Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

Jun 22, 2009

Zum Elə

Keçən günlərdə DosT adlı bir nəfər mənim köhnə yazılarımdan birinə şərh yazaraq, daha çox öz işimizdə qarşılaşdığımız problemlərdən də yazmağı məsləhət görmüşdü. Neçə gündür “Öz Zumzumunu tap” reklamlarını eşidəndən bəri də, beynimdə fırlanır ki, yazım.

Bilənlər bilir ki, bizim şirkət də Mazda distributorluğunu istəyirdi və bu məqsədlə biz dəfələrlə Mazda Avropa ilə görüşmüşük. Steve Robertson ilə uzun-uzun müzakirələrimiz olub. Bizdən başqa Nurgün və Honda-Subaru-Mitsubishinin sahibi olan şəxslər də istəyirdi. Ümumiyyətlə isə Mazda üçün ilk başda Azərbaycandan müraciət edən 37 fərqli şəxs olmuşdu. Biz ən axır mərhələdə demək olar ki, geri çəkildik və işi axarına buraxdıq. Eşitdiyimə görə eləcə də, Nurgün eynisini edib. Səbəblər isə;

· Mazda-nın Azərbaycan istehlakçısının tələblərinə uyğun avtomobil verə bilməməsi (2.5 Mazda 6 Avtomat ötürücü vermir, halbu ki grey bazarda Dubai-dən gətirilənlər var. 2.0 mazda 6 isə, bizim 1.4 Accentdən daha çox dinamik deyil (biraz ağ elədim eləbil)).

· Mazda markasını premium kimi yerləşdirmək niyyətindəydi və iki cümləsindən biri “biz Rusiyada bunu bacarmışıq” mənasına gələn atmacalar idi. Mazda isə premium deyil, Mazda ortalarda gəzən Toyota, Hyundai, Honda, Nissan və.s kimi bir markadır, hətta Rusiyada da.

· Elə yuxarıdakı səbəbə görə təklif edilən qiymətlər inanılmaz yüksəkdir. Hazırda təsəvvür edin ki, Mazda 2 kimi bir maşın 18000 manatdan yüksəkdir ki, bu qiymətə bazarda nələr almaq olar özünüz bilirsiniz.

· Mazda distribyutorunu istənilən səviyyədə dəstəkləmir.

Nə isə, yuxarıda göstərilən əsas səbəblərə görə və eyni zamanda hazırkı distributorun Mazdaya gözəl imkanlar təklif etdiyinə görə biz Mazda-nın distributorluğunu ala bilmədik. İndiki distributorun bazara girişi isə ümumiyyətlə müzakirəyə açıqdır. Necə etdilər deyim: Animasiya TV roliki çəkdirdilər-“Zoom-Zoom” artıq şəhərdə. Az sayıda yerləşdirdilər və qısa müddət ərzində dayandırdılar. Hazırda radio reklamları gedir-Mazda CX avtomobili-Öz zumzumunu tap”. Şəhərdə bir-iki yerdə billboard var. İyun ayının sonu, fəaliyyətə başlamasının ikinci ayı olacaq Mazdanın. İki ayın cəmində satışları 10-dən çox olmayacaq yəqin ki.

Mənə maraqlıdır, niyə fikirləşdilər ki çox adam Zoom-Zoom konseptini bilir və hamı öz zumzumunu axtara-axtara gəlib Mazda-nı tapacaq. Bundan əlavə, niyə fikirləşdilər ki, radioda “CX 9 avtomobili əlverişli kredit şərtləri” ilə deməklə satış doğurdan da artacaq. Ümumiyyətlə, siz nə fikirləşirsiniz bilmirəm, amma mənə elə gəlir ki, Mazda Avropa yerli distributora həm qiymət, həm marketinq yönündən dəstək verməsə, illik 600 ədəd satış hədəfinə heç vaxt çata bilməyəcək.

Bazarda markalar artır, bizim şirkət də Chrysler, Dodge, Jeep markalarını distributorluğunu aldı. Baxaq görək insanlar 3.6 Charger alacaq, yoxsa 2.0 Mazda 6?



19 comments:

Orxan Cuvarlı said...

Düzü bu Zoom-Zoom-un reklamlarını görməmişəm, amma yenə də burada bu reklamın tutacağına inanmıram. :) DIĞ-DIĞ eləmək lazımdı.

