Yaxşı ki, dünən axşam bu yazını yazmağa imkanım olmadı. Yoxsa, indi aşağıda oxuyacağınızdan da kəskin tənqidlə dolu yazı oxuyardınız. Adını bəlkə də bilməyənləriniz çoxdur; “Crystal Butterfly” mükafatı Azərbaycanda yerli istehsal olan reklamlar arasından seçilənlərə təqdim edilirdi. Təşkilatçı çoxlarımızın tanıdığımız Famil idi. Dünən mükafatlar Filarmoniyada təqdim olundu.
Tənqidimi iki hissəyə bölürəm;
Təşkilatçılıq
Əgər təşkilatçılığı qiymətləndirəsi olsaq hər halda hətta Crystal Butterfly qiymətləndirməsi ilə də, ona 5 bal vermək olmazdı. Deyilən vaxtdan 1 saata yaxın gec başladı tədbir. Filarmoniyanın səhnəsi nəinki bəzədilməmişdi, hətta səhnə süpürülməmişdi. Yaradıcılığın mükafatlandırıldığı tədbirdə, estetika adına Allah xətrinə bir şey tapmaq mümkün deyildi. Çıxış edənlər “ilk dəfədir, texniki qüsurlar ola bilər” dedilər. Texniki qüsurlara göz yumduq. Ola bilər. Bir dənə banner çap etdirip, ağ divara asmamağa nə deyək bəs? Birinci səfər olan şeyi daha da yaxşı etmək lazım idi ki, ağıllarda qalsın. Görənlər görüb, görməyənlərə də mən balaca təsvir edim səhnəni. Filarmoniyanın süpürülməmiş səhnəsi, arxası tozlanmış ağ səhnə, adi işıqlandırma. Bir dənə də mikrofon. Aparıcı insanların qarşısına elə viddə çıxıb ki, eləbil dərsdən tutub gətirmisən səhnəyə. Başa düşürük ki, qalstuk-kostyum həmişə lazım deyil, başa düşürük ki, yaradıcılıqla əlaqəli tədbirlərdə sırf rəsmiliyi ortadan qaldırmaq üçün bu edilir, ancaq başa düşmürük ki, gələn qonaqlara qarşı hörmətsizlik hansı şərtlər daxilində “sərbəstlik” kimi qəbul edilir.
Mükafatı verilən adamların adları çəkilmirdi. Bu özü başqa bir biabırçılıqdır. Hələ ən dəhşətli biabırçılıq bilirsiniz nədir? Təqdim olunan mükafatların üzərində mükafatı alan layihənin adı yox idi, hətta mükafatı alan şirkətin də adı yox idi. Bu o deməkdir ki, o mükafatı kim hara qoysa, oranın mükfatı olacaq. Bunun üçün 40 illik təcrübəyə ki ehtiyac yox idi, sadəcə qabiliyyət lazım idi.
Format
Bu tipli layihələrdə əsasən iştirak etməli olan agentliklərdir, yaradıcı işləri ortaya çıxaran agentliklər. Burada isə əsas iştirakçılar reklam verənlər idi. Yəni, DNS Computers “DNS News” ilə agentliklərlə yarışırdı. Bu belə olmamalıdır. Bunu çıxış edənlər vurğuladılar, vurğulayanlardan biri də elə bizim MAK Məmməd idi.
Layihələrin qiymətləndirilməsi necə edilib bilmirəm, ancaq onu deyə bilərəm ki, əvvəlcədən kriteriyalar üzrə ballandırma edilmədən, “birinciliyə laiq layihə olmadığına görə bu kategoriyadan birincilik nominasiyası boş qalmışdır” demək “bağışlayın kəpənək düzəltdirməyə pulumuz yox idi deyə, bu kategoriyadan kəpənək alan olmadı. Kriz bizi də pis günə salıb.” demək ilə eyni şeydir. Əvvəlcədən, kriteriyalar və hər kriteriyaya görə qiymətləndirmə elan edilsəydi və deyilsəydi ki, "heç bir layihə 90-dan yuxarı bal almadığına görə 1-ci yer boş qalır.” onda mən heç bu cümlələri yazmazdım.
