Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Dec 14, 2009

Aşığın sözü qurtaranda....

Aşığın sözü qurtaranda mənim kimi nalay-nalay edər. Bəs satıcının sözü qurtaranda nə edər? O da nalay-nalay edər. Bəs şirkətlərin deməyə sözü qurtaranda nə edər? Onlar da nalay-nalay edər.
Əlbəttə atalarımız “aşıq” deyəndə, elə ancaq saz çalanı qəsd etməyiblər ki, bu aşıq elə həm də şirkətdir. Bir dəyər yarada bilmir, ancaq çıxır başlayır nalay-nalay etməyə reklamlarda. Qulaq asın radio reklamlarına, heç olmasa 50%-i nalay-nalaydır.

Özü də təkcə reklamlarda deyil, başqa proseslərdə də belə olur. Satıcının da malı haqqında deməyə sözü qalmayanda nalay-nalay edir. İnanmırsınız, istənilən bir avtomobil salonuna girin, istənilən bir elektrik-elektronik mallar mağazasına girin və.s

Vay o hala ki, bu aşıq fırıldaq ola! Bax bu olur fəlakət. Yalandan başlayır müştəriyə ağlına gələni danışmağa. Müştəri yazıq da əgər alacağı mal və ya o sektor haqqında bilgisizdirsə, onda vay halına yazığın. Aşıq ona “Aldı görək Ələsgər nə dedi”deyib, meyxana deyənin birinin sözlərini başlayacaq oxumağa.

O gün yenə satışa düşmüşdüm. Dedim bir-iki müştəri ilə dərtləşim. Bir cavan ailə gəlmişdi. Accentlə maraqlanırdılar. Bütün məlumatları verdim. Sonra dedilər ki, bəs biz Accentin “bacısı” ilə də maraqlandıq. Orda bizə dedilər ki, bu “qız” sırf Azərbaycan üçün istehsal olunub və maşının şüşəsindəki kağıza da AZERBAIJAN yazılmışdı. Bax bu da satıcının savadsızcasına müştəriyə fırıldaq gəlməsidir ki, özü başlı-başına fəlakətdir. O ki şüşədə AZERBAIJAN yazılır, bu o deməkdir ki, “Azərbaycanın sıfarişidir, ora gedəcək bu maşın”. Yoxsa sırf Azərbaycan yolları üçün istehsal edilib demək deyil. Bu da rəsmi dilerlərin bütün maşınlarında var. Hardan bilsin yazıq müştəri bunu.

Nalay-nalay....

20 comments:

rsh said...

Rüstəm bloggerin sözü qurtaranda necə olur?

Rüstəm Məmmədov said...

Sənin altına şərh yazdığın yazı kimi yazı yazır:))

Bu işin zarafatıdır.

Bloggerin sözü qurtaranda o başlayır başqasının yazılarına link verməyə və ya blogu silir:)))

Nigar said...

Belə başa düşdüm ki,siz də arada nalay-nalay deyirsiz:-)
Müştərini qınamaq olmaz.Elə mən də fikirləşərdim ki,bu yəqin ekslüziv olaraq Azərbaycan üçün nəzərdə tutulub.

Anonymous said...

Eslinde tek senin deyil sizin butovlukde, istehsalchinin sirf olkeye gore avtomobil istehsal etdiyini bilmemeyiniz bize choxdan melumdur. Eger bunu bilseydiniz indiyedek evro 4 yanacaga uygun avtomobil satmazdiniz. Ancaq ola biler de ki, size serf edir chunki ne olur mushteriye olur ve evezinde siz firildaqchilarin servisiniz pul qazanir. Eger kimse istese biz subut ederik ki, bizim mashinlarimizin chox hissesi tam bizim sheraite uygun istehsal olunur.Deyim birazini sen de hesed apar, shexsen KMAz-in telebi ile optima uchun yeni amartizatorlar istehsal olunub ve bu am-torlar misal uchun evropa uchun istehsal olunan mashinlara qurashdirilmir.
Bir sual verim sene ne uchun bizden ferqli olaraq siz amartizatorlara,katalizatorlara zemanet vermirsiniz? Firildaqliq budur istehsalchidan pulun alirsiz ancaq mushterilere pulnan satirsiniz bir sebebidir, bizim yola uygun olmamasida ikinci.

KIA said...

