Çoxdandır yazmıram. Nə vaxt var, nə məndə yazmaq qabiliyyəti, nə də yazası mövzu. Bəzi traininglərə bənzər, boş keçən saatlar kimi gəlir özümə yazdıqlarım. Ama, yazmasam da olmur. İstər istəməz həm özümüzün işlədiyimiz şirkətlər, həm yoldaşların-dostların, danışdıqları, həm gördüklərim adamı danışdırır.
İş adamlarının danışdıqları isə lap adamı dəli edir bəzən. Daha doğrusu danışdıqları yox, etdikləri. Marketing kitablarının çoxunda "Daxili müştəri", "Xarici müştəri" terminləri işlədilir. Hamınız bundan xəbərdarsınız. Həmişə də ifadə edilir ki, "Daxili müştəri məmnun olmasa, Xarici müştərilərin məmnunluğundan danışmaq çətindir". Deyilməsə də, mən deyirəm, siz bunu belə bilin. Hər şeyi elə başqası deyəsi deyil ki.
İş adamı özü öz malından razı deyil, özü öz bişirdiyi çörəkdən yemir, işçisi öz əli ilə hazırladığı meyvə suyunu içmir və sonra da durub müştəridən, satışdan, uğurdan, bir sözlə MARKETİNQ-dən dəm vurur. Keçmiş zamanlarda "Əgər Bir Şirkət.."adlı yazı yazmışdım. O yazıda da, əgər oxusanız görərsiniz ki, şirkət idarəetməsində əhəmiyyətli olan, ancaq çoxlarının "xırda şeylər" deyib üstündən keçdiyi bir-iki məsələyə toxunmuşdum. İndi yenə ona bənzər bir şəkildə məsələyə toxunmağın vaxtıdır.
Şirkət rəhbərlərinin hamısı (gərək biraz şişirdəm axı), eləbilirlər ki, işçilərin hamısı elə onların özləri qədər şirkətə can yandırır. Daha fikirləşmirlər ki, balam bu işçi axı bu şirkətdən mənim qədər qaznmır, axı bu işçi məndən narazıdır, axı bu işçini mən rahat təmin etmirəm, axı bu işçinin gözü qalır arxada. Fikirləşsələr şirkətləri 10 addım qabağa gedəcək, amma fikirləşmirlər. İnanın mən məətdəl qalıram bəzən. Bu qədər də olmaz axı. Traininglər olur. Şirkət rəhbəri guya ki, trainingdən dərs çıxarır. Çıxartdığı dərslər nə olur? İlk baxışda özünə sərf edən, ancaq əslində isə ona çox itkilərə başa gələn, özünə sərf edən şeylər. Məsələn, deylir ki, "işçinin hamısı şirkətin strategiyasını mənimsəməlidir və bunu özünə prinsip kimi qoymalıdır, bunu etmək üçün də işçilərə gözəl həftəsonu programaları hazırlaya bilərsiniz.....". Şirkət sahibi də gəlir, həftə sonu programının min dollar xərci olduğu üçün, orasını təxirə salır (heç bəlkə də dəftərinə orasını qeyd etmir ki, boş söhbətdi), kağıza da bir sürü kəlimə zir-zibili yazıb paylayır işçilərə ya da asdırır divarlara. "Üfürükdən Təyyarə".
Başda daxili və xarici müştərilərdən bəhs etmişdim. Bir balaca geri qayıdım təkrar. Daxili müştəri dediyimiz insanlar, şirkətin işçiləri, bu tipli şeylərdən məmnun olmur. O, gününü sayır, gün keçsin və ay tamam olsun, vəssalam. Onun vecinə də deyil ki, müştəri gəldi stəkanın kirli olduğunu görüb çıxıb getdi, cəhənnəmə getsin, gora getsin.
Hansı şirkət rəhbərini də dindirsən ağzından ilk çıxan söz "müştərilərimiz"di (Ay rəqabət hardasan, nolar bir biz tərəflərə də gəl, gəl bəlkə sən buraları biraz abıra salasan, yoxsa düzlən deyil). Yazı çox uzandı, bəlkə ikinci hissəsini də yazdım, maddələr halında.
Daxili müştəri, xarici müştəri və "Üfürükdən təyyarə"-nin mənası elə eyni şeydir, bizim yek Bakımızda....(Bu "yek" sözünə də reperlərimizin və başqalarının sayəsində az qala nifrət edirəm, ona görə işlətdim, yoxsa sevdiyimidən deyil).
Apr 29, 2008
Subscribe to:
Post Comments (Atom)
AXTAR
Öyrəndiklərimi paylaşa bildiyim heç kim yox idi ətrafımda. Nə divarlara danışa bimirdim, nə divanlara. Sonra birgün yazmağı öyrəndim, qaralamağı daha doğrusu. İlk dəfə yazıb, ürəyimi boşaldanda isə AZƏRBAYCANIN İLK MARKETING BLOGU çıxdı ortaya.