Ümumiyyətlə müsbət bircə o oldu ki, mən deyə bilmərəm ki, hansısa yaxşı iş kənarda qaldı və kimlərəsə haqsızlıq edildi. Coca-Cola “Novruz”, “DNS News”, “Altes Kataloq” və.s hamısı yaxşı işlər idi.
Mükafat alan bütün şirkətləri təbrik edirəm.
50 comments:
Teshekkur edirem, Rustem.
Birincisi, tebrike gore. Duzu mene de chox maraqli geldi ki, birinci olmayan yerde niye DNS NEWS-a ikincilik verdiler.
Ikincisi ise ona gore teshekkur edirem ki, menim dushunduklerimi ve hetta orda olan her kesin dushunduklerini qeleme almisan.
Necə olmalı idisə elə də oldu. Azərebaycanda ədalətli reklam müsabiqəsinə ehtiyac duyulduğunu hamı bilir. Amma bu bilgiyə haiz olmaq, bunu təşkil edə biləcəyiniz mənasına gəlmir.
"Billur Kəpənəy"in belə problemli alınmasının səbəbi də budur. Təcrübə... səriştə... iş...
Bu üçü bir araya gəlmədən bu tərz bir məclisi təşkil etmək mümkün deyil. Yəni bu işi görə bilmək üçün PEŞƏKARLIQ lazımdır. Həvəskar şəkildə ancaq seçimin ədalətli olmasını təmin edə bilərdilər də ki... deyəsən ona nail olublar...
Dogrusu, Rustem kishi, ustunden bir gun kechse de yene de emosional tesir altinda yazdigini hiss eledim. Ona gore yox ki, cox tenqid elemisen, eksine mence olanlarin bir hissesini yazmisan, ozu de oteri. Bir sozle incimish, hayal kirikligina ugramish (nece dedim!) bir insanin hislerini gordum yazida.
Achigi de men de incidim, hetta xetrime deydi desem daha duz olar. Her kechen deqiqe inana bilmirdim ki, bu heqiqeten de o tedbirdi. Adama ele gelirdi ki, unvani sehv salmisham belke. Mende var, Filarmoniya ile Konservatoriyani hemishe sehv saliram :) Bir de hiss eledim ki, her kechen deqiqe ichimde umid ölür. O umid ki, yox e, bu saat nese qeyri-adi bir shey olacaq, bu saat hamini shoka salib utandiracaqlar, e ne danishirsiz, hec biz bele oglaniq ki mismiriginizi sallayib oturmusuz, alin size show... Olmadi, qardashim, olmadi (((((
Her sheyi bagishlamaq olar, amma ruhsuzlugu, cigersizliyi, hevessizliyi hec vaxt... Chox bagishlanilmaz ish chixardilar ortaya.
Komment ucun chox uzun oldu deyesen... Amma yene de pis de olsa, berbad da olsa, chekdikleri zehmete gore Allah razi olsun deyecem. Hec ne de olmasa, deyerli insanlari bir daha gore bildik orada...
tedbir basha catib, ortaliqda ne pres reliz var ne de bir qalibler haqqinda informasiya, teshkilatchi ise yaman kusub. tedbirin en deyerli hissesi mence proqramin evveli ve axiri olan hisse idi, dostlarla vaxt tapib sohbet elemek imkani yarandi
Mak, teshkilatchi kime kusub??
Vüsal yazını yazmağa başlayanda əslində emosional olacağını düşünmürdüm. Sonra yazdıqca baxdım ki, emosionala çəkirıəm biraz. Hayal kırıklığını əla yazmısan. Bax elə olan odur. Şərhin uzun deyil, əladır. Mənim heç orası ağlıma gəlməmişdi yazım ki, ciyərsizlik olmağı pis oldu. Necə deyərlər "ayyy sağooolll", bax elə olan o sönüklük və ciyərsizlik idi.
