Son vaxtlar ürəyimdən gələnlərlə əlaqəli nələrsə az yazıram. Daha çox çalışırdım kiminsə işinə yarama ehtimalı olan yazı fikirləşim. Amma, bu həmişə olmur. Həm də, blogum axı sırf ürəyimi boşaltmaqda mənə köməkçi olub həmişə. Bu krizdən sonra isə, işlər o qədər qarışıb ki, heç nə çixmır ortaya. Çünki, bütün gün gərgin oluram və rahat vaxt olanda da heç nə düşünmək istəmirəm, sadəcə dincəlmək istəyirəm. O, da alınmır. İnternetdə gəzinirsən və ya Televizoru açırsan, İsrailin qırğını adamın ürəyimə mıx kimi saplanır. Özünə söyürsən, başqalarına söyürsən, İsrailin məmə yiyənindən, pəpə yiyəninə söyürsən, İsraili dəstəkləyənlərə söyürsən. Sora yavaşıyıb, düşünürsən. Yenə də, beyin zibil gününə düşür.
Sonra, baxırsan Türkiyə kanallarına. ERGENEKON! Onsuz da heç vaxt, xəbər anlayışını mənimsəməyən türk kanalları indi də salıblar çənəyə Ergenekon saqqızını. Ergenekon ETİ saqqızıdır, ona görə bu qədər çiynəyirlər, Ülker saqqızı olsaydı bu qədər çiynənməzdi. Adamda abır olar, həya olar!
Bizim kanalllarda da şükür Allaha il boyu xəbərlərin 2/3-si heç dəyişmir, dəyişən hissə isə dünyada baş verən dəyişikliklərdir, Azərbaycanda nəsə elə ciddi marağa səbəb olan dəyişiklik yoxdur onsuz da. Dəyişən bircə modadır bizdə. İndi də hacca getmək mod olub. Hələ hacca kim çox getdi yarışı da başlayıb. Kimi dindirirsən od püskürür ki, mən həciyəm. Əstağfurullah! Mənim doğurdan da o mübarək yerlərə gedən və ən əsası da Allahın (c.c) əmrini yerinə yetirən insanlara ilişmə həddim yoxdur. Amma, bunu Allah rızası üçün edənlərlə işim yoxdur. Yoxsa aeroportdan ərəb paltarında çıxıb hoppana-hoppana əl sallayan “həci”lərlə nə desən etmək olar. Ya da, kafedə oturan qıza kor-kobud cavab verib, sonra da mən həciəym deyən “dayday”larla niyə “dialoq” qurmayım ki? Həci odur ki, adını soruşanda “Həci Məmməd” deməsin, “Məmməd” desin. Ya da, toyda indi də sözü verək “8 dəfə həccə gedib gələn, baş hıəci Həsənquluya” deyəndə, “Həsənquluyam mən, həciyə ehtiyac yoxdur” desin. Yoxsa “həci” sözünü barmaq edib soxmasın gözümüzə. Çək barmağını, riyakar!
İşdə də ondan betər. Bir dənə 2008-ci satış rəqəmlərini tapıb yığışdırmaq olmur bu ölkədə. Dünən də, bazarda əməlli başlı hörmətim olan bir şirkətin yeni marketoloqu, adını da elə dünən öyrəndiyim biri, mənə zəng edib ki, 2003-dən bəri bazarda nə qədər maşın satılıb, hər markadan nələr satılıb onları mənə ver. Ay qardaş, mən RÜSTƏM MƏMMƏDOV ADINA STATİSTİKA KOMİTƏSİ deyiləm axı. Necə yəni bunu başa düşmür axı millət!
Sonra da deyirlər ki, keçmişdə adamlar çox yaşayırdı, çox uşağı olurdu, çox bilmirəm nə edirdi. Keçmişdəkinın stresi bugün olsaydı, keçmişdəki də heç sən deyən “adam”olası deyildi.
12 comments:
Rüstəm, qınama e. Bizdə də Həci statusu "social responsəbility" kimi bir şeydir. Guya şirkətlər xeyir əməllərini gizlədir. ÖZün deyirsən ki "Həci marketinq". Məncə sən bunu İsmayıl hocama deginən əlavə eləsin siyahıya :)
O ki qaldı TV-yə. Açmamaq və baxmamaq ən məsləhətidi. Bil ki, islam aləminin dərdi var. Bugün Qəzzadır, sabah cahillikdir, o birisigün zövqpərəstlikdir. Amma bu var. Qəzzadakı göz önündə olan bir zülmdürsə və ölənlər ən azından şəhid olma ehtimalıyla gedirsə o tərəfə, lüks içində itib-batan müsəlmanların halı çox naməlumdur.
Sözüm ona dərdimizin olduğunu bilmək üçün TV lazım deyil.
Düzü xəbər saytlarını ki, oxumaq olmur. Bugün iş yoldaşıma deyirəm ki, gündə ən azı 2-3 xəbərdə (Türkiyədə) 10-15 yaşlarında qız uşağına doğma insanların elədiyi vəhşilik haqda xəbər oxuyuram.
Nəysə dərd böyükdü. Biz də əl-ayağa düşmüşük ki, Albaniyalı mühəndis, israilli alverçi gəlib fabrikadan məmnun qayıtsın. Keçi can hayında...
