Bu məqalə ECONOMIST-dən tərcümədir.
Texnologiya sənayesinin coğrafiyasını görmək üçün bir dənə iPhonun içinə baxın. Məhsul Amerikan məhsulu olsa da, onu əmələ gətirən heç nə Amerikan deyil. Hamısı Asiyaya məxsusdur; ekran Yapon, yaddaş kartı Cənubi Korea istehsalıdır və Çində istehsal olunur. Apple-ın işi isə dizayn və software və başqalarının innovasiyalarını bir yerdə cəmləməkdir.
Necə ki iPhone, eləcə də bütün texnologiya sənayesi belədir. Dünyanın ən böyük və bu sahədə ən “ağıllı” şirkətləri Amerikan və Avropa şirkətləridir, ancaq onların araşdırma, innovasiya və istehsal sahələrində dominantlığı artıq Asiya şirkətləri tərəfindən üstələnir. OECD-nin yeni raportu bu rəqəmləri ortaya qoyur.
Hər il dünyada hesablama, telekomunikasiya və elektronika sahələrində araşdırma-inkişaf üçün 1 trilyon dollar xərclənir ki, Amerika bunun 1/3-ni xərcləyir. Ancaq, 2001-2006-cı illər arasında bu cəmi 1-2% (arasında), Çində isə 23% artmışdır. Çin hazırda bu sahədə Yaponiyanı üstələmək üzrədir ki, 10 il əvvəl Çində bu az qala 0-a bərabər idi. Çində araşdırma-inkişaf üçün ÜDM-un 1%-i qədər pul xərclənir ki, bu AB ortalamasına bərabərdir.
OECD raportu göstərir ki, hazırda Taiwanın high-tech araşdırmaçıları (şirkətlər) Böyük Britaniyadakından çoxdur. Dünyanın ən böyük 250 texnologiya şirkətlərinin statistikası isə göstərir ki, Taiwan şirkətləri araşdırma üçün Kanada və İngilis şirkətlərindən daha çox pul xərcləyir. Görülən işlərdə də biraz fərqliliklər var; Taiwan şirkətləri ucuz semiconductorlar, qərb şirkətləri isə bahalı chips hissələri istehsal edir.
Ən çox təəccübləndirən isə Cənubi Koreadır. 2007-ci ildə SAMSUNG bu sahədə İBM-dən daha çox pul xərcləyib. Şirkət Amerika Patent Ofisində patentlərin sayına görə 2-ci pilləyə yüksəlib (1-ci yerdə İBM-dir) ki, 10 il əvvəl heç ilk onda day ox idi. SAMSUNG satışının 6,5%-ni araşdırma-inkişaf üçün ayırır, Avropa və Yapon şirkətlərində isə bu ortalama 5%, Amerikanlarda isə 8%-dir. Cənubi Koreanın hazırda high tech araşdırma şirkətləri Almaniya və Britaniyanınkılardan çoxdur.
Hətta internetin topologiyası da dəyişib. 1999-cu ildə Asiyanın Internet hərəkətinin 90%-I Amerikadan keçirdi, 2008-ci ildə bu 54%-ə düşdü (mənbə:TeleGeography). Bu isə bir vaxtlar Amerikanın dominantlığında olan texnologiya sahəsinin indi doğurdan da necə global olduğunu göstərir.
2 comments:
Rustem, xeyir ola iki yazi dalbadal texnologiyaya bele heves gostermeye bashlamisan?:))
Birinci yazının səbəbini sən bilirsən, yazım digər yoldaşlar da bilsin. Mən bacım üçün hədiyyə axtarırdım və mikrodalğa soba da variantlar arasında idi, araşdırdım, özümə maraqlı gəldi yazdım. Onu da deyim ki, mikrodalğa soba almadım. İşin ən maraqlı tərəfi budur. Çünki, mən heç kimi tam inandıra bilmdəim ki, doğurdan da bu soba tam zərəsizdir və xüsusən də uşaqlar üçün zərəri yoxdur.
İkinci yazının səbəbi isə sadədir; səhər oxudum məqaləni, çox xoşuma gəldi, istədim ki hamımız oxuyaq. Paylaşdım.
Mənim "texnologiya" sahəsinə keçmək niyyətim yoxdur:)))
Post a Comment