Bir şeyi də deyim. Keyfiyyət deyilən şey axı daha çox gözlənilənin altında və ya gözlənilənin üstündə olan hadisədir. Tədbirdən bir çenə gün əvvəl Aygün mənə deyəndə ki, bəs guya birinciliyə laıq iş çıxmayıb ortaya, dedim Butterfly nedir ki, nə də iş çıxmaya ortaya. Amma, ürəyimdə bir şey qaldı ki, sənölmalades, uşaqlar deyəsən bunu prestijli bir mükafat kimi mövqeləndirəcəklər. O fikirlərlə getmişdim hətta. İndi mən qəti fikrimi deyim; orda da gördüyünüz kimi, çıxıb diplomu da Hyundai adına almadım və əgər mən gələn səfər ki, Butterfly dövründə Hyundai və ya başqa şirkətdə olsam, ora iş göndərməyəcəm.
Orda bizim üçün ən yadda qalan sənin o gözəl təbrikin idi. Çox sağol. Bir də həm Mamadin, həm də sənin dediyin kimi yaxşı oldu, tanışları, dostları gördük.
Hörmətlə,
Aygün təbrik ürəkdən idi. Butterfly-dan əvvəl mən bu boyda blogdan yazmışdım ki, əla işdir:)) Orda verilən plaketdə DNS Computersin adı yazılmayıb, yenə heç olmasa mən burda şəklini qoyub adını da çəkmişdim. O diplomu harasa qoyacağınıza , mənim yazını rəngli print eləyib çərçivəyə salsanız ondan yaxşıdır:)))
Zarafat bir yana, doğurdan işiniz əla idi.
QEYD: Sənin düşündüklərini qələmə almasam daaa noldu ki?
Qənbərov, təcrübə, iş, səriştədən qaynaqlana problem deyil e, ondan qaynaqlansa heç kim belə danışmazdı. Nagıyev lap qəşəng qeyd edib ki, problem ciyərsizlikdə idi.
MAK, camaat təşkilatçıdan küsüb, o niyə küsür ki?
Bilmirem fikir verdiz ya yox, sona yaxin Famil yaman veziyyetdeydi. Bir soz dedi, shok achiqlama silsilesinden :) Az qala, tedbire gelen hamiya ki sertifikat vermek isteyirdiler ha, bax novbe juriye chatanda jurinin "agir" numayendeleri sehneye chixmaq istemedi. Bu da Famili lap ozunden cixardi. Sayali xanima novbe chatanda melum oldu ki, o da sehneye cixmayacaq (halbuki jurinin sedri idi ve ushaqlari yari yolda qoymamaliydi), Famil qayitdi ki "Sayali xanim menden chox-chox yashli oldugu ucun men ozum onun ayagina gedib sertifikati teqdim edirem". Dedim sen öl bu saat qan düşəcək :)
Mak, mence teshkilatci hec kimden kusub elemesin, mizqoyanlar olkesinde gelenlere bu qeder esas verdilerse, bir az sakitleshib ishi yarida qoymasinlar. Teshebbus ela idi, indi bele oldu da, ozlerinden bashqa da kimsenin gunahi yoxdu. Rustem demish hec olmasa press-reliz yayib, forumlarda gece-gunduz yatmalidirlar ki, en azi oz reputasiyalarini qorusunlar.
O ki qaldi tebrikime, Rustem kishi, mence marketinqin inkishafini 2 keyfiyyetli marketoloqun aile qurmasindan gozel hec ne tecessum etdire bilmez :) Festival-filan bosh sheydi, choxalmaq lazimdi ))))
Hə, jürinin səhnəyə çıxmaması ümumiyyətlə biabırçılıq oldu. Daha doğrusu Familin durub yuxarıdan aşağı kağız verməyi trajikomik idi.
teshkilatchi juriden, ne bilim filarmoniyanin administrasiyasindan, mennen (terif elemedim ona gore), ne bilim eshi hamidan
Rüstəm, "Crystal Butterfly" yox, "Crystal BATIRflay" oldu bu festival.
Vüsal, Gələn il "Crystal Ciggər" yarışmasında görüşərik inşallah :)
Hələ də anlaya bilmədiyim məqam (qalanlarını anlamaq olar necəsə) (bəlkə də) (yəqin ki) amma o müğənni xanımın oxuduqlarını heç cür anlaya bilmədim mən.
