Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jul 8, 2009

Amerikan Tərzi Reklamlara Keçək mi?

Mən bura gələndən “Sən onu eləsən, millət başa düşməyəcək.”, “Rüstəm camaat kütdür, çatmayacaq ona belə şeylər” və.s kimi ifadələr eşidirəm. Eyni zamanda da onların fikirlərinə dəstək verən mahiyyətdə hadisələr eşidirəm və ya şahidi oluram.

Keçən günlərdə də digər avtomobil markalarının nümayəndələri ilə oturmuşduq. Nissanda baş verən hadisə xeyli güldürdü bizi. Yəqin hamınız xatırlayırsınız X-Trail-in texnologiyaları vurğulayan reklamını. Təkərlərdən əcaib şeylər çıxırdı, sensorlar yolu izləyirdi falan filan. Son günlərə qədər gedən reklamdır. Deməli dayının biri gəlib ki, qardaş bəs mən bir aydır bu maşını almışam, amma hansı düyməni basanda o şeylər təkərdən çıxır bilmirəm, bunu mənə göstərinJ))) Dayı yazıq nə bilsin ki, hansısa ağıllı bunu guya həmin texnologiyaların nə işə yaradığını göstərmək üçün çəkibJ

Yuxarıdakı fikirlərlə qətiyyən razı deyiləm ki, insanlara verilən mesaj çatmır. Ola bilsin ki, bəzi şeylər çatmır, amma çox az adama çatmır. Sən adam kimi, təmiz və səliqəli şəkildə mesaj göndərsən, alıcı da yaxşı başa düşər. Arada 1-2 nəfər çıxar ki, anlamaz, ama o da olsun. Bizim burda demək olar bütün şirkətlər, daha çox az söz ilə bütün mənanı vermməyə çalışırlar. Biraz Avropa sayağı reklamlara üstünlük verirlər. “Soft sell” bizim burada da istifadə olunur. Amerikanların “hard sell” prinsipi isə heç istifadə olunmur demək olar ki. İndi burada bir ziddiyyət çıxır ortaya; madəm “insanların səviyyəsi və anlama qabiliyyətləri aşağıdır” deyirsənsə, onda niyə çıxıb Amerikanlar kimi hər şeyi açıq-açıq demirsən. Məsələn, niyə “AĞDAĞ-Hamı sağlam qalacaq” demək yerinə, çıxıb demirsən ki, “bundan istifadə edilən evlərdə nəfəs alma daha yaxşı olur, buna görə də xüsusən də həssas insanlarda nəfəsdaralması və.s kimi problemlər olmur və ya ümumiyyətlə bu havanın təmiz qalmasına səbəb olur”.

İçi də mən qarışıq, mənə elə gəlir ki, hazırda bazarda olan bütün marketinq adamları biraz daha bunun üstünə getsələr yaxşı olacaq. Bizim burada heç bir şirkətin reklamlarında belə bir iz görməmişəm, bəlkə də diqqətimdən yayınıb, amma lazımdır. Keçən aylarda Chrysler bankrot olanda “We Are Building a New Car Company” reklamları eləmişdi. Uzun-uzun da izahatı var idi. Bizdə isə, jurnalda maşın reklamı veririk, amma az qala at gücünü də yazmırıq yanına ki, kimdir oxuyan, kimdir anlayan. Bəlkə də mən səhv fikirləşirəm. Fikirləri öyrənmək xoş olardı.

Onsuz da yaradıcı işlər çox da çıxara bilmirik ortaya, heç olmasa çıxaq nə demək istədiyimizi adam kimi deyək.

22 comments:

Tural said...

Mənim də xoşum gəlmir ki,milləti qoyun hesab edib hər şeyi camaatın kütlüyünə yıxasan.Lap əgər camaat qoyundursa da,sən gərək onun başa düşəcəyi dildə reklam verəsən.
Televizor reklam edəndə Full HD panel haqda yazmaqdansa de ki,bu televizorda daha yeni texnologiyadan istifadə olunur və bunda rənglər daha yaxşı olur.Mənə ABC,XYZ,.... aktiv və passiv təhlükəsizlik haqda deməkdənsə de ki,bu maşında təhlükəsizsən,səni vuranda salamat qalacaqsan.

