ADNA-da baş verən bədbəxt hadisədən sonra hələ də cəmiyyət informasiyasızdır və hələ də cəmiyyət maraq içərisindədir ki, görəsən nələr baş verir. Əlbəttə, heç kim hökümətdən gözləmir ki, rəsmi bəyanat yaysın ki, bunu Rusiya gizli kəşfiyyatı edib və ya başqa bir təşkilat edib. Ama, heç olmasa cəmiyyətdə inam yaratma adına nələrsə edilə bilərdi. Bizim bu yalançı “bağlanma” söhbətində etdiyimiz kimi, dövlət də susma yoluna keçdi. Əsas məsələ isə hadisədən sonra diqqətimi çəkənlər oldu. Əvvəla orası çox diqqətimi çəkdi ki, dövlət hadisədən zərər çəkənlərin qeydinə qaldı. Bu çox müsbət haldır və alqışlamaq lazımdır. Nolsun ki, dövlətin borcudur, yenə də alqışlamaq lazımdır. Bunu həm maddi, həm də mənəvi olaraq etməyə çalışır dövlət. İkinci olaraq diqqətimi çəkən isə, özündən çox uzaqlaşan Azərbaycanlılar oldu. İnanın ki, hadisənin özü qədər elə ürək ağrıdan digər məsələ özümüzdən uzaqlaşma idi. Hadisə, əlbəttə adi ölüm hadisəsi deyildi (Əli Həsənov-un ilk verdiyi gülməli-ağlamalı bəyanatı xatırlayın), ancaq dərinliyi etibarı ilə şam yandırma hadisəsi də ağlamalı idi.
Mən durub burdan mühazirə oxuyası deyiləm, ancaq mənim bildiyim qədərilə biz Azərbaycanlılar müsəlman türklərik. Müsəlmanın yaxını rəhmətə gedəndə Fatihə və Yasin surələri oxunur arxasından, dualar edilir. Allah-dan onun bağışlanması və Cənnətinə qoyulması üçün dualar edilir. Şam yandırıb, divara yazı yazmaq isə bizim adətlərdə yoxdur. Başa düşürəm ki, divara yazı yazaraq insanlar öz hisslərini ifadə edirlər, buna da etirazım yoxdur. Ancaq, şam yandırmaq yerinə hərə orada dayanıb, ürəyindəcə 10 dəfə Fatihə oxusa, bilənlər evində bir Yasin oxusa daha da xoş olar məncə. Ruhları daha şad olar.
Allah hamısına rəhmət eləsin, qəbirləri nurla dolsun inşallah.
9 comments:
Allah rəhmət etsin ...
Çox üzr istəyirəm, mənim blogumdakı o gülüşlü şəkilə görə, heç yerinə düşmədi. Yazandan sonra fikir verdim. Qayıtdım bloguma sildim, amma diyəsən gec oldu artıq.
maNIKA gec olmadı. Çox bəyəndim etdiyiniz hərəkəti.
sen lap gozunden vurdun! meni derd burumusduki hec tapilmadi ki menim bu fikirlerimle razilassin!
Sen ele bir men dusunduyleri yazirsan Ola bilsin Sen yaxsi oglansan!(Yaxsi oglan, senin ozune benzeyen adamdir(muellif yadimdan cixib))....
Sağol Əşrəf. Yaxşı oğlannıq iş yoxdur, fikirlərimizi yazmışıq.
RÜSTEM KİŞİ SAĞOL BELE BİR SÖHBETİ BLOGDA YAZDIN ALLAH CEMİ ÖLENLERE REHMET ELESİN YAXINLARINA DA SEBR VERSİN
O ŞAM YANDIRMAG MESELESİNİ İSE ÇOX YERİNDE GEYD ELEMİSEN.
DEYESEN BİZ YAS TUTMAĞIDA BACARMIRIG VE KEDER HİSSİMİZDE BELE KÖKLERİMİSE DEYİL KİME İSE BENZEMEK İSTEYİRİK.
HETTA XARİCİ KANALLARDAN BİRİ BUNU AZERBAYCANDAKI XRİSTİYANLAR ADI İLE VERDİ LAP CİGERİMİ YANDIRDI
KİŞİ YAZMAGA DAVAM ELE
ÖZÜNDEN MUGAYAT OL
Xarici kanallarda ele deyildiyin bilmirdim..Bu umumiyyetle chox beyenmediyim haldir.
Mentiqli de deyil axi. Sen muselmansan, inanirsan ki insan oldukden sonra heyat var ve orada o insanin senden gozlediyi yanan shamin tustusu deyil, sen oxudugun Yasindir. Axi niye sham yandirasan ki.
Yox Rustem bilmirem sen nece yanashirsan amma men ozum hadise bash veren hadiselerden 30 deqiqe sonra orda olmusaham.Heqiqeten agrili sehneler idi.duzu men telebelerin hemreliyine gore sevindim.amma arzulamazdim ki azeri gencliyi faciyelere gore bir yerde olsun.Allah rehmet elesin.
http://nextfm.tk
Başa düşmədim axı mən? Yəni, faciələrə görə yox şad şeylərdə bir yerdə olsun istəyirsiniz, yoxsa ümumiyyətlə belə hallarda bir yerdə olmasını istəmirsiniz?
Post a Comment