Məncə gücümüzü, biliyimizi, təcrübəmizi ortaya qoyub, özümüz nəsə yaratmalıyıq.
Fərqli formatda da ola bilər.
Gənc marketoloqların, reklamçıların il boyu yaradılan reklamları dəyərləndirəcəyi bir platforma.
:):):):):):):):):)-bu birinci şərhə olan cavab idi Orxan.
O ki qaldı ikinciyə, səninlə tamamilə razıyam. Yatırıq ama, bugünə kimi iki layihə hayla gəlib. huyla gedib (daha doğrusu yatıb qalıb). Qenberovun qulağından uzaq, eşitsə məni asar:)
həmin günü mən gedə bilməmişdim, amma bizdən də nümayəndə getmişdi. Orxan demiş həqiqətəndə "Crystal BATIRflay" oldu festival. bu yazıdan daha emosianal`ını da görmək mümkündür - http://www.oxatan.com/2009/04/20/batirdilar_reklam_festival305_.html
Rüstəm, tələsən təndirə düşər... Sonra da marketinqçilər ona bir təpik də vurar ki get kəpənəyini tut... ;)
Azərbaycan marketinq camiasında DƏSTƏK OLMAQ kəliməsi qəribə və anlaşılmaz bir məna daşıyır: "Hadi koçum, ama ben yokum"...
Vüsal Azərbaycan marketing Camiasında (sənin sözündür olsun), dəstək olmaq sən deyən mənaya gəlmir həmişə. O əsasən dövlət camiasında elə olur, ancaq təşkilatçılıq bu səviyyədə olanda əlbəttə dəstək də bu cür olur.
Şirkətlərin bu BatırFlay-a ən böyük dəstəyi o idi ki, ora material göndərdilər və ən sonda çıxıb diplomlarını aldılar. Mən məsələn heç çıxıb diplomu da almadım və dəstək vermədim:))
Şaiq oxudum Oxatan-ın yazısını. O tragediyanı lap dərindən yaşayıb axı, ona görə elə emosional yazıb:) Biz yenə heç olmasa ucuz atlattık.
Burdan gəlməyənlərə onu bildirim ki, kokteyl deyilən yerdə iki dənə samovar var idi, suları qaynamışdı mı, çayları dəm almışdı mı orasını artıq bilmirəm, çünki çayı gözləmədim.
salam. yazdiglarinizi hec etiraz etmeden oxudum.
1.Press-reliz meselesine gelende press konferans olacaq ve orda her sey izah edilecek
2. Hec kimden kusmemisik, en azindan haqqimiz yoxdur.
3. "Crystal Butterfly" mukafati var, ama sadece hak eden olmadi, illada birinci olacaq deye bir qayda yox idi ve keske shertleri oxuyub neyse yazsaydiniz ela olardi.
4. Kaski vetenimizde hami bos bos danismaq yerine neyse etmek isteseydi, hec bir sey bele olmazdi.
5. Biz etdik (ister yaxsi, ister pis)
Cenab Rustem Memmedov-a:
Cay qaynamisdi, narahat olma, icenlerden hec birinden qarin agrisi kimi, bir etiraz gelmedi. Qaldi ki, masallah her seyi bitirdiler, bizim millet beledi, sen cay haqqinda hec ureyini sixma.
Orxan Cuvarli beye:
Orxan sen hele bil azerbaycani tanimirsan e, men sene deyim ki, burda her sey masada qalir, yeni durub gedenden sonra her kes oz isiyle mesgul olur.
Qaldi ki, Azerbaycan neyse sifirdan ish gormek her kesin isi deyil, ona gore bir az fikirlesin.
Famil, əvvəla xoş gördük. Amma, biraz da boş gördük. Yaxşıdır ki, girib sizin haqqınızda deyilənlərə cavab fikir bildirirsən (sənin sözün olmasın, cavabımızı verirsən). Ancaq, Famil əsas irad və tənqidləri bir kənara qoyub "maqazin" hissəsini cavablandırmısan. Yaxşı olmazdı ki, niyə belə sönük təşkilatçılıq olmağına, niyə düzgün heç olmasa təqdimat olmamasına, hətta niyə adıcə diplomların üzərinə niyə qaliblərin adlarını yazmamağınıza və.s cavab yazasan?
