Son iki həftədə Global marketing, Global Bazar, Bazarlara giriş və.s kimi marketing terminologiyasında istifadə olunana sözlərlə çox qarşılaşıram. Əlbəttə, hər gün isə avtomobillər və onların istehsalçılarını izləyirəm. Ağlıma gəldi ki, son günlərdə baş verən hadisələrə balaca bir baxım.
Böhran nəticəsində iflasın eşiyinə gələn GM, Hummer, SAAB, Pontiac kimi markalarını ortadan qaldıracaq. Bu Automotive Task Force (Obama administrasiyasının avtomobil sektoru üzrə süsisi komissiyasıdır) demək olar ki, şərtlərindən biridir. Ancaq, GM Çin bazarında Buick ilə hələ də ayaqdadır. Çin bazarına ilk girən VW-dir. İlk girənlər siyahısında isə Buick də var. Ümumiyyətlə, global bazar və “go global or stay local?” məsələsi müzakirə olunduqda, hansı bazara girmək məsələsi də müzakirə olunur. Risklər çoxdur. Siyasi, iqtisadi və.s kimi risklər. Eyni zamanda, bunun idarə olunması da başdan sona riskdir. Çin bazarı tarixində ilk dəfə bu il Amerikan bazarından daha böyük oldu. GM isə, vaxtında Çin bazarına Buick ilə girdiyi üçün sevinir əlbəttə. Çünki, Buicki “qara siyahı”ya düşməkdən elə Çin bazarında yaxşı mövqedə olması qurtardı. Ümumiyyətlə, marketingdə hansı mövzu olursa olsun, avtomobil markaları haqqında o qədər danışası mövzu olur ki, bir də baxırsan bütün nümunələr avtomobillərdən gedir (Mənim dərsimdə olduğu kimi; yəqin uşaqlar artıq bezib). Bütün bu giriş isə, global bazaralara girişin belə dövrlərdə əhəmiyyətindən danışmaq üçün idi.
Toyota, tarixində düşmədiyi pis vəziyyətə bu il düşdü ki, bunun ən böyük səbəblərindən biri əsasən bir neçə böyük bazardan asılığıdır. Amerikan bazarının çöküşü, özü-özlüyündə Toyota və GM –in çöküşü deməkdir. Lexus satışlarının çox böyük hissəsini Amerikada reallaşdırır. Amerikanlar Lexus almayanda isə, Azərbaycan kimi balaca ölkənin satışları Lexusu vəziyyətdən çıxara bilmir.
Hyundai market diversification məsələsini çox uğurla həyata keçirdiyi üçün isə, Toyota qədər zərər çəkmir krizdən. Cənubi Afrika, MDB ölkələri, Cənubi Korea, ABŞ, Latın Amerikası-nın bəzi ölkələri və Hindistan kimi ölkələrdə Hyundai-ın mövqelərinin yaxşı olması ona nisbətən az zədə görməkdə kömək edir. Bu arada onu da qeyd edim ki, bu kriz dövründə, Motor İdmanlarının dəhşətli sıxıntı içərisində olduğu vaxtda, Ryhs Millen-in Genesis Coupe pilotluğu ilə, Red Bull komandası adı altında Formula Drift Championship-də iştirak etməyə başladı komanda və ilk yarışda çox böyük rəğbətlə qarşılandı. Mən özüm yazsam, “Rüstəm PR ilə məşğuldur” deyəcəklər, ona görə də, bir nəfər lazımdır ki, Hyundai-ın son 10 ildəki inkişafını işıqlandırsın.
Hələlik bu qədər, ama ürəyim doludur, hələ yazacam, biraz vaxtımı planlaşdırmalıyam.
Apr 14, 2009
Subscribe to:
Post Comments (Atom)
AXTAR
Öyrəndiklərimi paylaşa bildiyim heç kim yox idi ətrafımda. Nə divarlara danışa bimirdim, nə divanlara. Sonra birgün yazmağı öyrəndim, qaralamağı daha doğrusu. İlk dəfə yazıb, ürəyimi boşaldanda isə AZƏRBAYCANIN İLK MARKETING BLOGU çıxdı ortaya.
Bütün hüquqları R.Məmmədov-a məxsusdur. 2008
7 comments:
Qoy marketoloq hazir olsun, ozum tutajam o lampochkani Hyundai-in ustune:)))
Bu arada avtomobil sektorundan misallarla zengin olan ders tek senin deyil, ele mende de eledir. Mende veziyyet beledirse, tesevvur edirem senin dersinde nece olur.. Amma ushaqlara daha maraqlidir. Xususen de hamisi oglandir deye, biz de eledir. Son ders men de Toyota ve GM(xususile Hummer-in) veziyyetinden danishirdim. Xeyli teeccublendiler ushaqlar. Ele ozume de qeribe gelir e bu Toyotanin hali.. Goresen 2009-un sonu dunya bazarindaki birinciliyini kime qapdiracaq...
Xarici bazardan melumatim yoxdur, amma yerli bazarda heqiqeten de Hyundai chox inkishaf edib.
P.S. Reader ne zordur ee, ne ise yazan kimi hamidan sayta girmeden melumatin olur :)))
İnşallah Aygün. Marketoloqun hazır olmasını hər halda məndən çox arzulayan yoxdur. Uşaqlara nə qədər maraqlıdır bilmirəm açığı, amma ümid edirəm ki maraqlıdır.
2009-un axırında Toyota birinciliyi heç kimə verməyəcək, çünki keçən il vurub ikinciliyə saldığı GM çox piz vəziyyətdədir. Üçüncü-nün isə birinciliyə yüksəlməsinə çox var hələ.
Reader mən də istifadə edirdim, indi istifadə etmirəm. Amma, sən necə təriflədinsə artıq başlayacam etməyə.
Xarici bazarlarda da pis deyil Rəşad, Hyundai-ın vəziyyəti. Dünyanın 5-ci böyük istehsalçısıdır. Drifting chapminship-ə qatılması böyük hadisədir. Bu yüksək mühəndislik tələb edən yarışdır. F1 deyil əlbəttə, amma yenə də Hyundai adına böyük uğurdur ki, Porsche, Audi və.s kimi markalarla yarışsın.
Rustem, yazini oxudum. Coxdandir unutdugum kitabim yadima dusdu. Ne elaqe ise:)
Qardas kitabimi niye vermirsen?:)))
Ustune faiz de gelib en az 3 elave kitab da alacagam sennen...
Görəsən hansı marka bu kitabı sənin yadına salıb ay Müzəffər?:) Onun adını bir də çəkməyim, yoxsa başlayacaqsan ki, mənim səndə 20 000 USD borc pulum var idi:))))
Müzəffər, sən artıq özəl sektorda da deyilsən, axı bu kriz dövründə sənin nəyinə lazımdır o kitab? Üstəlik, onun stok maliyəti də var:)
Rustem ta senin adin besdir, kitabin yadima dusmesi ucun...
Sadece adini deyisdirmek yolun var:)
Hocam, sen baxma isime. Men daim ozel sektorun icindeyem. Isim de bunu gerekdirir.
Stok maliyeti deyib yadima salma,onu men alikoyma maliyeti olaraq hesablayib elave charge ederem haa...
Bax Rustem, 3 kitabdan elave, bu hefteden baslayaraq kitabin her gecikdirilen heftesi ucun elave bir kitab alacagam sennen.
Odur ki, indiden qaytar:)))) Mene lazimdir.
Bu behane ile gorusmus de olariq...
Post a Comment