Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

May 5, 2009

We're Building A New Car Company



Bugün işə gələnə qədər fikirləşirdim ki, Chrysler-in yeni reklam kampaniyası haqqında danışacam, sonra gəldim işə, “biraz da araşdırma edim” deyib ora-bura baxanda gördüyüm bəzi məlumatlar az qalmışdı məni məcbur etsin ki, “Not So Smart ForMore” haqqında yazım. Sora fikirləşdim ki, o qalsın gələn səfərə.

Chrysler Chapter 11-i “doldurdu”, yəni iflas oldu. Ancaq, bu iflasda bildiyiniz ki, marka məhv edilmir və sahiblər dəyişir. Amerikan dövləti 10%, Fiat 20%, UAW 55% və.b öz aralarında bölüşdürdülər. Anlaşmanın şərtlərinə görə Fiat Chryslerin diler şəbəkəsinə heçbir əlavə ödəniş etmədən girəcək, onun Amerikadakı zavodlarından istifadə edəcək, eyni zamanda özünün yeni texnoogiyalarını gətirəcək Amerikaya ki, bu texnologilayar daha ekonomik, kiçik avtomobil platformları və mühərriklərini əsasən əhatə edir. Ümumiyyətlə, Sergio Marchionne bu krizdən çox səmərəli istifadə etmək fikrindədir. İstədiyinin birinə nail oldu, ikinci planı isə GM-in Avropa əməliyyatlarını satın almaqdır. Daha doğrusu Opel, Vauxhaull, SAAB markalarına sahib olmaq. Bunu isə, özü heçbir investisiya qoymadan, Avropa hökümətlərinin dəstəyi ilə etmək fikrindədir. Biraz çətin görsənə bilər, ancaq maraqlı fikirdir. Bura kimi, giriş idi, yazının əsas hissəsi isə bundan ibarətdir ki, “We’re Building A New Car Company” kampaniyasına başlayan Chrysler, bununla müvcud və potensial müştərilərini nə qədər inandıra biləcək ki, onlar maşınlarını dəyişməsinlər və Chrysler markasını beyinlərindən silməsinlər. Burada maraqlı bir faktı da nəzərinizə çatdırım ki, Consumer Reports-un reliability testlərində Chrysler-Jeep-Dodge müvafiq olaraq 32, 29, 30-cu yerləri tuturdular, Fiat isə Avropadakı siyahılarda 35-ci yerə qədər geriləyirdi. Əslində, Fiat nə Honda deyil, nə Toyota, nə də başqa bir marka. Fiat-ın Amerikaya aparacağı modellər isə F500, Panda və Grande Punto modelləridir (eyni zamanda Alfa-nın bəzi modelləri də qitəyə çıxarılacaq). Bu modellərlə nələr mümkündür mən çox da ciddi bir fikrə sahib deyiləm, ancaq Fiat və Chrysler kökdən dəyişməsə Amerikan bazarında bu markalara asan olmayacaq. Fiat bu bazardan təkrar çıxmalı olacaq. Chrysler yeni kampaniyasında gözləyin gəlirik desə də, yeni layihələri bir müddət təxirə salınacaq (Yeni Jeep Grand Cherokee, Dodge Circuit Electric, Crysler 200C). Maraqlıdır ki, məhz elə bu modellər reklam kampaniyasında istifadə edilməsinə baxmayaraq, cəmi iki gün əvvəl markanın rəsmiləri bu layihələrin gecikəcəyini təsdiqləmişdilər. Onsuz da zədələnən şirkət və marka imici, innovasiyalar olmadan və yeni modellər olmadan 2-3 il həyatda qalsa da, sonra dirçəlməsi çox çətin olacaq. Amma, arxalarında 10% hissəsi ilə hökümət varsa, deməli markanın əridilməsindən söhbət gedə bilməz.

We’re Waiting For A New Car Company, Chrysler!

2 comments:

Önder Yenilmez said...

Sizin desteyinizle,

verdiyiniz melumatlar heqiqeten maraqli idi

bir daha tesekkurler...

linki buraya qoyuram

http://xeber.azeri.net/Iqtisadi_Realliqlar-a613.html

Rüstəm Məmmədov said...

Həqiqətən utandırdınız məni...