Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Aug 14, 2009

Düşünən özü nə demək istədiyimi anlasın.

Our president doesn`t like reports and documents

Toyota-nın yeni prezidenti ilə əlaqəli bir xəbər diqqətimi çəkdi, ancaq işimin çoxluğu ilə əlaqədar biraz gecikdim burada yazmağa. Yazıda deyilirdi ki, yeni Toyota CEO-su və Prezidenti Akio Toyota yenidən Toyota-nı əsasa, keyfiyyətə, fokuslayacaq və onlar üçün birinci hədəf və məqsəd budur. Köhnə CEO-nun (Fujio Cho) 2010-cu ildən sonra qlobal bazar payını 15%-ə çatdırmaq kimi hədəfi var idi. Toyota isə, keyfiyyətə geri dönəcəyini dedi. Bu özü avto sənaye ilə maraqlananlar üçün çox əhəmiyyətli məqamdır (buna təkrara geri qayıdacam, indi çalışıram informasiya toplayam), ancaq mənim bu yazıda yazmaq istədiyim Toyota-nın yuxarı menecerlərindən birinin “Our president doesn`t like reports and documents” sözləri oldu.

Rick Wagoner haqqında isə yüksək təbəqə idarəçilərdən biri “Reportlar hazırlamaq bizim əsas işimiz idi və düşünməyə vaxt tapmırdıq. Tək performans raporlarının sayısı 37 ədəd idi” demişdi.

Düşünən özü nə demək istədiyimi anlasın.

“Mavi ekoloji təmiz maşınlar üçün yeni “yaşıl” oldu”

Bugün www.autonews.com saytında yazılan bir məqalədə “Mavi ekoloji təmiz maşınlar üçün yeni “yaşıl” oldu” deyilirdi. Priusun ilk dünyaya gəldiyi günlərdən etibarən “green” sözü avtomobil dünyasında ekoloji təmiz avtomobilləri ifadə etmək üçün istifadə olunurdu. Tək avtomobil deyil, demək olar ki bütün sənaye və sektorlarda ekoloji təmiz olma yaşıl sözü və yaşıl rəngi ilə ifadə edilirdi. (NTV Yeşil TV kanalı da türkiyədə ilk YEŞİL kanal oldu.) Ancaq, illər keçdikcə yaşıl maviləşdi. Mercedes Blue Tech, Hyundai Blue Drive, Volkswagen BlueMotion, Honda Blue Energy dedi ekologiyaya az zərər vuran texnologiya və sistemlərinə. Toyota da Prius və digər bütün layihələri üçün mavi rəngi seçdi, Mazda onun ardınca eynisini etdi. NİYƏ? Çünki, araşdırma nəticəsində aydın oldu ki, yaşıl özündə sadəcə yaşıllığı, otluğu, çobanları, meşələri birləşdirir, texnologiyanı isə ifadə etmir. Mavi isə, modern rəngdir və yaşılın ifadə etdiyi mənalara texnologiyanın da əlavə edilmiş ifadəidir.

Mənim DƏFTƏRimin də ana rəngləri mavi və yaşıldır.

Düşünən özü nə demək istədiyimi anlasın.

6 comments:

Muzeffer said...

Rustem,bir iscinin daha yuksek mehsuldarliqla islemesi ucun, onun dusunmeye zamaninin-imkaninin olmasi lazim geldiyi movzusunda senin yazdiqlarinla 100% razi...

Ancaq, bir idarecinin de mehsuldar islemesi ucun, sirketdeki butun olan bitene nezaret etmesi ucun, sistemli ve meqsedli hazirlanmis melumata-bilgiye ehtiyaci var. Islerin gedisi ile elaqedar duzenli melumat ala bilmeyen idareci biraz axsaq qalar.

