Eurax
Marketing Dəftəri Azərbaycan Dilində Yazılan İlk Marketinq Bloqudur!

May 10, 2009

www.Fonex.az

Catel şirkəti www.fonex.az saytını yeniləyib. Saytda məlumatlar asan tapılır. Saytın xəritəsi də aydındır. Axtarılanı tapmaq olur. Saytdan gedən informasiyalar hansı səviyyədə cavablandırılır onu bilmirəm. Məsələn müştəri xidmətləri ilə əlaqələr sayt üzərindən nə qədər fəaldır? Əslində yoxlamaq olardı, ancaq mən yoxlamadım, çünki bu yazının fonex.az saytına və Catel şirkətinə ayırmağımın bir səbəbi var, o da oradakı şəkillər. Şirkətin saytında şirkət rəhbərinin şəkilləri var. Bildiyimə görə, bu şəxs Catel-ə Azercell-dən keçib. Yeni idarəçidir. Şəklini sizə göstərəcəm. İşlədiyi yeri yazdım, əvvəl işlədiyi yeri yazdım, şəkillərini də göstərdim, adını da özünüz tapın.

Adını da tapandan sonra, özünü tapmaq qalır. Özünü tapanda da, imkan olsaydı soruşardıq ki, “sizin xəbəriniz var saytınızdakı bu şəkillərdən?” Desə “”, deyərdik “daa sizə sözüm yoxdur”, desə “yox” bu aşağıdakı linki verərdik ona ki, baxsın şəkillərə.

Baş Direktorun Şəkilləri

5 comments:

rsh said...

Səhər səhər güldürdün məni :)))

Əslində belə şeylər görəndə şərh yazmaq istəyir adam, ancaq bilmirsən nə yazasan.

Rüstəm Məmmədov said...

Makla mənə də başqası göstərmişdi. Mən də həm təəccübləndim, həm də çox güldüm.

Düzünü desəm inanmıram mən ki, Baş Direktorun özünün şəxsən bundan xəbəri var. Nə olursa olsun, şirkət rəhbəridir və böyük bir şirkəti idarə etmək qabiliyyətində şəxsdir. Buna icazə verməz.

Hərçənd sual çıxır ortaya ki, bəs şəkilləri millət hardan tapıb qoyub bura?:)

Amma, doğurdan gülməlidir.

Tural said...

Mən başa düşmədim,burda nə var ki?
Düzdür,şirkət rəhbərinin daha ciddi şəkilləri də qoyula bilərdi.Amma qoyulmayıbsa da,elə də böyük məsələ yoxdur ortada.Bəlkə baş direktor özünün sadəliyini göstrmək istəyib?

Rüstəm Məmmədov said...

Tural bunun axı sadəliklə nə əlaqəsi. Tam əksinə, əgər sadəlik olsaydı rəsmi şəklini yerləşdirərdi. Axı, bura böyük bir şirkətin rəsmi saytıdır. Creative fotolor qoymaq nə qədər düzgündür?

rsh said...

Adı, soyadı filan niyə yazılmayıb bəs..