“Amma”-sı yoxdur. Niyə də olmasın? Fiziki və texniki cəhətdən zəif ola bilərlər, ancaq bu komanda Qarabağın adını daşıyır, heyətində milli oyunçular çoxdur və milli ruh daşıyırlar və ən əsası da hazırda çox yüksək motivasiyaları var. Niyə də olmasın?! Olacaq inşallah.
Futboldan yazmaq fikrim yoxdur, onu bu işi yaxşı bilənlər yazsın. Mən köhnənin Qarabağ azarkeşi olaraq ürəyimdən keçənləri yazdım. Qarabağ-ın necə markalaşa biləcəyini düşünüb marketinq cəhətdən də baxmaq istədim məsələyə. Bu klub üçün xüsusi mahnı yazılıb. Oyundan əvvəl səsləndi. Klubun logosu var. Klubun uzunmüddətli hədəfləri var (işin içində deyiləm, amma içəridə olanlardan və mediada izlədiklərimdən gördüyüm budur ki, planla hərəkət edən, nə coşub daşmayan, nə də yerdə yuvarlanmayan klubdur), uşaq futboluna əhəmiyyət verirlər və ən əsası da sistem qurmağa çalışırlar deyəsən. Bu da gətirib çıxarır markalaşmaya. Birazdan üzərində Qarabağ logosu olan köynəklər-kepkalar geyiniləcək, açarlıqlar gəzdiriləcək, Qarabağ Fan Klub çıxacaq ortaya və.s Demək istədiyim odur ki, sən yaxşı olsan səni sevəcəklər. İstər futbol klubu ol, istər çörək istehsalçısı, istər qatıq markası, istərsə də maşın. “Mitsubishi Pajero öldü, amma Prado hələ də tüğyan edir bazarda. Yenə də gətirib axırını bağladı maşınlara” deməyin. Mənlik deyil ki, bu sənaye belədir, hər şey çox açıq və aydın olur burada. Beləliklə;
Azərbaycanda marka olmaq üçün nə etmək lazımdır?
1- Marka olmaq üçün ilkin lazım olan basit tələblərə cavab vermək lazımdır, pis-yaxşı (logo, rəng, kodlamalar, standardlar və.s)
2- İstehsal etdiyin və ya təklif etdiyin malın sevə-sevə istehlakçısı olmaq lazımdır
3- Biraz ələ pul keçən kimi özünü itirib, südün içərisinə su qatmamaq lazımdır
4- Nə qədər çətinliklər olsa da müştərini aldatmamaq lazımdır (Köhnə maşına aid ilkin ödəniş məbləğini təzə maşının şəklinin altına yazmaq lazım deyil)
5- Təklif etdiyin malın arxasında fəxrlə və güclü şəkildə durmaq lazımdır
6- Bir sözlə desək alverçi olub mal sırıyan yox, iş adamı olub ehtiyacları təmin edən olmaq lazımdır.
Bunları onsuz da hamınız bilirsiniz, DƏFTƏR sadə dildə çatdırmaqdan məsuldur!
6 comments:
Rustem, duzdur bir nece il bundan once klubun prezidentinin televiziyada bir cixisi ile rastlasmisdim, deyirdi ki, biz qisa muddetli fikirlesmirik ona gore de elediyimiz transferler cox bahali olmaya biler. Ancaq biz 5-10il muddetinde umumiyyetle Azerbaycan futbolunun inkisafini fikirlesirik. Ona gore de usaq futboluna ehemiyyet veririk, filan..
Marka olmaq ucun de esas olan uzun muddetli dusunmekdir, ki sonra saman copu kimi bir anda yanib kul olmayasan.
Bu ilki neticeler belke de son 5-10 ilde gorulen islerin neticesidir.
Qarabagin (hemcinin Bakinin) bu qelebeleri bir basqa terefden komandalarimiz ve millimizin qarsinindaki psixoloji engeli de qaldirdi belke de. ki en ehemiyyetlisi budur.
Artiq, bizim de qol vura bileceyimizi, qelebe qazana bileceyimizi, tur kece bileceyimizi gosterdi bu ilki neticeler.
Markalasmaq ucun ilk siraya yazilmali olan madde mence niyyet ve qerarliliq olmalidir. Rehberliyin niyyet ve qerarliligi...
Men Qarabag-in rehberliyinin de bu niyyet ve qerarliliqda olduqlarini bilirem.
Gelecekde daha yuksek neticeler elde edeceklerini ve butun dunyada taninan bir Qarabag markasi formalasdiracaqlarini umid edirem.