Aygün İslamzadə said...

Ebes yere bloqum kissle bashlamirdi. KISS yeni Keep it simple and short chox vacibdir. Amma bunun da shitini shorunu chixarmamaq lazimdir, mence. ABS ve ya EPS avtomobille yaxindan uzaqdan elaqesi olan her kesin yarimyamalaq da olsa bildiyi sheylerdi. Bunlarin yerine mashin tehlukesizdir desen, deyecekler danishirlar da bosh bosh. Ona gore dozani qachirmamaq lazimdir.
Bir de Rustemin Amerikan terzi uzun uzadi neyise basha salmaq meselesi ile razi deyilem. Eminem ki, orta statistik amerikan orta statistik azerbaycanlidan daha chox oxuyur. Misal uchun, bizim shirketin saticilarina mail yazmishdim oz ishleri baresinde, birinden cavab geldi, yazdigima aid menasiz bir sual vermishdi ve o sualin cavabi tam shekilde yazinin ichinde vardi. Hirsimden partlamaq uzere birbasha onlarla meshgul olan emekdasha tapshirdim ki, sorushsun bu ne meseledir. Cavab bele idi ki, hele maili oxumayib.. Rerply etmeyine baxmayaraq maili oxumamaq:)))
Bu cur hadiseler minlerledir. her defe boshuna yazilan telimatlar ve s. bizde insanlarin oz ishlerine aid meseleleri de oxumadigini subut edir, qalmishdi her hansi bir reklami.. Ona gore bu variant kecherli olmayacaq.

Rüstəm Məmmədov said...

Tural, sən deyən qədər də ümumiləşdirmək təsirli olmur. Konkret nələrsə vurğulanmalıdır. Full HD-nin nə olduğunu başa salmaq lazımdır və əlbəttə mütləq və mütləq sənin dediyin kimi, daha yaxşı göstərdiyini dümək lazımdır. Mənim kimi adamlar çoxdur ki, onları texnologiyanın necə işləməsi çox da maraqlandırmır, onları maraqlandıran həmin texnologiyanın onun hansı işini necə rahatlaşdırmasıdır. Dəyər yaratmasıdır.

Rüstəm Məmmədov said...

KİSS qaldı arxada, marketoloq.com inşallah bazara möhkəm girəcək:) Sən orda da fikirlərini deyərsən...

Aygün, qısa şəkildə fikri çatdıra bilmirik axı. Mən demirəm ki, boş-boş yaz uzat cümlələri, amma əgər jurnalda reklam verirsənsə, məncə nələrsə yazmaq olar. Türklər bunu etməyə çalışırlar, görmüşəm, amma onlarda alınmayıb. Avtomobildə, dəqiq deyə bilərəm ki, bugünə kimi onların yazdıqları bir dənə mətn oxunan olmayıb. Hətta, mən sənə danışmışam, burda yazım başqaları da bilsin...

Mən işə təzə başlayanda bir Türk reklam ajansı ilə danışmışdım. Veracruzun bütün launchingini öz öhdəsinə götürmüşdü. Bir də baxdım çap reklamların altındakı mətndə "Sabah uykudan uyandığınızda Veracruz size iyi gelir" deyə bir cümlə var. Elə o dəqiqə, işləri dayandırdım. Bu kofe zaddır bəyəm?:)...

Amma, Amerikanların yazdıqlarına baxırsan, o qədər maraqlı olur ki. Orada da nəsə öyrənirsən az qala. Dediyim odur ki, nə yazacağını bilsən və onu dizaynın bir parçası halına gətirə bilsən, məncə oxuyan olar.

DosT said...

