XİQ-də dərs deyəndə də, DƏFTƏR-də yazılar yazanda da, teoriyaya çox girməyi xoşlamıram. Ancaq, bugün səhər Hito-Kane-Mono haqqında öyrənəndə, DƏFTƏR-də yazmaq istədim. Böyük ehtimal, Hito-Kane-Mono haqqında bu yazını oxuyanların və Marketinq oxuyanların heç olmasa 85%-nin xəbəri var. Sadəcə olaraq mən ya oxumuşam yadımdan çıxıb, ya da heç oxumamışam.
Deməli belə. Ümumiyyətlə 3C Modeli deyilən model var. Strategic marketing dərslərində adətən keçilir. Model Kenichi Ohmae tərəfindən tərtib olunub. Modelə görə strategiyalar hazırlanarkən 3 əsas tərəf ələ alınmalıdır;
1. Corporation (Təşkilat)
2. Customer (Müştəri)
3. Competitors (Rəqiblər)
Azərbaycanca bu modelin adı oldu TMR Modeli. Bu modeldə ən yuxarıda dayanan Corporation hesab edilir. Bunun səbəbi isə əslində btün plan və qərarlarda şirkətin bu yükü qaldırıb qaldırmamasının ən əsas faktor olmasıdır. Şirkət qərar verməlidir ki, hansı funksiyalarda daha da möhkəmlənəncək, hansı funksiyaları xaric edəcək və hansı istiqamətdə irəliləyəcək. Bundan əlavə ən əsas məsələ finans resurslarının istifadə olunması və xərcin effektiv planlaşdırılmasının təşkilidir. Sabit və dəyişkən xərclər ayrı ayrılıqda ələ alınır, proses detallarına girilir və xərclər azaldılmağa çalışılır. Bəzər əsas xərclər kəsilir, bəzən şirkət başqa qolları ilə büdcə bölüşdürür və.s Burada yenə təkrar edirəm, əsas olan şirkətin bundan sonrakı fəaliyyətlərini dəstəkləyəcək infrastrukturun və finans gücünün olması və eyni zamanda şirkətin əsas fəaliyyət istiqamətini müəyyənləşdirməsidir.
Customer (müştəri) əsasdır. Ohmae deyir ki, əgər bir şirkət müştərilər üçün cazibdirsə, deməli o investorlar və hissədarlar üçün də cazibdir. Ona görə də, şirkət çalışmalıdır ki, o həmişə müştəri üçün maraqlı və cazib olsun. Şirkətlər bazarı dilimləməlidirlər, fərqli ehtiyaclar öyrənilməli, fərqli coğrafiyalar müəyyənləşdirilməlidir. Hamı üçün istehsal edilməməlidir, kimlər üçünsə edilməlidir. Bəzi vaxtlar hansısa dilimdə işlər yaxşı getmədikdə, o dilimdən bir qrup götürüb əsl problemin nə olduğu öyrənilməlidir.
Competitors (Rəqiblər) ilə fərqinizi müəyyənləşdirin. Bu imic, satınalma, məhsul, sabit xərclərin azaldılması və.s kimi də ola bilər. Ancaq, əsas və ən vacib olan xərci effektiv idarə edərək müsbət və güclü imicin formalaşdırılmasıdır. Hito-Kane-Mono? Bu Yapon biznes planlayıcılarının əsas ifadələrindəndir. Hito=İnsan, Kane=Pul, Mono=Əşya (Material). Yaponlara görə, düzgün idarəetmədə bu üç faktor israf edilməməlidir və düzgün istifadə olunmalıdır. (Kane) Pul ən axırıncı istifadə olunmalı resursdur. Şirkət əvvəlcə sahib olduğu funksional imkanlar, texnologiya, know-how vs. əsasında menecment imkanlarını paylaşdırmalıdır. Nə vaxt ki, bu Hitolar həmin Mono-lara da əsaslanaraq gözəl idealar inkişaf etdirsələr, onda Kane (Pul) verilməlidir.
