Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Nov 16, 2007

Kasıbın xoşuna gəldi, bilirəm, Varlının halını da varlilar bilər

Bir müddət əvvəl Bülent Akgülə Porschenin Cayenni istehsalı və bunun markayla əlaqələri haqqında yazmağa söz vermişdim. Söz vermişdim deyəndə biraz böyük çıxır, guya yazdığım bir şey ifadə edir.

Mən də bir həftədir sağa sola baxıb bu mövzu ilə material oxumağa çalışıram.
Əvvəla onu deyim ki, Porsche Panamera adlı yeni bir dört qapı sedan coupe hazırlığındadır və bu yəqin ki, 2009-cu ildə satışa çıxarılacaq.

Wendelin Wiedeking, Porsche CEO-su, "Biz bu qərarı vermək üçün çox fikirləşdik" deyib. Cayenne Porsche-yə çox pul qazandırıb. Dəhşət çox. Nələr itirib Porsche bu həqiqətən də müzakirəyə açıqdır. Elə bir vəziyyət var ki, P.Kotler də desə ki, "Porsche-nin qərarı səhvdir" buna "qəti" etibar etmək olmaz. Çünki, ortada böyük bir bazar araşdırması yoxdur, maraknın imicinə zərər dəyib və ya dəyməyib bunu əsaslandırmaq çətindir. Bunu, hər halda illər sonra görəcəyik. Digər tərəfdən də, bunun adı strategiyadırsa, bu strategiyanın məqsədini də tam olaraq bilməliyik ki, şərhimizi də ona görə verək. Əgər Porsche, markanı exclusive sport car olmaqdan çıxarıb, sportiv xüsusiyyətlərə malik avtomobil imici qazandırmaq və bununla da Cayenne nümunəsində olduğu kimi çox pul qazanmaq istəyirsə bunun şərhi tamam fərqlidir. Vəziyyət həqiqətən də çox fərqli yanaşmalara açıqdır. Bazar elə vəziyyətdədir ki, bütün lüks markalar nələrəsə əl atırlar. Siz təsəvvür edin Mercedes Minivan, BMW Minivan (Özləri yox bu minivan deyil desələrdə, minivandır. Nala mıxa vurmağın mənası yoxdur), Jaguar SUV istehsal etmək niyətindədir. Mercedes reallaşdırıb artıq.
Porscheyə geri qayıdıram. Markanın bugünə qədər olan imici əsas Porsche müştəriləri nəzdində məncə zədələndi vəya dəyişdi. "Varlılar" 911 üçün pul ödəyəndə onun təkcə motorunun gücü, dizaynı, sürüş göstəriciləri üçün 100 minləri gözdən çıxarmırdılar. Onu "exclusive" olduğu üçün alırdılar. Porsche sport car idi yoxsa sport cardır? Bax əsas məsələ bundadır. Porsche marka olaraq artıq çox da exclusive deyil. Çünki onun Cayenne və Panamerasının 100 000 ədəd satılacağına heç kim şüphə etmir. 100 Min ədəd satılan avtomobil markası isə mümkün deyil ki, exclusive olsun. Azərbaycanda Cayenne çoxdur, küçələrdə çox rastlaya bilərsiniz. Ancaq, burada biraz Porscheyə bu qərarı verməkdə əsas təşkil edən şey 911, Boxter və Cayman kimi modellərin az qala başlı başına bir marka halına gəlməsidir. Mənə belə gəlir şəxsən. Çünki, nə qədər Cayenne hamıya açıq olsa da, 911 GT2 hələ də hamıya açıq deyil.Biraz rəqiblərə baxaq sonra daha da dəqiqləşdirək. Cayenne-nin rəqibləri hazırda bazarda əsasən X5, Q7, Range Rover Sport-dur. Burada kimsə yox bunların biri mid-size, digəri big-size modeldir deyə bilər, ancaq yaddan çıxarmayaq ki, əsas olan müştərinin gözündəki yerdir.
Panameranın rəqibləri isə aşağıdan Mercedes CLS, BMW 6 Series yuxarıdan isə Bentley Continental GT, Maseratti Quattrope olacaq. Buradan da görüldüyü kimi artiq Porschenin rəqibləri arasında çoxlarının sahib ola bildiyi (Azərbaycanda hər küçədə yüz dənə görə bildiyimiz) Mercedes və BMW də var. Nə qədər bu markaların adlarını çəkdiyim modelləri bahalı və hər küçədə görülməyən modellər olsa da, bunlar exclusive deyil. Yəni, Ferrari, Laborghini, Lotus kimi ultra sport deyil. Marka çox yayılıb. Çoxlarına yayılıb.
Ən başda onsuz da qeyd etmişdirm ki, bu məsələ haqqında istənilən yazı hələlik subjektivdir. Mənim şəxsi fikrim bir uzun cümlə ilə belədir; Porsche artiq əl çatmaz deyil, bəlkə bir gün mən də ala bilərəm, ancaq Cayenne-nə qədər belə fikirləşmirdim, Porsche təkfunksiyalılığını itirib, artıq çoxfunksiyalı Cayenne və Panamera da var və mən buna sahib ola bilərəm, mənim kimi düşünən yüz minlər insan var bəlkə də, deməli artiq Porsche əvvəlki əlçatmaz Porsche deyil, o artiq əl çatan Audi rəqibidir, mən isə bir AUDI heyranı olaraq həyatda Porsche-yə belə olan halda pul vermərəm.
Bu yazının çox çatışmazlıqları var, indi mənim əsas istəyim sizin öz şərhlərinizlə yazını tamamlamağınızdır.

