Statistika haqqında min söz deyilsə də, onsuz olmur. Əgər bir iqtisadçı statistikaya əsaslanmadan danışırsa, deməli üfürür. Bu demək olar ki, hər ixtisas sahəsinə aiddir. Tarixçi də rəqəmlərlə danışmalıdır.
Mən həmişə fikirləşirdim ki, hər halda dünyanın ən mənasız peşə sahibləri Futbol Şərhçiləridir (axşamlar bir yerə yığışıb hansısa oyunu və ya oyunçuları tənqid edib, məşqçilərə ağıl öyrədənlər). İndi-indi başlamışam qəbul etməyə ki, yox həmişə haqsız olmurlar və işə yarayan peşələri var.
Bizim ölkəmizdə də, ən böyük çatışmazlıq statistikanın olmamasıdır ki, bu da düzgün analiz aparma imkanını əldən alır. Ona görə də, heçbir sektor haqqında düzgün analizlər çıxmır ortaya. Ən dəqiq statistikaların aparıldığı və qanunların ən yaxşı tətbiq olunduğu bank sektoruna aid rəqəmlər də, hətta finansçıların dediklərinə görə dəqiq analizlər aparmaq üçün yetərsizdir. Belə olan halda, kim necə çıxsın ortaya dəqiq analizlər etsin?
Bu doğurdan da böyük problemdir. Bir ölkədə sektor haqqında nisbətən də olsa müstəqil bir medianın və ya şəxsin rəqəmlərə əsasən analizləri və fikirləri olmasa və onun da statistikaları düzgün olmasa fikirlər üst-üstə heç vaxt gəlməz.
Bizim Azərbaycan internet saytları statistikanı verə bilmirlər və ya vermirlər. Bunu isə heç başa düşmək olmur. İnternet, statistikanın aparılması üçün ən yaxşı imkanlara malikdir. Radio, TV, Jurnal, Qəzet, Outdoor reklamları və.s elədir ki, rəqəmlər reallığı əks etdirməyə bilər, başda tiraj olmaqla. Amma, İnternetdə axı hər şeyi hesablamaq mümkündür.
Girin bir Azərbaycanın ÜDM-ni, 2008-ci il adambaşına düşən ÜDM, 2009-cu il ticarət balansını, 2005-ci il milli gəlirlərini və.s GOOGLE-da axtarın. O qədər fərqli rəqəmlər çıxır ki, nəyə inanasan bilmirsən.
Ankarada PhD (doktorantura) oxuyan birisi var idi, Azərbaycanlı. Doktora tezində Gürcüstan, Ermənistan və Azərbaycan haqqında bəzi statistik məlumatlara ehtiyacı var idi. Bu adamın tez müdafiəsində, ən az statistik məlumatlar Azərbaycan haqqında idi və buna görə ağır tənqidə məruz qalmışdı.
Niyə rəqəmlərə bu qədər düşmən xalqıq başa düşmürəm (bəlkə də xalqla heç əlaqəsi yoxdur və ya xalqın düşmənçiliyinin əsas səbəbi elə savadsızlıq və təhsil problemləridir).
8 comments:
ela yazıdı gadası.Mence regemler bizim olmadığı üçün bizim onlara interesimiz yoxdu.Yeni rum regemi ne bilim,ereb regemleri olduğuna göre bizde patriot xalg olduğumuza göre demişik ki bes biz bunları işletmeyeceyik.
:)))))))))
Elçin, əla!!!!!!!!!!!!
:)))))))))))))))))))))))))))))))))))))))))))))))))
men de soz demeyecem yoxsa reqe duserem
Biz hərif xalqıq, rəqəmlə nə işimiz?
Slogan kimi sözdür, ama hərif deyilik məncə Orxan. Sadəcə olaraq, hərfləri yaxşı oxuya bilmirik.
raziyam Rustem:)
http://nextfm.tk
:)
生活標籤
白蟻,除蟲,跳蚤,除白蟻,白蟻防治,大陸新娘,外籍新娘,扭力板手,防爆工具,扭力校正器,居家清潔,清潔公司,旅行社,柴犬,瑪爾濟斯,哈士奇,拳師犬,保健食品,樟芝,納豆,瑜珈,瑜珈教室,瑜珈補習班,高雄瑜珈,法拍,法拍屋,MOTEL,汽車旅館,高雄MOTEL,高雄汽車旅館,3M隔熱紙,大樓隔熱紙,汽車隔熱紙,隔熱紙,瑜珈教學,瑜珈教室,高雄瑜珈,法拍屋,地板拋光,機票,會計事務所,法拍,法拍屋,墾丁一日遊,墾丁旅遊,墾丁旅遊網,高雄一日遊,高雄旅遊 高雄縣旅遊,阿里山旅遊,服飾批發,流行服飾,韓國服飾,日系服飾,看護,居家看護,看護中心,台中motel,台中住宿,台中汽車旅館,蛋糕,彌月蛋糕,乳酪蛋糕,巧克力,chocolate,塑膠棧板,棧板,網路行銷,服飾批發,SEO,時尚服飾,服飾,少女服飾批發,衣服批發,潘朵拉服飾,服飾批發
Post a Comment