Rüstəm Məmmədov said...

Orxan 80-ci illərin balaca maşınlarına oxşayan bir maşının multik versiyası idi. Tuneldın çıxrdı, gəlirdi şəhərə tərəf. Yazılırdı Zoom-Zoom artıq şəhərdə.

Dığ-Dığ eləmək fikri isə əla idi, yəni deməli sən fikirləşirsən ki, Dıığğğğğ eliyən 3.6 Charger zıııı eliyən Mazda6 2.0-dan çox satılacaq elə mi?:)))

Orxan Cuvarlı said...

Qaneshna. Bildiyim qədər Zoom-zoom Amerikan baby-lərin maşınla oynayarkən çıxardıqları səsdi, düzdü? yəni ideya burdan gəlir mən bilən.
Bizdə kimsə zoom-zoom demir axi. Mən bilən elə Dığ-dığ deyirik uşaqlıqda :)

Düzgün qurulsa hər şey, Dığ-dığ daha çox satardı.

Vüsal Qəmbərov said...

Deyilən sağlığa :)

Yazılanlara etiraz eliyəsi şey yoxdur. Hə bircə Hyundai Toyota ilə Hondanın arasından çıxart sən canı :) Deyirəm marketing myopia bu olsa gərək :)

Mazda zum-zumu 1 ilə anlata bilsə, ikinci il də modelləri tanıtmağa getsə, 2012-də bu bazarda nə satılır onu görsələr... 5 il sonra bazarda 5 faiz pay alarlar.

Dığ-dığ məsələsi isə lap yerinə düşüb. Biz hara zum-zum hara? Biz zumu şəkil çəkəndə eliyirik. Zum elə :)

Rüstəm Məmmədov said...

Zoom-Zoom, əsas dayanır uşaqlıqda atanın uşağın əlindən tutub onu fırladanda alınan həzzin, yellənçəkdə yellənəndə alınan həzzin alınmasına. Mən təxmini dedim. Detallı yaza bilərəm istəyən olsa.

Dığ-dığ doğurdan yaxşı məntiqdir, amma gərək üstündə işləyəsən:)))

Vüsal, HYUNDAI-ı niyə çıxarım ki o sıradan? Sterotiplərdən qurtulmaq lazımdır, Hyundaı hazırda Harvard, Üharton, Kellog kimi yerlərdə ən çox müzakirə olunan və inkişafı izlənən markadır. İstirsən, gir araşdır bax:)

Vüsal Qəmbərov said...

Zara da ararşdırılır. Bu o demək deyil ki, onu aparıb Martin Margiela ilə, Moschino ilə, Miu Miu ilə bir sıraya qoyasan :)

Stereotiplərdən qurtulmaq yaponlara ədalətsizlik etməkdən ibarət olmamalıdır rəis. Razıyam Hyundai artıq Suzuki, Proton, hətta Mitsubishinin tayı deyil. Amma Toyota, Honda, Nissan və Mazda olmağa hələ var.
Biraz daha qayret ilə olasıdır. Bunu qəbul edə bilərəm ;)

Orxan Cuvarlı said...

Şəxsən mənə Hyundai Nissandan daha üstün brend kimi gəlir.

rsh said...

Rüstəm faydalı məlumatlara görə sağol. :)

Bağışla amma Vüsalla həmfikirəm.
Daha doğrusu bu ildən həmfikirəm.

Rüstəm Məmmədov said...

Vüsal mən cümləni əksik yazmışdım, ona görə də əla cavab vermisən. Əslində araşdırılarkən, kimlərlə bərabər tutulduğunu görərsən demək istəmişdim.

O ki qaldı sənin şəxsi fikirlərinə, bilirsən necədi, biz məcburuq ki, müstəqil istehlakçı təşkilatlarının nəticələrinə və müştərilərin fikirlərinə əsaslanaq.

Orda da ki, özün də bilirsən ki Hyundai, Toyota, Nissan, honda,Mazda bir yerdə sadalanır. Consumer Reports və J.D Poüerin nəticələrində isə Hyundai Toyota və Hondanın yanlartında olur, nissan və Mazdanın isə çox çox üstündə ballar alır.

