Vüsal ilə söhbətlərimizdə mən bir çox dəfə (başqaları ilə də bu olmuşdu) artıq avtomobillər arasında texniki imkanlar və keyfiyyət baxımından əvvəllər olduğu kimi böyük fərqlər olmadığını demişdim. Əlbəttə ki, yarı zarafat yarı ciddi etiraz edilmişdi mənim dediklərimə. Ola bilsin ki, indi də bunu oxuduqca bu fikrə etiraz edirsiniz. Bu normaldır. Bugün Bill Vlasic-in bu yazısını oxuduqdan sonra, bu yazını yazmağa ehtiyac duydum, ən azından fikrimi bir daha ifadə etmək üçün.
İnformasiya bolluğu və mübadiləsinin genişliyi, texnologiyanın inkişafı, finans resurslarının açıqlığı, işçi qüvvəsinin sərbəst inteqrasiyası, istehlakçıların da a uyğun dəyişməsi və mədəniyyətlərarası inteqrasiyanın olması (bunların bəziləri digəri ilə səbəb-nəticə bağlantısı içərisindədir) məcbur edir ki, istehsalçılar bir nöqtəyə doğru hərəkət etsinlər və hardasa birləşsinlər. Əvvəllər avtomobil istehsalçılarını birləşdirən nöqtə 4 təkər, 1 şassi, 1 gövdə və 1 mühərrik idisə, indi bu daha genişdir və sırf maddi texniki avadanlıqları əhatə etmir.
Əvvəllər Bosch innovasiyasının Mercedes istifadə edirdi, digərləri ya finans gücü olmadığı üçün, ya başqa səbəblərdən bundan uzaq qalırdı, ancaq indi ESP həm Chery üçün, həm də Cadillac üçün eyni dərəcədə əl çatandır. Baxmayın ki, hansısa çox yüksək texnologiyalar lüks avtomobillərdə tətbiq olunur, axı lüks bazar özü nə qədər böyükdür ki? Üstəlik, Hyundai Genesis-i istehsal edərkən E-Class modellərində istifadə olunan texnologiyanı tətbiq etdi və qiymətini də E-Class modellərdən 50% aşağı qoydu. BYD isə, hazırda avtomobil sənayesində ən təkmil elektrik maşınlardan birini təqdim etdi.
Yaponlar Almanlarla aralarındakı fərqi minimuma endirdilər, Koreyalılar Yaponlarla aralarında olan fərqi minimuma endirdilər, indi sırada Çinlilərlə Koreyalıların və digər bütün istehsalçıların arasındakı fərqin bağlanması qalıb. Əmin olun ki, ən gec 2020-ci ildə bunu əminliklə deyə biləcəyik və biz Chery-nin modelini səbətimizə daxil edəcəyik.
“Positioning” hər şey deyil, “perception”lar da hər şey deyil, bunlar dəyişə bilirlər və əsas olan bütünlükdə yaradılan dəyərdir. Hazırda hamımızın etməli olduğumuz ən əsas iş dəyər yaratmaqdır.
4 comments:
Fridmanin "The world is flat"-ini oxumush biri kimi mene deye bilersenmi bu yaxinlashmanin qloballashma ile nese elaqesi var?
Yaxınlaşmanın qloballaşma ilə əlaqəsi odur ki, qlobal dünyada global avtomobil şirkətlərinin qlobal imkanlardan yararlanma imkanları demək olar ki, eyni dərəcədə olur. Bundan əlavə informasiya axımı sərhəd tanımır və qlobal istehlakçının tələbləri yaxınlaşır.
Bilmirəm düzgün cavab idi ya yox, amma sual qəşəng idi.
Bir marketoloq-bloqqer kimi ən yaxşı postlarından biri.Hamısı düzdür.Bütün maşınlar eyni zibildir)))
Zibil niyə Tural? Onların üstündə nə qədər zəhmət, nə qədər vaxt, nə qədər pul sərf olunur.
Post a Comment