Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Dec 6, 2009

Sizcə Şirkət Rəhbərləri Hansı Departamentin İşinə Daha Çox Əhəmiyyət Verməlidir?

Makdakı sorğunun cavabına qalsa Marketing Departamentinin.

Mak.az saytında yuxarıda yazdığım sual ilə sorğu açılıb. Cavablarda da hələlik 25% ilə marketing birinci yeri tutur. Ancaq, mən bu sualın necə fikirləşildiyini və insanların necə girib burda “Marketing” və ya “Maliyyə” yazmalarını başa düşmədim açığı. Çox üzr istəyirəm MAK.AZ yönəticisindən (ki, mak.az bizə çox doğmadır) amma bu sualın heç bir mənası yoxdur və tamamilə əsassız sualdır. Cavabı da təbii ki, əssassızdır.

Hansı departamentin işinə əhəmiyyət daha çox verilməlidir? Ailə şirkətlərində daha çox əhəmiyyət verilir Satış və Maliyyə (+Muhasibat), ona görə ki biri pulu gətirən, digəri isə o pulu qoruyandır.

Şirkətləşmiş müəssisələrdə isə, bu departamentlərin hamısı çox əhəmiyyətlidir, şirkət rəhbəri ayrı dəyərləndirməməlidir və bütün fəaliyyəti proses olaraq dəyərləndirməlidir.

Ailə şirkətlərində əsasən ən sevilməyən departament isə Marketingdir. Səbəb: Pulları həmişə xərcləyir, birbaşa büdcəyə pul gətirmir.

31 comments:

Afulya76 said...

Rustem, razilasha bilmirem. Bizim shirketde marketinq xususile diqqet verilen departamentlerden biridir. Gorunur, rehberden chox shey asilidir. Marketinqin lazim oldugunu anlayan ona diqqet yetirir.

Rüstəm Məmmədov said...

Afet, razılaşmayası şey yoxdur. Sizin şirkətin profili fərqlidir, ona görə də elədir. Hər şirkətdə müxtəlif ola bilər, mən biraz daha çox yuvarlaqlaşdırmışam. O baxımdan razılaşmamğın da normaldır:)

DosT said...

Rustem,men sizinle raziyam dogurdan da butun departamentlerin fealiyyeti eyni cur qiymetlendirilmelidir. Cunki normal shirket vahid orqanizm kimidir,departamentlerin fealiyeti umumi bir prosesin ayri-ayri hisseleridir. Burada hansina ustunluk verilse zeifleme digerlerinde bash verecek ve ustunluk verilen ne qeder ugurlu calishsa bele umumi prosesde digerlerindeki chatishmazliqlar hiss olunacaq. Bu halda ustunluk verilenin fealiyyeti bele lazimi neticeler vermeyecek. Amma sual bele qoyulsa ki butun bu vahid orqanizmin ve umumi prosesin faydaliligi neden asilidir? O zaman hec dushunmeden Insan Resurslari deyerdim. Sebebi cox achiqdir,( tebii ki esl IR-dan sohbet gedir burda) cunki ister her bir departamentin ayriliqda, isterse de umumi proses kimi fealiyyetin semereliliyi duzgun secilmish ve duzgun idare olunan kadr sisteminden asilidir.Her bir departamentin fealiyyetinin semereliliyi ustunluk verilme derecesinden daha cox bu departamentlerde kimlerin chalishmasina baglidir.

Rüstəm Məmmədov said...

"Əsl İR Departamenti nələrlə məşğul olmalıdır?" Mənim əsas sualım budur. Onun birincil və ikincil funakiyaları nələrdir? Nələrin içərisində, nələrin çölündə olmalıdırlar?

Bunlar müzakirə olunmalıdır. Mən şəxsən bugünə kimi əsl İR-nin tətbiq olunduğu şirkət görməmişəm və dost-tanışlarımın işlədiyi şirkətlərdə də İR eyni bizimki kimi olub.

Amma, İR-nin əslində (mən heç sevməsəm də bu departamenti) çox vacib funksiya olduğundan əminəm.

mak said...

qismen de olsa esasli qebul edirem iradi, umumiyyetle bu sualin yerleshdirilmesi meni de narahat edirdi. amma qeyd edim ki, business insight shirketi ile anlashmamiza esasen suallari onlar tedqim edirler ve bir cox vaxt biz ona mudaxile etmemeye chalishiriq. gelen ilden bu formata deyishiklik edeceyik boyuk ehtimal.

Rüstəm Məmmədov said...

Mən bilmirdim (fikir verməmişdim) bu sualları Business Insight-ın yerləşdirirdiyini. Əslində fikrimi onlara yönəltməli idim belə çıxır ki. MAK-ın müdaxilə haqqı olsa əla olardı açığını desəm, çünki nəticə etibarı ilə üzdə olan MAK-dır.
İnşallah gələn il daha maraqlı format olar, inanıram buna.