Nissan X-Trailin reklami mence kifayet qeder maraqli ve yaradici yanashma idi. Indi Dayi onu basha dushmeyibse gunahi ozundedir, amma sag olsun Dayi meni xeyli guldurdu :)
Men terefdari deyilem ki, ele her sheyi "cheyneyib" rahat qoyasan cammatin agzina. Her sheyi lazimi formada chatdirmaq daha yaxshidir. Dayi onsuzda onu basha dushmeyecek hec vaxt, amma esas meqsed o olmalidir ki o basha dushmese de oglu, hech olmasa gelecekde neveleri bu tip sheyleri basha dushsunler. Kimlerse basha dushmurse geri chekilmek lazim deyil eksine daha inamla chalishmaq lazimdir. Yaradici yanashan insanlarin hamisini alqishlayiram, Rustem siz de hevesden dushmeyin bu milletin kifayet qeder basha dushen tebeqesi var ve ishlerinizi (yaradici fikirlerinizi) onlarin uzerinde qurun.

Unknown said...

Reklam edilen mehsulun detallarinin verilmesinin terefdariyam.
Hami Coca Cola deyil ki bilek ki ichinde ne var ve ne ichirik.

Dayinin o mashin ayanashmasi ise guldurucu haldir, onda sabah kimse Transformers filminin fraqmentlerinden istifade edib mashin reklami chekse deyecekler ki mene robot verin :)

Rüstəm Məmmədov said...

DosT Avropa reklamlarında bunlar daha çox siz deyən kimi olur. Amerikanlarda da azdır demək olmaz, amma mən Avropada heç izahat verən reklam görməmişəm Amerikanlar kimi, ona görə ayırdım bunları. Bəlkə də, yanılıram. Amma, internetdən araşdırmam çox da yanılmadığımı deyir.

Hard sell belə
dir ki, orada əməlli başlı insanlara birbaşa satınalmağa meyl yaradırsan. Soft sell isə sadəcə maraq oyadır, satın alıb almama buraxılır ikinci mərhələyə.

Fransızların az qala bütün reklamlarında cinsəllik var. Yəni ki, onlar fərqli formada kütləyə mesaj verirlər.

Azərbaycanda bugünə kimi Avropasayağı işləməyə çalışmışıq. Mənim fikrimcə isə, yoxlamaq pis olmaz. Mən şəxsən imkan olan kimi bunu yoxlayacam. Alınmaz, geri çəkilərik və bilərik ki, başqa yol axtarmağa ehtiyac yoxdur.

Rüstəm Məmmədov said...

Rəşad eyni fikirdəyiksə, buna sevindim. Sənin Ruslarla münasibətin yaxşıdır. Orada bu məsələ necədir?

DosT said...

Menim daha cox turklerin reklam uslubu xoshuma gelir. Onlarda fikrin catdirilmasi ucun son vaxtlar yumor uslubuna daha cox ustunluk verilir. Bu daha yaddaqalan variantdir. Amma achigi bilmirem onlar Avropasayagi yoxsa Amerikansayagi reklama ustunluk verirler. Belkede bu mix variantdir :)
Bizde onsuzda milli reklamla bagli ciddi chatishmazliqlar var. (Reklam istehsalcilarinin xetrine deymesin bu menim shexsi fikrimdir)
Men deyerdim belkede bizde choxdan "Amerika uslublu" reklamlar chekilir amma bu ona gore effektiv alinmir ki, reklamdan daha cox muhazireye oxshayir. (Bezende lap yaniltmaca oxshadirlar, ibtidai siniflerde ezberledile biler, eger ezberleye bilen olsa tebii ki. "Beyazlashmadan sonra hessaslashan dishlerin beyazligini nece qorumaq olar")Senari, sujet xetti ve uslub meselesi bu ishde cox vacibdir. Bezi reklamlarimiza baxanda bu reklamin sifarishchiye nece qebul etdirildiyi barede ciddi fikirleshmeli oluram. Heyf deyilmi ora xerclenen pula, vaxta, enerjiye...

Shared Folders said...