Əslində bir şeyi qəbul etmək lazımdır ki, sırf finansal səbəblərə görə artıq avtomobillər arasındakı fərqlər qapanır. Sinif olaraq.

Hətta və hətta, Mercedes E class-a baxsanız bu təsiri görəcəksiniz.

Rüstəm Məmmədov said...

Makla, əmin ol ki Toyota sahibi olsaydın və eyni vəziyyət olsaydı yenə də eyni fikir formalaşardı səndə.

Vüsal Qəmbərov said...

Seqmentlər arasında məsafələrin və fərqlərin azaldığını yadındadısa hələ bir ilə əvvəl səhv eləmirəmsə iki bloqda da müzakirə etdik. Mənə elə gəlir 3 seqment qalır - Çin maşınları, super car adlananlar (Bentley, ferrari vs.) və digərləri. Bir də yəqin ki, heaute couture deyə biləcəyimiz Bugattinin öndərliyindəki maşınları ayırmaq olar. Amma onlar `qurd öldürmək` üçün istehsal edilir mənə elə gəlir.

Digərləri içərisində isə məsafələr çox dardı. Çünkü texnologiyanın kopyalanması çox çox rahatlaşıb və Huyndai Mercedesin, BMVVnin elədiyini dişini sıxsa 3-4 ilə bazara təqdim edə bilir.

Amma yenə də Hyundai bu inkişafının yanında ciddi əksikləri olduğu üçün hələlik Honda və Toyotanın tayı deyil. Reportlara etirazım yoxdur :) Orda qiymət/keyfiyət balansı da nəzərə alınır hərhalda. Amma Mazda və Nissan son dövrlərdə ciddi inkişaf etmədikləri üçün Hyundai onlara çatıb. Yeri gəlsə bəzi modellər və spesifikasiyalarda keçdiyini belə düşünürəm. Necə ki, sən də dediyin kimi elədir.

Hyundain inkişaf tempi, imicini qırması, keyfiyətə müsbət əlavələr vs.vi. Hamısıyla razıyam. Amması ilə bərabər...

p.s. Veracruzun RX300-dən bir çox testdə üstün olduğu və istehlakçıların gözündə də eyni şəkildə olduğunu bilirəm, Rüstəm :) Amma Hyundain bir də Accenti var axı :)
Bu arada innovasiya, intellekt, instinkt bunu da dəyişəcək hərhalda

Rüstəm Məmmədov said...

Nəisə..Hyundai gələn səfər müzakirə edərik.

Mənim yazımda əsas məqsədim o idi ki, fikirlərini öyrənim bütün oxuyanların və bilənlərin ki, hədəf kütlənin və ya istehlakçıların bilmədiyi bir şeyi sanki bilirlərmiş kimi onlara təqdim etməyin nə qədər düzgün olduğöunu öyrənmək idi.

Camaat kələm bilmir nədir, başlayırsan ki, kələm artıq satışdadır və qiyməti 1 manatdır.

rsh said...

Rüstəm bütün yollar Hyundai-ya aparır. Sən istəməsəndə. :))

Zoom zoomla bağlı isə səninlə həmfikirəm. Elə ilk açılış günü üçün göndərilən dəvətnamədən, ta bugünkü günə qədər radioda yayımlanan reklamlaracan.

Zoom zoom nədir axı? Bunu sadə avtomobil alıcısı qalsın bir yana neçə marketolog bilir görəsən?

Bir sözlə zoom zoom OUT, insikt, intellekt, innovasiya INN :))

Rüstəm Məmmədov said...

Bəs biz o boyda slogandan istifadə edirik ki, bütün yollar HYUNDAI-ya aparsın daa:)

Zoom-Zoom haqqında məncə avtomobillər haqqında dərindən maraqlanmayan və markaları öyrənməyə çalışmayanlardan başqa kimsə çətin ki bilər. Ya da kimsə, təsadüfən hardasa öyrənər.

Ümumiyyətlə, mən Amerikan tərzi kommunikasiyanın çox tərəfdarıyam (təssüf ki hələ də istifadıə edə bilməmişəm), fikirləşirəm ki, əgər bir mal varsa əlində, bir fikir varsa beynində, bunu oturub adam kimi camaata izah etmək lazımdır. Mənə qalsa şəxsən, çıxıb Zumzum nədir danışmaq lazımdır, qəzet, interned və.b kanallardan istifadə edilməlidir və onu başa salmaq lazımdır.

Niyəsə biz həmişə bir cümlə ilə bütün fikri çatdırma istəyirik. Əslində bunu avtomobil sənayesində baxsaq, Volksüagen çox yaxşı edir. Amma, əgər kreativ çıxmırsa, qardaş dur otur milləti maraqlı bir formada başa sal ki, nə demək istəyirsən.

Bu əsalində ayrı bir blog yazısıdr, gərək yazam.

Siz nə fikirləşirsiniz?

Aygün İslamzadə said...

Fikirleshirik ki, yaz oxuyaq.. :)
Bu arada Volvo haqda yazi istemishdim.. O noldu??

Tural said...

Yaxşı yazıdır.ZoomZoom-un nə olduğunu heç indi belə bilmirəm.İlk reklamlarında Vüsal Qəmbərov dediyi kimi ingiliscə to zoom feli yadıma gəlmişdi.
Volvo haqda yazını məndə istəyirəm!!!

Rüstəm Məmmədov said...

Opppaaa, bloq üçün yazı xeyli artdı. Deməli Volvo-nu ayırsam, bundan sonrası üçün beynimdə 3-4 yazı var:)

Yaxşı, Volvo üçün gərək hazırlaşım əməlli başlı. İnşallah ən qısa müddətdə hazırlayacam.

Tural, Zoom-Zoom Mazda-nın marka fəlsəfəsidir. Daha geniş məncə Bingdən soruş (Google-dan da soruşa bilərsən), orda daha çox öyrənə bilərsən. Örnəkləri ilə bərabər.

DosT said...

Rustem,evvela oxucu munasibetine bele aktiv reaksiya verdiyinize (yeni bizlerin de fikrini nezere aldiginiza gore)Teshekkurler. Kecek yazinizla bagli meseleye, mene ele gelir ki, bezen sirf reqabetde udmaq, bazari elden buraxmamaq namine bezi shirketler kifayet qeder bazar arashdirmasi aparmadan, xususile de milli psixoloji faktorlari nezere almadan bazara ne gelidi, nece geldi daxil etmeye calishirlar. neticesi de meqalenizdeki kimi aciq-aydin gorunur. Umumiyyetle eger bazara yeni avtomobil (her hansi bir marka )daxil edilmeye calishilirsa ilk once oyrenilmelidir ki bu millet avtomobile ne kimi yanashir.mes: eger Avropada bu neqliyyat vasitesi kimi basha dushulurse bizde daha cox "govde numayishi" kimi basha dushulur.Bu sebebden de getirilen avtomobilin ne derecede ugur qazanmasi onun digerleri ile qiymet ferqleri ile yanashi milli psixoloji meyllere de esaslanmalidir (nufuz,ferqlenmek, daha ustun olmaq meylleri bizdeki alıcılarda defelerle artıq seviyyededir.)
Rustem Sizden ve dost bloglarinizdan xahishimiz oz yerinde qalir: Daxili bazara yonelik ve daha praktik movzular. Yeri gelerse bu movzularin(problemlerin) xarici bazardaki hell variantlari ile elaqelendirilmesi.Ele bu meqale kimi ve ondan da yaxshilarinin hazirlanmasini gozleyirik. Qabaqcadan teshekkurler.

Rüstəm Məmmədov said...

Dəyməz DosT. Sizin dediklərinizlə də razıyam əlbəttə. Bəzən də bilirsiniz necə olur, şirkətlərin imkanlarına görə kiçik və böyük anlayışları dəyişir. Məsələn, mən hazırda özümə bir biznes qursam və bu ayda 10 min mənə qazandırsa, bu mənim üçün yaxşı olar. Amma, bəlkə də başqası üçün bunu desəm heç yaramaz.

Markalar da elədir. Bizim şirkət böyükdür və ayda ən az 60-70 satmayan bir markanın distirbutorluğuna sərf etmək üçün investisiya və enerji sərf etmıək bizim üçün karlı biznes deyil. Amma, başqa bir şirkət üçün ayda 30-40 maşın satmaq çox böyük bir işdir. Əsas fərq bundadır.

İnşallah bundan sonra da nəzərə almağa çalışacağıq.

Hörmətlə,