Bu yazının adını bəlkə də, “Marketinqin Başına Oyun Açmaq” kimi də qoymaq olardı.
MAK-da Vüsal Qəmbərovun və Kərim Məmmədovun yazıları yayımlandı. Kərim Balanced Scorecard haqqında teorik, Vüsal isə onun teoriyasını əsas alaraq praktik yazı yazıb. Əvvəlcədən hər ikisinə bir ay kimi uzun vaxt ayıraraq yazı yazdıqları üçün təşəkkür edirəm və keçirəm öz fikirlərimi yazmağa və onların yazılarının tənqidinə. Daha doğrusu, Kərimin teoriyası ilə işim yoxdur, Kərim çox qəşəng dildə BSC-ni izah etmişdi ki, hamı oxuyub başa düşsün. Hamı başa düşməyinə düşdü, amma Vüsal-ın praktik örnəyi o qədər mövzudan uzaq idi ki, adama elə gəlirdi ki, həmin teoriyanın ardı deyil, başqa bir fikirlər toplusudur.
BSC haqqında mən yazmayacam, Kərim zatən qəşəng izah edib. Oradakı dörd əsası da özünüz oxuyun, görün Marketinq və Satış departamentlərinin bir birini qırması ümumiyyətlə bu mövzunun içərisinə necə yerləşdirilə bilər. O yazını tam oxuduqdan sonra bunu istəsəniz oxuyarsınız.
Vüsal yazısından anlaşılır ki, əgər bu Marketinq və Satışı bir departamentə birləşdirməsək, onda bu iki departament arasında uyumsuzluq əmələ gələcək, hər departament fərqli istiqamətlərə meyl edəcək, uzun dönəmli hədəflərlə qısa dönəmli hədəflər üst-üstə düşməyəcək, bunun nəticsində həm qarşıya qoyulan məqsədlərə çatmaqda problemlər çıxacaq, həm uğursuzluqlar olacaq, həm də xərc artmış olacaq. Ona gör də, gətirib “case”də Satış və Marketinqi Kommersiya Departamentinin altında birləşdirib və bir il sonra camaatın gözü açılıb ki, “bəs nə yaxşı belə oldu, yoxsa batmışdıq”.
Marketinq və Satışın teoriyada və ya kitablarda “nə olduğu” aydındır və uzun illərdir bunun çərçivələri yazılır. Burada müzakirəyə açıq yer yoxdur və bəzən ifadə olunduğu kimi “ucu açıq və hələ də müzakirə olunan” yer deyil. Müzakirə edənlər sırf “guru”laşmaq adına edirlər bunu və zaman və kəlimə israfından başqa da bir şey də deyil.
O ki qaldı sadə dildə desək şirkətlər içərisində funksionallığa və ya departamentlərin təlimatlarına, burada işin içərisinə girir MANAGEMENT. Yəni şirkətin aid olduğu sektor, şirkətin profili, şirkətin təşkilati sxemi, şirkətin fokusu, şirkətin idarəetmə fəlsəfəsi və.s kimi xeyli faktor var ki, bu iki anlayışın şirkət içərisində yerinin müəyyənləşməsinə səbəb olur.
BSC əslində ölçmək deyil, idarə etmək ilə əlaqəli anlayışdır (Səhv etmirəmsə Kərim də yazmışdı bunu). Deməli elə əsas olan da idarəetmədir, həmin teoriyaya görə. Şirkətlərin idarə olunmasında əgər Vüsal başdan desə idi ki, “kiçik ölçülü şirkətlərdə və ya satış əsaslı şirkətlərdə....” o vaxt bəlkə də haqlı olardı. Amma, ümumiləşdirərək “Satış və Marketinq bir-birini qırır və eyni hədəfə yönələ bilmirlər” deməsi sırf məni bu yazını yazmağa məcbur etmək üçündür. Üstəlik, kiçik və orta şirkətlərdə də, Vüsalın yazdığına bənzər hadisə eşitməmişəm mən. Kommersiya və ya Biznesin İnkişafı departamenti olan şirkətlər də var ki, bunların tərkibinə bəzən Satış və Marketinq daxildir, bəzən Marketinq daxildir, amma Satış deyil. Yenə deyirəm, tamamən şirkətin profili ilə əlaqəli hadisədir.