Qarabag (elece de Baki) bu gunlerde her kesi sevindirmeyi bacarir. InshaAllah davami da geler, amma burda bir sheyi unutmamaliyiq ki Qarabag ve Bakidan gozlediklerimiz de dozasini kecmemelidir. Yeni eger novbeti merhelelerden kece bilmeseler yene evvelki kimi klublarimizi qaralamamaliyiq. Yeniki gozlentiler ne qeder real olarsa neticelere reaksiya da bir o qeder edaletli olar. Eger klublarimizdan bugunku imkanlarindan xaric bir shey teleb etsek onlarin geleceyine cox ciddi ziyan vurmush olariq. Qisacasi klublarimiz artiq uzerlerine dusheni ve bu gunku seviyyelerince uzerlerine dushen vezifenin ohdesinden layiqince geldiler, eger bundan da coxunu ede bilseler cox yaxshi, amma ede bilmeseler de canlari sag olsun inshaAllah gelen movsume.
O ki qaldi markalashmaya men Vusal qardashimizla eyni fikirdeyem (Vusal Qemberovun bu yaxinlarda bu movzuda yazisi vardi ve orda bu movzunu muzakire etmishdik) bizde markanin formalashdiracaq muhit formalashmayib, Sizin markani yaratma ile bagli siraladiginiz shertlerle raziyam ammma yene bu fikirdeyem ki muhit bu amilleri yaratmalidir. Marketing hellerine ehtiyac olan bir muhit arzusu ile...
Müzəffər sən məndən çox daha yaxşı bilərsən Qarabağ-ın içərisini. Çünki çox daha yaxın olmusan. Sən də mənim kənardan sezdiklərimi təsdiqlə
yirsənsə buna sevinirəm, çünki inamım artır ki, gələcəkdə yaxşı komanda, yaxşı marka formalaşacaq.
Markanın əmələ gəlməsi üçün birinci şərt dediyin istikrarı mən əslində 2-3-5-ci maddələrə qoymuşam, amma yenə də sən süz deyirsən, onu birinci yerə ayrıca yazmaq lazım idi.
DosT, futbolda həmişə ilk reaksiya ya şişirtmə olur, ya da söymə:) Futbol qədər nankor oyun yoxdur (Bunu həm Haci demişdi, həm də mənim uzun illər fanatı olduğum Lothar Matheus). Amma, Qarabağ mənə elə gəlir ki, sizin dediyiniz kimi mərhələni adlaya bilməsə də tənqidə layiq deyil. Çünki, Rosenborg kimi komandanı əldəi. İndi Tvente-ni də çiləyəcək:)))
O ki qaldı markanın yaranması üçün mühitin formalaşmasına, mən Vüsalın blogunda hər dəfə bir tərslik çıxdığına görə müzakirəyə qoşula bilmədim, amma Vüsalın dediyi qlobal markanın formalaşmsı və bu sahədə inkişafa mane olan səbəbləri saymışdı. Yerli marka anlayışı harda qaldı onda? Türkiyədən misal Versək, onda gərək Ülker-i də marka saymayaq. Bizim bazardan misal versək onda gərək Azersun-nun çay markalarının heç birini siyahıya salmayaq.
Bir də məsələnin ikinci tərəfi var; qlobal markanın müxtəlif yerli bazarlarda markalaşması. Bunun üçün də həmçinin mənim dediyim şərtlər lazımdır. Mən yenə avto sektordan misal verəcəm (ümid edirəm ki, mənim avto sektordan tez-tez misallar verməyim qıcıq eləmir yoldaşları); Citroen qlobal markadır, Azərbaycanda heç Pal Süd qədər də dəyəri yoxdur az qala (həmçinin Renault, SsangYong və.s). Ona görə də, hər mühitdə bir şəkildə markalaşmanın ümumi və özünəməxsus yolları vardır.
Hörmətlə,
paylaşım üçün təşəkkürlər. maraqla oxudum. mən də nacizanə fikrimi bildirim bir iki cüməylə.
Hamımız bir gün Azərbaycan futbolunun düzələcəyinə inanırıq. əlbəttə bu sadəcə FUTBOL oynamağa deyil, eyni zamanda doğru idarəçiliyə, düzgün marketinq strategiyasına da bağlıdır. Burda FAN klublar, loqolar, T-shirtlər, kepkalar nə bilim daha nələr lazımdır. amma hamısından əvvəl, AZARKEŞ lazımdır. mənə görə burada müştəri azarkeşdir. klublar öz məhsullarını (futbolu), müştərilərinə (azarkeşlərə) satmağa çalışır. təbii olaraq da, ideal satış üçün ideal marketinq şərtdir.
Əfsun düz deyirsən. Məncə yavaş-yavaş düzələcək dediklərin.
Post a Comment