Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Nov 24, 2009

Hyundai Auto Azerbaijan Xəbərdarlıq Edir !

Çoxdandır yazmıram. Bu da yazı deyil. Ancaq, biur neçə fikri öyrənmək maraqlı olardı.

Yerli imkanlarla Youtube-da yerləşdirdiyimiz bu reklamı çəkdirmişik. Məqsədimiz orijinal ehtiyat hissələrdən istifadəyə təşviq etməkdir. Orijinal ehtiyat hissələrdən istifadə etməmək nələrə səbəb ola bilə onu göstərmək istəmişik. Ancaq, müzakirəyə çox açıq videodur və ümid edirəm ki müzakirəyə açılacaq.


8 comments:

Anonymous said...

COX ZEIF REKLAM!! Kreativ '0"!!!

DosT said...

Rustem,reklam kifayet qeder guclu alinib. Senet ishi kimi baxsaq eladir. AMMA ... Tukurpedicidir. Siz de cox gozel bilirsiniz ki insanlarin qorxu merkezlerini oyatmaq cox tehlukelidir. Her bir kesin heyatinda en eziz, oz canindan bele eziz olan onun sevdikleridir. Bu noqteye vurmaqla insanlarin shuuraltina nufuz etmek eks effektler yarada biler. Tesevvur edinki bu reklamdan sonra insanlar harda avtoqeza gorseler ani olaraq bu reklam beyinde canlanacaq ve reklamin ardinca da Hyundai xatirlanacaq. Hyundai ister-istemez insanlarin shuuraltinda "Qorxu - Tehluke ve Olumle" assosiasiya olunacaq bu belke orjinal detallarin satishinin artimina tesir edecek amma umumi Hyundai modellerin satishina nece tesir edecek bu bilinmeyen sualdir. Bundan bashqa az informasiyali tebeqe bele dushune biler ki satishda Hyundainin saxta detallari var ve sonra onlara Sizin servis merkezlerinizdekilerin orjinal olduguna inandirmaq ozu de cox cetin meseleye cevrilecek. Bu da ozu ile !inamsizliq ve shubhe" mohuru vura biler markaya. Netice: yenede satishlarda oz eksini gosterecek. Ve en son olaraq ve en vacibi İMİC zedelenmesini sonra berpa etmek cox cetin olacaq. Bu menim ve bizim emekdashalrin fikridir. DosT olaraq sozun duzunu,yeni dushunduklerimi demeyi ozume borc bildim.
Amma bu ideyani bir qeder deyishib suret limitinin ashilmasinin tehlukeli olmasi movzusu kimi DYP-lerine satmaq olar. Cunki burada konkret markadan sohbet getmez, tehluke menbeyi kimi de suret gosteriler. Men inaniram ki bu sizin musbet PR-niz ucun de faydali olar. "İdeya ve reklamin muellifi - Hyundai Auto Azerbaijan" mariflendirici bir ish ola biler ve cekilen zehmet ve xercden siz maksimum PR qazana bilersiniz. Ve en son teklif reklami yerleshdirseniz bele markasiz tam umumi yerleshdire bilersiniz (detallar movzusu saxlanilmaqla) Yene de mariflendirici bir reklam olar hem istediyiniz fikri catdira bilersiniz hem de ortada hec bir marka adi olmadigina gore Hyundaiye risk dushmez. Ola bilsin ki bu diger markalarda da orjinal hisselerin satishida musbet tesir edecek amma olsun. Onsuzda onlarin mushterileri detal ucun Size gelecek deyil ki. Bu baximdan risk olmaz ve fayda qazanilar.
Hormetle...

Nigar said...

Əslinə qalanda gərək qəza ilə asossasiya yaratmayaydız.Amma elə də pis alınmıb.
Eksperiment kimi baxmaq olar.Əgər pulunuz çoxdursa,heyfsilənməyə dəyməz))Əgər büdcə azdırsa,belə reklamı çəkmək məncə düzgün deyil.
Adami o açmır ki,maşını adi ustanın ya Hyundain ustasının təmir etməsindən asılı olmayaraq qəza var.Deməli təhlükəli maşınmdır.Doveriya məsələsi.

Rüstəm Məmmədov said...

Bu başqa məsələ!

Fikrinizi bildirdiyiniz üçün çox təşəkkür edirəm.

DosT, sizin dediklərinizi tamamilə anlayıram və mən şəxsən özüm bənzər fikrə sahib olmuşam. İndinin özündə də çox böyük tərəddüd və şübhə içərisindəyəm. Geri addımı ancaq o vaxt ata bilərik ki, ütsündən bir neçə gün keçsin və müştərilərin reaksiyalarını görək. Mən hələ də gözləyirəm.

Əslində olmalı olan bu idi: TNS və ya ERA ilə danışırsan. Bir ön araşdırma edirsən və reaksiyaları anlayırsan, ona görə də TV-də yerləşdirib-yerləşdirməmə qərarını verirsən. Biz bunu etmədik. Səhv ettik və nəticədə "yoxlama-yanılma" üsulu ilə iş görmək məcburiyyətində qaldıq. Mən çox ümid edirəm ki, imicimiz bununla zədələnməz və insanlar bunu normal qarşılayar.

Nigar, əslində orda deyilir və guya göstərilir ki, maşın Hyundai servisində və Hyundai ustası tərəfindən düzəldilməyib, amma əgər bu açıq deyilsə, onda yandıq!

Hörmətlə,

Orxan Cuvarlı said...

http://www.bigumigu.com/haber.asp?hid=5143


Sizə də belə bir şey etmək lazım idi.

Rüstəm Məmmədov said...

Link achilmadi..

Anonymous said...

Cox zeif reklamdi Rustem her defe baxanda etim tokulur :) daha sanballi shey gozleyirdim.Kim chekib bu reklami ???

Kia said...

Etin tokulsun Kianin salonlarda ne oldu, kime ne dediler ve s. ishlerle meshqul olduguna oz ishini oyren. Guvenle surun