Nəinki Satış və Marketinq, hətta İR, Finans, Logistika, İT və Mühafizə də daxil olmaqla bir şirkətdə bütün departament və ya funksialar eyni istiqamətə yönləndirilməlidir ki, əgər bu belə deyilsə deməli günah bu sistemi idarə edə bilməyən idarəçilərdədir. Case yazarkən qlobal şirkətlərdən “case”yazası olsaq görərik bunu. “Qlobal şirkətlər” demişkən, ağlıma gəldi böyük şirkətlər, qlobal şirkətlərdə “Marketing Vise-President”, “CMO”, “Marketing General Manager” və.s kimi vəzifə adlarını da, xatırlatmaqda fayda görürəm ki, Marketinq sadəcə satmaqla bağlı deyil, eyni zamanda istehsalla bağlıdır və müştəri məmnuniyyəti ilə bağlıdır (BSC-də 4 prinsipdən biri).
Yazı çox uzun oldu, amma bir iki əlavələr də var. Əgər şirkət daxilində bəzi hallarda və ya iclaslarda Satış ilə Marketing arasında mübahisıə və ya fikir ayrılığı çıxırsa, burda “ayrılıq” var demək deyil, bir məqsədə doğru hansı yolla getmək müzakirəsi var deməkdir, o isə iclasda detallı analiz edildikdən sonra istişarə qərarı ilə yekunlaşdırılır. Heç bir şirkətdə, nə satış, nə də marketinq ümumi həflər xaricində iş görə bilməz, o vaxta qədər ki, orada sistem var və o şirkət işləyir. Ona görə də, məncə insanların beynini qatmaq və var olan Amerikanı yenidən kəşv etməyə çalışaraq vaxt itirmək lazım deyil.
Bu yazı incimək və ya qərəz aparmaq üçün yazılmayıb, amma hər cür müzakirəyə açıqdır.
22 comments:
Tənqid edilən mən kimi görünsəm də, cavab vermək Kərimlikdir ;)
Üstəlik, kənardan necə görünür tam bilmirəm amma bu çalışma ilə bağlı bilmədiyiniz və bildikdən sonra fikirləri dəyişdirəcək bir sürü şey var.
Nəsə heç bir şeyə halım yoxdur. Ona görə Kərim cavab versin. Sonra mən də özümü toparlayıb cavab yazacam.
O ki qaldı marketinq-satış məsələsinə. Qəti razı deyiləm. Xüsusən marketinqlə bağlı hansısa mövzunun qapandığını düşünmək məncə düz deyil. Biznes özü onsuz da çox elastikdir. Marketinq isə biznesin və menecmentin ən elastik hissəsidir. Bu dəqiqə də onsuz limiti olmayan şar kimi doldurublar doldura bildikcə. Etirazım 3-4 şeyə birdən eyni adın verilməsinədir. Hər şeyin bir həddi olmalıdır. Bu həddi müəyyən eləmək mənim həddimə olmasa da :)
Salamlar Rustem,
Acigi yazini bir az gec gordum... Daha dogrusu Vusal dedi :) Fikirlerine hormet edirem.
Ancag hansi tatilardan sohbet getdiyini anlamadim... Praktik hisse ozu ozluyunde Azerbaycanda yasanan real praktikaya dayanir. Bu praktika ise ozu ozluyunde tetbig olunub. Bir seyle razilasa bilerem ki, butun sirketler bu praktikani tetbig ede bilecek seviyye de deyil. Ancag ona gore bu ele casedir de... Her kesin tetbigi ucun yazilmis yazi olsa idi, bu artig model ve ya nezeriyye olardi...
Bir de ki, acigi Azerbaycan biznesi o geder mutereggi inkisaf etmeyib ki, olani istifade etmesin. Biz hami kimi oyrenib tetbiq edirik ve yavas yavas bazari inkisaf etdiririk. Bazar inkisaf etdikce, regabet artigca belke yeni bir seyler cixardig... Bele ise helelik oyrenirik. Bu isde de hamimiza ugurlar!!!