Birinci səfər təşkil etməyiniz bütün bu çox sadə qüsurları örtməyə bəs etmir Famil. Digər tərəfdən, əgər biri qalxıb tənqid edirsə, bu o demək deyil ki, hamı boş-boş danışır bircə bərbad bir şeyi ilk dəfə təşkil edənlər işləyir.
Ayrı şey cəhənnəm, heç olmasa MAK-ın adından ora-bura zəng eləməyinizə, pul yığılmasına və.s cavab verəydiniz.
Teshkilatcilar radi qalocki "biz eledik" deyib yarimciq ish gormekdense etmeseydiler daha yaxsh olardi. Bir ishe bashliyirsinizsa onu evvelce professional oyrenib sonra bashliyin. Rustem, qiymetlendirme iradinla raziyam, eger orda kriteriyalar aciq izzah olunmamishdisa onda neye esasen deyirler ki 1-ciliye layiq yoxdu? ve Press reliz seherisi gun olmali idi, ustunden 4 gun kecib press conference olub ya olmuyub o da melum deyil.. neise, yuxarida her shey deyilib, sadece ishi sona qeder etmek lazimdir.
Hormetle,
Tənqidi məqaləyə təhqir qarışdırılmayan şərh görsəm nəzir verəcəm. Nəzir.
Ay qardaşlar niyə özünüzü yorursuz ki? Təşkilatçı gəldi və sizin iştirakınıza münasibətini bildirdi.
Gələn il bizim həyətdəki smetan sexi ilə, əzizbəyovdakı qapı pəncərə sexi yarışar... DNS, Hyundai, SHift, o birisi bu birisi lazım deyil Baterflaya.
Famil, sıfırda iş görmək çətindir. Amma bir işi sıfırdan götürüb mənfiyə endirmək çox rahatdır.
Press konfransı Çinlilərin "intiqam soyuq yeyildiyində həzz verən bir yeməkdir" prinsipi ilə etməyə gərək yoxdur. Türk qardaşlarımız buna "konuştukça batmak" deyir. Bugünün sabahı da var...
Yaxşı olacaq, narahat olmayın...
...
imza: festival münsifləri arasında adı və şəkli olan, lakin filarmoniyaya dəvət olunmayan Vahid Qasımov
salam. men bu tedbirde istirak etmemisem ve festivalda neler yasandigini bilmirem.yazilanlardan nese bir shey beynimde canlandi
.Amerikadaki(Boston University, Mass Communications, Advertising & Public Relations
)tehsilimi kecen il bitirdim ve Bakiya qayitdim.6 aydan coxduki Bakidayam amma yerli kanallarin hec birine baxa bilmirem. xususende yerli reklamlara. Azerbaycanda reklamin seviyyesi cox asagidi. birde reklamdan basi cixmayan adamlar danisanda adam daha cox eseblesir. men bele dusunuremki hec olmasa reklam adina nese bir ish gorulub. kenardan her shey asan gorunur, mence reklamin inkisafini isteyen her bir kes bu insanlara komek etmelidirler. bu qeder pessimist olmaq dogru deyil.
birdeki chrystal yox crystal olmalidi. ay bizim agilli tenqidcimiz. reklama aidiyati olmayan insanlar danismasin gerek. please...
Camaat, indi də qrammatik səhvlərə takılıb onları oynadacağıq diyəsən, mövzu da qalacaq qıraqda :))
Üzərində əziyyət çəkilən hər bir şey həmişə gözəl olur, sadəcə bir az "yorulmaq" lazım idi ki, hər şey gözəl olsun....Bu da olmadı...
Anonymous, grammatik səhvə görə bağışla, indi düzəldəcəm. Heç fikir verməmişəm.
O ki qaldı mənim və məndan başqa burada tənqid edənlərin təhsilinə, əmin ola bilərsiniz ki, sizə Bostonda öyrədilən qədər Marketing və Marketing Communications haqqında məlumatlıdırlar. Ancaq, sizdən də yəqin ki, öyrənəcəyimiz nələrsə olacaq, ən azından Amerikada gördüklərinizi öyrənərik.
