Keçən günlərin birində Aygün məndən Volvo haqqında yazmağımı istədi. Ona görə istəmədi ki, Volvo onun üçün çox maraqlı markadır və ya hansısa modeli onun dəhşət xoşuna gəlir. Ona görə istədi ki, məndən Volvo haqqında fikrimi soruşdu. “Əla maşındır” dedim. “Bəs onda niyə....?” Ona görə ki, positioning o qədər güclü oldu ki, çərçivə kimi sardı markanın kənarını və getdikcə böyüyən bazarda daraldı Volvonun yeri.
“Avtomobili insanlar sürür, insanlar istifadə edir, deməli onda ən vacib məqam təhlükəsizlik olmalıdır”-bu sözlər Volvo-nun bugünə kimi əsas bayrağı olub. Marka, avtomobil sənayesində laminasiyalı şüşələr, yuxarı stop və.s kimi xırda görsənən təhlükəsizlik sistemləri daxil olmaqla bir sıra həyat qurtaran texnologiyaların patent haqqına sahibdir. Mən, burada daha çox sistemin adını yazmayacam, məqsədim Volvo-nun yaxşı maşın olmağını yazmaq deyil. Onun, Mercedes-Benz-dən sonra dünyanın ən uzunmüddətli və dayanıqlı maşını olmasını yazmayacam.
Dünyanın ən təhlükəsiz avtomobili dedikdə ağla təbii ki, Volvo gəlir. Demək olar ki, 90-cı illərin sonuna kimi (hərçənd tarixlərində 85-ci illərə kimi deyilir, ama 90-ın axırına qədər əminliklə bunu demək olar) dizayn Volvu üçün əhəmiyyətsiz oldu. İngilislərin Box Shape dedikləri, qutu formalı dünyanın ən təhlükəsiz avtomobilləri əsasən Avropada və Amerikanın bəzi ştatlarında sevildi. Sonradan sırf bu təhlükəsizlik sistemlərinə görə Rusiya bazarında da boy göstərməyə başladı. Soyuq, buzlu Rusiyada bu əhəmiyyətli fakt idi. Ancaq, varlı Ruslar üçün ən əsas olan təhlükəsizliyi də özündə birləşdirən lüks avtomobillər idi, onlar isə BMW, Mercedes, Audi və Lexus kimi markalar idi.
Texnologiyalar inkişaf etdikcə, Volvo-dan başqa markaların da təhlükəsizlik sistemləri inkişaf etdi. EuroNCAP kimi beynəlxalq səviyyədə təhlükəsizliyin standardlarını müəyyənləşdirən təşkilatlar Volvo üçün xüsusi + vermədilər, beləliklə həm Volvo tarixinin ən töəhlükəsiz avtomobili XC 60 da, Mercedesin GLK-sı da 5 ulduz aldı. NHTSA isə ilk dəfə ən təhlükəsiz maşınlar siyahısına Volvo-nun heçbir modelinin adını salmadıqda, Volvo Amerika bazarında zərbə yedi. Əlbəttə, indi Volvo az qala bütün modelləri ilə ən təhlükəsiz avtomobillər siyahısına daxildir. Amma, Subaru-da bunu deyir. Bütün modelləri 5 ulduz alıb.
Nəticə? Premium Volvo müvafiq Audi, Mercedes və BMW modelləri ilə demək olar ki, eyni qiymətə satılır. Azərbaycanda rəsmi qiymətlər etibarı ilə də demək olar belədir. Amma, Volvo özünü təhlükəsizlik müvqeləndirməsi ilə elə sıxdı ki, o artıq niş olmaq üzrədir. Tək təhlükəsizlik kifayət etmədi. Artıq, rəqiblər həm təhlükəsizdirlər, həm rahat, həm idman üslublu, həm prestijli və.s və.s Volvo isə, dünyanın ən təhlükəsiz maşınıdır,“yaxşı maşındır”, amma rəqiblərindan çox geridədir. Çox yüksək texnologiyalara malik Volvo, əgər 80-ci illərdən heç olmasa başlasa idi genişlənməyə, indi daha yaxşı vəziyyətdə olardı.
İndi ağla sual gəlir; dəyərmi Volvo kimi çox qalın mövqeləndirmə çəpəri çəkib, onu da genişlətməyi heç düşünməməyə? Məncə yox!
9 comments:
Çox yaxşı yazıdır,xoşuma gəldi.Bir qədər təhlükəsizlik ulduzları söhbətini yaxşı başa düşmədim.
Dünyanın ən uzunömürlü maşınları haqqında məlumatı hardan almısınız?
Sizə bir sual verim:Əgər siz təhlükəsiz bir avtomobil almalı olsaydınız Volvoya pul verərdinizmi?Yoxsa artıq xərcdir?
Rustem, yaziya gore chox sag ol.
Yazida ozun demish movqelendirmeni gunahkar chixarmisan. Bu beledir ya yox, dushunende bir az heqiqet var deye fikirleshdim. Esas sebeb ise mence sabitlikdir. Onillerle ozune movqelendirmeni ve ya hansisa bashqa strateji meqami qalxan edersense, ve arxasinda gizlenersense neticesinin bele olmagi labuddur. Biznesin qanunu deyilmi, deyishmek, deyishmek ve yene de deyishmek.. ?