Kərim salam,
Mən tətbiqinə qarşı deyiləm axı. Tətbiq olunmasın da demirəm. BSC-nin tətbiq oluna bilməyəcəyini demək olmaz..Mənim etirazım Vüsalın BSC-ni gətirib dar bir yerə sıxışdıraraq Marketinq və Satış departamentləri ilə məhdudlaşdırmasınadır. Halbuki, BSC sənin də zatən yazdığın kimi, Vizyon və Strateji əsasında birləşən 4 əsasdan bəhs edir. Orada əslində, Marketinq və Satışın birlikdə nəsə etməyindən daha çox, şirkətlərin finans, müştəri əlaqələri...(4 prinsip),proseslərinə bir yerdən baxa bilməsidir. Tamam, mən BSC-ni heç vaxt detallı araşdırmamışam, amma ən azından sənin yazından əmin olmaq olur ki, Vüsalın case-inin BSC və onun tətbiqi ilə zərrə qədər əlaqəsi yoxdur. Case real olmuş ola bilər, amma o case-də Marketinq və Satışı bir istiqamətə BSC vasitəsi ilə yönləndirilibsə də, bu BSC tətbiqi demək deyil axı. Yazıda da yazmışam ki, bu tamamilə managemente aiddir və şirkət fəlsəfəsi və profilini gə şəkil alır.
Kərim salam,
Mən tətbiqinə qarşı deyiləm axı. Tətbiq olunmasın da demirəm. BSC-nin tətbiq oluna bilməyəcəyini demək olmaz..Mənim etirazım Vüsalın BSC-ni gətirib dar bir yerə sıxışdıraraq Marketinq və Satış departamentləri ilə məhdudlaşdırmasınadır. Halbuki, BSC sənin də zatən yazdığın kimi, Vizyon və Strateji əsasında birləşən 4 əsasdan bəhs edir. Orada əslində, Marketinq və Satışın birlikdə nəsə etməyindən daha çox, şirkətlərin finans, müştəri əlaqələri...(4 prinsip),proseslərinə bir yerdən baxa bilməsidir. Tamam, mən BSC-ni heç vaxt detallı araşdırmamışam, amma ən azından sənin yazından əmin olmaq olur ki, Vüsalın case-inin BSC və onun tətbiqi ilə zərrə qədər əlaqəsi yoxdur. Case real olmuş ola bilər, amma o case-də Marketinq və Satışı bir istiqamətə BSC vasitəsi ilə yönləndirilibsə də, bu BSC tətbiqi demək deyil axı. Yazıda da yazmışam ki, bu tamamilə managemente aiddir və şirkət fəlsəfəsi və profilini gə şəkil alır.
Kərim salam,
Mən tətbiqinə qarşı deyiləm axı. Tətbiq olunmasın da demirəm. BSC-nin tətbiq oluna bilməyəcəyini demək olmaz..Mənim etirazım Vüsalın BSC-ni gətirib dar bir yerə sıxışdıraraq Marketinq və Satış departamentləri ilə məhdudlaşdırmasınadır. Halbuki, BSC sənin də zatən yazdığın kimi, Vizyon və Strateji əsasında birləşən 4 əsasdan bəhs edir. Orada əslində, Marketinq və Satışın birlikdə nəsə etməyindən daha çox, şirkətlərin finans, müştəri əlaqələri...(4 prinsip),proseslərinə bir yerdən baxa bilməsidir. Tamam, mən BSC-ni heç vaxt detallı araşdırmamışam, amma ən azından sənin yazından əmin olmaq olur ki, Vüsalın case-inin BSC və onun tətbiqi ilə zərrə qədər əlaqəsi yoxdur. Case real olmuş ola bilər, amma o case-də Marketinq və Satışı bir istiqamətə BSC vasitəsi ilə yönləndirilibsə də, bu BSC tətbiqi demək deyil axı. Yazıda da yazmışam ki, bu tamamilə managemente aiddir və şirkət fəlsəfəsi və profilini gə şəkil alır.
Kərim salam,
Mən tətbiqinə qarşı deyiləm axı. Tətbiq olunmasın da demirəm. BSC-nin tətbiq oluna bilməyəcəyini demək olmaz..Mənim etirazım Vüsalın BSC-ni gətirib dar bir yerə sıxışdıraraq Marketinq və Satış departamentləri ilə məhdudlaşdırmasınadır. Halbuki, BSC sənin də zatən yazdığın kimi, Vizyon və Strateji əsasında birləşən 4 əsasdan bəhs edir. Orada əslində, Marketinq və Satışın birlikdə nəsə etməyindən daha çox, şirkətlərin finans, müştəri əlaqələri...(4 prinsip),proseslərinə bir yerdən baxa bilməsidir. Tamam, mən BSC-ni heç vaxt detallı araşdırmamışam, amma ən azından sənin yazından əmin olmaq olur ki, Vüsalın case-inin BSC və onun tətbiqi ilə zərrə qədər əlaqəsi yoxdur. Case real olmuş ola bilər, amma o case-də Marketinq və Satışı bir istiqamətə BSC vasitəsi ilə yönləndirilibsə də, bu BSC tətbiqi demək deyil axı. Yazıda da yazmışam ki, bu tamamilə managemente aiddir və şirkət fəlsəfəsi və profilini gə şəkil alır.