Eslinde tek senin deyil sizin butovlukde, istehsalchinin sirf olkeye gore avtomobil istehsal etdiyini bilmemeyiniz bize choxdan melumdur. Eger bunu bilseydiniz indiyedek evro 4 yanacaga uygun avtomobil satmazdiniz. Ancaq ola biler de ki, size serf edir chunki ne olur mushteriye olur ve evezinde siz firildaqchilarin servisiniz pul qazanir. Eger kimse istese biz subut ederik ki, bizim mashinlarimizin chox hissesi tam bizim sheraite uygun istehsal olunur.Deyim birazini sen de hesed apar, shexsen KMAz-in telebi ile optima uchun yeni amartizatorlar istehsal olunub ve bu am-torlar misal uchun evropa uchun istehsal olunan mashinlara qurashdirilmir.
Bir sual verim sene ne uchun bizden ferqli olaraq siz amartizatorlara,katalizatorlara zemanet vermirsiniz? Firildaqliq budur istehsalchidan pulun alirsiz ancaq mushterilere pulnan satirsiniz bir sebebidir, bizim yola uygun olmamasida ikinci.

Anonymous said...

Buda sizin teze firildaqdir? Chinnen ehtiyat hisseleri getirdiyinizi ort bastir etmek uchun yegin orginal ehtiyat hisselerinin reklamina bashlamisiniz.
http://www.youtube.com/watch?v=sDjo_vVTqR8&feature=channel

Rüstəm Məmmədov said...

Niyə Faiq müellim etrafına bu qədər səviyyəsiz insanları yığıb başa düşmürəm ki düşmürəm.

Bu qədər yalan niyə danışırsınız onu da başa düşmürəm, niyə özünüzü bu qədər səviyyəsiz təqdim edirsiniz insanlara bilmirəm.

*Hyundai amotrozatorlara qarantiya verir
*Hyundai Euro4 mühərriklərlə maşın satmır
*KIA-da sırf Azerbaijan spec yoxdur, ancaq Hyundai-da Azerbaijan spec deyilən bir anlayış var və Ermənistan da sifarişini verərkən "Azerbaijan spec" deyilən yazını görür.

Biz axı uzun müddətdir sizin bu səviyyəsizliyinizi bildiyimizə görə sizə cavab vermirik. Özünüzə hörmətiniz olsun heç olmasa. İftira atmaqla hara gedər ki bunun axırı?

Nəysə...

mismayilov said...

:) Rustem,

Show business-dekiler kimi, "danisikli dovus" etmirsiz deyilmi?

Rüstəm Məmmədov said...

KIA elədir ki, şou biznesdəkilərin atalarına rəhmət oxutdurur, sağolsun:))

mismayilov said...

:)

Vüsal Qəmbərov said...

Heqiqeten seviyesiz prinsipdi. Ele bil bazarda alma satan adam görür ki, qarşıdakı lavkanın yeyesi ondan çox satır, reqib almaların konfiqurasiyasının pis olmağından danışır.

Rüstəm Məmmədov said...

Təəssüf ki!

Arzu said...

Rustem siz bir terefden deyirsiniz ki, kia yalandan deyir mashinlar Azerbaycan uchun istehsal olunur, sonra yazirsiniz hyunaida azerbaycan spefikasiyasi var.
Bunu nece basha dushmek olar?

Rüstəm Məmmədov said...

Arzu, avtomobil sənayesində belə bir şey var. Avtomobil istehsalçıları müəyyən regionlar üçün biraz fərqli texniki göstəricilərə malik avtomobillər istehsal edə bilirlər. Bu mühərrik də ola bilər, bu amortizatorlar ola bilər, bu clearance ola bilər, bu hər hansı bir opsiya ola bilər və.s Hətta, bir çox hallarda olur ki, hər hansı bir moel bir regiona ümumiyyətlə verilmir, bu isə sırf marketing siyasətidir.

Bu fərqliliklər niyə olur? Ona görə olur ki, o regiona gedən avtomobillər həmin regionun xüsusiyyətlərinə cavab versin.

Ancaq, istehsalçı hər ölkə üçün (xüsusən də bizim kimi balaca ölkələr üçün) ayrıca maşın istehsal etmir. Çünki, bu işin bir də maliyəti var axı. Onu nəzərə almaq lazımdır.

Azerbaijan spec nədir? Azerbijan, normalda CIS ölkələri specində maşınlar alır. Həm Kia, həm də Hyundai. Bu, həmin regiona verilən maşınların başlıca texniki xüsusiyyətlərinə aiddir. Bir də bundan əlavə hər ölkənin baza variant seçimi var və bundan əlavə hər model üçün ayrıca "olmazsa-olmaz"ları var. Azerbaijan dünyada Hyundai-ın bazar lideri olduğu 4 ölkədən biridir, bazar patyına görə isə Koreadan sonra ikincidir. Bunda ən önəmli faktorlardan biri də bizim product policy-mizdir. Bunu nəzərə alaraq Qazaxstan, Ermənistan, Tacikistan,Gürcüstan, Moldova (9 ölkədir) və.s kimi ölkələr artıq spec sechərkən Azerbaijan spec sechirlər.