Dünən gözümün qarşısında bina partladı, ölənlər oldu nəticədə. Düzü çox qorxdum, indiyə kimi də evdən kənara heç çıxmaq istəmirəm. Bir anlıq da Fələstindəki hadisələr ağlımdan keçdi, onlar evlərində oturub hər an partlayacaqlarını-öləcəklərini düşünürlər. O anda gördüm ki, həqiqətən də insanlar bir-birinə qarşı necə laqeyddirlər. Sankı heç bir şey olmamış kimi "həyat davam edir,keyf edin" deyə oxunurdu üzlərindən. Davam etməyinə davam edir, amma hansı tərzdə və necə???....."Yalnız mənə heç nə olmasın, mənə yaxşı olsun"- şüarı iləmi? :'(
Bu yazdıqlarına çox sez deməyəcəm bircə sənə HALAL OLSUN, KİŞİ ADAMSAN.
Rustem, derdli movzudu. Xeberler bir yana umumiyyetle TV yoxdu burda. Ishe gedirik orda problemler, kucede insanlarin sifetinnen zehrimar yagir, nezaketlilik yoxdu.. Hele bu da bir yana, hami ele inkishafdan danishir. O yazix marketoloq neylesin axi, statistika komitesinde adam kimi bir melumat var ki:( resmi reqemler hemishe real reqemlerden ferqlenir, ozu de 2-3 qat... bele olkede neinki "heci marketingi" hele "yekebashliq marketingi" de yaranar..
Bu arada, yazi cox yaxshidi!
Vüsal status məsələsini düzgün qeyd etdin. Həqiqətən də artıq bu status məsələsidir. Mən neçə nəfər tanıyıram ki, dədəi həccə göndərəcəm, nənəmi həccə göndərəcəm deyib durub. Namaz şəxsi olduğuna görə (hərçənd bir ara bu da az qala göstərişə çevrilmişdi) bunu dərd edən yoxdur, amma həci olmaq əsl self marketingdir artıq.
TVlərə baxmamaq olmur axı. Çalışıram ki, baxmayım, amma nə qədər etsən də baxmalı olursan və sənin dediyin kimi haranı açsan ya qətl, ya zorlamaa ya da nəysə başqa xoş olmayan xəbərlər. Azərbaycanda ən çox reytinqi olan verilişlərdən biri cinayət işidir hər halda.
İsrail məsələsinə də fikir verdiniz mi ya yox bilmirəm, ilk günlər çox böyük etirazlar vardı və hamı bir-biri ilə bundan danışırdı, axırlara yaxın oturub ancaq seyr edirdik. Yadıma uşaqlığ\ım düşdü. Uşaq vaxtı kəndin o biri başında bir nəfər öləndə, biz bu tərəfdə 3 gün TV açmırdıq. Demirəm ki, o düzgün idi, ancaq həssaslığın itməsi adına xatırlamaqda fayda var dedim.
maNİKA bloguma xoş gəldiniz. Deməli o bədbəxt hadisəni görmüsünüz?
maNIKA mənim şəxsi fikrim budur ki, cəmiyyətdə islamın əsaslarının və imanın əksikliyinin nəticəsidir bu tipli laqeydlik. Əsasən budur, başqa səbəblər də ola bilər, ancaq əsas səbəblərdən biridir.
Turqut çox sağol:)
Researcher, düz deyirsiniz, statistika və rəqəmlərlə düşmən bir cəmiyyətimiz var. Bu avtomobil deyil şey, yekə olduğuna görə və hər birisi ayrıca qeydiyyatı aparıldığına görə rəqəmlərdə fərqlilik olmamalıdır əslində. Yəni ciddi dəyişiklik olmamalıdır. Təsəvvür edin bir qəzet hansısa mənbəyə əsasən 83 000 avtomobil satılıb deyir, bir radyo 81 000, mənim öyərndiyim bir başqa mənbə isə 95 min deyir. Di gəl çıx görüm işin içindən. Mən sadəcə o adama ona görə hirsləndim ki, tanış olmamış, bir münasibət qurmamış belə şey istəməsi anlaşılmazdır. Özünüz bilirsiniz, bu sırf dostluq xətrinə veriləbiləcək rəqəmlərdir. Bu adam işə yəqin elə dünən başlamayıb ki, mənə də bugün zəng etsin. İşə başlayanda adam bir yavaş-yavaş tanışlıq qurar ki, sora da istəyəndə istədiyini ala bilsin.
Yazını "yaxşıladığın" üçün sağol Ruxsara.
rüstem yazı emelli başlı lezzet eledi..
kişi yazmaga davam eleginen
mIRI ağıl yaşda deyil, başdadır:) Sən həmişə belə qəşəng məsləhətlər ver və yaz. Yaşa-başa baxma.
Mən də fikirləşirəm ki, evdə TV deyilən şeyi yığışdırmaq lazımdır. İnternet olsa bəsdir.
Elçin çox sağol xoş sözlərə görə. Hərçənd mən sənin yanında çox biabır oldum, hələ də vaxt tapıb o gözəl caselər üstündıə işləyə bilməmişəm. Əsas da səbəb odur ki, laptopum yoxdur (oğurluq indi mənə pis təsir etməyə başlayıb:). Amma, inşallah onu qəşəngcənə yerləşdirəcəm buraya.
Çox sağ olun...
Razıyam, hər bir çatışmamazlıq islami dəyərlərə diqqət etməməyimizdən irəli gəlir. Hətta cibdə pulun belə olmaması da ondan irəli gəlir... Demək biz ya kiməsə faizlə pul vermişik, ya da faizə girmişik....
nə isə, inşallah düzələr...
Arzu, xoş gəldin təkrar.
Sənin də ürək sözlərin əla olub və yerində olub. Yeni nişanlandığıma görə "huzurla büyütebileceğin çoçukların olsun" xoşuma gəldi:)
Post a Comment