Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Dec 4, 2008

Təyyarədən Hybridə

“Dünyadakı finans krizinin (indi adını dəyişmək lazımdır artıq bunun) təsiri ən çox avtomobil sektorunda hiss edilir” desəm bəlkə də yanılmaram. Bunun səbəbi əslində çox sadədir, avtomobil sektoruna yağış və külək də təsir edir, nəinki finas krizi. Təbii ki, bunun daha elmi və tutarlı əasaları var, ancaq mənim yazımın məqsədi səbəblər deyil, səbəblərin doğurduğu nəticələr və bundan sonrası haqqında xırda fikirləri müzakirə etməkdir.


Dünən Detroitin 3 böyük şirkəti Senatda bu məşhur “bailout” üçün müzakirələrə başladılar. “Bailout”un təsdiqlənməsi Amerikan avtomobil istehsalçıları üçün milyard dollarların verilməsi deməkdir. Maraqlı cəhət odur ki, bir araşdırma nəticələrinə görə Amerikanların 60%-i buna qarşıdır. Heç Senatda da hamı bunun lehinə deyil, lehinə olsa qərar çoxdan çıxmışdı. Bunu lehinə çevirmək və insanları inandırmaq üçün isə CEO-lar yola HYBRID avtomobillərlə çıxdılar. Bu CEO-lar üçün ayrılmış xüsusi təyyarələr var, bilirsiniz. Bir müddət əvvəl paytaxta her CEO-nun ayrı təyyarə ilə gedəcəyi danışılırdı. Hətta, “niyə 3-ü bir təyyarə ilə getmir?” deyilirdi. Ancaq, CEO-lar (Wagoner, Nardelli, Mulaly) öz istehsalları olan hybrid mühərrikli avtomobillərlə getdilər. GM Volt mule modelini Cruze gövdəsi altına saldı və CEO-sunu elə yola saldı, Chrysler Aspen Hybrid ilə, Ford Edge hybrid ilə yola düşdü. Bu əslində mesaj idi; BİZ DÜZGÜN YOLU BİLİRİK mesajı.


Mesaj aydındı, amma inandırıcıdır mı? Mən inanırdım əvvəllər, sonra keçən gün dayımla bu mövzunu xeyli müzakirə etdikdən sonra mənə aydın oldu ki, çox da asan deyil. Wagoner özü etiraf etmişdi ki, onlar avtosektordakı dəyişikliyin, müştəri tərcihlərinin inqilabının bu qədər sürətli olacağlını düşünməmişdilər. Elədir! Dünən sırf bu yazını yazmaqda mənə köməkçi olsun deyə Performance Center və başqa amerikan maşını satan salonlara baxdım. Misal üçün, Tahoenin kapotunun hündürlüyü mənim sinəmə çatır. Mühərrik 5.8, güc isə cəmi 380 idi səhv etmirəmsə. Escalade ondan da betər, 6.3 mühərrik, div boyda maşın və cəmi 403 at gücü. Xalqın maşını 1.4 mühərrikdən 175 at gücü alır indi. Tahoe kimi, Cadillac Escalade, Trailblazer və adını da bilmədiyim əndrabazi Amerikan divlərini görən kimi mən gün kimi aydın oldu ki, bunlar niyə batır. Siz də bircə dəfə baxsanız, aydın olar. İndi ortaya bir sual çıxır “Amerikanlar Yapon və ya Alman olsalar qurtaracaqlar mı?”. Bunun da cavabı əslində sadədir, yazı uzanmasın deyə mən heç şərh də yazmayacam, ancaq cavabı özünüz fikirləşin, istəsəniz mənə də deyin.

No comments: