha çox fərqlidir. Bu qaydalarda milyonlara dəyən jestlər də olur, qara qəpiyə dəyməyən ölümlər də.

Düşünün bu haqda.

Rüstəm Məmmədov said...

Əla ixtisasca marketinqə yaxın sayılan sahədən olmağınız yaxşı haldır. Məni başa düşəcəksiniz deməli. İndi bir -bir gedək başdan aşağı:

1)Bəli mən gəncəm və sadəlövəm-burda qeyri-adi bir şey yoxdur

2) Mən KIA-nın reklamlarının etik olmadığından bəhs etməmişəm, KIA-nin müştyəriləri aldatmağından bəhs etmişəm. Əgər siz bunu biznesin aydasıdır deyə qəbul edir və bunu etik hesab edirsinizsə onda sözüm yoxdur. Müştəridən ikinci ilin faiz pulu başdan şapka olaraq alırsınız və bunu da müştəriyə faizsiz iki illik kredit olaraq təqdim edirsinizsə bunu tənqid etməməyimizi necə gözləyirdiniz. KIA-nı da qoyun kənara, HYUNDAI-da, insan kimi əlinizi qoyun vicadınıza və biraz da sadəlöv olaraq fikirləşin ki, bu nə qədər etikdir?

3)Həm Marketing, həm Finance və digər bütün elmlərdə müştərinin aldadılması ən böyük etikasızlıq kimi təqdim olunur. Buna nədir cavabınız? "Belə etmirik" deməyin, yazını bloqa qoymuşdum və sırf Faiq müəllimə olan şəxsi hörmətimə görə çıxardım yazını. Siz "belə deyil" iddiasındasınızsa, ona sözüm yoxdur (Ola bilər mənim yazı yayılandan sonra onu ləğv etdiniz), amma Allah şahiddir ki, məndən 16700 AZN Cerato üçün 10881 AZN pul istədilər. Özünüz hesablayın indi.

4)Gənc olmağımı yumurulayıb mənə tərəf atmayın. Avtomobil biznesi haqqında istənilən adamla istənilən platforma müzakirələrə açığam.

5)Ağsaqqalsınız, ancaq tənqidi normal qarşılaya bilmirsiniz. Üstəlik professional deyilsiniz ki, bu yazıya marketing şöbənizdən bir nəfər çıxıb professional cavab verə bilmədi.

6) Əgər bir yerdə sizin şirkət haqqında tənqid varsa, bunu müsbətə çevirmək böyük işdir və çox alqışlanası haldır. Siz isə kəsildiniz.

7)Nə milyonlara dəyən jestlər, nə də bir qəpiyə dəyməyən ölümlər biznesin qaydası deyil, mafia məntiqi ilə pul qazanmağın qaydasıdır ki, mən bilirəm ki sizin şirkətin sahibi Faiq müəllim bu fikirdə deyil.

Hörmətlə,

Anonymous said...

1)Mən yazdım axı ki, burada sizinlə polemika etmək fikrində deyiləm.
2)Faizsiz kreditin qaydaların siz məndən də yaxşı bilirsiniz. + kreditin öz vəsaitimiz hesabına verilməsin nəzərə alsan, bəzi məqamları anlayardınız. Amma yenə də Hyundai-in bu cur bir illik faizsiz kredit verməsinə və müştəriləri aldatmasına görə bir marketoloq kimi niyəsə susdunuz. Bir də ki, sizə nə maraqlıdır ki, bizim salonları gəzirsiniz? Özünüzün "savadlı" ideyalarınız bitib? Sizi bir Hyundai əməkdaşı kimi nə isə maraqlandırırsa, müraciət edə bilərdiniz elə Faiq müəllimin özünə və lazımi məsələləri o özü sizə açıqlayardı. Gizlincə salonları gəzməyiniz sizin haqqınızda heç də yaxşı fikir formalaşdırmır.

3) Sizdən fərqli olaraq biz müştəriləri reklamlarla aldatmırıq. Maraqlanan müştəriyə hər bir şey açıqlanır. Sizə deyilməməsinin səbəbi sizin bizim salonların "daimi müştərisinə" çevrilməyiniz olub. Hamı sizi və digər əməkdaşlarınızın demək olar ki hamısın üzdən tanıyırlar.

4) Avtomobil biznesində saç ağardanlar heç sizin kimi özündən razılıq etmirlər...

5) Sizi indadırıram ki, ağsaqqallığın və ya qarasaqqallığın bu məsələyə heç bir aidiyyatı yoxdur.
Bizim marketinq şöbəmiz konkret planlar üzərində işləyir, sizin kimi digər salonları gəzib və ya vaxtın internetdə keçirdib boş-boş yazılara baş qoşmurlar.
Professional yazıya və ya suala professional cavab olar. Boşboğazlığa yox.

6) Biz tənqidləri real müştərilərimizdən qəbul edirik, şpion hyundai əməkdaşlarından yox.

