Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Oct 18, 2009

Türk Reklamlarında Krolaşma; Reallığın dərk edilməsi” ?

Türk TV kanallarına baxırsınızsa, son dövrlərdə reklamların profillərindəki dəyişməni görürsünüz. Dəyişməyən yegandə şey, 3 mobil operator tərəfindən reklam bombalamasıdır, digərləri dəyişir. Əsas dəyişim də, reklamlarda daha çox türkiyədə “kıro” deyilən və ya normal dildə desək cəmiyyətin daha çox alt təbəqəsinə, daha çox savadsız təbəqəsinə, daha çox kənd təbəqəsinə xitab edən reklamların artmasındadır. Əvvəllər mən şəxsən çox da belə reklamlarla qarşılaşdığımı xatırlamıram. Bir ay filan əvvəl, bəzi bloglarda (o blogların sahiblərindən çox üzr istəyirəm, həmin dialoqları və yazıları tapa bilmədim) bunda AKP-nin rolu müzakirəyə açılmışdı. Bundan əlavə yenə bəzi “köşe yazarları”nın da fikrinə görə bunda AKP iqtidarının rolu var.

Mən fikirləşirəm ki, bunda AKP-nin rolundan daha çox (hətta AKP iqtidarının rolu 0-a bərabərdir), türk Pazarlamacılarının, İletişimcilerinin və Reklamcılarının reallığı dərk etməsi əsas səbəbdir. Bugünə qədər düşünülürdü ki, cəmiyyət bundan ibarət deyil və ya “mənim NESCAFE-min hədəf kütləsi bunlar deyil”, indi görürlər ki, Nescafe-nın alıcısı hesab edilə biləcək böyük bir kütlə var ki, onlar elə bundan ibarətdir. Eləcə də, onun kimi digər markalar. Qısacası, mənim fikrimcə bu tipli reklamların artmasında əsas səbəb, reallığın dərk edilməsi və nəhayət arzu ediləndən çıxılaraq, reallıqla hərəkət edilməsidir.

Mən arzu edərdim ki, mənim müştərilərimin hamısı çox savadlı olsun, hamısı VW-nin yaşıl arxa fon üzərində VW yazılışının nə demək istədiyini baxan kimi dərk edən olsun və.s Ama, elə deyilsə mən necədirsə elə hərəkət etməliyəm. Arzular deyil, reallıqlarla hərəkət etməlidir marketing işində olanlar. Başda mən olmaq şərtilə!

4 comments:

DosT said...

Rustem eger yadinizdadirsa sizinle bir defe bu meseleni muzakire etmishdik (avropasayagi yoxsa amerikansayagi reklam meselesi) Men o vaxt da bu fikirde idim ki teki alici kutlelerimiz ele bir inkishaf seviyyesinde olsunlar ki daha cox avropasayagi reklamlara muraciet edek. amma sizin de dediyiniz kimi arzu bashqa sheydir realliq bashqa. Men sizinle raziyam o menada ki turk reklamcilar
ve pazarlamacilarin bu deyishiklikde rolu coxdur. Bu meselenin netice terefidir, sebeb ise mence bashqa bir sheydedir. Menim fikrimce (tebiiki bu sadece nezeri bir mulahizedir) meselenin sebebini sosial tebeqeleshmede geden deyishiklikde axtarmaq daha dogru olardi. Son 15-20 ile qeder Turkiyede de sosial tebeqeleshme "ucurum tebeqeleshesi" idi. Yeni ehalinin mueyyen bir hissesi kifayet qeder zengin diger bir hissesi ise (bu hisse boyuk bir hisse idi) kasib ehali idi. Orta tebeqe ise hele tam formalashmamishdi ve ya lazimi %-nisbetinde deyildi. Amma son 20 ilde geden suretli inkishaf ashagi tebeqeni %-ni azaltmaqla yanashi orta tebeqenin %-ni kifayet qeder artirmish oldu. Amma unutmayaq ki bu hele gelirliliyin artmasi demekdir bu gelirliliye sahib tebeqenin bashqa parametrler uzre deyishmesi ve inkishafi demek deyil. Mehz ele bu sebebden de bu gunun turk pazarlamaci ve reklamcilari "kiro reklamlariyla" bu orta tebeqeye yonelmeye bashlayiblar. Axi bu gun onlarin gelirlilik seviyyesi pazarlamacilarin maraq dairesine uygundur, qalir bir mesele onlara onlarin oz dilinde muraciet "kiro muraciet".

Rüstəm Məmmədov said...

Əlbəttə. Marketinq işində olan hamı dəyişimi izləməlidir və ayaq uydurmalıdır ki, daha effektiv ola bilsin.

Türkiyə`də orta təbəqənin artması hər halda vardır və pazarlamacılar da yəqin ki, bunu nəzərə alırlar. Ancaq, mən inanıram ki, bu tək sosial-iqtisadi səbəblərlə əlaqəli deyil, eyni zamanda ideolojikdir və ya daha düzgün desək, özünü aldatmacadır.

Hörmətlə,

Barış Atasoy said...

Ben ideolojik bir neden aramıyorum. Nitekim o tarafın şirketi Ülker, sırtında çıplak kadın olan atlı logoya sahip Godiva'yı aldı. Ülker'in reklamlarına bakarak, "dinci" olduklarına dair en ufak bir fikir elde edemezsiniz.

Herşeyin nedeni ekonomiktir. Savaşların, toplumsal mücadelenin, vs..

Türkiye'de reklamlar daima kalitesizdir çünkü reklamcılar da kendileirni kaymak tabakadan saymalarına rağmen, beyin olarak bu ülkenin en parlak kesimi filan değildir. Üstüne üstlük, "aptal halk bunu anlamaz" diye vehim eder, istatistikleri göstererek "bak çocuk olan reklam çok izlenir biz de çocuklu reklam çekelim" derler. Peki bu gerçek midir? Değil: Bütün çocuk bezi reklamları hemen hemen aynı, peki tüketici markayı nasıl hatırlayacak? hatırlayamaz. Markete alışverişe gidince ucuz olana ya da pakete bakar. Başkalarının tavsiyesini dinler. Reklamın bir getirisi olmaz bu yüzden.

rustem said...

Türkiye`de reklamlar daima kalitesiz değildir bence. Yiğidi öldür, hakkını yeme:) Aralarında bazıları gerçekten çok iyidir.

Ama, konumuz tabii ki bu değildir. Aslında belki de ben "ideoloji" kelimesini yalnış kullandım. Kastettiğim şuydu: Bir copyrighter ve ya genel deyişle reklamcı oturmuş fikir üretirken daha çok kendisini laik, modern, gerici olmayan bir insan olarak kabul eder ve onun görüşüne göre en iyi olan da budur. İnsanlık hali. Ve bu şekilde o kendisinden olmayan ve kendisi gibi düşünmeyenleri de hiç düşünmez. Bu da doğal olarak onun düşündüğü ve yaptığı reklamlara yansımaz.