Amerikada reklam barədə dediklərinlə tam razı deyiləm.
Amerikada informativ reklam daha çox qəzet və jurnallarda, soft reklam isə TV-də üstünlük təşkil edir. İnternetdə isə interaktiv reklam daha çoxdur.
Məncə bunun səbəbi də aydındır. Qəzeti oxuyan adamın informasiya ilə istədiyi qədər vaxt keçirmə imkanı var. TV-də isə bu imkan yoxdur. Ona görə də TV-də daha çox assosiativ və emosianal reklamlar daha çox üstünlük təşkil edir.
Məsələn təzə Palm Pre-nin WSJ-de ve TV ucun hazirlanan reklamlarina bax. Fergi goreceksen
http://palmwebos.org/2009/04/20/264000-palm-pre-ad-in-wsj/
http://www.youtube.com/watch?v=bRHjmog9n7k&feature=related

Rüstəm Məmmədov said...

Türklərdə TV-də yumordan daha çox istifadə olunur ki, bunun özü də son vaxtlar Türklərin Marketing blogları, jurnal və TV programlarında müzakirə olunur. Orata sual var ki, bu reklamların daha çox alt sosial təbəqəyə xitab etməsi ilə əlaqədardır mı, AKP iqtidarının bunda rolu nədir, yumor əsas mesajın qabağına keçmir mi və.s?

Rüstəm Məmmədov said...

Shared, niyə razı deyilsən ki, sən də mən deyəni deyirsən. Mən də zatən deyirəm ki, print reklamlarında bu belədir. TV-də durub uzun-uzun nıəsə deyəsi olsan, reklam büdcəsində pul qalmaz və o reklama da baxan olmaz.

30-32 sn-dən çox olanda, artıq bu sıxıcı ola bilir.

Orxan Cuvarlı said...

Söhbət Çap məhsullarından gedirsə, əlbəttə yanki üslubu istifadə edilməlidir və edilir də məncə.
Elə məhsul var ki, onu detallarına qədər izah etmək lazım. Məsələn, mən i20-də oturacaqları necə qızdırmaq lazım olduğu haqda məlumata rast gəlməmişəm bukletdə :) Halbuki, olmalıdı.

TV-də isə Avropoid tipli reklamları daha çox bəyənirəm.

İndi keçək yerli bazara.
Əsas problemlərdən biri terminlərin bizim dildə qarşılığını tapmamaq, yaratdıqda isə qısa izah etməyin mümkünsüzlüyüdür. İngiliscə 2 sözlə izah edilə bilən hər hansı bir şeyi biz məcburuq 4 sözlə izah edək. Bunun isə reklam çarxının müddətinin uzadılmasına gətirib çıxardığı üçün orijinalını saxlamağa məcburuq.

Rüstəm Məmmədov said...

Clearance=? Azərbaycan dilində.

Səninlə sözlərin istifadəsi cəhətdən tamamilə razıyam. Bizim adaptasiyalar çox olduğu üçün, elə olur ki, bir cümlənin tərcüməsi üçün bir həftə dava-qırğın salırıq. Axırda da,
"GÜVƏNLƏ SÜRÜN" çıxır ortaya və hər ağızdan bir səs gəlir (bunun da öz müsbət cəhəti var).

Bir də, Maykl Ceksonun klipləri kimi, film kimi çəkilən və bütöv məna verən reklamlardan da bəhs etmək lazımdır ki, məncə çox təsirli olurlar.

Orxan Cuvarlı said...

Polyglot bu cür verir.

clearance ['klɪərəns]

1) təmizləmə, saflaşdırma, təmizləmə
2) maneənin aradan qaldırılması
3) tex. ara, aralıq, deşik security clearance e'tibarı, sədaqəti sınama

DosT said...

