Trainingdə oturmuşduq. Daha doğrusu nə training deyildi, nə iclas. İkisini vur seminara, böl boş-boş söhbətə olsun bizim toplantımız. Masamın üstündəki qəzetin əsas məqalə başlıqlarını oxudum;”Aliyev, Jordan King İnk Paper”, “Bush misinformed about Azeri media freedom-top official”, “US spend over 3 m dollar to support free vote”. Sonra gözüm sataşdı qəzetin küncündə, lap aşağıda yazılan “Number of Young Smokers Up” yazısına. Azərbaycanda orta məktəb uşaqlarının 34%-nin siqaret çəkdiyini xəbər edən bap-balaca bir yazı. 2006-cı ilə nisbətdə 2007-ci ildə oğlanların siqaret çəkmə nisbəti 39%-dən 46%-ə yüksəlib. Qızların isə indi 17%-i siqaret çəkirmiş. 2006-cı ildə bu rəqəm 8% imiş. Fikirləşdim axı niyə bu qədər əhəmiyyətli xəbər küncə atılıb? Cavabım da bu oldu: bu ölkədə axı bütün dəyərlər alt-üst olur, bu da elə ona görədir.
Elə mənim blogumda da bap-balaca oldu...Ey Vətən!!!
5 comments:
:(((
Can, Ay Azərbaycan!
"Qızların 17 faizi siqaret çəkir" :((
Hələ "qızların cəmi 17 faizi siqaret çəkir" yazmayıblar yaxşı ki... :((
Aha...Yaxşı ki, ele yazmayıblar...
Avropalaşma gedir bizdə,
amma ki hamsı mənfi xüsusiyyətləri öyrənirlər. Görəsən müsbətləri haçan götürəcəyik?
Bu gunlerde bir qiz yanimda acil siqaret chekmek isteyirem dedi, sonra menden uzr istedi.. Gulumsedim.. Onu basha dushurdum eslinde.. Sorry-ye ehtiyac yox idi.. Yene de heyfslendim amma.
Emosiyalarina heyranam, Rustem. Trainingde de bele emosional yazi yazmagi bacarmisan..
Bizim bir uşaq var. Universitetdə (Türkiyədə) dərsdə oturubmuş. Tənəffüs qabağı yanındakı qız siqaret istəyib bundan. Bu da, çəkmədiyini deyəndə qız deyib "Sen de kendini erkek mi zannediyorsun?"....
Avropalılaşma gedir əlbəttə. Ancaq, məsələ ondadır ki, düzgün getmir məncə. Təhsil çökür, "yozlaşma" gedir,insanlar münasibətlərdə kökündən çox qopur və nələrsə heç yaxşı getmir. Ən əsası da Aygünün bu mim dalğasında vurğuladığı kimi "kişilik" problemi çıxır ortaya...
Təəssüf!!! İnsanlar isə çox maddiyatçı olub..Hər şey maddi qarşılıq əsasında işləyir az qala...
Təəssüf!!!
Post a Comment