Ümumiləşdirib bunları deyim ki:
- Bütün şirkətlərdə marketinqlə satış bir birini qırır deyən olmadı. Bu case-in mövzusu olan şirkətin dərdi o idi. O idi də qardaşım!
- Heç BSC marketinqlə satışı barışdıran vasitədi də deyilmir. Məsləhətçilər cəlb olunur və onlar sadəcə marketinq və satışın barışdırılmasının yetərli olmayacağına və BSC-nin tətbiqinə qərar verirlər.
- Case-də BSC-nin can damarı olan xəritələr və cədvəllər yoxdur. Ola da bilməzdi. Case-də məqsəd nəzəriyəsi təqdim olunan BSC-nin bir örnəyinin məntiqini sadəcə səthi şəkildə çatdırmaqdır. Səhv çatdırılıb desəz razılaşaram. Ama ondan başqa hər şey deyilir.
- Özümdən Amerika kəşf etmirəm. Marketinqdə konkret heç nə yoxdur. Elə BSC özü marketinqi ikiyə bölür: bir qismini qatır daxili əməliyatlara, bir qisminin də adı olur Müştəri perspektivi. İşletme fonksiyonları deyən şeyin struktur olaraq dünyada bəlkə milyon şəkildə istifadəsi mövcuddur. Hər şirkət onu öz böyüklüyü, mədəniyəti, sektoru və ölkəyə görə adaptə edir.
- Rüstəmcan, nə olur olsun səni bu yazını yazmağa məcbur etmək üçün 1 ay əziyət çəkməyə gərək yoxdur axı elə bil :)
Rustem, sizin Kerim Memmedovun ve Vusal Qemberovun meqalesine yazdiginiz tenqidi fikre mudaxile etmek istemirem, cunki siz de fikirlerinizde haqlisiniz. Tenqid mueyyen olcude ve haqli olanda edaletlilik prinsipleri qorunmush olur. Amma mak.az daki yazilara oz fikrimi bildirecem sadece, yazilarin her ikisi kifayet qeder maraqli alinmishdi. Hetta Vusal Qemberovun yazisindaki praktiklik ve sade uslub daha cox diqqetimi cekdi. ( Lap Filip Kotlerin kitablari yadima dushdu oxuyanda. Zarafat bir yana bizde heqiqeten de fikirlerin bu shekilde asan anlashilan ifadesine cox boyuk ehtiyac var. Kitab tercumecileri bele sade uslublar secseler belke yorub, bezdirib qacirdiqlari oxuculari tekrar qazana bilerler.)
Lakin bir shey daha cox diqqetimi cekdi. Mene maraqlidir dogurdanda shirketlerimiz artiq ishlerinin qurulmasinda, marketinq problemlerinin hellinde ve.s. riyazi-statistik-ekonometrik metodlardan istifade edirler? Meselen eslinde krizden sonra risk menecmentde verilenler bazasinin riyazi, ekonometrik metodlarla derinine arashdirilmasi meselesi ve bu sturukturun mohkemlenmesine diqqet artib. BGS ve ya buna benzer sistemler uzre SPSS, EVEWS , STATA programalari vasitesile bir cox marketing probleminin helli uchun lazimi analizler aparila biler. (Strateji olchme ve oyrenme meselesi)Hazirda makroiqtisadiyyat uzre bu tip analizler apaririq ve bunlarin mikroiqtisadiyyatda da tetbiqine bashlanmasi bizim ucun sevindirici haldir. Eger sizin sferada bu tip analizlere ehtiyac varsa elimizden gelen komeyi gostermeye haziriq.
Rustem, eger ozumuz haqqinda yazdiqlarim sizin blog qaydalarini pozdusa, sizin ve daimi oxuculariniz ucun maraqli deyilse tereddud etmeden commenti sile bilersiniz. Bunu normal qarshilayariq.