İndi Kia-nın müdürünün dediyi odur ki, Hyundai Auto Azerbaijan guya gedir Europe spec maşın gətirir. Europe spec maşınlar da AB-nin qərarlarına görə məcburən Euro4 olmalıdır. Bu da o qədər açıq yalandır ki (Yalçın müəllim bildiyim qədərilə namaz qılan adamdır, niyə iftiralarla məşğuldur bilmirəm, halbuki çox böyük günahdır) heç isbat etmək üçün cəhdə ehtyac da yoxdur. Bu biz, bu bizim maşınlarımız, bu da salonlarımız.

Kia-da salona giıərn hər müştəriyə də deyilir ki, Hyundai avropa yolları üçün maşın gətirir, onalrın maşınları tez xarab olur, biz isə sırf Azerbaycan yolları üçün maşın gətiririk, bizimmki daha dözümlüdür.

Bu ancaq alverçilərin taktikasıdır ki, Kia seçib. Həqiqətən ayıbdır, yaraşmaz böyük şirkətlərə. Biraz da insanın xarakteri ilə əlaqəlidir məncə..

Sualınıza cavab verə bildim Arzu?

Nigar said...

Azerbaijan dünyada Hyundai-ın bazar lideri olduğu 4 ölkədən biridir, bazar patyına görə isə Koreadan sonra ikincidir.

Bunu bilmirdim.Bunlari subut eda bilersinizmi?Cox maraqli fakt idi menim ucun.
Kishiler ishleyir de)))

Rüstəm Məmmədov said...

Sübut edə bilərəm:))

Bizim bazar haqqında yəqin ki, şebhəniz yoxdur. Korea bazarı haqqında da.

Qalır geri qalan iki dövlət; CAR və Türkiyə (Türkiyə tez-tez dəyişəbilən bazardır, Hyundai bu il birinci olub. Bir də Yunanıstanda bu ilə qədər lider idi, indi bilmirəm açığı).

Vüsal Qəmbərov said...

Türkiyə maşın bazarından xəbərim varsa, burada Fiat, Ford və Renault ağalıq edir. Sübut istəyirəm... Hansısa ilin hansısa ayı yetərli deyil.

Rüstəm Məmmədov said...

Vüsal, şərhdə də yazmışam, Türkiyə bu il oldu. Gələn il necə olar bilinməz.

Anonymous said...

Bu gun dostum uçun avtomobil almaq uçun Toyota, Hunday ve Kianin salonlarini gezdik. Önce Toyotada olduq, normal qarşiladilar, suallarimiza hevessiz de olsa cavab verdiler.
İkinci Kianin 3-cu mikrayon dairesindeki salonunda olduq. Avtomobillere baxarken Sizin yaziniz yadima duşdu ve dedim imkan varken araşdirma aparim. Rustem Size semimi olaraq bildirim ki, neinki avtomobil salonlarinda, heç Azerbaycanda heçbir yerde raslaşmadigim xidmetin şahidi oldum. Sozun qisasi maraqlandigimiz Optima maşini haqda çox etrafli melumat verdiler. Çox danişandan sonra reqibler haqqinda heçne demedikleri üçun ozum soruşdum ki, Sanatadan neyi ustundur.
Satici qlobal bir ferq yoxdur, yalniz navarotlarda ferqi var dedi ve ferqleri saydi. Qesden provokasiya etsem de menfi bir soz soylemedi.
Uçuncu geldik dernegul yolundaki Hunday salonuna. Rustem semimi deyirem 15-20 deqiqe maşinlara baxdiq bize yaxinlaşan olmadi. Axirda özümüz saticini yaxaladiq. Çox hevessiz suallarimiza cavab veren saticidan Optima ile sanatanin ferqin soruşanda satici Hunday optimadan rahatdir, Optima kohne Sanatanin ustunde yigilir ve s. deyerek Kiani etdi 011. Optimada açarsiz işe duşme ve sari navarotlar var Sonatada yox sualima ise, açarsiz xodlanmani Kia bakida özleri qoyur deye sizin satici cavab verdi.
Rustem Size duzunu deyim Kianin müşteriye munasibet beslemesi çox xoşuma geldi ve yazdigindan ferqli olaraq sizin saticiniz kiani pisledi ancaq kianin saticisini neqeder provokasia etsem de Hundayi pislemedi.
Hormetle Arzu

Rüstəm Məmmədov said...

Arzu şərhə görə çox sağolun.

Kia-nın əvvəllər etdiklərinə görə yəqin ki, bizim satıcılarda da belə xoşa gəlməz davranış əmələ gəlib.

Mən bugün satış ilə danışacam və çox ümid edirəm ki,bir daha belə hal olmayacaq.

Buna görə isə Kia-dan üzr istəyirəm.