Hito-Kane-Mono`nu niyə görəsən elə başdan Mono-Hito-Kane yazmayıblar ki, bizim də başımız qarışmasın, yoxsa mən səhv yazmışam sırasını?
“Tesla” yəqin bu Hito-Kane-Mono haqqında bilmir.
14 comments:
Burada esas ferq Yapon ve Amerikan sirketlerinin idareetme priority-lerinden emele gelir.
Yapon sirketlerinin bir coxu aile sirketleri olub, long term hedeflere ustunluk verirler
Amerikan sirketlerinin boyuk bir hissesi ise stock market-de olduglarina gore her quarter investorlara positive result vermelidirler. Eyni zamanda top manager-lerin compensationu stock optionlarla olduguna gore onlar sirketin long term hedeflerinde degil, oz tenure muddeti erzinde stock price maximum etmeye calisirlar. Son 10 illerdeki Amerikana sirketlerinin global ve texnolojik inkisafda geri galmasinin esas sebeblerinden biri kimi bu gosterilir.
Esl Azerbaycana uygun sxemdir. Evvelce adamlari ishledirler, sonra gorurler ki ish getmir (belke de insafa gelib) prosese texnolojini de elave edirler gorurler ki yene de alinmir onda basha dushurlerki esas meseleni unudublar, yeniki pul da buraxmaq lazimdir axi. :)
Eger imkan olsa gelecek yazilarinizdan birinde krizden sonraki reabilitasiya tedbirlerine yonelik meqale yazsaniz maraqli olardi.
Hormetle.
XİQ kef edir ki, belə dərslərdən vaxtında mənə keçsəydilər indi blog yox jurnal açmışdım.
3C modeli haqda oxumuş olsamda HKM haqda ilk dəfə eşidirdim. Yuzuful məlumatlar üçün sağol.
Yeri gəlmişkən mənim əvvəlki iş yerimində konsepsiyasıHito-Kane-Mono imiş. Sadəcə adının belə olduğunu bilmirdik.
Bağışlayın sizin müzakirənizə gec qoşulduğum üçün. Getmişdim rayona, yol boyu da 16 kq qoyun ətinin pulunu verdim yol polislərinə. Ay balam, heç qarpızın arasında da "radar" gizlədərlər?:))
Shared, yazdığını təxmini eşitmişdim, amma başa düşmənişdim. İndi də bilirsən nəyi başa düşmürəm? Əgər Amerikanlar bunu bilirlərsə, onda niyə idarəetmə sistemində və strukturda dəyişiklik etmirdilər? Oxuduğumuz kitablarda elə Amerikanlar bizə deyirlər ki, long=term düşünmək lazımdır. Bunun hər halda mənim bilmədiyim və başa düşmədiyim, finans və kar mərkəzlərinin formalaşması tərəfi də var. İzah etsən yaxşı olar məncə. Hamımız oxuyarıq.
DosT əməlli baş.lı mövzu verirsiniz yazmağa. Çox sağolun. Kriz dövrü və sonrasından bir dənə yazı çıxar slində. Maraqlı yazı özü də.
Makla, görürsən daa, Vüsal da durub oturub XİQ-i pisləyir:))
XİQdə oxumuş olmasaqda, öyrənmək üçün yaşın fərqi yoxdur. :)
http://www.makblog.com/2009/06/bugun-n-oyrndim.html
Eslinde yazara hansisa movzu vererek onu o movzuda yazamaga yonlendirmek belke de o qeder de yaxshi bir shey deyil. Cunki yazan shexsin oz isteyi olan movzular onuncun daha maraqli olur, neinki kenardan istenilen movzularin.