4 comments:

Anonymous said...

Hey Rustam, I really liked what you have debated on here. And I am looking forward joining you in this conversation.

Best regards
Rashad

Anonymous said...

Sevgili Rüstem,

Yazın için teşekkür ederim. Gayet doğru biçimde Porsche'yi segmentasyon bağlamında ele almış ve bence çok doğru bir sonuca ulaşmışsın: Porsche artık süper sport değil, Audi rakibi. Tamam henüz tam olarak öyle değil belki, ama gidilen yol bu gözüküyor.

Para insanı dinden imandan çıkarar derler ya, Porsche'nin hali de bu. Cayenne ilk çıktığı zaman, Porsche SUV grubuna başka araç sokmayacağını ve kendilerinin spor araba olduğunu ifade etmişti. İlk defa yazınla öğrendiğim Panamera ise "Cayenne ile çok kazandık, bu yolda devam" anlayışının Porsche'ye hakim olduğunun ifadesidir.

Bir markanın segment değiştirmesi her zaman için büyük risktir. Porsche süper spor araç olarak sportif SUV üretmiş ve satışlarında başarılı olsa da markanın bu ürünlere odaklanmasıyla prestij sınıfına kaydırılması çok tehlikeli olabilir. Zira sport SUV da niş bir segment. Ancak prestij alanı çok dolu ve buranın oyuncularının çoğu da Porsche'den daha güçlü markalar.

Allah hiçbir marka yöneticisinin gözünü para ile bağlamasın.

Saygılar...

Rüstəm Məmmədov said...

En son duana katılıyorum:)

Porsche'nin durmu gerçekten tartışmaya çok açık. Bu gidişin sonu belli değil, ama şimdiden ben artık Porsche'yi Bentleyle kıyaslamaya başladım bile, AUDI konusunu da yazmıştım zaten. Super Spor SUV sınıfında bir niş olma isteğine de bence pass diyelim...Bekleyelim, bakalım...Birgün Porsche alırsam o zaman tam net olarak neyin ne olduğunu bir cümleyle yazacağım inşallah.

Saygılarımla,

Rüstəm Məmmədov said...

I'll be glad to see you joined Rashad:)

İngilis dilim biraz yaxşı deyil...