Neçə gündür Koreayadaydım. Daha doğrusu yarı aeroportlarda, yarı Koreayada. Bu ikinci səfərimdir Koreyaya. Bu səfər ancaq Seul və Seul ətrafında oldum. Bahalı şəhərdir və heç sevmədiyim yeməkləri var. Neçə gündür dəniz məhsulları yeyirəm, bir dəfə dana ətindən kabab yeyəsi olduq, onu da onlar çiy yeyirlər, mənim isə bişirməyə həvəsim olmadı deyə yeyə bilmədim. Ümumiyyətlə, yeməklərinə alışmaq üçün mənə xeyli vaxt lazımdır. Bircə dənə supları vardı, hansısa meyvədən bişirmişdilər, o yaxşı idi. Ondan başqa, təsəvvür edin ki, yeyiləsi ən yaxşı şey sushi və böyük xərçəngin ayaqları idi (xərçəngin ayaqlarını kəsməyin dərdi olmasa, yemək o qədər də çətin deyilmiş).
Kanada, Avstraliya, Ekvador, Peru, Kolumbiya, Slovakia, Xorvatiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Filippin, Sinqapur, İndoneziya yadımda qalan iştirakçı ölkələrdir. Təcrübələri paylaşmaq çox gözəl idi. Elə ölkələr var idi ki, ildə 60 minə qədər maşın satırdılar. Onların Marketinq strukturları, ümumiyyətlə şirkət strukturları və.s çox maraqlı idi. PR ilə əlaqəli görüş olduğuna görə, söhbətlər də təlim vaxtı ondan olurdu, ancaq ümumiyyətlə hər şeydən danışırdıq. Hyundai Motor Company-nin PR Team-i ilə söhbətlər çox maraqlıdır. Bir nəfər var idi ki aralarında işi bütün gün oturub jurnalistlərin suallarına cavab vermək idi. Bir də maraqlı olan nədir? Bunlar “quş buraxmamalı” olduqlarına görə, şirkətin planları və fəaliyyətləri haqqında bir dənə də olsun, nəinki jurnalistlərə, heç bizə də onlara deyiləndən artıq heç nə demirdirlər. Məsələn: Rəhbərlik bunlara deyib ki, mediyaya deyin ki, Genesis premium marka kimi ortaya çıxmayacaq. Mən bunu soruşduqda “yox qətiyyən” dedi. İndi mən də, “yox qətiyyən” deməliyəm, çünki HMC-nin Azərbaycandakı üzlərindənəm. Təlimdə o boyda söz deyilib bizə, desəm ki, bilmək olmaz bəlkə də Genesis premium marka oldu, elə ilk andan bır sıfır geri düşmüş olaramJ. Chaz Lee (HMC Overseas Marketing Director) ilə söhbət isə hər halda bütün səfər içərisində ən faydalı hissə idi mənim üçün. Chaz Lee, ilə Xorvatiyada tanış olmuşduq, bir saata qədər maraqlı söhbətimiz alınmışdı. İndi uzun olmadı, amma adam o qədər dərindən girib ki işin içinə, dediyi hər sözdə nəsə axtarıb tapmaq olur. Karizması və idarəetmə qabiliyyəti çox yüksəkdir.
Səfərin ümumiyyətlə ən maraqlı hissəsi isə, Namyang R&D Center-i gəzməyimiz oldu. Təsəvvür edin, mənim kimi avtomobillər və avtomobil sektoru ilə bu qədər maraqlanan adam üçün ora getmək nə demək idi. İnanılmaz gözəl idi. Hər tərəfdə kamuflajlı maşınlar, test maşınları, pilot zavod, mühərrik inkişafı və istehsalı, sürət pistləri, müxtəlif yol testləri, FCEV development center. Yeni Sonatanı, Yeni Tucsonu, Yeni Optimanı, Kia-nın B sinfində bazara çıxaracağı yeni modeli (Heç bəlkə də KIAlının bundan xəbəri yoxdur, muştuluq məndən) gördüm. Yeni Sonata hər halda, gələn ilin ən böyük səs-küyünə səbəb olacaq avtomobil dünyasında. Yeni Tucson isə, sinfində artıq əməlli başlı rəqabət hazır maşındır (Həmçinin eyni platfromda hazırlanan Sportage). FCEV Tucson sürdüm, Genesis Coupe sürdüm (205 sürət ilə), EQUUS sürdüm, bunların hərəsinin öz yeri var idi, sadəcə maşın testi deyildi.
Zavodda isə maraqlı olan eyni anda Sonata ve Grandeur-un bir istehsal xəttində yığılması oldu. Sən demə, burada eyni anda 4 fərqli model bir xəttdən yığıla bilirmiş ki, bu da dünyada 2-3 zavodda mümkündür sadəcə.
Nəysə, səfər başdan ayağa yaxşı keçdi. İndi də Dubai aeroportundayam. Eve çatmaq üçün burnumun ucu göynəyir.
Son 2 gündə yaşadıqlarımı Allah bir də yaşatmasın. Amin!
17 comments:
Rustem, hemishe gezmeklerde :) Menden sene bir DosT mesleheti, ele uzaga gedende hazirliqli get bir iki sumka hazir yemeklerden duzeltdir ozune ki, sonra ne yeyim, nece yeyim demiyesen :)
İnshaAllah orda gorub oyrendiklerin shirketinize ve meqalelerin vasitesile de bize faydali olar.
