“Yanvar ölü aydır” deyir az qala bütün biznesin içərisində olan insanlar. Ölü Yanvarda hamı oturub Fevralın diri olma ümidi ilə ölən biznesin hesablarını çakkıldadır. Deyir sən saydığını say, gör fələk nə sayır. Saysın fələk, görək Fevrala, Marta, Aprelə və ümumilikdə 2009-a nə sayır. 2008 doğurdan da möhtəşəm il idi. 2008 avtomobil bazarında da inanılmaz oldu. Xüsusən də yay ayları inanılmaz idi. Yayda Koreadan bir qonağımız gəlmişdi, bizim stokumuzu görüb şok oldu və mən təcili geri qayıdıb siz avtomobil göndərməliyəm dedi. Tələbi qarşılaya bilmirdik və beləcə bazarda nə qədər pay, nə qədər təkrar müştəri, nə qədər markadan uzaqlaşma. Çox pis idi.
Tək avtomobil sektoru deyil, bütün sahələrdə və eləcə də infrastrukturda böyük sıçrayışlar oldu. Qovşaqlar, yollar, yeni binalar, yeni bizneslər və.s. Neftin qiymətinin yüksək olması isə burada ən böyük səbəb faktorlarından biri idi. Sonra qəflətən riskli portfellərin səbəb olduğu finans kriz hamını qorxuya saldı. Hərçənd inşaat, əmlak və avtosektorlarda tez biruzə verdi özünü, ancaq krizin psixoloji tərəfi özünü hər tərəfdə göstərməyə başladı. İndilərdə isə bu artıq finans krizi olmqdan çıxdı və iqtisadi və hətta IMF başqanın dediyi kimi “sosial kriz” oldu. Getdikcə dərinləşən bu kriz isə, artıq işdən çıxarmalar, iflaslar və.s ilə yadda qalır. Krizlərdə həmişə axsayanlar ələnir, güclülər qalır. GM kimi divlər iflasın eşiyindən boylanır, Chyrsler və FIAT kimi iki “axsaq at” isə mənasız birləşmə həyata keçirirlər.
2009 hələki pis başlayıb, Yanvardır, ölü aydır. Fevralın axırında da Fevraldır, ölü təzə dirilir deyəcəyik yəqin, Martın dərdi var, Aprel aldadan aydır, may isə boş ay. Bax beləcə 2009 oldu “heç vaxt oyanmayan ölü Yanvar”.
2008 BOOM, 2009 gloom. 2010 yaxşı olar inşallah, Allah kərimdir.
8 comments:
Rustem, men de senin kimi hesablayib, maydan sonra veziyyetin duzelmeyini umid etmishdim.. Bu qeder pessimist olmayaq da.. belke duzelecek. belke ilk besh ay olu olacaq ancaq??
Məncə də çox pessimist düşünürsən.
Amma əla yazı idi, xoşuma gəldi. :)
Mən heç pis yazı yazıram?:)))
Ümidsizlik yaxşı deyil, bilirəm, ancaq ümidli də çox ola bilmirəm. Əslində, ürəyimin dərinliyində təqribən maydan sora yüksəliş gözləyirəm, bəlkə də yazıda axırıncı sırada qeyd etdiyim May ayının olması da, elə gizlicə ürəyimin səsidir.
Məsələyə professional olaraq baxanda, ümidim çox da qalmır.
Aynen öyle - 2008 boom, 2009 dambadurum.
Bu ildən əlinizi üzün. Azərbaycanın çox da vecinə deyil. Ancaq iyundan sonra nəsə hiss edəcək. Amma dünyanın işləri fırıqdır.
Bir zibil qaynadıb adını maliyə böhranı qoyan adamlar və qruplardan başqa hamı hələ bir müddət də çalxalanacaq.
Amma maşın sektorunu yenə ön plana çıxardıbsan e qaqam. Bir ölkə defolt olub, ikincisi də yoldadır. Sən ondan danış.
Rüstəm m. siz bu yazınızla hamının unutmağa çalışdığı dərdini yadına saldın! Ola bilsin sizin sektorda bu krizis indi hiss olunmağa başlayıb, amma biz bunu artıq noyabr ayından hiss edirik :(
Tikinti demək olar ki bütün Az-da dayanıb, dövlət müəssisələrini çıxmaq şərtilə. Nəisə tikdirmək istəyən isə deyirki sən tik mən pulunu sonra ödəyəcəm. İqtisadçıların fərziyyələrinə əsaslansaq onda "iş verənlər"in yaxın gələcəkdə pulu olmayacaq deməli bizim də gəlirimiz olmayacaq :(
Ümid edirəm ki nə sizin nə də ki başqalarının pessimist fikirləri düzgün deyil :)
TOD bizim sektorda da əslində çoxdan hiss edilməyə başlanıb, Noyabrda artıq hiss edilməyə başlandı. Daha doğrusu, bazardakı bəzi şirkətlə ciddi şəkildə zərbə yedi. HYUNDAI əsas bu ayı pis keçirdi.
Avtomobil riskli əmlakdır, ona görə də ilk təxirə salınan büdcələrdəndir.
Ancaq, əsas bazarın gedişatı Fevrakl və martda bilinəcək. Yanvar, həmişə çaşdırır adamı.
Yanvarin olu olmasile raziyam, duzdu bizde o qeder de olu sayilmaz, ama Noyabr ve Dekabr aylarile muqaisede ishler zeifdi. Men umidimi Marta saxlamisham. Bizde adeten Martda canlanma olur, gozleyek gorek nolur :) Biz de bezi planlarimizi texire salmali olduq, teessuf ki. Ama "Nadejda xanim" axirda olur :)
Post a Comment