Gəlim məsələnin ikinci tərəfinə. Özünüz pessimist olmayın demisiniz, ancaq yerli kanallara baxmıram və yerli reklamlar bərbaddır demisniz və tənqid etmisiniz. Madəm elədir, onda bizim tənqidimizə niyə belə yanaşırsınız? Pessimist olmayın, yerli reklamlar düzələcək. Gəlin istəyirisiniz təşkilatçılardan xahiş edin, sizə Coca-Cola yerli "istehsalı" olan dizaynı göstərsin və ümidiniz artsın ki, nələrsə buradan da çıxa bilər. Bundan əlavə yenə də nümunələr tapmaq olar. Ancaq, sizinlə razıyam ki, yerli kanallarda baxılası şeylər azdır.
Blogda xoş gördük sizi.
Manika düz deyirsən, amma gərək qramatik səhvlərimizi də düzəldək.
Mən bu yazını yazanda deməmişəm ki, etməyəydiniz gərək, deyirəm ki edəndə çox sadə məsələlərə diqqət edəydiniz. Bunu da Famil dava dalaşla qəbul etdi və anonym dedi ki, siz heç nə bimirsiniz və danışırsınız. Bunun üçün marketing təhsilinə və qırx illik festival keçirmə təcrübəsinə sahib olmaq lazım deyil ki. Bilmək lazımdır ki, diplom paylayanda səhnədə durub diplomlar arasından ad seçmirlər, bilmək lazım idi ki, mükafatların adları qeyd olunmalı idi, bilmək lazım idi ki, DNS Computers adı çəkiləndə "Marketing Direktor Vüsal Nağıyev" demək lazımdır. Tə.kilatçı fikirlərimizi bildirdiyimizə görə çox sağol demək əvəzinə burada təhqir elədi.
Birinci səfər olur deyib keçirləsi səhvləri hələ yazmamışıq biz burda, onu da yazsaq gərək 15 səhifəlik yazı çıxaydı.
Vahid, həmişəki kimi özünəməxsus cavab yazmısan:))
Teskilatciliq noqsanlarini qoyaq bir qiraga. Festival Kecdifal :p
Hamimizin bildiyi kimi adeten 1-ci yeri tutan olur (festivalin en parlaq ishi) ve ondan bir az zeifleri 2-ci ve 3-cu yerle teltif edirler.
Burada ise 1-ci yer yoxdur, amma 2 ve 3 var. :)
Hansi kriteriyalara gore? Niye 1 yoxdu? Bu o demek deyilmi ki, 2-ci yeri tutan ele 1-ciliye layiqdi?
TV-de 3-cu yeri sosial reklam tutub, hansi ki, men bilen hec efirde yayimlanmayib ve o qeder de guclu deyildi.
Unicef ucun de sosial rolik yaradilib, amma o 3-luye hec daxil de deyil. Halbuki, cox teriflenen ish idi, efirde yayimlanib.
1-ci yeri DoyMak-in tutmasi cox edaletlidi. Buna gore jurini alqislayiram. 2-ci yer bir az muzakireye aciqdi, amma onu da qebul elemek olar. Metni 2-ciliye layiq olmasa da, video layiqdi. Amma 3-cu yer...
Daha sonra, qrafika nominasiyasinda kataloqun 2-ci posterin 1-ci yer tutmasi hec yana gorulmemish hadisedi. Axi, kataloqla posterin yerle-goy qeder ferqi var.
OFFTOP edəcəm.
Rüstəm müəllim,dərs dediyiniz müddətdə bizə xoş münasibətə görə sizə özümün və qrup yoldaşlarımızın adından təşəkkür edirəm.
Heyf ki,4-cü kursun ikinci semstrində dərs dediniz.Əgər bizə əvvəllər dərs desəydiniz,daha aktiv,daha yaxşı iştirak edərdik dərslərdə(indi baş qarışıb başqa şeylərə).Sizə pedaqoji fəaliyyətinizdə uğurlar arzulayırıq.