Əşrəf Əkbər said...

Mence Hansi sahe daha rehberliye yaxindirsa(Hansini daha yaxsi anlayirlarsa)oNa

Rüstəm Məmmədov said...

Onda yazıq o departamentin gününə:)

Məncə elə olmaz Əşrəf. Ona, bəlkə də çox vacib olan funksiya passiv qalar və şirkətin işləri axsayar.

SaideNur said...

Proses Idareetmede Esas ve ikinci dereceli prosesler vardir. Muessisenin esas meqsedi satisdir. Diger departament ve ya prosesler satisa destek mahiyeti dasiyir. Marketiq de hemcinin.... Muessise rehberliyi de satis yonumlu olmasi lazimdir. Diger departmentlerinin de fealiyyeti ona gre nizamlanmalidir.
Bas direktor veya benzeri vezifeler satis kariyeri olan insanlardan ibaret olur. Bundan basqa partonlar cocuklarini (professional olanlar) velihetlerini satis departamentinde fealiyyete basladirlar. Meselen Mustafa Koc kimi vs.

Sevilmeyen departament meselesine gelince ise bu nasiliqdan qaynaqlanir.

Acizane fikirlerim bunlardan ibaret....

Not;Men bir satici deyilem.

Vüsal Qəmbərov said...

Biznes və marketinq aləmindəki lazımsız və çürümüş amma təkrar təkrar isidilib gözümüzə soxulan bir sualdı. Boş sualdı.

Real olaraq düzgün işləyən bir komandanın heç bir fərdini, vəzifəsini düzgün icra edən bir əşyanın heç bir parçasını digərindən üstün saymaq olmaz. Eləcə də, şirkət NORMALdırsa sənin dediyin kimidi, Rüstəm...

Məzahir müəllimin dediyi fokuslanma məsələsi departmentlərarası önəm balansına yox hədəfə və strategiyaya təsir edən faktordu.

Yoxsa ki, bu sualın lazımsız olduğunu sübut eləmək üçün məşhur "hansı orqan padşah olmalıdı" lətifəsindən xəbərdar olmaq yetər. Xəbərdar olmayanlar üzrlü hesab eləsin burda yazammaram :)

Nəzərə almaq lazımdı ki, marketinq marka yaratsın, satış pul gətirsin, maliyə onu gözəl idarə etsin vs. vi. Təmizlik işçələri işləməsə aləmi üfunət götürər, ianəçilər yatsa millət batıb qırılar...

O ki qaldı "normal olmayan" şirkətlərə... Orda sahibin lyubimçikinin departamenti kraldır. Hətta departamenti yox e, özü :)

Vüsal Qəmbərov said...

çox uzun oldu üzr istirəm... :)

Rüstəm Məmmədov said...

Satış və ya istehsal və ya başqa bir departamentin daha çox ana proses olması məsələsi əlbəttə müzakirə mövzusudur. Proses etibarı ilə baxdıqda hesab etsək ki, satış əsaslı bir şirkətdə satışa çox əhəmiyyət verilməlidir, onda gərək bir şeyi də nəzərə alaq ki, satışın istənilən səviyyədə olması üçün digər departamentlər onu yetərincə bəsləməlidir. Deməli, mən satışa əhəmiyyət verirəm deyib, satışçının düzgün motibvasiya sistemini qurmasan, iş getməz. Bu halda satışa əhəmiyyət vermiş olduq, amma düzgün motivasiya qurması üçün də çox yaxşşı finansçıya ehtiyac var. Yəni ki, Məzahir müəllim, siz yaxşı bonus sitemi qurmasanız, satıcılarınızın da bir nöqtədə istənilən performansı verməyəcəkləri aşkardır.

Vüsalın dediyi ilə çox razıyam ki, əhəmiyyət baxımından hamısı eyni olmalıdır. Hətta və hətta, mənə görə işini heç vaxt görməyən İR departamenti də (məni birgün kimsə öldürsə bilin ki hansısa İR mütəxəssisi edib bunu:)).

Rüstəm Məmmədov said...

Mən sizə bir şeyi yazım. Maraqlı gələr hər halda.

Mənim yoldaşımın işlədiyi şirkətdə otaqları soyuq idi. İşləmək çətin idi. Yoldaşım xahiş etdi ki, isitmə üçün balaca elektrikli isidici filan qoyulsun otağa. Ağıllı təsərrüfat müdiri dedi ki olmaz. Biz də elə bildik isidiciyə pul vermək istəmir şeirkət. dedik yaxşı özümüz alıb qoyaq. Təsərrüfat müdiri dedi ki, məsələ isidicinin pulunda deyil, məsələ onun elektrik pulundadır. Bu adam Təsərrüfat və HR müdiridir.

