Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

May 21, 2008

Mən Yazıram, Kimin Etirazı Varsa buyursun....

O, qədər incəliklər araşdırılır ki, indi müştərilər haqqında, insan oxuduqca birtəhər hisslər keçirir. Mən də müştəriyəm, axı məni niyə bu qədər tanımalıdır ki, şirkətlər. Məsələn, niyə vaxtilə Colgate bilməliydi ki, insanlar diş fırçasının uzunluğu nə qədərdirsə, o qədər də üsütünə pasta qoyur. Onu bilirdi və millətə uzunluğu bir metr olan fırçalar təklif edilirdi. Colgate də əla qazanırdı. Sonra müştəri "ağıllandıqca", Colgate də guya ki, insafa gəldi, daha doğrusu guya ki, doğurdan da müştərinin qeydinə qalmağa başladı. Pastanı az istifadə etmək lazımdır dedi.

Bu hardan ağlıma gəldi? Bugün düz 6-7 saat bazar araşdırmaları ilə əlaqədar toplantıda vaxt keçirməyimdən. Axı doğurdan da bəzi şeylər əhəmiyyətsizdir. Trendi görmək kifayət edir axı bəzən. Məsələn, mən müştərilərin hansı futbol komandasına azarkeşlik etdiklərini bilməyin mənə qazandıracağı çox şey olduğuna inanmıram. Ferrari-də işləsəm olardı bəlkə də. Nəysə. Demək istədiyim odur ki, müştərini öyrənmək lazımdır, ama didik didik etmək yerinə daha çox onunla bərabər olmaq və problemlərini elə yerindəcə həll etmək daha məsləhətlidir. Mən biraz xırda işlərdən danışıram. Hamı, bu dəqiqə fikirləşir ki, Coca-Cola şəkərin miqdarını azaltsa nolar bəs? Hələ bir biz buralarda fırlanaq sora keçərik Colaya. Xırda şirkətlərdə, xüsusən də istehsalçı deyilsə bir nömrəli məsələ məhsulu tanıtmaq, iki nömrəli məsələ isə onu müştəriyə çatdırmaqdır.

Marketoloblog mən əminəm ki, elə indi, yazının bu hisəsini oxuyanda deyir ki, araşdırmasız olmaz. Olmaz, olmağına, ama həm də olar. Məsələn, HONDA girəcək bazara. Bir səsküydür şəhəri götürüb gedir. İlk eşidəndə mən də “Həəə, işə düşdük, Subaru, Mitsubishi. Honda, hələ bir söz söhbətə görə Mazda eyni qrupun əlindədir. Bazara istədikləri kimi təsir edəcəklər” dedim. Bu mənim demək olar ki, ilk gün şokum idi. Sonra oturdum fikirləşdim. HONDA araşdırma etdirib əvvəlcə, bunu bilirəm, balaca da olsa etdirib bunu. Ortaya nə çıxıb sizcə? Məncə, “İkinci əl bazarı çox böyükdür, insanlar HONDA-nı tanıyırlar, ancaq tanınırlığı artırmağa ehtiyac var. Bazarda ən çox satılan C və SUV siniflərdir, ki burada da HONDA güclü modellərlə çıxış edə bilər”. Mən korkobud nəticə yazdım. Rəqəmsiz. Ama, bilmirəm HONDA-nın xəbəri varmı əlində cəmi 3 model olduğundan? Civic, CRV, Accord!!!

İndi gəlim yazının başlığına, müştərilər heç nə aldıqlarını da bilmirlər, nə versən onu da alırlar. Müştəri armud almağa gəlirsə, bacarığı olan (əgər müştərinin qarnı ağrımırsa) satıcı ona alma sata bilər. Buna hamının etirazı var. Əminəm bundan. Ona görə dedim ki, etirazı olan bu meydanda desin. Əbəttə, mən inkişaf etmiş bazarlardan danışmıram. Hələlik özümüzdən danışıram. Rəqəmlərlə ona görə yaza bilmədim ki, əlimdə araşdırma yoxdur (araşdırmanın yeriydi amma), ama araşdırma nəticəsində də, ortaya çıxacaq ki, bu millətin niyə 85%-nin NOKIA aldığı məlum deyil. Mən indi sizdən soruşsam, 5 dəqiqə fikirləşib məni haqsız çıxarmaq üçün səbəb deyəcəksiniz.