7) Yenə də sübut etdiniz ki sizin biznes aləmindən xəbəriniz yoxdur. Amma yazdıqlarımı mafia məntiqi kimi qəbul etməyinizi də başa düşə bilmirəm. Ölüm oxuyarkən qorxuya düşməyin, mən bankrot olaraq özün öldürən biznesmenlərdən danışıram ki, ölümlərinin bir qara qəpik qiyməti olmur.

Allah sizə elə bir imkan yetirsin ki, marketoloqluğu atıb, sahibkarlıqla məşğul olasınız və əsl biznesin nə olduğunu anlayasınız.

Bəddua kimi qəbul etməyin.

Rüstəm Məmmədov said...

Inanın mən də polemikaya girmək istəmirəm. İndi gəlin mən də sizə maddə-maddə cavab yazım;

1-Faizsiz kreditin qaydalarini butun detalları ilə bilirəm. Bilirəm ki, bu bazarın gərgin vəziyyətində şirkətlər sırf stoklarını əritmək üçün çox xərcli olan fazisiz kreditlə razılaşırlar. Bilirəm ki, Bank sizə bunu kifayət qədərt yüksək faizlə verir və siz bu fazi öz xərcinizə yazmalı olursunuz. HYUNDAI faizsiz kredit deməklə müştərini aldatmağı necə edir, əgər siz bunu mənə gösətər bilsəniz və isbat etsəniz burdan elan edirəm ki, mən bu blogu siləcəm. Mənə gösətrin ki, HYUNDAI dfazisiz kredit verirəm deyir, ancaq müştəridən hansısa şəkildə bu fazin bir hissəsini alır, onda mən dediyimi edəcəm. Ancaq, mən Kianın etdiyini sizə göstərdim.

2- Baxın Marketinq deyilən şey informasiyalra əsaslanır. Siz bütün informasiynı bəlkə də yerinizdə oturmaqla alırsınız və ya siz elə idarəçilərsiniz ki, heç buna ehtiyacınız da olmur. Ancaq, bizim şirkətdə hamının informasiyaya ehtyacı var. Biz bir şəkildə
bunu əldə etməliyik. Özünüz də bilirsiniz ki, bütün növ informasiya mübadiləsinə inanılmaz dərəcədə qapalısınız. Sizin marketinq şöbəsi hətta maşınların option listlərini də hazırlamayım ki, müştəriyə versin və bizə də vermir. Özü də söhbət tə
k HYUNDAI-dan getmir. Chevroletlə də, Honda ilə də, Toyota ilə də eyni söhbətlərdir. Bizim informasiyaları istədiyiniz qədər ala bilərsiniz. İndi saytınızda optionları çox sağolun ki, qoymusunuz.

3- Məni sizin salonlarda bir iki nəfər tanıyır və tanımaqları da yaxşıdır. Məni Subaruda da, Toyotada da, Nissanda da, Hondada da tanıyırlar və hər dəfə gedəndə çox mehriban və gözəl şəkildə qarşılayırlar, oturub söhbətləşirik. Niyə axı, ancaq sizdə düşmən kimi baxırsınız buna? İnanın ki, məntiqi çatmır mənə. Faiq müəllimdən sorşmağa gəldikdə: siz özünüz fikirləşin ki, mən Faiq müəllimə zəng edib deyirəm "Faiq müəllim zəhmət olmasa mənə deyin yeni Ceratonuzun qiyməti neçədən başlayır?" ayıb olmaz bu? Ayıb olar. Faiq müəllim böyük şirkət sahibir və o stratejik qərarlarla məşğuldur, qiymətlərin neə olması ilə yox.

3-Şpion olsam, siz məni KIA salonunda görməzdiniz. Mən sizin salonlarınıza sadəcə ona görə gedirəm ki, maşınlarınıza baxım və yeni gələn maşınlarınızı tanıyım. Bu həm mənim hobbimdir (7-ci sinifdə oxuyandan maşınlarla maraqlanıram), həm də işimdir. Bunun adına siz nə deyirsiniz deyil, bu ancaq və ancaq professiyamla əlaqəlidir. Sekret məlumatları öyrənmirəm ki gəlb, gəlib hamıya satdığınız maşınlarla maraqlanıram. Doğurdan çox maraqlı məntiqiniz var imiş.

4- Faizsiz kreditdə müştərini necə aldatmağınızın ortaya çıxması isə doğurdan da maraqlı oldu. Çox yaxınıma maşın lazım idi. Sizin PR məqaləni görən kimi maraqlandım. Mən hesabladım, baxdım ki, o adama çox münasibdir. Sora götürdüm zəng elədim ki, dəqiqləşdirim və sonra o adama xəbər edim. Mənim hesabımdan, 1000 artıq (16700 azn Cerato ilə maraqlanırdım) pul istəyəndə mənə maraqlı gəldi. Soruşdum "bu artıq 1000 AZN hardan çıxdı?" dedi qardaş telefon söhbəti deyil gəlin salona. Salonda da şapka dedilər. Bax belə.

