Bakı haqqında mahnılar hər halda ən sevmədiyim milli mahnılar siyahısına başçılıq edir və ya uşaq adlarına oxunan mahnılardan sonra ikinci yerdədir. Bunların hər ikisinə gərək bir də qulaq asam, ondan sonra qərar verəm. Səbəb? Çünki ikisi də boş sözlərlə doludur. Bakı haqqında mahnılarda “dünyanın ən gözəl şəhəri” boşdur, görmürük, yalandır. Uşaq haqqında olanlarda da ki, uşaq sənin ev sənin, evində zümzüməni elə, biz sənin uşağı tanımırıq və bizə bu maraqsızdır.
Bugünlərdə NYC Partnership Cunsulting dünyanın ən çirkli paytaxtlarının siyahısını açıqladı. Birinci yerdə Bakı! Yalandır? Deyil! Bakı zibilxanadır. Ona görə ki;
1- Biz pintiyik, çirkliyik, əlimizdəki siqaret qutusunu şüşəni endirib atırıq çölə.
2- Bələdiyyələr və İcra hakimiyyəti orqanları pintidir,, məsuliyyətsizdir və öz işlərini görmürlər.
3- Dövlətimiz qanunlarla çirkliyin qarşısını almır.
İlk iki maddəyə etirazı olan varsa da burda bildirməsin, çünki heç bir şəkildə qəbul etmərəm. Hələlik gözlərimə inanıram.
Üçüncü maddəyə gəldikdə, bu çirkliliyin təkcə şokolad kağızı, siqaret qutusu və.s ilə bağlı olmadığına dairdir. Bizim Milli Məclis hələ indi hazırlaşır ki, zəhərli qazlarla əlaqəli qanun layihəsi hazırlasın. Bu hazırlıq da hələlik Euro2 standardlarına keçməklə bağlıdır. Almanyada nə qədər “çeşka”, “yeşka” və.s kimi köhnə maşın varsa hamısı Azərbaycandadır. Bu o deməkdir ki, nə qədər zibil varsa hamısı burdadır. Üstəlik, ölkənin 950 min ətrafında olan avtomobil parkının bəlkə də 90%-i (statistika ən böyük düşməndir) heç Euro1 səviyyəsində də deyil. İdxal olunan Euro3 və yuxarı modellərdə isə əksər hallarda katalizator qırılır. Yəni, bütün CO1 havaya qarışır.
Dövlət əvvəla benzinin keyfiyyətini artırmalıdır, benzini Euro3 səviyyəsinə gətirməlidir, sonra da Euro3 standardlarına birbaşa keçməlidir. Bütün istehsalçılar buna hazırdır, dövlət istəsin və bir gündə bunu reallaşdırsın. Zibilxana olmasın bu ölkə. Yazıqdır axı bu insanlar.
Mingəçevirdə “Ekologiya günü” keçirilib və yarım gün yarım əsr yaşı olan şəhərdaxili avtobuslar nəqliyyata buraxılmayıb. Maaşallah!
8 comments:
Axırıncı fikir acı gülüş yaradır:(
Məndə acı gülüş yaratmamaışdı, acı əsəb yaratmışdı.
Rüstem yazı çox pis tesir eledi.Gerçekten acınacaqlı haldayıg.Çox teessüf
Salam Rustem! Mashallah, artiq bu blogda bir cox movzulara rast gelmek olur.Bu meni sevindirir. Ona gore yox ki, bele movzular hec yerde danishilmir. Ona gore ki, bu cur movzulari marketing sahesinde calishanlar muzakire edir. Insahllah bir cavab tapariq. Gorurem cavabin var: Bizim millet pintidir. Xosgum geldi. Duz deyirsen. Ancaq avropada ve diger temiz sheherlerde de insanlar evveller pinti olublar.Ancaq duzelibler.Niye? Cunki onlarda tebliqat ve qanunlar bizden daha yaxshi ishleyir. Bizim de qanunda yazilib. Meselen reklam haqda qanunda yazilirki, jurnal, qezet,telekanal ve s. reklam dashiyicilarinda pulsuz olaraq sosioloji reklam yerleshdirmek mumkundur. Sehv etmiremse reklama ayrilan hissenin 5-6%-de. Sosioji reklamlarin efirde ve ya radioda ne vaxt verildiyini yadima sala bilmirem. Biri yadimdadir."Hami yerli mal alsin, xeyir vete qalsin" Onunda teshebbuskarini tutdular.Bu milletin psixaloqiyasini deyishmek lazimdir fikrini artiq demekden yorulmusham. Ancaq nece? Belke bu haqda dushunek... uqurlar!