Bütün hüquqları R.Məmmədov-a məxsusdur. 2008
15 comments:
Yazini chox beyendim. Yene de en yarali yere toxunmusan. Dunen ele bu barede sohbet olmushdu bizim ishde, birinci elbette ishchidir. Gulmelisi odur ki, bu ishchini narazi qoyma prosesi boyuk sheylerden bashlayir kichiklerde bitir. Meselen, adi promo materiallari deyek de. Ishchiye vermirler, bunu elave xerc hesab edirler. Bu meni deli edir de. :))
Neyse.. Yazi eladir. Amma yazini oxuduqca basha dushduyum bir meqam da oldu. Bir xeyli vaxtdir ki, yazmirdi Rustem. Indi oxuyanda heqiqi sevinirdim ve zovq alirdim. Dushundum ki, men de yazimi bu qeder gecikdirmekle sehv edirem, ozu de boyuyunden.. Ne ise.. sag ol, Rustem, yaziya gore..
Promo materiallardan bizdə də dərd yanırdılar. Yadımdadır mən işə başlayandan 10 gün sonra üzərində şirkıətimizin logosu olan fincanları işçilərimizə paylayanda hamısı çox sevinirdi. Hamısı da "Çox sağol, neçə ildir burda işləyirik birinci dəfədir ki, bizə nəsə verirlər" deyirdi. İndi biz bunu sistemləşdirmişik, demək olar ki, bütün promosyon materiallarımızı şirkətinin bütün işçilərinə paylayırıq.
Birinci növbədə vacib olan, işçilərin üzünün gülməsidir. Xırda şeylərlə bunu etmək mümkündür, imkan versələr..
Yazını bəyənməyinə isə çox sevindim. Çünki, həmişəki kimi ürəyimə nə gəldi yazdım, dəyişiklik etmədən.
Hörmətlə,
Salam Rustem! Yenede hemisheki kimi marali movzuya toxunmusan.Ancaq her zaman Shukur etmek lazimdir.Problem her yerde var, ancaq ele problemler varki ona heqiqetende dozmek mumkun deyil. Dunen bir yeni yaranmish shirketde gorushde idim. Yuk dashimaciliqla meshqul olmaqi planlashdiriblar. Ancaq gulmelisi odurki shirketin bash direktoru marketing, promosyon meselesinden xeberi yoxdur. Menden meslehet isteyirdi ( qeyri-tevazokarliq olmasin) Mende guay ish bilen adam kimi oturub buna bezi meseleler haqda danishdim. Saytdan, promosyon vasitelerinden, reklamdan ne bilim neden-neden... Mene dediki ne qeder pul lazimdir verim hazirlat. Dedimki, puldan once shirketin strategiyasi, teklifleri, hansi xidmet gosterdiyini, bazardaki reqiblerinden ne ile ferqlendiyini mene deyin. Dediki onlar haqda melumatim yoxdur. Hetda shirketin hele loqosu bele yoxdur. Ancaq Hesenoqlu shirketinden ofis mebelleri,Toshiba noutbooklari, yuksek seviyyede ofis sheraiti yerindedir)) Oturub kreslosunda yere-goye siqmir.NEhayet mene melum olduki, hemin genc direktor, varli bir kishinin oqludur.(Papanin gul balasi) Sadece shirket sahibi olmaq, menim de shirketim var demek fikrine dushub) Bir sheye teessuf etdim.Hemin shirkete 10-12 ishcide goturub. Vay onlarin halina.....Sene-mene shukur) Indide hemin shirketin ishlerini gormekdeyem.Ancaq hec hevesim yoxdur.Cunki qazanacaqim pullar indiden mene haram gorunur.....
Vüsal xoş gördük.
Bizdə siz deyən kimi şirkətlər çoxdur. Ancaq, mən inanıram ki düzləcək. Əslində hamımızda bu sahədə problem var. Məslən mən; gördüyüm hər iş yaxşıdır? Deyil! Problemlər yoxdur? Var! Ancaq, məslə orasındadır ki, biri var səhv edəsən bundan xəbərdar olasan, biri də var səhv edəsən, ancaq heç səhv etdiyini də bilməyəsən. Bax dərd budur!
Sizin dediyiniz kimi idarəçilərin ən böyük problemi də öyrənmək istəməmə problemidir. İnsan bilmədiyinə düşməndir deyilən bir söz var səhv etmirəmsə. Bu tipli insanlar da bilmir və deyilən hər şeyi də pul itkisi kimi görür. Məsələn deyirsən ki, traing lazımdır işçiyə, deyir nəyə lazımdır, pul itkisidir. (Şükür bizdə elə deyil, bir çox cəhətdən bizdə xeyli yaxşıdır). Fikirləşmir ki, bu faydalılığı artıracaq və uzun dönəmdə şirkət daha çox qazanacaq, o işçidən daha çox faydalanacaq.
