Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jan 11, 2010

Çətin məsələdir!

COO (Country of Origin) deməkdir və dilimizə tərcüməsi “Ölkə Kökü” kimi qəbul edilə bilər, ancaq başqa təklifi olan varsa, daha doğrusu dəqiq bilən varsa buyursun yazsın. Bunun ifadə etdiyi məna isə müzakirələrə açıq olsa da daha çox “Bir mal və ya məhsulun istehsalçısının mərkəzinin yerləşdiyi, aid olduğu və qeydiyyatdan keçdiyi ölkə” kimi qəbul edilir. Bu mövzu ilə əlaqəli ən əsas müzakirələrdən biri də markanın aid olduğu ölkənin başqa, istehsal edilən yerin başqa olduğu hallardır. Bir vaxtlar bizim bazarda Nokia-nın çox uğurlu 3310 modelinin “təmiz Finlandiya” olanı ilə, “Hungariya” olanı arasında 20-25 USD fərq var idi. Bu bir misaldır. İndi yenə də bu kimi hallar çoxdur. Ancaq, mən fikir verirəm getdikcə insanlar qəbul edirlər ki, Çində istehsal olunan hər şey pis deyil. Özü də daha çox o insanlar qəbul edir ki, o ya Çinə gedib, oranı tanıyır, ya da daha çox mütaliə ilə məşğuldur və araşdırır, öyrənir. Çox gəzən mi çox bilir, yoxsa çox oxuyan mı? Bilmirəm! Əsas olan odur ki, ikisi də bilir, vay nə oxumayıb, nə də gəzməyənin halına.

Azərbaycan kimi kiçik və inkişafdan geri qalan və təhsil səviyyəsinin çox aşağı olduğu (getdikcə yaxşıya yox, pisə gedir) ölkələrin hamısında COO qərar vermə və satın alma məqamlarında çox vacib faktorlardan biridir. Səbəb? Başqa heçnə bilmir insanlar və hansı ölkə daha çox inkişaf edibsə, o ölkənin malına qaçır (Marka faktorunun hələlik fikirləşməyin).

COO-nun bu tipli ölkələrdə çox vacib faktor olması həmin ölkələrdəki marketoloqların da işlərinə tədir edir. Bəzisi başqa heç bir əziyyət çəkmədən “Əsl Alman keyfiyyəti” deyir, bəzisi “Yapon elektronikası” deyir, bəzisi də maksimum çalışır ki heç bir yerdə “Çin İstehsalı” sözünü işlətməsin.

Mən həmişə o fikirdəyəm ki, müştərilər nə qədər savadlı olsa, nə qədər öz ehtiyaclarının fərqində olsa və nə qədər araştırma edən xarakterə malik olsa marketoloq üçün iş o qədər maraqlı və hətta asan olar, O yazıq da nala-mıxa vurmaz.

Çətin məsələdir!

3 comments:

muzeffer said...

Rustem,
"Mənşə ölkə" daha yaxşı səslənər məncə:)

DosT said...

Rustem, men (belkede menim kimi bir coxlari) markanin ele oz mensheyinde istehsal olunanina ustunluk verirem. Sebebi belkede psixoloji faktorlarla baglidir. Amma neye gorese mene ele gelir ki markanin original tam "menshe" olkede istehsali ile onun tam yada hansisa detallarinin diger bir olkede yigilmish varianti arasinda ferq var. Cunki meseleye mentiqi cehetden yanashsaq zavodun diger olkede qurulmasi hansi sebeblerle baglidirsa ele o amiller de sonralar mehsulun istehsalinda oz menfi tesirini gostere biler (burada yalniz xammal menbelereine yaxinliq amilini istisna olaraq musbet qebul edirem)
Meselen sabah Nokia yada hansisa nufuzlu avtomobil markasının uzerinde Made in Azerbaijan gorsek bu bizim satinalma qerarimiza nece tesir edecek? (burada qiymet meselesi nezere alinmir, tebii ki qiymeti Originden serfeli olacaq amma bu esas deyil) Bu hemin markanin nufuzuna hansi tesiri gosterecek? Bax menim ucun bu suallar achiq qalir.

Rüstəm Məmmədov said...

Hə Müzəffər, düz tapdın, "mənşə ölkə" daha qəşəng səslənir.

DosT, tək sən deyilsən bu fikirdə olan. Bu sahədə xeyli çox araşdırma vart və əsasən ortaya çıxan nəticə bütün dünyada insanların sənin kimi fikirləşənlərinin sayısının çox olduğunu göstərir. Üstəlik, burada istehsal olunan ölkənin özünün imicinin təsiri çox böyükdür. Məsələn, Amerikan malı əgər Almanyada istehsal olunursa insanlar o malı yaxşı qəbul edirlər, ancaq Amerikan Malı Tayvanda istehsal olunursa onu daha aşağı keyfiyyətli kimi qəbul edirlər.