KISSHOT Lexusdan yazmışkən elə ağlıma bir şey gəldi, Lexus bir dəfə hansısa modelində çıxan problemi həll etmək üçün müştərilərə məlumat verdi ki, bəs özümüz gəlib qarajlarınızda təmir edəcəyik, əgər servislərə gələ bilmirsinizsə və bunu da etdi. Lexusun milyonlar dollar xərclədiyi araşdırma və reklam xərclərini 10-a vursan yenə də bu diqqətin markaya təsirindən güclü təsir ola bilməz. Ona görə deyirəm ki, gücü həmişə çənəyə verməklə iş olmur, gərək bəzən qola da qüvvət verəsən. Nissan sürən bir tanışım var, deyir “hər dəfə servisdən sonra Nissan-dan mənə zəng edirlər ki, servisdən razısız yoxsa yox, deyirəm YOX. Amma, gələn dəfə gedəndə yenə eyni şey olur”. Belə araşdırmadandırsa eləməsələr yaxşıdır deyəsiydim az qala, ama demədim. (Yenə heç olmasa, Nissan soruşur, biz heç onu da eləmirik).

Yenə hardan başladım, harda bitirdim bilmədim...

Ordan Burdan

Çempionlar Ligasının fasiləsində kanalı dəyişmədim. Dedim bir baxım görüm nələr var. İndi bir bir yazacam.

Nar Mobile: Axı nə qədər reklam vermək olar? Dalbadal reklam yerləşdirmək doğurdan çox təsirlidir? Bilmirəm! Mən nə qədər fikirləşdimsə də, çox da məntiqli görmədim. Amma, inan reklamlardan çox bezdim. Nar özünü dağa daşa çırpa-çırpa əzəcək belə getsə.

Nurgün Motors: Mən Türkiyədən düz bir ildir qayıtmışam. Hər ay getsəm də, əsasən burada oluram. Bu bir il ərzində Sunny və TIIDA reklamları görməkdən bezmişəm. Qulaqlarım mazol olub. Hətta artıq hər iki modeldən də iyrənirəm. Nissan-nın bu qədər reklamlarını fikirləşib, sonra da öz reklamlarımızı fikirləşəndə çaşıb qalıram, biz az reklam veririk yoxsa Nissan ağını çıxardıb?

AG Bank: Azərbaycan reklam tarixinin Aygün Kazımovanın çəkildiyi United Condoms of Benetton reklamlarından sonra ən sexual reklamıdır. Daha doğrusu, o reklam heç sexual deyildi. AG bank-da sexy qızlar və sexy görüntülərlə nə demək istədiyini özü də bilməyib. Hələ axırdakı slogan lap adamı güldürür; Zəngin olmaq-haqqınızdır! Ay bərəkallah!!! Bu reklamı çəkən aydındır ki, “özünü göstərmək istəyib”, fikirləşən “pul qazanmaq istəyib” (baxıb ki, AG Bankdakıların “estetik zövqü çox zərifdir”), AG Bank nə istədiyini heç hələ də bilmir. Bilirsə desin görək nə deyir!!! Əslində isə, bu reklamı təklif edən agentlik açıqlama versə hər hansı bir kanal vasitəsilə, çox yaxşı olardı.



8 comments:

Vüsal Qəmbərov said...

Etirazımız yoxdu qardaş. Olduğu kimi yazmısan. Amma ne demek istediyin her adam anlamayacaq zennimce. Blogunun oxuyucuları anlar; o başqa ;)

İndi hara gedirem bu AGB çıxır e qabağıma. Bu arada forumda yazdığım yorumlarla birebir üstüste düşen cümleler gördüm AGB haqda :)

Rüstəm Məmmədov said...

Vusal forumda yazdigin cumleleri inan ki, hech gormemishem, hetta forumda AG Bank muzakiresinin getdiyini de gormemishem. Ikimiz de eyni dushuncede oldugumuzdan ust-uste dushub. Gerek girem baxam, gorum cumleler necedir...