O ki qaldı mövzuya...Bizim millətdə heç nəyi bəyənməmək,hər şeyə ağız büzmək adəti var.Qıraqdan durub, nəsə etmək istəyənə ağıl dərsi keçmək,ağsaqqallıq etmək genimizdə var.Amma bir şey də var ki,qaraya ağ demək olmaz.Festival təşkilatçısı də gərək başa düşsün ki,bir işi görəndə səviyyəli görmək lazımdır.Tənqiddən nəticə çıxarmaq lazımdır.Əgər birdən-birə hamı deyirsə ki,tədbir pis olub,deməli elə doğrudan da pis olub.
Əksinə,Rüstəmə və başqalarına sağ ol demək lazımdır ki,vaxtlarını ayırıb tədbiri qiymətləndiriblər(pis olsa da).Yaxşı marketoloq odur ki,pis bir çeydən üstünlük(advantage) kimi istifadə etsin.Mən təşkilatçıların yerinə olsaydım,daha həvəslə işləyərdim və gələn dəfə super layihə hazırlayardım.Bu ilki uğursuzluğun fonunda gələn ilki yaxşı tədbir daha parlaq görünərdi.Təşkilatçı,sən çalış elə yaxşı iş ortaya qoy ki,gələn dəfə hamı bloqlarda yaxşı tərəfdən yazsın.Acı bibərdən sonra şokoladın şirinliyi daha yaxşı bilinir...
Tural xoş sözlərə görə çox sağol. Azca da olsa dərsləri faydalı edə bilmişəmsə sizin üçün çox sevinərəm, ancaq fikirləşirəm ki, çox da yaxşı müəllim ola bilmədim. Akademik karyera fikirləşmirəm və yəqin ki, XİQ-də gələn semester dərs deməyəcəm. Sizə də uğurlar. İnşallah magistraturalarınızı çox yaxşı unv-də davam etdirərsiniz.
Hər şeyi tənqid eləmə tək bizdə deyil, demək olar dünyanın hər yerində var. Təşkilatçıların bu qədər biabırçı bir işi tənqidimizə görə verdikləri reaksiya isə utandırıcıdır. Gələn il Crystal Butterfly yəqin ki, olmayacaq və ya olsa da elə bu səviyyədə olacaq. Bir şərtlə daha yaxşı olar ki, onun təşkilatçıları dəyişsin və daha professional olanlar etsinbunu. Üstəlik, tənqidi qəbul etməyi də bacarsın.
Hörmətlə,
yeniden salamlar. bir iki mesele baresinde yazmaq isterdim. men pessimist olmuyaq deyende bu festival ucun bunu deyirdim. dediyiniz coca-cola reklami mc-cann erikson terefinden cekilib. men aciqliqla deyieremki Azerbaycan kanallarinda sirf yerli ver keyfiyyetli olan hec bir shey yoxdu. rejissorlar deyirler pul az verilir. pulun az verilmeyiyle yaxsi bir ssenari yazmagin ne elaqesi var. yaxinlarda yerli bir seriala baxdim. uc qizdan sohbet gedirdi. ssenarini basha dushmedim amma deyesen komedya filmi cekmeye calismisdilar.
Salam.
Dediklərinizin çoxu düzdür. Doğurdan da bu tipli problemlər var. Bəzilərində sırf texniki məsələlər də rol oynayır. TV-də texnologiyanın çatışmazlığı ola bilər, ancaq yenə də ümumiyyətlər ssenari, yaradıcılıq və.s kimi çatışmazlıqlar da çoxdur. Həddindən artıq çox.
Outdoorda olan limitlərdən də xəbəriniz var yəqin ki, İH standart billboardlardan başqa şeyə demək olar ki icazə vermir və beləcə creatice outdoor da görmək olmur.
Salamlar!
Yazılanlardan görünür ki, təşkilatçılıq heçdə uğurlu alınmayıb.
Amma məncə tənqidlər də, tənqiddən və məsləhətdən çox, lağ eləməyə oxşayır.
Hamıya uğurlar!
