Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Aug 25, 2009

Azərbaycanda Ən Çox Satılan Avtomobillər; Maşın Bazarı

Mənim bloqumda avtomobillər və avtomobil sektoru haqqında daha çox məlumat olur. Bu təbiidir. Mən bu sektorun içərisindəyəm. Bugün istədim biraz daha xırda məlumatlar verməyə çalışım bizim bazarımız haqqında. Rəsmi diler və distribyutorların satışlarını ayrı olaraq göstərməyəcəm (Subaru-dan başqa heç kim satışlarının media üçün açmadığına görə mən də heç bir məlumat açıqlama ixtiyarına sahib deyiləm). Təəssüf ki, mediada da bazarımız haqqında məlumatlar həddindən artıq azdır. Bəzi TV kanallarının gömrük komitəsinə, bəzilərinin isə statistika komitəsinə əsasən verdiyi məlumatlar isə üst-üstə düşmür və ya çox məhduddur. “2009-cu ilin birinci rübündə 16 min avtomobil idxal olunub” səviyyəsindən artıq deyil. Uzaq başı axtarsanız, minik avtomobillərinin sayısını öyrənə bilərsiniz, ancaq mənim bloqumdan başqa heç yerdə öyrənə bilməzsiniz ki, 2009-cu ilin birinci yarısında 1330 dənə Toyota Prado satılıb ki, bu ən çox satılan modeldir. Prado yenilənir və hazırda mövcud olan Prado-dan təkcə Ərəb ölkələrində stokda təxminən 80 000 ədəd var idi (2 ay əvvəl). Buna görə də qiymət 38 000 USD səviyyəsinə qədər düşüb ki, bu da belə yüksək satışlara səbəb olur.

Bizim bazarımız çox maraqlıdır. Yeni maşın almaq istəyən müştərilər ya SUV alır, ya da C sinfindən bir maşın. Faiz etibarı ilə baxdıqda təsəvvür edin ki, satılan hər üç maşının biri SUVdir. Təbiətə nə qədər də ziyan vurmağı xoşlayan və ya bunu umursamayan millətik (mən daxil). Mühərriklərə görə əlimdə analiz yoxdur, anca hər halda ortalama 2,5 ətrafında olar olar. Yeni maşın alan müştərilərin ən az istədikləri kiçik modellər və D sinif modellərdir. HYUNDAI Sonata da Prado kimi öz sinfində fırtına kimi əsir. Sonatanın D sinfində payı 60%-dir təxminən. Bu böyük rəqəmdir. Səbəb isə, Pardo-nun satış səbəbi ilə eynidir: çox yaxşı maşın, çox münasib qiymətə= top iki!

“Top iki”ni Top 5 etmək istəsək gərək Siyahıya Hyundai Santa Fe, Hyundai Tucson və Nissan Sunny modellərini əlavə edək.

Bu arada, Mitsubishi Pajero 2008-ci ildə böyük rəqəmlər göstərsə də, bu il 6 ayda cəmi 167 ədəd pajero satılıb.

WOMM işləyir və müştəri ya mükafatlandırır, ya cəzalandırır!

5 comments:

rsh said...

Əla statistika idi.
Bəs Santa Fe, Tucson, Elantranın satış rəqəmləri necədir?

Rüstəm Məmmədov said...

Rafiq həm Santa Fe, həm də Tucsonun satışları +- 500 ətrafındadır.

Unknown said...

prado toyota qeder meshurdur, sonata da hyundai qeder, santa fe barede bunu demek chetindir, ona gore prado ve sonatanin satilma ustunluyu sadece qiymet faktoru ile bagli deyil deye dushunurem

Rüstəm Məmmədov said...

Çox adama "Prado aldım" deyir "Toyota Prado aldım" demir. Prado, sən deyən kimi özü-özlüyündə markalaşıb. Sonata da həmçinin. Əgər bir müştəri zəng edib "qara Hyundai var?" soruşursa deməli o Sonatanı soruşur.

Bunlar öz yerində. Ancaq, hər iki modeldə qiymət keyfiyyət balansı həlledici faktorlardan biridir. Hər ikisinin dizaynı "sanballı"dır, hər ikisnin qiyməti münasibdir, hər ikisi həmin qiymət qarşılığında alınabiləcək ən yaxşı variantdır, hər ikisinin tanınması az qala 100% səviyyəsinə çatır.

Unknown said...

Siz maşın bazarı dedikdə düşündüm Bazarı ümumilikdə nəzərdə tutmusuz. (yəni həm yeni həm 2-ci əl avtomobil bazarını :)) Qəbul edərsinizki satışların çox hissəsi məhz 2-ci əl avtomobil satışlarının payına düşür. Bu zaman isə seçimdə və satışda ən çox pay dayanıqli avtomobilərin hesab edilir.
Mən deyərdimki məhz bu meyar yeni avto alanların HUNDAİ -ni seçməməsinin səbəbidir. Çünki avto alan şəxs onu istifadə qədər onu sonradan satmaq barədə düşünür.