Amin.
Eve sag salamat chatasan, Rustem. Gozleyirik. :)
Amin,.....
Görüşərik inşallah Aygün.
DosT bu boyda yazıda elə bircə yeməklər maraqlı oldu?:)))) Zarafat...
Özümlə nəsə aparmağı heç xoşlamıram deyə, kostyumu da bagaja verirəm və ghetdiyim yerdə əzik vəziyyətdə tapıram. Yeməyi hara daşıyım mən yazıq:)
Mənə o maraqlı gəldi ki,müxtəlif maşınlar eyni konveyerdə yığılır.Bu barədə kimsə nəsə bilirsə, desə çox yaxşı olar.O çox çətin bir şeydir yoxsa görmədiyim üçün adama əcaib gəlir?
Tural, hələ istehsala tam olaraq çatmamışam deyə bunun nə qədər çətin, nə qədər asan olduğunu deyə bilmərəm. Onu bilirəm ki, bir vaxtlar bu heçcür mümkün deyildi. İndi də, hər zavodda yoxdur.
Mənim üçün isə ən maraqlı olan, oradakı istehsal bələdçisinin "Bu Toyota istehsal fəlsəfəsindən fərqlidir" deməyi oldu. İndi gərək mən iksini də araşdıram ki, cavabı dəqiq yazam.
Amma, kaş bir nəfər bunu dəqiq və yaxşı bilən olaydı (teorik yox, praktik) və bizə izah edəydi.
Orda sual soruşma imkanım çox olmadı, olan qalanını da FCEV haqqında soruşdum. Mənə çox maraqlı olan o idi.
Rustem, yorgun oldugunu bildiyim ucun commentin birincisini zarafatla bashladim.
Mene orda gorduklerinizden daha cox bilirsiniz ne mararqli gelir? Orda az yada cox size yeni nelerse oyredildi yeqinki? Bu oyredilenler Azerbaycan praktikasinda nece ishleyir? Azerbaycanin yaxin ve orta gelecekde perspektivinde avtosenaye gorunmur (AzSamandi ve.s nezere almiram)bu o demekdir ki bizim ucun avtosenayenin istehsal istiqametinden daha cox onun realizesi meseleleri daha aktualdir. Eger bu istiqametde yeni nelerse varsa paylashsaniz maraqli olar.
Mən də zarafat eləmişdim DosT.
Azərbaycanda Lifan istehsal olunacaq, Naxçıvanda. İstehsalımız (montajımız) təz Azsamanddan ibart deyil. Lifan özü də, son modellərindən birini də burada istehsal eəcək. Amma, kiçik və məhdud açılımı olan bazar olduğumuza görə əlbəttə istehsal sənayesindən söhbət getmir.
Orada öyrəndiklərimizi tətbiq etməkdə ən böyük problem inkişaf etmiş medianın olmamasıdır. Burada tətbiqinə gəldikdə, bir çox şeyi tətbiq edirik, bəzilərini edə bilmirik (büdcə kifayət etmir və ya onu etmək üçün kifayət qədər meadi imkanları yoxdur), bəzilərini isə edəcəyik. Yavaş-yavaş inşallah.
Uğurlar Rüstəm.
Səfər təəsuratlarının bir məqalə ilə yekunlaşmasına çox təəsüfləndim.
InshaAllah
Rüstem görürsen, Koreyalılar düşüb dalınca gelib :))
:):):):):):):):):):):):)):):):):):):):):):):):):):):):):):):):):):):):):)
Qupquru espiri bombasi idi, partladı..
Salam Rustem hemishe gezmeklerde.qem eleme Bakinin havasini ciyerine cekende her shey ela olacaq.sefer melumatlarin menimcin cox maraqli oldu.xususen de istehsal xetti ile bagli olan.Lee gozel marketoloqdu.Xing shebekesinde biz onunla tez tez muzakireler apaririq.yeqin sen de imkan tapib maraqli sohbetler aparmisan.dalshe yazilarini gozleyecem bu movzuda>>>
:)
Rustem, Koreyalilarin bele arxanca dusub gelmesi maraqlidir:)
Bu, 'Genesis premium marka kimi ortaya çıxmayacaq' demeyinizin istenilmesinin espirisi nedir?
Onceden bele bir fikir formalasmisdi? Ona gore de gozlentileri asagi salmaq isteyirler, yoxsa delinin yadina das salirlar?
Müzəffər xoş gördük. Axır ki, baş çəkdin bizim buralara:)
Genesis-in premium marka kimi təqdim olunması barəsində çoxlu söhbətlər gəzirdi. Amerika və yerli bazarda özünün ayrıca GENESİS logosu ilə təqdim edilməsindən sonra bu tipli yazılar da artdı. Əslində, biz də bu tipli bir şey gözləyirdik. Ancaq, hələlik HMC bunu qəti təkzib edir. Genesis insanlarda formalaşan fikirləri dəyişdirir hazırda, ola bilsin ki, Genesis buzqıran olacaq, arxasından gələn premium markaya yol açacaq.
(Bu barədə görüşəndə daha detallı məlumat verərəm sənə)
Sizin buralari, bizim buralar hesab etdiyim ucun mutemadi bas cekirem eslinde. Ancaq, muzakirelerde istirak etmek bezen texniki olaraq mumkun olmur, bezen islerden imkan tapmaq olmur:)
(Insallah, detalli melumatlar maraqli olardi)
Post a Comment