Sizinle bir sheyde raziyam o da reklamin alt soaial tebeqeye xitab meselesidir. Amma mence yumor neinki esas menanin onune kecir eksine esas fikirle yumor ele birleshir ki bu reklami unutmaq qeyri mumkun olur. Meselen M.Sandalin oynadigi reklam (hem de bir nece variantda) olduqca yaddaqalandir. Hetta Mustafanin hardasa konsertine baxanda ve ya mahnisina qulaq asanda bele shuuraltindan hemin yumor reklam one chixir. Bu artiq ugurdur. Personaj hardadirsa reklam da onunla beraber "dashinir" ve personajin oldugu istenilen yerde onu gorenlerin, dinleyenlerin shuuraltindan tezahur edir. (Ola bilsin bu butun meshhur shexslere aiddir ve reklama bu shexslerin celb olunmasi da bu meqsedi dashiyir amma bu da ozunde risqlidir. Ugursuz reklam onun meshhur oyuncusunun imicine zerbe ola biler ve eksine ugurlu reklam olsa bele sonradan meshhur shexsin heyatindaki hansisa neqativ hallar onun oynadigi reklama munasibete de cox tesir ede biler.) Fikir vermisinizse artiq turk operatorlarindan AVEA, Vodafon yumor uslubuna muraciet edirler ( Her ne qeder texnologiya ciddiyetle uygun olsa da onlar bunun eksini edirler) Bizim operatorlardan Bakcellin "Cin bala" reklamlari da oz dovrunde kifayet qeder yaddaqalan olmushdu.
Amma duzu AKP-nin bu ishlerle ne bagliligi var onu basha dushmedim. Reklamin alt sosial tebeqeye yonelmesi AKP-nin hansi maraqlari cercivesindedir?

Rüstəm Məmmədov said...

DosT dozasını aşanda artıq siz deyen olmur, ulduzun sözləri gəzir insanların dilində, amma istənilən effekt olmur ortada. Bilmirəm Cem Yılmazın Petrol Ofisi reklamları yadınızdadır ya yox?...

AKP-nin marağı yodur, sadəcə özlərini elit hesab edən bir qrup insanlar hesab edirlər ki, AKP-nin mühafizekar siyaseti buna doğru meyl əmələ gətirib və bu siyasət sahəsində cəmiyyətin daha çox alt sosial təbəqəsi aktiv rol almağa başlayıb. Buna görə də, reklamverənlər bu təbəqəyə xitab etmək üçün "Kıroyum ama para bende" silsiləsindən reklamlara meyl ediblər.

rsh said...

Salam Rüstəm,
Halhazırda ilk abzasda yazdığın hadisələrlə demək olar ki, hər gün qarşılaşıram.

Nə isə bir şey hazırlayırsan, bir çox insanın fikrini soruşursan tam bəyəniləcək hərkəsi anlacağı bir şeydir deyirsən və boooom.

Şirkətdən xəbər verilir ki, bəs avtomobil üzərində verdiniz 3D reklamdakı qapıya görə zəng edib qapı istəyirlər.

Sonra şoka düşürsən yəni necə ola bilər axı, o boyda reklamda otağı xatırlatsın deyə qapı istifadə edəsən və kimsə bunu avropa qapıları zənn edib zəng etsin.

Ona görədə insan həvəsdən düşür və hamının dilində olan "bizim camaat başa düşməz" sözünə inanmağa başlayırsan.

Bizdə reklam gərək sadə ola, başa düşülən ola, sual yaranması üçün şübhəyə ehtiyac qalmaya.

"Bax bu əsl yaradıcı işdir" sözünü eşitmək də mümkündür amma bu faiz nisbətinə görə çox az bir yer tutur.

Həm də yaradıcı reklamlar hazırlayanda və heçkim başa düşməyəndə bizdə ən çox istifadə olunan söz "bizim həfəd kütləmiz onsuzda onlar deyil"dir. Bununla bir tərəfdən öz təcrübəmə görə razıyamsa da digər tərəfdən hədəf kütləmiz siz deyilsiniz deməklədə iş bitmir axı bu sanki istehlakçıları "tupoy" yerinə qoymaqdır.

Ona görədə Azərbaycanda bu sahənin mütəxəsissləri həm rəhbərliyin "kreativ"liyini nəzərə almalıdırlar, həm müştərilərin, həm də reallaşdırmaq istədikləri arzularının.