İndi siz deyin, üşüyə-üşüyə marketoloq necə düzgün iş görsün?

Unknown said...

bes niye shirketlerde adeten (exception olur)maliyye direktoru general direktoru evez ede bilecek birinci adamdir?(meselen azercellde,ans-de) ve niye hansisa bash mudiri tutanda ikinci tutulan adam maliyye direktoru olur? ishlediyim shirketlerden birinde vergiler gelmishdi, birinci mudiri, sonra maliyyechini sonra satishi, sonra ise marketingi haqq hesaba cekdiler :)

SaideNur said...

Vusal beyin fikriyle tamemen raziyam. Elbette satis yonumlu olmaq diger departamentlere ``ogey munasibet`` bahasina olmamasi lazimdir. Hetta evvelki yorumumun da altinda vurguladim ki, bu cur yanasma bir seristesizlik elametidir.

Mak adli istifadecenin yazisina gelince ise, bu formada bir protokol Sovyet sisteminden qalan bir sistemdir. Bas muhasib direktoru evez etme meselesi. Diger yandan da bas muhasib veya maliyye mudiri direktordan sonra sirkette geden prosesleri en yaxindan teqib eden ve bilen sexs olmaqdadir. Amma yene de tekrarlayiram. Direktorun satis kokenli olmasi daha uygundur. SIrketler de bunu tercih ederler.

Rustem muellimin soyledigi ``satis esasli muessise`` tanimlamasina gelince ise.... mənfəət məqsədli müəssisələrin hamısı ister mal ve xidmet istehsali olsun veya olmasin hamisi satis esaslidir.

Haminiza tesekkur edirem...

Vüsal Qəmbərov said...

Rüstəm, heç bilmirdi ki sən də İR departamentini lazımsız və iş görməyən sayırsan :) Bir dəfə İR mütəxəssisi dostum az qalırdı elə öldürsün məni :)

Təcrübə başqa şeydi də. Məzahir müəllimə hörmətlə.. Sovetdən qaldığını düşünməmişdim.

O ki qaldı vergilərin birinci maliyəyə baş çəkməsinə... Daa kimə başa çəkməlidir ki ay MAk? Çap işləri görən şirkət sizə iş təlifi üçün gəlsə birinci muhasibata gedəsidi yoxsa marketinqə?

İR ilə bağlı zarafatlar bir tərəfə, departamentlərin hər birinə "sən dəyərlisən" mesajını məhz İR departamenti verməldir. Amma hərhalda bizdə ən dəyərli şey pul sayıldığı üçün, İR elə maaş verməklə məşğuldu :)

Unknown said...

yenə də deyirəm. baş müdiri əvəz edən şəxs çox vaxt maliyyə direktorları olur, sovetlə əlaqəsi yoxdur, qərbdə də eyni praktikadır (exception olsa belə). demirəm maliyyəçi daha önəmlidir marketingdən falan, amma mövcud olan fakta da fikir yetirmək lazımdır

Rüstəm Məmmədov said...

Mən 6-cı gün cavab yazmaq istəmişdim, amma texniki problemlərə görə hec cür alınmadı.

Məzahir müəllimin fikri ki var, sovet dönəminin qalığı nəticəsində maliyyə müdiri direktou əvəz edir, bununla tam razı deyiləm. Bəzi müəssisələrdə bəli elədir, hətta bunların sayı xeyli çoxdur da deyə bilərəm. Ancaq, işin bir də digər tərəfi var ki, bu da pula baxır, büdcəyə baxır.

Ailə şirkətlərində maliyyə müdiri ailədən biri olur və ya "ailələşmiş" biri olur. Sırf, savadına görə hoppudum kimsə gəlmir ora. Buna görə də, sırf etibar faktoruna görə direktor əvəzedici olaraq onu təyin edir. Bu çox normaldır. Digər şirkətlərdə isə, bütün hallarda maliyyə müdiri direktoru əvəz etmir.

Rüstəm Məmmədov said...

İR-də olan bütün dostlarımla az qala düşmən oluruq artıq Vüsal, sən necə bilmirdin ki bunu:)

İR-nın çox əhəmiyyətli departament olduğunu, bu ixtisasın da çox faydalı olduğunu düşünürəm, ancaq gördüyüm heç bir İR departament işçisi (mütəxəssis olaraq bircə bizim Fuadı tanıyıram, onun haqqında bu fikirdə deyiləm açığı) faydalı olmadığına görə istər-istəməz İR departamentinə qarşı çıxıram. Adamlar görməli olduqları böyük işləri qoyurlar bir tərəfə, o qədər basıt,o qədər balaca işlərin dalınca gedirlər, o qədər mənasız işlərər görə töhmətlər, təqdimatlar yazırlar ki....

Nigar said...