Hörmətlə,
Rustem, yazini oxuyub kederlendim. Bilirsen, bizde gozelim reqabet, sechim azadligi olmadigindan ishchiler de ezab chekirler. Eger sechim azadligi olsaydi, ishchi tupurerdi bu shirkete, gedib nisbeten yaxshisinda ishleyerdi, zulme qatlashmazdi.
Vusal, sen ise hech de qazanacagini haram sayma. O shirketin sahibi uchun o pullar haramdir, sen ise zehmet chekeceksen ondan alacagin pullar uchun. Senin tekliflerin orani dircheltmese de gunah onun ozunde olacaq. Reklam, PR ishin chox az bir hissesidir.
Rüstəm adam sənin yazında aşağılara doğru endikcə Azərbaycan qayıtmaq həvəsi də aşağılara doğru enir. Son nöqtədən sonra isə tam tərsinə "Mütləq dönmək lazımdı" deyir insan. Düzdü deyəsən hələ nöqtə deyil. 3 nöqtənin uzunluğu isə neçə gün çəkəcək merak ediyorum.
Yazıya söz yox. Amma vəziyət düzələcək inşallah... Rəqabət müəllimi gözləyirik də :)
Yazını bəyənməyinizə sevindim. ona görə yox ki, yaxşı yazmışam, ona görə ki, mənim hisslərimə bənzər hisslər var deməli sizdə də.
Düzələcək əlbəttə. Çox düzələcək. Vaxt olaraq dəqiq bir şey demək olmaz. Ən azından mən deyı biləmərəm. Ama, elə indinin özündə də getdikcə yaxşıya doğru addımlar atılır.
Korperativləşmə nə qədər sürətlə getsə, bir o qədər yaxşıdır.
Rəqabət isə bütün bunların düzəlməsi üçün vacib amildir.
Ənn çox dəyişməli olan isə bizdə olan bəzi anlayış və davranış pozğunluqlarının ortadan qaldırılmasıdır.
Sosyalizmin ən böyük zərbəsi isə bizim milləti bu anlayışa soxmaqdır. Ən yaxşı bacardığımız satışı da çox pis bacarırıq başqalarına nisbətdə. Ağıllı beyinləri də kəsib atıblar, geridən törəyənlər də o ağıllı beyinin övladları deyil...
Bu fikrim çox radikal oldu, amma eybi yox, qoy olsun...
Hörmətlə,
Bir çox şirkətlərdə BOSS-un daxili, xarici, orta müştəriləri düşünməməsinin əsas səbəbi işə yatırdığı pulu havayı tapmasıdı.
Milyonchulara sorushurlar "bu qeder pulu nece qazanmisiniz, tarixinden behs ede bilersiniz>?" Deyir " Ilk milyonu sorushmayin gerisini qepiyine qeder deyim"...
Herchend indi ele gerisini de "sorushmayin" deyen milyonchular choxdur...
Hormetle,
Bir de dunen biz Meclisde bu movzunu muzakire etdik. ancaq, orda niyese imkan olmadi danishmaga. Bunun esas sebeblerinden biri de Azerbaycan xalqina mexsus bezi xususiyyetlerdir. meselen selahiyyet vermemek ve hersheyi tek merkezde toplamaq. Shirketlerde her bir mertebe yuxari olan shexs, ozunden altin butun selahiyyetlerini elinden alib maksimim asili veziyyete getirmek isteyir. Belece bir adam chox ishin mesuliyyetini dashiyir ve bu bir adam chox ishin ohdesinden gelmir. Ishi gormeli olan altdaki adamlar ise mesuliyyet hiss etmekidleri uchun ishi bashdan sovdu edirler. Ish bashdan sovdu oldu mu, xarici mushteri de seni bashindan sovur...
Sizce?
Bunun iki sebebi var ay Rüstem
1. Başqalarıana güvenmemek. Bu cesareti ve igidliyi göstermemek. Doğru insana güvenerek onu böyütmek ve inkişafında pay sahibi olmaq, ona karyera qazandırmaq ve o elemanı şirkete qazandırmağın deyerini anlamamaq.
2. Yetişecek her yeni kadrı özüne potensial reqib görmek kimi bir aşağılıq. İlanın başını balaca vaxtı ezerler deyib sistemli bir şekilde gözünde qığılcım olan genci sındırmaq ve işığını söndürmek. Halbuki bilmir ki o işıq yansa hem şirketi aydınladacaq, hem de bir eseri olacaq...
Başqa? :)
Neticede de xarici müşteri olur Xaric-i müşteri. Yeni müşteriden xaric bir şey ;)
Tamamile duz deyirsen Vusal...Bashqa soze de hech ehtiyac qalamdi..
Hormetle,
yazı kimi yorumlar da lezzet eledi...rüstem imkanın olanda bir danışag.memleketle bağlı bir iki proje var.
helelik
Sagol ay Elçin. İmkan olanda deyendeki, bunun en yaxşı yolu ele maildir...
Mail yaz derdleşek;)
Post a Comment