X-trail isə çox gülməlidir və fikrimcə bir az şişirdilmiş bir söhbətdir. Mənim həmin reklamdan çox xoşum gəlir. Yəni ordan belə nəticə çıxaran adamın həmin maşını sürməsi təhqir kimi bir şeydir Nissana. :))

Rüstəm "Amerikan tipli reklam" isə ağlabatandır, sadəcə onda da bu qədər təfərrüat nəyə lazımdır tənqidini eşidəsi olacağıq.
IT firmalardan birinin reklamında hər bir gördüyü iş və onun tərifi verilmişdi çox xoşum gəlmişdi. Suala belə yer qalmırdı adamın ağlında. Bilirdinki kimdirlər nə iş görürlər. Ancaq sonra o qədər tənqid eşitdim ki həmin reklamlar haqda, "reklamda bu qədər söz yazarlar?" deyə.
Elə firmada bir müddət sonra həmin reklamlarını dəyişdirəsi oldu.

Rüstəm Məmmədov said...

Makla, Nissanda olan hadisə realdır, şişirdilməyib:)) Olur belə şeylər, mən istəsən sənə başqa şeylər də yazaram.

Rəhbərliyin kraetivliyi iafdəsini əla yazmısan. Xoşum gəldi. Dərd orasıdır ki, gərək rəhbərliyi başa salasan ki, mənim fikrimi çatdırmaq istədiyim insanlar sizlər deyilsiniz və mənə maraqlı deyil ki, siz bunu normal başa düşdünüz və ya yox. Sadəcə, sən gərək əmin olasan ki, fikrinci çatdırmaq istədiyinə düzgün yolla mçatdırırsan mı ya yox? Bax bu əsas problemdir.

Biz bir dəfə "İstehsalçıdan Lyuk Hədiyyə" ifadəsi işlətmişdik Elantra radio roliklərində. Bir dayı üstündən bir həftə keçəndən sonra gəlib bizim Könül xanımın yaxasından yapışmışdı ki mənim lyukumu verin. Dayı da Elantrasını çoxdan alıb. Lyuksuz Elantradır. Deyirik ki, dayı axı bele olmur, bu yeni gələnlərə aiddir. Deyir yox, mənim lyukumu zavoddan göndəriblər, siz vermirsiniz:))))) Biz uzun müddət bu hadisəni dedik-güldük, ama günah da bizdəydi. Yazıq dayı nə bilsin ki, zavoddan biz lyuku satın alırıq və istehsalçıdan lyuk hədiyyə deyəndıə də, "sizdən lyukun pulunu almırıq" demək isyəyirik.

Ona görə də, əslində birinci növbətə gərək dediyimizi üzümüz düzgün başa düşək.

Vüsal Qəmbərov said...

Amerikalılar ilə bizim ortaq cəhətlərimiz çoxdur. Amma əsas fərq - onlar savadlı və "küt", biz isə savadsız və çoxbilmişik. Biraz çətindir bizdə Amerikan stili. Xüsusən hədəf kütlə oxumağa səbrsiz, öyrənməyə həvəssiz isə.

Rüstəm Məmmədov said...

Bəlkə oxunası nəsə yaza bilmirik Vüsal? (Bağışla şərhini görməmişdim)

Vüsal Qəmbərov said...

Ayıb ediyorsun. nə bağışlaması?

Düzü o şərhi yazandan sonra düşündüm ki, bu hamısı biz marketinqçilərin məsuliyəti öz üstündən yıxması kimi bir şeydir. Bacarırsan onları oxumağa cəlb et, bacarırsan onların dilindən danış.

3-5 özü kimi marketinqçiyə "vauu" elətdirən işlər görüb yekələnməklə döyül.

Ogilvy`nin ən fəxr elədiyi işlərdən biri - Mercedes üçün hazırladığı çap reklamında qəti kreativ vəya diqqəti çəkən bir şey yoxdur. Orda tamamilə bir Mercedes`in niyə Mercedes olduğununu texniki baxımdan təsviri var. İstehlakçılara hava əvəzinə samballı material təqdim etmək daha yaxşı fikir ola bilər.

Əslində uzun zamandır "markalar camaatla söhbət eləmir" deyirəm. Məncə də markalarımız gərək hədəf kütləyə dərdini desin. Yoxlamağa dəyər.