Emin
Salamlar. Rustem qardash men oncelikle hec kimi tehqir etmedim ve calisdigim qederiyle anlayisli davrandim, cunku gunah bizdedir. qaldi ki, gelen il meselesine Baki Reklam Festivali 2010 olacaq, amma bele olmayacaq tebi ki, insaALLAH o zaman cox ferqli olacaq, bunu da 1 il erzinde geden proseslerde goreceksiniz, indi hele ki yazmiram. Vusal muellim bir sey deyim, men Press konferansi hec kimin inadina kecirmirem ki, sadece dediler ki olmalidir, men de olacaqdir deye cavab verdim, biz hec kimin acigina veya sozune gore ish gormuruk. Qaldi ki, neyise menfiye endirmemisik, endirmisikse bele, qaldiracagiq Allahin izniyle. Men her zaman ucun tenqidlere aciq biri olmusam ve sadece dediklerinizi not alib gelen sefere hec bir yanlishliq olmasin deye planlarimizi edirik.
Her kese tesekkurler ve ugurlar.
Famil TAGIYEV
Boston University, Mass Communications, Advertising & Public Relations- da oxuyan yoldash, adinizi yazmadiginiza gore bele muraciet edirem :)
Size de oz tesekkurluyumu bildirirem, destek cixdiginiza gore.
Famil TAGIYEV
Emin blogda xoş gördük.
Yazını yazarkən lağ etmək kimi niyyətim olmayıb, amma əgər elə təəssurat yaradırsa, bunu gələcək səfər düzəltməyə çalışaram.
Hörmətlə,
Famil inşallah gələn il daha yaxşı olar. Bunu istəməyən yoxdur. Daha doğrusu varsa da mən tanımıram elə adam ki, gələn il bu yarışmanın daha pis olmasını və ya heç olmamasını arzulasın.
Tənqidlərə də açıq olmaq əlbəttə əladır. İnanıram ki, gələn il daha yaxşı olacaq.
Gələn il üçün ən çətin məsələ, şirkətləri ötən ilkindən daha yaxşı olacağına inandırmaq olacaq.
Famil, əvvəla yumuşaq tonlu post bir az gecikdi. Ümumiyətlə ilk postda bəndlərlə alov püskürmək yerinə tənqidi qəbul edib, təhqir və lağı (Bəli, var idi) utandırmaq lazım idi.
Madam ki, mövqedə yumşalma və dəyişiklik vədi var... Dəyişilməli olan şey çoxdur. ÖZü də lap çox.
Bunu deyim ki, şəxsən bundan sonra mətbuat konferansını lüzumsuz bir addım sayıram. Olmasa daha yaxşıdır. Rüstəmin dediyi, şirkətləri inandırmaq məsələsi üçünsə başqa yollar yoxlayın. Amma bu mütləq olmalıdı.
Hörmətlə,
Mətbuat konfransı haqqındakı fikrin ilə tamamilə razıyam Vüsal, bu tənqid olunası digər bir məsələ olar. Bir tədbirin üstündən 10 ay keçdikdən sonra mətbuat konfransı təşkil etmək nə deməkdir?
Salamlar
Bu press konferans haqqinda demek isteyirem, eslinde mende fikirlesirem ki, artiq biz bunu etmeye gecikmisik, yeni sizin de dediyiniz kimi, yeri yoxdur bundan sonra etmeyin.
Qaldi ki, gelen seferkine, insaALLAH olacaq, amma duzdur ki, camaati bundan daha yaxsi olacagina inandirmak ucun cox cozumler tapmaq lazimdir. Menim bezi cozumlerim var, amma muzakire etmek lazimdir. Burda olanlardan xahisim var ki, eger yardimci olmaq isteyirlerse, memnuniyyetle teklifleri esiderem ve hetda men bu movzuda sizinle bir gorusde kecirmek isteyirem ki, daha nece etmek olar ve daha nece super etmek olar.
Onceden tesekkurler
Famil TAGIYEV
Famil, əgər bu mövzuda edə biləcəyimiz bir şeylərin olduğuna inanırsansa, mən şəxsən öz adıma dəstək verməyə hazıram. Ən azından bir müzakirə edə bilərik.
Bu başqa məsələ...
tesekkurler...
Post a Comment