Yazdigimi ozum de basha dushmemishem hech:)

Vüsal Qəmbərov said...

Qadası men bilirem ki o mövzunu oxumursan. ona göre dedim ki gerek AGBden birileri bu iki benzerliyi görse ela olardı. O reklamnan heç ne ifade ede bilmediklerini başa düşerdiler.

Yazı ise mene lezet eledi. Amma bu araşdırma mövzusunda dartışa bilerik :)

Hörmetler,

Anonymous said...

Hocam Supersin...

Demeli Rustem, arasdirma ile elaqeli bir seyler deyim. Arasdirma hec vaxt "arasdirma yaxsi seydir" "Diger sirketler de arasdirma aparir, biz niye aparmayaq?" Ya da "arasdirma trendini izlemeye calismaq" meqsedi ile aparilmamalidir. Eger bu meqsedle aparilirsa sen dediyin neticelerinin neye lazim oldugu melum olmayan melumatlar ortaya cixar. Bu da ki bosuna zaman ve pul itkisidir.
Arasdirma ancaq ve ancaq, bir movzunu turkce demeli merak etdiyin vaxt lazimdir. Ya da mehsulunda ciddi bir deyisiklik edeceksense o vaxt mutleq lazimdir. Bunlari trende baxaraq texmin etmek cox vaxt yanilda biler adami...
Diger bir terefden bu didik didik elemek meselesi esasen CRM calismalarinda olur. Bunun altinda yatan esas sebeb de musterinin bir aciq noqtesini tapib oradan ona "zerbe" endirmekdir. Musterinin yaninda olmaq meselesinde ise olduqca haqlisan. Umumiyyetle melumat toplama movzusu hell edildikten sonra bu melumatlardan yararlanma, onu aksiyona cevirme isinde cetinlik cekilir. Yeni, bilgi tam menasi ile istifade edile bilmir.. Ortada da dosyalar dolusu bilgi yigisir...
Nissan-nin musteri xidmetlerinin topladigi bilgiler kimi...
Sen eslinde uzulme, bunlari siz de istifade etmeyeceksinizse hec eziyyet cekib toplayib bir mesrefe girmeye ehtiyac yoxdur.
Sene deyirem, ozum qalmayim bir kenarda. Indi men de bir melumat bazasi formalasdirmaga calisiram. Bilmirem bunlar istifade olunacaq mi yoxsa database programlarinin copluyunde gomulub qalacaq mi? Bundan men de subheliyem.
El qerez, cox ekmek yememiz lazim, coook....

Anonymous said...

PS:
Dunen AGB-nin reklamindan sonra yanimdakilar deyir bu xarici bank niye bizim kanla reklam verib goresen? Ne qeder elaqe qurmaga calisdilar tapa bilmediler.
Men de; deniz, qiz, zengin olmagin menim de haqqim olmasi bir de bank.. bunlar arasinda bir elaqe tapa bilmedim ki bilmedim.
Tapan olsa bir yazar...

Rüstəm Məmmədov said...

AG Bank reklaminin evvelini gormesem axirina "Love Cyprus" yazardim...Elaqeni men tapmisham: Alake-i Maydonoz:)

Arashdirmalarla elaqeli de fikrinle yuz faiz raziyam...Bir gulle ile 80 qush vurmaq chetindir axi..Arashdirma ediler ve neticesi de konkret olaraq ele alinar, ona gore de ish goruler..CRM cherchivesinde didik didik elemek de elbette Marketolog uchun lazimdir, amma mushterinin haklarina tecavuz uchun de yox...Bu dogurdan da dyer yaratmaq uchun ola biler..Meselen nomrelerini alirsan mushterinin ve bu nomreden ele ancaq ona "teze malimiz gelib gel bax" demek uchun istifade edirsense, o zaman hech alma..Mushterinin de esebini korlama...

CRM ise chox shirketde ancaq sozde qalib, databse ve arada sira sms yollamaq uchun istifade olunur...


Hormetle,

Anonymous said...

enveri de cemiyyete tanitdin belece....

Rüstəm Məmmədov said...

Enver onsuz da taninir cemiyyetde..