Hormetle, DosT
DosT blogda hər növ yazıya və tənqidə açığıq. Blog mənim üçün tamamən azad zonadır. Ona görə də, Vüsalın yazısını ürəyim istədiyi kimi tənqid etdim və o da cavabını yazdı. Özünüz haqqında da, başqaları haqqında da informasiyalar verə bilərsiniz. Sizin şərhlər çox maraqlıdır və mən mənasız yazılarıma şərhləri ilə məna qatan hərkəsə (Aygün, Vüsal, Shared, Makla, DosT,Tural Ruxsara,Müzəffər və.s adlarını çəkmədiyim birçoxları)təşəkkür edirəm.
Vüsal fikirlərini yazdığın üçün təşəkkür edirəm. Ola bilsin ki, mən səhv başa düşmüşəm və yazım da səhv anlaşılıb bəlkə də səhv yazmışam. Əvvəla onu deyim ki, Kərim və sənin yazını maraqsız və lazımsız olaraq yazmamışam. Sadəcə üslubu və ələ alınışı etibarı ilə yalnışdır yazmışam. Ola bilər ki, sadəcə mən sənin yazından öz yazdığım və tənqid etdiyimi başa düşmüşəm. Amma,məncə sən fikirlərini açıq deyən və yazını tam oxuyan 5-6 nəfərdən də məncə soruş gör səinin case-dən nə başa düşüblər.
Case, sənin dediyin kimi səthi məlumat vermək üçün deyil, case dərin məlumat verib insanları düşünməyə vadar etmək üçündür. Səthi məlumat verəcəksənsə, bunun adına case demə, məqalə denən, köşə yazısı denən:)) Demə ki elə deyil!:)) İşin zarafatı bir tərəfə, səthi məlumat verəndə mənim kimilər də çıxır olayı bəlkə də tam anlamır.
Yadımdan çıxdı bayaq DosT-a yazmaq: DosT var belə şirkətlər ki, bunu edirlər. Avtomobil sektoru alverdən biznesə yeni keçir, amma bizdə də yavaş-yavaş teoriyada gördüyümüz bəzi modellərin tətbiqinə başlanılıb.
Maraqlı yazı idi.Həm nəzəri,həm praktiki tərəfdən fikirləşmə yaxşı şeydir.Amma yayın istisindənmidir,ya dilin qəzlizliyindən,başa düşmədə problem var.Gələcəkdə işlərdə uğurlar.Daha maraqlı yazılar gözləyirik.
Bəzi qrammatik səhvləri və brauzerdə görüntünün pis olmasını da nəzərə alsalar,yaxşı olar.
Rustem, tevazokarliginiza ve bizim yazilariniza olan munasibetimize qiymet verdiyinize gore teshekkur edirem. Yazilariniz heqiqeten maraqlidir ele bu sebebden de daim izleyirem. (diger bloglari da oxumaq maraqli olardi ancaq teessuf ki dostlarin(m)iz bloga cox gec-gec yenilikler edirler. Onlardan da maraqli ve yeni yazilar gozleyirik)
Dunen meqami gelmishdi ona gore de ozumuz haqqinda az da olsa informasiya verdim. Mence bunun da gelecekde qarshiliqli faydasi ola biler. Bilik, bacariq,tecrube ve s. imkanlara sahib insanlarin bir-birinden xeberdar olmasi gelecekde bu insanlarin inkishafinda cox komek ede biler, neinki her kes oz ichine qapanib oz potensialindan yalniz ozu ve hemde dar cherchivede istifade ederse.
Men de Rustemle hemfikirem.
Balanced Scorecard haqqinda her kes kimi az chox men de melumatli idim, bezi muelliflerin terifini, bezilerinin ise belke de sirf Nortonla Kaplannin chox pul qazanmaginin paxilligi ile yazdigi menfi fikirleri oxumushdum. Amma nezeriyyeni bu shekilde oxumaq effekt vermir, bele ki bilmek olmur bunun praktikada tetbiqi necedir, ne yolladir ve ne kimi neticeleri var. Neticeler dediyimde, gozle gorulur neticeler.
Bir neche ay evvel Vusal BSS-i tecrubede tetbiq etdiyini hevesle deyende ondan daha chox hevesle dushundum ki, bir gun bu haqda bolluca oxuyacayiq. Yazini gorende ise ister-istemez aglima o geldi.
