Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Apr 9, 2009

Hamının Burnu Dik Olacaq

Uzun müddətdir yazmıram. Allahın izni ilə evləndim və bu mənim evli statusu ilə yazdığım ilk yazı olaraq blogumun tarixinə keçdi. İnşallah evli statusu ilə daha yüksək əhval ruhiyyəli yazılar yazmaq qismət olar. Bu yazı isə bu müddət ərzində ağlımın ucuna taxılanlar ilə əlaqəlidir. Daha doğrusu yenə də, bir baxıma avtomobil sektoru haqqındadır. Həm yerli, həm xarici.

Əvvəla ondan başlayım ki, Autostar Kaukasus şirkətinin dəvəti ilə yeni Mercedes E modelinin təqdimat mərasiminə dəvət olunmuşdum. Çağrılan qonaqlar, dəvət olunanların profili diqqətimi çəkdi əlbətdə. Maraqlı idi. Prezentasiya açığını desəm göözlədiyimdən daha sönük oldu ki, bunun da səbəbkarı elə bəlkə də biz iştirakçılar idik. Niyəsə salondakılarda əylənmə meyli yox idi və sanki hamı harasa tələsirdi. Autostar kaukasus şirkətindən çox dəyərli Vüqar müəllimi təqdimatın təşkilinə görə təbrik edirəm. Məni çox təəccübləndirən isə modelin özü oldu. Mercedes lüks sinifin lideridir. Komfortu, işçilik keyfiyyəti, mexaniki dözümlülüyü ilə ölkəmizdə çox sevilir. İnanılmaz böyüm marka imicinə sahibdir. Biz TNS Azerbaijan şirkəti ilə focus grouplar təşkil edərək bazar araşdırması etmişdik və mən oarada şahid oldum ki, Mercedesin və ümumilikdə Alman maşınlarının necə böyük imici var. Ancaq, yeni E seriyası, mən və mənimlə bərabər olan digər yoldaşları yuxarıda yazdığım işçilik keyfiyyəti və istifadə olunan materialları cəhətindən çox təəccübləndirdi. Pis mənada. Mən burada avtomobili psiləmək istəmirəm, çünki hələ heç öz də özümə inanmıram, gedib təkrar yaxşı-yaxşı baxacm, inanmıram ki, Mercedes belə maşın istehsal edər.

Dünən isə getdim Opel Insignia modelinə baxdım. OPEL Azərbaycan rəsmi satışlarının barmaq dişlətməsi ilə məşhurdur. Çox bahadır bütün modelləri. Az qala premium model qiymətləri ilə satılır. Ancaq, onu deyim ki, Insignia mənim kimi avtomobil heyranı adamı, iki gündür özünə heyran edib. Opelin tarixində istehsal etdiyi ən yaxşı avtomobil deyə bilərəm.

Sonra, baxdım yeni konseptlərə və markaların modellərinə. Baxdım ki, hamı bir-birinin arxasınca qaçır, dizaynlarda həddindən artıq bənzəmələr yaranır. İnsanlar plastik əməliyyatlarla maşınlardan daha çox bir-birinə bənzəyir.

Maşınların faraları, qadınların burunları.

QEYD: Yerli bazarda isə “strategiya” kopyalama prosesi gedir. Yaxşı ki, istehsalla məşğul olmuruq.

14 comments:

Unknown said...

Rustem ilk once tebrik edirem, qosha qariyasiz.
ve ilk postunu RSS readerimde goren kimi maraqlandim,
Mercedesin o modelini haqqinda bir ili link versen baxardim, "Opel Insignia" axtardim, gozel vidi var, qiymeti necheyedir o modelin Azerbaycanda? ve hansi xususiyyetleri var.

rsh said...

Qəşəng.

Muzeffer said...

Rustem, tebrikler bir daha.
Allah xosbext elesin!

Yerli bazarda ne menada, strategiya kopyalamasi gedir deyirsen? Eger sirketlerin reqiblerinin strategiyasina baxib, effektini gorub daha sonra onu izlemesi, onun yolundan getmesi hali var deyirsense bu tebii prosesdir. Her zaman, onden gedenler ve onlari izleyenler olacaq. Strategiyani
"Ferqli" olmaq uzerine qurmaq ise cetin meseledir. Risklidir. Ona gore de bu riski uzerine alanlarin sayi hemise az olar. Mence dunyada da bu beledir. Duzdur ya sehvdir, onu deye bilmeler...

Muzeffer said...

... bilmerem.

Rüstəm Məmmədov said...

Təbrikə görə çox sağol Rəşad.

http://www3.mercedes-benz.com/mbcom_v4/xx/e-class/en.html

Rəşad model haqqında elə ən yaxşı məlumat, rəsmi saytda olan məlumatdır.
Əslində, modelin texniki xüsusiyyətləri əladır. Bir çenə dənə yeni texnologiya istifadə olunub. Detallarını tam bilməsəm də, onu bilirəm ki, -cü nəsil ESP istifadə olunub, Lane Assist texnologiya qoyulub və.s. Mercedes hələ də iddia edir ki, bugünə kimi necə E class markanın əsas modeli olubsa, bundan sonra da elə olacaq. Mənim əsas iradım içərisində istifadə olunan materiallarla əlaqəli idi. Ancaq, yazıda da qeyd etmişəm, mən özüm gedib salonda təkrar yaxşı-yaxşı baxacam.

İnsignia,2.8 beznin mühərrik, full option (lyukdan başqa demək olar lazım olan hər şey var), 45 000 AZN-dir ki, bu da çox bahadır. Maşın nə qədər qəşəng olur olsun, qiymətlər ümumiyyətlə OPEL-də çox yüksəkdir.

