Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 8, 2010

Beyinləri Bulandırma

Demək olar ki, Türkiyədən gəldikdən bəri heç oranın gündəmini qaçırmamışam. Ona görə yox ki, onların gündəmi mənə çox maraqlıdır, ona görə ki bizdə gündəm yoxdur, mən də çarəsizlikdən gündəmi orda izləyirəm. CHP-nin “palçıq atmaq” siyasətini gördükdə hər səfərində üzərinə palçıq atılanın ancaq siyasətçilər (onların bəziləri markadır) olmadığını, markaların da palçıqlandığını düşündüm.

Türk Kolejləri Markadır mı? Məncə gücləndirməyə ehtiyacı olan markadır, amma Marketinqi ilə məşğul olan sistemləşdirilmiş fəaliyyətə ehtiyac var. Bu kolejlər Azərbaycanın ən çətin günündə, təhsilin çökdüyü vaxtlarda (hələ də çökmüş vəziyyətdədir) burada çox böyük uğurlara imza atdılar və hələ də buna davam edirlər. Ancaq, haqqlarında min söz deyilir, bilən-bilməyən hamı danışır və bunlara cavab verən də, ancaq oranın məzunları və ya müəllimləri olur. Dediyim odur ki, rəsmi olaraq kolejlərin imicini və haqqlarını müdafiə edən yoxdur. Məncə olsa çox yaxşı olar. Mən bu kolejləri çox bəyənirəm və haqqlarındakı mənasız iddiaları da qəbul etmirəm. Çünki, gördükləri işlər o qədər böyükdür ki, xırda və mənasız əksiklikləri dilə gətirmək mənə ayıb gəlir. Xüsusən də bunu şişirdib deyənlərə ümumiyyətlə acıqlanıram.

Təhsil sisteminin pis vəziyyətdə olması və əhalinin savadsızlaşdırılması əslində cəmiyyətdə baş verən bir çox problemin təməlini təşkil edir. Eyni zamanda mənəvi dəyərləri də ən yaxşı şakildə aşılamaq lazımdır ki, savadlı “sökənlər” yox, savadlı “tikənlər” yetişsin cəmiyyətdə. Kolejlər də bunu etməyə çalışır. Yəni, cəmiyyətin inkişafı üçün çöx dəyərli fəaliyyət göstərirlər. Yuxarıda da dediyim kimi, bu kolejlərin marketinq tərəfinə çox ehtiyac var. Daha dəqiq desək Kolejlərlə əlaqəli Marketinq Mix-ə aid olan 3P var, qalır bircə 4-cü P (Promotion).

Amma, işin bir tərəfi də var ki, bunu başa düşmək lazımdır ki, əgər 4-cü P-yə ehtiyac olsaydı, onu da edərdilər, deməli etməmək üçün başqa səbəblər var və o səbələr var olan ehtiyacdan daha güclü səbəblərdir.

4 comments:

Shared Folders said...

Yəqin ki, dəlinin yadına daş salmaq istəmirlər. :)

Rüstəm Məmmədov said...

Yəqin ki:)

Müzakirəyə açılmaq istəmirlər yəqin..

DosT said...

Müzakirəyə açılmaq üçün medianın gücündən kifayet qeder istifade imkanları olmalıdır, bu da nə qədər mümkün olacaq onlar üçün dəqiq bilinmir, ona görə də risk elemek istemirler. Onları qaralayanları isə qınayıram. Cünki mən özüm 1995-96 - cı illərdə onların rayon-rayon gəzib Azərbaycanın savadlı-potensiallı uşaqlarına dəstək çıxdıqlarının şahidiyəm. İndi o uşaqların bir qismi xaricdə master ya da PHD oxuyur qalanı da ölkənin samballı universitetlərini bitiriblər. Təlim tərbiyələrinə isə söz ola bilməz.

Rüstəm Məmmədov said...

Media-nın özünün də gücü olmalıdır. Bizdə heç o da yoxdur.

Kolejlərin bu gücdüən istifadəsi isə, hazırda az qala imkansız səviyyəsindədir məncə.

Əsas onlar üçün müsbət hal "istehsal etdikləri məhsuldur və ağızdan-ağıza Marketingdir" mənim fikrimcə.