Butun bunlara baxmayaraq, Rapor hazirlama da ozlu ozunde bir xestelikdir eslinde, bir nece raporla baslanir, sonra sayi davamli artir bir coxunun ne hazirlayanlar ne de oxuyanlar ne ise yaradigini bilir. Ele ne vaxtsa istenildiyine gore hazirlanib ve daha sonra da periyodik olaraq davamli hazirlanirlar meqsedi olmadan..
Bu kimi raporlari ortadan qaldirmaq lazimdir. 3-4 ilde bir bunlari (hemcinin butun is proseslerini) nezerden kecirib lazimsiz ne varsa atib yungullesdirmek lazimdir isleri..

Basqa bir movzu da texnologiyadan-ozel yazilimlardan istifade ederek de bu melumat toplama ve raporlama isini effektivlesdirmek mumkundur. Artiq sirketler ozel yazilimlar istifade ederek, muxtelif yerlerden isi gorenler gorduy isin bir parcasi olaraq melumati sisteme daxil edir. Rapor hazirlayana ya da bir basa idareciye elaqedar melumati oyrenmek ucun bir tik-lamaq qalir.

Benzer bir seyi Bill Gates demisdi deyesen, (deqiq xatirlamasam da)rapor sistemini proqram temelli etmek ucun calismalar ederken sirketde 1000-e yaxin muxtelif raporlarin hazirlandigini gorubler ancaq sonra bunu 60-70'e saliblar.

Uzun sozun qisasi demek istediyim, Toyota-nin iscisinin bu sozunu raporlarin menasizligi kimi basa dusmemek lazimdir. Sadece, ele bir sistem qurmaq lazimdir ki, menasiz vaxt itkisi ortadan qalxsin...

Rüstəm Məmmədov said...

Əlbəttə ki, raporlar lazım deyil demək istəməyib o adam və mən də bu mənada yazmamışam. Əsas olan, sənin də azdığın kimi lazım olan raporların hazırlanması və maksimum səviyyədə çalışıb bunu texnologiyalardan istifadə edərək avtomatik sistemlərə bağlamaqdır. Raporların lazım olub olmamasına aid bir şey deyim məsələn. Biz krizdən əvvəl heç vaxt maışnların rənginə görə nəğd və kreditlə satışı ayırmamışdıq. Rəngə görə satış planlamamışdıq və.s Çünki lazımsız idi. Müştərilər Sonata olsun, nə rəng olursa olsun deyirdilər az qala. Ancaq, indi ele deyil və biz də ona görə hər model üçün ayrı-ayrılıqda rənglərə görə müxtəlif faktorlar üzrə raporlar alırıq və ya hazırlayırıq.

Yenə də, dediyimiz kimi, əsas olan lazımlı raporların hazırlanmasıdır. Qərar verməkdə kömək edən raporlar lazımdır.

Hörmətlə,

Muzeffer said...

Yeni...


Ən çox hansı rəng Sonata satılır? Qara ya ag?

Rüstəm Məmmədov said...

Ağ və qara. Məsələ tək Sonatada deyil, ümumiyyətlə ağ-qara ən çox tərcih edilən rənglərdir.

Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

Taiwan's flooding caused by the disaster, let us love to play together to help those in need of help, and now you need to do is click on any one keyword for each link will be sponsored by the NT one dollar, let us work together to create world peace ~ thank you!

台灣這次受到洪水侵襲造成巨大災難,讓我們發揮愛心一起幫助這些需要幫助的人,現在你只要每點擊任何一個關鍵字連結,將會得到新台幣一元的贊助,讓我們一起共同創造世界和平~感謝您!

旅遊 法拍屋 服飾
婦產科 大陸外籍新娘 新娘
納豆保健食品 瑜珈教室
彌月蛋糕 汽車旅館MOTEL 台中住宿
清潔公司 法拍屋 看護
隔熱紙 seo 網路行銷
整形外科 看護 整形
室內設計 系統傢俱 網頁設計
柴犬 哈士奇 網頁設計
防爆工具 瑜珈 機票