Vüsal sizi təkrar şərh yazan görüb sevindim mən də. Çox sağolun yazıya dəyər qatdığınız üçün.
Mənim 3 cavabımın birincisizi "biz pintiyik" idi, digər ikisi isə qanunlar və onların yerinə yetirilməməsinə bağlı idi.
Düşüncələr dəyişməlidir əlbəttə, tərz dəyişməlidir, düşüncə tərzi. Bunun üçün isə təhsil, qanunlar və icra dəyişməlidir.
Peyğəmbərimiz (s.a.v) Mədinəyə hicrət edir və edən kimi 3 şey edir ; 1-Cami tikilir 2- Dərslər təşkil olunur 3- Bazar qurulur
Burda qanunlar isə dini qanunlar idi və təbiqini peyğmbər yönləndiridi.
Demək istədiyim nədir? Odur ki, hökümətimiz özünün qoyduğu qanunların tətbiqini gücləndirməlidir, hökümətimiz necə ki batmış muğamı zirvlərə çıxardı eləcə də bütün təhsil sistemimizə əl atmalıdır, hökümətimiz qanunlarını təkminləşdirməli xalqı itaətə məcbur etməlidir.
Birde salam Rustem! Umud edirem tez-tez gorusheceyik. 1 ile yaxindir ki,yari oturaq isden uzaqlashmishdim. Yeni reklam fealiyyetinden. Bildiyin ishle meshquldum bolgelerde.Internetden istifade ede bilmirdim. Hal-hazirda yeniden reklamdayam. (Exclusive Medya)
Yazdiqlarinla raziyam.Ancaq bir sheyi basha dushe bilmirem. Nece olur ki, bu hokumetde bir dene de olsun rushvetsiz, xalqi dushunen, ishine mesuliyyetle yanashan adam olmasin. Yeqin deyeceksen baliq bashindan iylener. Bu da duzdur. Ancaq islam bunu demir. eger bir yerde rushvet varsa, haqsizliq varsa ishleme.Cix bashqa ishle meshqul ol! Bunuda eden adam demek olarki yoxdur.Mence cemiyyetimizde tehsille yanashi Islami deyerleri de oyrenmek lazimdir.
Bir hedis yadima dushdu.Meali texminen beledir: Eger bir yerde munafiqlerin sayi cox olarsa ALLAH (C.C) o bolgeye zalib bir bashci yerleshdirer. Buda bunun cavabi.
PS: Yalan danishan, Soz verib sozune emel etmeyen, Emanete xeyanet edenler munafiqliyin astanasinda olanlardir.Cemiyyetimizde o qeder bele insanlar varki...
Salam Vüsal. Exclusive ilə bizim əməkdaşlıqlarımız olub və inanıram ki, yenə də olacaq. Yeni işiniz xeyirli olsun.
Mən 1-ci kursdan sonra siyasi mövzulara heç girmədiyim və qətiyyən söz demədiyim üçün bu "balıq başdan iylənər" haqqında da fikir bildirməyəcəm. O ki qaldı cəmiyyətə, tamamilə razıyam ki, mənəvi dəyərlərin olmaması (az olması və ya əhəmiyyətsizləşməsi)ən böyük problemlərdən biridir. Heç hökümətə və yuxarılara çıxmayaq, özümüzün ətrafımız gördüklərimiz üçər açandır?Deyil! Yeni il gecəsi bizim binada lap yuxarıdakı iki qonşu yuxarıdan partladanları yandırıb aşağıdakı maşınların üstünə atırdılar. Buna yazıq hökümət nə etsin!
Özümüzdəndir hər şey!
Sizin yazdığınız hədisdəki kimidir hər şey!
Cox saqol Rustem! Inshallah tezlikle emekdashliq ederik.
Hokumetin yaziq olmasi ile razilashmiram. Eger partladanlari gomrukden kecirmeseler iki qonshunuz partladan hesreti ile yashamaqa davam ederler)
PS. Goresen Yol Polisinin xetalar Mecellesinin 151.1 maddesinde nezerde tutulmush kucelere zibil atmaqla baqli madde ile kecen il nece nefer mesuliyyete celb olunub?!Mence olmayib, olubsada cox az. Bunun gunahi kimdedir?!
Post a Comment