5- Boşboğazlıq edirəmsə deməli siz də boşboğazlıq edib mənə cavab verirsiniz. Ancaq, məncə nə mən boşboğazlıq etmirəm, nə də siz. Şəxsən mənə görə, bu ortada olan "qəribə" fikir ayrılıqlarını aydınlıaşdırmaqdır.

6- Mən nə indi, nə keçmişdə, nə də gələcəkdə KIA-ya mənfi gözlə baxmamışam. Nə də, KIA-ya qarşı yalan məlumat uydurmamışam. Əgər sizin salonlarınız gəlməyimi belə pis qarşılayırsınızsa, bundan sonra da gəlmərəm, bu nəyisə azaltmaz və nəyəsə mane olmaz.

7- Mənim Kia, Mercedes, Hyundai, Coca-Cola...... və.s haqqında tənqid və tərfilərim olur bu blogda. Bunu mənim o şirkət və markaya qarşı düşmənçiliyim kimi qələmə verməyin. Mercedesin təmsilçisinə qarşı çox böyük hörmətim varsa, bu o demək deyil ki, tənqid etməyəcəm Mercedesin burdakı strategiyasını.

8- Mən elə bu yazının axırında qeyd etmişdim ki, bizi də tənqid edən olsa əla olardı. Bloglara baxsanız, görərsiniz ki, bizim işlər elə mənim yaxın dostalrım tərəfindən nə qədər tənqid olunub. Düzəldə bildiyimizi düzəltmişik.

Duanıza da amin deyirəm. Allah razı olsun. İstəyərdim birgün öz biznesimi qurum. Ancaq, öz biznesimi quranda Marketoloqluğu niyə atmalıam ki?

Anonymous said...

Gəlin elə burada bu polemikanı bitirək.
Bizim salonların, ofisin, servisin qapıları hamının üzünə açıqdır. Necə müştərilərin, elə də digər rəqib şirkətlərin nümayəndələrinin. Ancaq bizə xoş gəlməyən gizlicə, şpionaj xarakterli gəlişlərdi. Axı siz bunu açıq şəkildə edə bilərsiniz.
Mən şirkətin İcraçı direktoruyam, yəqin ki anlayırsınız ki, mənim bələ şeylərə sərf etməyə vaxtım çox azdır. Amma istədiyiniz zaman mən sizi qəbul edib söhbət etməyə hazıram. Elə buradan da sizi bizim baş ofisə dəvət edirəm. Gəlin görüşək və bir fincan çay arxasında sizi maraqlandıran suallara ətraflı cavab verərəm.

O ki qaldı öz biznesinizə, Allah arzunuza çatdırsın.
Biznes sahibi öz biznesinin hər sahəsinə özü cavabdehlik daşıyir. Amma iri şirkət sahibləri marketoloq olsalar belə, analitik kimi düşünməyə məcburdurlar. Analitiklə Marketoloqun fikirlərinin isə çox hallard bir birinə ziddiyət təşkil etməsindən yəqin ki xəbəriniz var.

Daha ətraflı söhbət üçün sizi ofisimizdə gözləyirik.

Rüstəm Məmmədov said...

Dəvətinizə görə çox sağolun. İnşallah nə oturub söhbətləşərik. Bu polemika deyildi, elə fikir mübadiləsi idi.

Mən axır-əvvəl, gedib o maşına baxmalıyam, sırf marağa da olsa baxmalıyam və sizin salonlara elə ilk gündən gedəndə, deyəndə ki HYUNDAI-dan gəlmişəm, üzdəki ifadə o qədər dəyişir ki, təsəvvür edə bilməzsiniz. Salonu boşverin, salonu dedik ki, ola bilər, sizin Marketinq şöbəsinə müştəri olaraq zəng edib cavab aldığım şeyə HYUNDAI-dan zəng edən adan kimi cavab ala bilmədiyim oldu.Ondan sonra da, sizdən heç kimə zəng etmirik, ancaq dediyim kimi yeni maşınlarınızla maraqlananda, heç kimi narahat eləmədən gedib maraqlanıb baxırdıq.

Başqa salonlarda isə, Hyundai-dan gəlmişəm deyəndə daha da xoş qarşılanmışıq. Bizim salona gələnləri də, tanıyırıqsa lap yaxşı qarşılayırıq. Rəqib olmaq başqa şeydir, arası pis olmaq başqa. Nəysə,...

Analitik və marketoloq münasibəti haqqında dediklərinizlə isə razı deyiləm:) Bu da ki, elmi əsaslı fikir mübadiləsidir, ancaq sizin vaxtınızın olmadığını çox yaxşı başa düşdüyümə görə heç başlamıram da.

Hörmətlə,