Amma menim burda meqsedim var. Sizin ve dostlarinizin yazilarinizdan texminen de olsa bilik ve tecrubeleriniz haqda az da olsa fikrim formalashib. Bu baximdan isteyerdim ki, gucunuzu birbahsa daxili bazardaki veziyyetin daim arashdirilmasina ve problemlerin heline hesablanmish nezeri (ve gelecekde praktik) ishlere yoneldesiniz. Deyerdim ki, daxili bazardaki problemlerin tapilmasi ve hell variantlarinin ishlenmesi hamimiz ucun daha semereli olardi. (Amma bilmirem Sizin tecrube ve nezeri imkanlariniz sadece avtomobil sektoru ile mehdudlashir yoxsa diger sektorlara da maraq gosterirsiniz)
Qisasi sahib oldugunuz bilik ve tecrubenin daxili bazarin bashqa sektorlarina da tetbiqini gozleyirik. Cunki blogunuzun (bloglarinizin) sadece oz mehdud cercivenizde oxunmasini yox yaxin gelecekde, marketoloq reyine ehtiyac duyan butun agilli top menecerler terefinden daim izlenen bir bloga chevrilmesini isterdim. ( Bu belkede gelecekde daha yeni ve indi hech haqqinda fikirleshmediyiniz yeni proyektlere bahslangic ola bilerdi )
DosT daxili bazarla əlaqəli hamımız yazmaq və müzakirələr aparmaq istəyərdik. Ancaq, ortada olan ən böyük problem, daxili bazardakı şirkətlərin belə bir şeyi istəməmələri və informasiyanı çox gizli saxlamalarıdır. Başqa sektorları boşverin, mənim avtomobil sektorunda olan bir şirkət haqqında səsləndirdiyim bir fikir az qala müharibəyə çevrilib və artıq mən qalmışaq kənarda bizim satış müdiri ilə onların direktoru forumda həmişə mübahisə edirlər. Bu hələ balaca bir hissədir. İnsanlarımız hələ başqalarının fikirlərinə açıq deyil. Tənqidə ümumiyyətlə dözüm yoxdur. Mən demirəm ki, yazası olsaq ancaq tənqid etməliyik. Amma, gərək həm tənqidə, həm tərifə açıq olsun insanlar ki, biz də nəsə fikir söyləyək. Ən əsası da informasiya olmalıdır. İnformasiya olmasa bizim MAK forumda olan bəzi mövzularda olduğu kimi, heçbir məlumatımız olmadan nələrsə söyləyəcəyik.
O ki qaldı nəzəri və tətbiqi biliklərə,mənim dostlarım mənə elə gəlir ki, istənilən sektorun içinə girib, orada rahat hərəkət edə biləcək qədər biliklidirlər. Bunu tərif üçün demirəm, sadəcə yuxarıda yazdığım fikrə dəstəkdir. Yetər ki, onlar hər tərəfdən məhdudlaşdırılmasınlar.
Rustem,
Bu mesele heqiqeten de Amerikan public sirketlerinin en boyuk problemlerinden biridir.
Mesele ondadir ki, Amerikalilar, umumiyyetle kapitalist iqtisadiyyati insanin ancaq maddi menfeetlerle motivasiya olacagini default olaraq qebul etdiyinden CEO ve diger menecerlerin compensation ne qeder profit based eleseler o qeder cok performance alacagini gebul edirler.
Mesele ondadir ki, bu sistemi basgasi ile evez etmek mumkun deyil. Eslinde bu problem sales management-in esas meselelerinden biridir.
Teoretik goturdukde bunu aradan galdirmaq ucun bir nece mexanizmler var: Future options based compensation, evaluative compensation ve s.
Yaxşı qeyd eləmisən ki "teoritik götürdükdə...", teoritik olaraq doğurdan da həmişə nələrinsə mümkün olduğu görsənir. Azərbaycan futbol komanadasının Dünya Çempionatında çempion olması kimi, amma reallıqda bəzən mümkün olmur.
Amerikan şirkətləri bunun hər halda üstünlüklərini də görüblər ki, praktik olaraq də bunu dəyişmək üçün çox yüksək səy göstərməyiblər. Çünki, sistem varsa və uzun müddətdir davam edirsə, deməli üstünlükləri çoxdur. Amma, açığı haqqında oxumamışam və bir şərh verə bilmərəm. Əgər səndə nəsə varsa, yaz öyrənək Shared.
Bunun barəsində Google-da "principal-agent problem" search versən ətraflı məlumat alabilərsən.
Oxudum Shared, çox sağol.
Post a Comment