Ən vacib bölmə təhlükəsizlik departamentidir.Marketoloqun,mühasibin,ddirektorun bütün işini məhz security qoruyur)))))

SaideNur said...

nigar xanim
duz deyir
bunu unutmusdu herkes
suppper

Rüstəm Məmmədov said...

:):)

muzeffer said...

:)
Rustem, Vusal, niye IR departamentine qarsi bele munasibetdesiniz? Eslinde korporativ bir sirket ucun cox vacib ve ehemiyyetli vezifeleri yerine yetirir bu funksiya...

Bildiyim qeder Azerbaycandaki bir cox sirketde de,o bolme ozune xas-ehemiyyetli bir isi icra edir... "İse gecisenlerin deqiqelerini hesablayib, maasindan kesmek" isini... ona gore de isiniz olmasin...

Hansi departament onemlidir suali, cox olmasa da, "İnsan ucun hansi beden uzvu onemlidir" sualina oxsayir... Sexsen menim ucun butun uzvlerim onemlidir:)

Rüstəm Məmmədov said...

Ürəyinlə çöçələ barmağının əhəmiyyəti birdir Müzəffər?:))

Marketing ürəkdir, İR çöçələ barmaq:)) (Zarafatdır haaa)

muzeffer said...

Onda gel senin cocele barmagini kesib ataq Rustem:))
Ehemiyyeti azdir ne de olsa... Ya da nese olsa cocele barmagina, cox fikir verme, onsuzda ehemiyyeti azdir ureye gore:)...

Rüstəm Məmmədov said...

Müzəffər, mən ümumiyyətlə o fikirdə deyiləm ki, hansısa departamentə çox əhəmiyyət vermək lazmıdır, digərinə yox.

Bunlar hamısı bütünün parçasıdır və hansısa olmasa bütün yaxşı işləməz. Hansısa axsasa, mütləq başqa tərəflərə sıçrayar.

İR-na qıcıq olmamın səbəbini yazmışam yuxarıda:)


O ki qaldı çöçələ barmaq məsələsinə, durduğum yerdə barmağımı kəsmərəm və əhəmiyytlidir. Amma, ürəyim və ya barmağım arasında seçim etməli olsam, əlbəttə ürəyimi seçərəm:))

muzeffer said...

:)))

Yeni...

Meseleye "secim etmek mecburiyyetinde qalsaq" gozu ile baxsaq;onsuzda yuxarida da yazmisiniz, sirketin esas meqsedi pul qazanmaqdir. Ona gore de esas funksiyalar mehsul (xidmet) istehsal etmek ve satmaqdir.
qalanlari bunlari destekleyici isler gorur.
Yeni bir menada, gerisi teferruattir... Reqabet olmayan ve ya ciddi reqib olmayan bir yerde ise bunlar (marketinq daxil:)) lazimsiz elave xercdir sirket rehberliyi ucun...

Rüstəm Məmmədov said...

Mən razı ..

Orxan Məmmədov said...

Rüstəm, mənim fikrimcə hər bir şirkət böyüyən bir organizm kimidir. Şirkət daxilində ayrılmış funksional istiqamətlər də orqanlarımız kimidir. Böyüdükcə, müxtəlif dövrlərdə orqanların rolu və əhəmiyyəti dəyişir. Xüsusilə, orqanizm xəstələnəndə tətbiq olunan müalicə çox önəmlidir. Mühüm olan sigər orqanlara zərər vurmamaqdır. Orqanizm qocalandA isə təzə qan və hüceyrələr gərəkdir :)

Rüstəm Məmmədov said...

Elədi Orxan..Mən razı...Allah ondan saxlasın ki, vücud təzə qanı və təzə orqanları qəbul edə bilməsin. Bax bu olur orqanizmanın sonu.

Kira Roza said...

Şəhadətim hamıya salam. Mən kömək üçün söz vermiş, lakin mənə heç vaxt kredit verməyən müxtəlif kredit verənlərdən bir neçə dəfə müraciət etdikdən sonra cənab Benjamindən borcumu necə əldə etdiyimi ifadə etmək üçün buradayam. Bir dostum məni Mr.Benjamin Lee ilə tanış etməyimə qədər mənə kömək edəcəyini vəd etdiyini və həqiqətən də heç bir gecikmədən vəd etdiyi kimi etdi. Həqiqətən də kömək edən cənab Benjamin Li ilə görüşənə qədər hələ də etibarlı kredit borc verənlərin olduğunu düşünməmişdim. kredit və inancımı dəyişdirdim. Həqiqi və təcili bir kreditə ehtiyacınız olub olmadığını bilmirəm, WhatsApp + 1-989-394-3740 və cənab Benjamin ilə əlaqə qurmaqdan azad olun və e-poçt: Lfdsloans@outlook.com təşəkkür edirəm.