Yazida neye rast geldim: - Beli, burda bilmirem kiminse dediyi kimi chox sade, aydin ve achiq dilde yazilmish bir yazi. Onsuz da Vusalin yazilarinin oxunaqli olmagina hech kesin shubhesi yoxdur. Amma BSS evezine bir struktur deyishikliyinden yazirdi yazi. He, ola bilsin ki, yazida shifrelenmish shekilde BSS haqda melumat var. Amma menim gorduyum ve ya menim kimi oxucunun gore bileceyi ancaq ishlediyim shirketlerin birinde edilmish struktur deyishikliyinin eynisi idi. Burda da butun marifet idarechilerin ustune dushur Rustem demish. Kommersiya departamentinin duzgun fealiyyeti duzgun idareetme sisteminin qurulmasindan birbasha asilidir. Ola bilsin ki, BSS vasitesile bu idareetme sisteminin duzgun qurulmasinda hemin shirket ireli dushub, amma yazida bu yoxdur. Bir komment uchun chox uzun yazdim deyesen:)
DosT, mən sizi tanımıram,amma sevinərdim tanış olsaq. Bəlkə də tanıyıram, amma indi bilmirəm ki kimsiniz:)İnşallah tanımaq istəyərəm.
Aygün də, mənimlə razıdırsa bu yazıma daha çox güvəndim. Sağol dəstəyə görə Aygün.
Tural, çox sağol fikirlərini açıq yazdığın üçün. Uzun yazmaq istəmirdim, amma niyəsə uzun alındı. Məndə də, bir prinsip var ki, yazdığım yazının üstündə dəyişiklik etmirəm, bəzi gördüyüm qramatik səhvlər xaric. Bu yazını isə, o qədər tələsərək yazdım ki, heç qramatik səhvləri də yoxlamadım.
Rustem, duzunu deyim men de sizi shexsen tanimiram amma elece de siz meni tanimirsiniz.Insani keyfiyyetleri yuksek olan istenilen shexs bizim dostumuzdur bizi tanisa da tanimasada.(Bu dediklerim sizinle beraber dostlariniza da aiddir)
Amma inshAllah tanish olacagiq munasib bir zamanda.
İnşallah.
Rüstəm,yox,yox....))))
İradım sizin məqaləyə yox,mak.az-dakı yazıya idi.Linkləri vermişdiniz,mən də onlara baxdım,çox qəliz gəldi mənə.Sizin yazınızda hər şey normaldır.
Görürsünüzmü,bəzən insanın demək istədiyi ilə dediyi arasında böyük fərq olur.Mən başqa şeyi nəzərdə tuturdum,amma perseption auditoriyası başqa cür qavradı.Hyundai üçün hər dəfə reklam verəndə mənim bu kazusumu yadınıza salarsınız ki,qoy camaat nə nəzərdə tutduğunuzu bilsin )))
:)) Düzdü, bunu bir daha açıq aşkar görmüş olduq. "Sənin verdiyin mesaj nə olursa olsun, o qarşıdakının başa düşüdüyü qədərdir" buna görə deyirlərmiş.
Vüsalın yazıları axıcı və maraqlı olur. Bu səfər fikir ayrılığımız var. Allah axırını xeyir eləsin:)
Rustem gec de olsa, razilasim. Case-in isleyisinde menim barmagimin oldugunu bilmemis olmazsiniz... Ele deyek ki, menim sehvimden ya da ki, isteyimden case-in tamamini yox sadece marketing ve satis terefini mak.az-a atdig... Mesele bu idi, ola biler, seklin tam tesviri gorulmedikde aydin bir sey ortaya cixmir...Bununla da razi! Men razi Vusal razi :) Ona gore cox sag olun ki, fikirlerinizi bize catdirdiniz!
Gərim bugün işə yarım saat tez gəlmişəm. İlk oxuduğum da sizin şərh oldu. Güldüm birazca.
"Mən razı Vüsal razı" o deməkdir ki, "yaxşı da bəsid, qurtar bu söhb
ti?:))))".
Zarafat bir tərəfə. Sizinəlbəttə barmağınızın olduğunu bilirəm və əlbəttə yazını yazanda dablirdim ki, bu sadəcə bir struktur dəyşikliyindən ibarət ola bilməz. BSC deyib Azercell-ə satılan ancaq bundan ibarət ola bilməz.
Yazıya münasibət bildirdiyiniz üçün çox sağolun. Mən qaralama eləmişdim, şərh yazanlar içərisini doldurdu.
MAK-da və öz bloqunuzda yazılarınızı oxumaq arzusu ilə.
Post a Comment