Rüstəm Məmmədov said...

Makla bəyənməyinə sevindim.

Müzəffər, əslində elə mənim öz sözüm idi ki, əgər birisi ağıllı bir iş görübsə, niyə də onu təkrarlamayasan ki? Əlbəttə lazımdır və mən noemal qəbul edirəm. Ancaq, söhbət ümumi istiqamətdən gedirsə və sən rəqibin attığı hər addımı uzaq başı bir ay sonra heç zərrə qədər də, özününkiləşdirmədən edirsənsə, bu biraz kopyalamadır. Mən bunu düşünərək yazmışdım.

Fərqliləşmə isə, risk payı çox olduğuna görə hamının getmədiyi yoldur. Daha çox lider şirkətlər buna gedir ki, risk əgər müsbət nəticələnsə, payın da yekəsini özünə götürsünlər.

Muzeffer said...

Yeni...
riske giren de bazarin qaymagini almagi 'hakedir'.

Rüstəm Məmmədov said...

Hə, risk edən də bazarın qaymağını tək yeyir, qatığına da şərik olur.

Vusal F. Ceferov said...

Salam Rustem Tebrik edirem.Oqullu-qizli olasan.. Coxdandir bloquna girmirdim. Evlilik bashimi yaxshica qatib. Inshallah senin bashini qatmaz.Vuqar muellimle tanishliqina cox sevindim. Aciqi munasibetde olduqum marketoloqlar arasinda Sizi ve Vuqar muellimi cox beyenirem. Inshallah munasibetleriniz daha da irelileyer.

Modellerin hem Mersedes E class hemcinin Opel Insignianin shekillerine baxdim.Opel daha yarashiqlidir. Duzunu desem Azerbaycanda Mersedesin her modeli satilacaq. Cunku bu brend artiq beynimize hek olunub. Helede bezi insanlarimiz Mersedesin kohne C modellerini Honda, Hyundai, Subaru ve s. kimi markalardan ustun tuturlar. Onalrin dushuncelerine gore Mersedesin tezesi kohnesi olmur. Mersedes ele Mersedesdir.

Uqurlar

PS. Menim mashinim heleki 3110-dur. Pulum olsaydi Hyundai Verakruz alardim.... Dushunuremki Hyundayin en gozel modeli Verakruzdur.

Tural said...

Təbrik edirəm,xoşbəxt olun.

Opel positioning-də səhv edir.imic qazanmaq üçün yüksək qiymət qoymaq heç də yaxşı deyil.Necə ki,bunu Opelin timsalında görürük.Mən kağızda qaralama çəkib sonra şəkilə 1 milyon qoymaqla onu heç kim dahi abstraksionizm şedevri kimi almayacaq.Opel mütləq qiyməti ucuzlaşdırmalıdır.

Vusal F. Ceferov said...

Rustem Yeqinki xeberin var. Azerbaycan bazarina daha bir avtomobil markasi gelir."BENTLEY". Resmi temsilci Pasha Holdinq.

Azerbaycan bazarinin daha nelere qadir olduqunu artiq dunya qebul edir..

Qardashim sene bir sual vermek isteyirem. Bu meni dushundurur. Aciqi yeni bir reklam shirketi acmaq fikrindeyem. Sence buna ehtiyac var?Operativ, deqiq ve keyfiyyetli reklam xidmetleri. A to Z

Anonymous said...
This comment has been removed by a blog administrator.
Rüstəm Məmmədov said...

Vüsal doğurdan çoxdandır heç yazmırdınız. Necəsiniz? Təbrikə görə çox saöolun. Mən də sizi təbrik edirəm.

Haqqımda belə xoş sözlər yazdığınıza görə də sağolun.

O ki qaldı Mercedes-in satılmağına, əlbəttə satılacaq. Model E də, yaxşıdır. Problem sadəcə insanların gözlədiyi ilə, real E class arasındakı fərqdədir hər halda. Mən də daxil olmaqla, salondakılar, hamımız, elə bir E class gözləyirdik ki, açığı müzakirəyə açıq olmayan, əla işçilik, əla iç dizayn, əla texnologiya, istifadə olunan materialların yüksək keyfiyyəti və.s. Texnologiya var, dizayn zövq məsələsidir, amma yenə də yaxşıdır, olmayan isə bizim gözlədiyimiz material keyfiyyətinin olmamasıdır. Mercedesdan axı Lexus-dan gözləniləndən də daha çox şey gözlənilir.

Mercedesin marka olaraq yerindən tərpənməsinə isə çox vaxt lazımdır, bəlkə də heç mümkün də deyil. Azərbaycanda isə, bu markanın elə imici var ki, adam heyran olur.

BENTLEY Pasha holdingindir, Mazda-ni da alıblar, ancaq hələlik özləri çatdırmırlar mediaya, Chryseler, Dodge, Jeep də alınıb.

Reklam agentliyi Vüsal, məncə çox da asan olmayacaq. bazarda inanılmaz sayıda çox agentlik var. Mən dəqiq nəsə deməyim, amma mən şəxsən çox da ehtiyac olunan yer olmadığını düşünürəm.

Hörmətlə,

Rüstəm Məmmədov said...

Tural çox sağol təbrikə görə,

Opel qiymətləri positioning üçün etmir belə mənim fikrimcə. Onlar Euro ilə alırlar maşınları, gömrük və.s kimi xərcləri hesablayanda qiymətlər belə yüksək olur. Heç inanmıram ki, positiong burada fikirləşilib.

Qiymət isə,səninlə tamamilə razıyam ki,premium positioning etmək üçün tək vasitə deyil.

Hörmətlə,