Tural yazını beyendiyine sevindim. Ən uzunömürlü maşınlar siyahısını bu yaxınlarda Amerikanın hansısa təşkilatı yazmışdı, böyüklərdən biri idi, amma inan indi yadımda deyil, bugün ərzində vaxt tapsam, siyahını tapacam.
"Təhlükəsizlik ulduzları"=EuroNCAP-dan alınan ballar həmişə ulduzla göstərilir, həmin ulduzlardan gedir söhbət.
Mən təhlükəsiz maşın alası olsam, Volvo almazdım. Audi alardım. Çünki Audi ən bəyəndiyim markadır. Bəs Audinin təhlükəsizliyi? Volvo-nun patent haqqında sahib olduğu demək olar bütün aktiv və passiv təhlükəsizlik sistemləri Audi-də var. Audi-nin Quattro sistemi var ki, Volvo-da o yoxdur, bu həm performans, həm təhlükəsizlik adına üstünlükdür. Qalır Volvo-nun iddia etdiyi, möhkəm gövdədə dünyanın ən yaxşısı olması, onu da bir statistika axrtarmaq lazımdır ki, Volvo ilə olan ümumi qəzalarda yara və ölüm halları, digər markalardan nə qədər azdır.
Hörmətlə,
Yazını bəynməyin əla oldu. Bunu istəyən sıən olmuşdun axı.
Səhər özüm oxuyub gördüm ki, mövqeləndirməni əməlli başlı günahkar çıxarmışam. Burda məsələnin ucu bağlıdır narkanın müştəri ilə mənəvi bağlantısına.
Mövqeləndirmə nə qədər güclü olsa, o qədər yaxşıdır, ancaq Volvo-nun mövqeləndirməsi birbaşa fiziki atribut üzərinə qurulub. Safety! Tamam da, axı sən təhlükəsizlikdə rəqiblərlə arada böyük bir fərq açmamısan ki. Mercedes Pre-sfae, post-safe sistemlərini elə çatdırdı ki insanlara, indi onu da dünyanın ən təhlükəsiz maşını kimi görürlər. Üstəlik, Amerika kimi bazarlarda zatən dövlətin tə
hlükəsizlik standardları var və sən ona rəayət etməlisən. Arada ciddi fərqin yoxdur axı sənin rəqiblərinlə. VOLVO isə, sən dediyin ki dəyişmədi. Mən demirəm ki, Volvo safety-dən vaz keçməli idi. Qətiyyən! Ancaq, Dünyanın ən təhlkəsiz SUV-si deməkdənsə, daha fərqli yönləri ilə onu qabardım, reklam mətnində də Dünyanın ən təhlekəsiz avtomobillərinin istehsalçısı sözünü qoyardı ortaya. Bu xırda bir şeydir əslində, ama önəmlidir.
Maraqli meqale ucun teshekkurler. Toxundugunuz mesele bu gun ve gelecek ucun de cox aktualdir. Mence muasir dovrumuzde artiq movqelenme meselesine nisbi baxmaq lazimdir. cunki gunumuzde texnoloji inkishaf o qeder suretle inkishaf edir ve ele suretle yayilir ki hansisa markanin bir movqeni elinde rehber tutub getmeyi mumkunsuzdur. Ona gore de bir neche istiqametde movqelenme olmalidir ki, hech olmasa hansisa dovrde bir movqe reqibe uduzularsa hech olmasa digerlerine esaslanmaq olsun. yene de bu nisbidir ola bilsin novbeti modelde itirdiyin movqeni berpa edib evezinde diger movqeni uduzacaqsan. (Burada tekce avtosektor yox butun sektorlari nezerde tuturam) Umumiyyetle mene cox maraqlidir yaxin 15-20 il erzinde movqelenme deyilen bir shey qala bilecekmi? Qalacaqsa bu deyishen ve nisbi xaraktermi dashiyacaq? Geleceyin movqelenmesi daha cox ne uzerinde qurulmalidir ki, o istiqamet uzunmuddetli ve deyishmez qalsin? Bir peshekar marketoloq kimi sizin ve dostlarinizin fikirlerini bilmek isterdim.
Hormetle.
XG
情趣用品
提供上千種成人商品線上購物服務--專營情趣商品、男女自慰用品、性感睡衣、情趣用品批發、自慰套、SM商品、逼真情趣娃娃、跳蛋、按摩棒、同志用品、TENGA飛機杯..,可線上刷卡及貨到付款。 ... 收到的東西會有情趣用品的字樣嗎? 轉帳之後,如何通知這筆款項是我付的
導航
Volvo sadəcə bu core competence-i extend edəbilmədi. Müqayisə üçün Appple-a baxaq. Ən böyük üstünlüyü olan dizaynı kompyuterlərdən ipod, iphone kimi digər sahələrə də yaydı və bazarını böyüttü. Volvo isə bunu edəbilmədi.
Maşın dünyasında bunu ən yaxşı edəbilən Honda oldu.
Bu maraqlı fikir oldu Shared. Volvo bunu hara kimi extend etməli idi səncə?
Gündəlik həyatda volvo un servisi yanı istifadəsi audi kimi bahadı?
Post a Comment